Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-556/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X12 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN seryalı 001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” İddiaçı məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0.08 ha həyatyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Balakən rayonu, Qasbinə kəndində yerləşən 0.08 ha həyatyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2-1(116)-388/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““JN seriyalı 001 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” İddiaçı Ziyyətinovnaya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instasniya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2498/2023 nömrəli qərardadı ilə X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.
3. İddia ərizəsinin əsaslarına görə, iddiaçının Balakən rayonu, Qasbinə kəndində 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı, qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə cavabdehə müraciət etmiş və məlum olmuşdur ki, iddiaçının qanuni istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsi JN seriyalı 001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən başqa şəxsin (şəxslərin) mülkiyyətinə verilmişdir. Nəticədə, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi 13 noyabr 2020-ci il tarixli, **********91 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı, cavabdeh orqana müraciət edərək, JN seriyalı 001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qanuni istifadəsində olmuş və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən mülkiyyətinə verilmiş Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmişdir.
4. Lakin, cavabdeh orqan 24 fevral 2022-ci il tarixli, **********92 nömrəli məktubla ərizənin icrasından imtina etmişdir. İddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iş üzrə cavabdeh orqanın üzərinə JN seriyalı 001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” iddiaçıya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, sonuncuya məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alması öhdəliyinin qoyulmasını istəməsidir.
5. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Balakən rayonu Mahamalar kəndi “Musabəyov" adına kolxozun 30 dekabr 1994-cü il tarixli, 4 nömrəli qərarına əsasən verilmiş 0,08 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüququların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ərizəyə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd əlavə olunmamışdır.
6. Bundan əlavə, ərizənin obyektiv araşdırılması üçün ərazi idarəsinin aidiyyəti əməkdaşları iddia olunan ərazidə olmuş və aparılmış ölçmə işləri və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi də daxil olmaqla 0,26 ha torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə X3, X11, X1 və X4 mülkiyyətinə verilmiş və Ləğv olunmuş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə JN-001B saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə’’ sənədi tərtib edilmişdir. Həmin sənədə əsasən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reystrində əməliyyatlar aparılmışdır.
7. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası mümkün olmamamış və bu barədə xx.xx.2020-ci il tarixli, **********91 nömrəli və xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktublar ona ünvanlanmışdır. Daha sonra, iddiaçı hazırki iddia predmetində mübahisələndirilən daşınmaz əmlakla bağlı əvvəllərdə ərazi idarəsinə qarşı oxşar iddia tələbi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(116)-642/2021 nömrəli qərarı ilə iddiaçının iddia tələbi mümkün sayılmamışdır. Bundan sonra, İddiaçı - X6 və digərlərinin adına tərtib edilmiş JN- 001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin iddiaçıya məxsus 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətində qaldırılan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığı üçün onun müraciətinə baxılması mümkün olmamış və bu barədə ona xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktub göndərilmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 iyul 2024-cü il tarixli 2- 1(116)-388/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Balakən rayonu Qazbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi qanuni istifadəsində olmuş və Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən o və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin sorğusuna 18 dekabr 2024-cü il tarixli, 3-21-3-60/2-2965/2023 nömrəli cavab məktubuna əlavə edilmiş "Balakən rayonu Qazbinə kəndində vətəndaşıların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid" siyahılardan da göründüyü kimi, iddia olunan Balakən rayonu Qazbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən o və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan yanvar 1999-cu il tarixli, 748 inventar nömrəli texniki pasportdan görünür ki, onun Balakən rayonu Qasbinə kəndində 0,08 ha həyətyanı torpaq sahəsi və 1998-ci ildə inşa edilmiş fərdi yaşayış evi vardır. Bununla yanaşı, iş materiallarında olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, uçotda olduğu təsərrüfat üzrə 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabda 0,08 ha həyətyan torpaq sahəsi və fərdi yaşayış evinin olması qeyd olunmuşdur. Yəni, birinci instansiya məhkəməsi qeyd olunan torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsini qeyd etsə də, həmin hal iş materiallarında olan sənədlərlə təkzib olunur. Analoji mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2-1(102)-158/2024 iş nömrəli qərarında məhkəmə Aqrar İslahat Komissiyasının qərarına əsasən tərətib edilmiş sənədi (torpaq sahəsinin planı və ölçüsü), texniki pasportda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməni qanuni və əsaslı hesab etmişdir. Hazırkı işdə də, iddia etdiyi Balakən rayonu Qazbinə kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahənin X9 və ailə üzvlərinə heç bir aidiyyatı yoxdur. Hesab edir ki, hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2-1(102)-158/2024 iş nömrəli qərarında qeyd olunan hüquqi mövqeyi təkrarlanmalı və iddia həmin hissədə də təmin edilməli idi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2-1(116)-388/2024 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.
14. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarış. - AA544935 Torpaq sahəsinin planı və ölçüsü sənədi, xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış. - A447696 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi. - xx.xx.2019-cu il tarixli 2V-617 və 2V-616 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr. - JN-001B “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə. - Balakən rayonu Mahamalar kənd Q.Musabəyov adına kolxozun xx.xx.1996-cı il tarixli 3 nömrəli ümumi iclas protokolu. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş Balakən rayonu Qasbinə kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından çıxarış. - Mahamalar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 1177 nömrəli arayışı. - X20 filialının xx.xx.2020-ci il tarixli arxiv arayışı. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-cü bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Kollegiya ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
21. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir.
22. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
23. İş materiallarından görünür ki, iddiaçı, Balakən rayonu Mahamalar kənd Q.Musabəyov adına kolxozun xx.xx.1996-cı il tarixli 3 nömrəli ümumi iclas protokoluna istinad edərək JN-001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni mübahisələndirir və faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb edir.
24. İddiaçının istinad etdiyi Balakən rayonu Mahamalar kənd Q.Musabəyov adına kolxozun xx.xx.1996-cı il tarixli 3 nömrəli ümumi iclas protokoluna dair arayışda X2 adında olan torpaq sahəsinin İddiaçı Ziyəddin qızının adına keçirilməsi qeyd edilmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən istinad olunan iclas protokolu arxivdən götürülərək öyrənilmiş, müəyyən edilmişdir ki, ümumiyyətlə həmin iclas protokolunda iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı qeyd yoxdur.
26. İddia olunan torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, 748 inventar №-li texniki pasportda qeyd edilən torpaq sahəsinin hər-hansı bir koordinatı olmadığına görə xüsusiyyətləri (mülkiyyətçisi, faktiki ölçüsü, təyinatı, uqodiyası, döngə nöqtələrinin koordinatları, digər subyektlərə məxsus torpaq sahəsi ilə və iddia olunan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və s.) nədən ibarət olmasını müəyyən etmək olmamışdır.
27. AA 447699 və AA 544935 saylı plan-ölçü səndələrində qeyd olunan torpaq sahələri JN- 001B nömrəli Şəhadətnamə və iddia olunan 0.08 ha torpaq sahəsi ilə üst-üstə düşür.
28. İddiaçı tərəfindən mübahisələndirilən JN-001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Balakən rayon AİK-nın 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı əsasında X5 (özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə) 0.26 ha torpaq sahəsi ayrılmışdır.
29. Göründüyü kimi iddiaçının ləğv edilməsini tələb etdiyi Şəhadətnamə Balakən rayon AİK-nın 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı əsasında verilmişdir. Nəzərə alınmalıdır ki, X10 qərarları inzibati aktdır və nə qədər ki, həmin qərar qüvvədədir sözügedən qərar əsasında verilmiş sənədlərin ləğv edilməsi mümkün deyil.
30. Bunün üçün iddiaçı ilk növbədə Balakən rayon AİK-nın 30 iyun 1998-ci il tarixli 08 saylı qərarının mübahisələndirilən torpaq sahəsinə aid hissədə ləğvinə nail olmalı, qaldırılmış məsələ müsbət həll olunduqdan sonra isə hazırkı tələblə cavabdeh orqana, müraciəti təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.
31. İddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələb isə ilkin tələbdən asılı tələbdir. İlkin tələb qeyrimümkün olduğundan tələbin həmin hissəsinə də, mahiyyəti üzrə baxılması mümkün deyil.
32. İş materiallarından görünür ki, iddia olunan torpaq sahəsi üzərində JN-001B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X9 və digərlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra həmin torpaq sahəsi xx.xx.2019cu il tarixli 2V-617 və 2V-616 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X7 və X8 tərəfindən hazırkı iş üzrə üçüncü şəxsə satılmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
33. Odur ki iddia olunan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan həmin qeydiyyat ləğv edilmədən hər hansı digər subyektə məxsus hüquqların dövlət qeydiyyatı aparıla bilməz.
34. Məhkəmə əlavə olaraq qeyd edir ki, bu qəbildən olan mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsi formalaşmışdır. Belə ki, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1420/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının 11-ci bəndində qeyd edilir: həmçinin mübahisələndirilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını Aqrar İslahat Komissiyasının qərarı təşkil edir. Həmin inzibati akt hər hansı orqan tərəfindən ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. İddiaçı çatmaq istədiyi məqsədə həmin inzibati aktın mübahisələndirilməsinə dair iddianın uğurlu olması ilə nail ola bilərdi (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1915/2023 nömrəli qərarı).
35. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2985/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)-2940/2023 nömrəli qərarları).
36. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir.
37. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
38. Beləliklə yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2-1(116)- 388/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2-1(116)-388/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.