Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-558/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X5ə qarşı “xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2-1(116)- 1423/2025 nömrəli qərarından cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2024cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Zərdab rayonu Körpükənd kəndində anadan olmuşdur. Zərdab RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixə kimi Zərdab rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur və xəstəlik - diaqnozu: «Nevrasteniya, isterik qıcolmalarla» və xx.xx.1995-ci ildən xx.xx.1995-ci il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Nevrasteniya, isterik qıcolma» (Azərbaycan Resppublikası Müdafiə Nazirliyi mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 674 nömrəli Qərarı). Aldığı xəsarətlərlə bağlı uzun müayinə və müalicələrdən sonra xəstəliyi ilə bağlı iddiaçıya xx.xx.2015-ci il tarixdə 1 illik ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə 5 illik ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti komissiya zamanı isə cavabdeh tərəfindən, yəni xx.xx.2021-ci il tarixdə müddəti başa çatmış əlilliyin yenidən təyin olunmasından imtina edilmişdir. Buna səbəb olaraq isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” sitat gətirilmişdir. Cavabdehin döyüş əməliyyatlarında xəsarət alaraq sağlamlığının 61-80 faiz funksiyaları pozulmuş bir insana qarşı qəbul etmiş olduğu qərar qanunsuz və əsassızdır. Səbəb olaraq isə xəsarət aldığı vaxtdan hazırki müddətə kimi səhhətində ciddi problemlər mövcuddur, bu səbəbdən də iddiaçı öncə ağır və ya yüngül fiziki işlərdə çalışmaq kimi bir funksiyanı itirmiş, bundan başqa ailə üzvlərinin və yaxınlarının yardım və qulluğuna ehtiyaclıdır, onların vasitəçiliyi ilə mütəmadi olaraq həkimlərin müayinə və müalicələrindədir. İddiaçı bildirir ki, cavabdehin nəticə olaraq gəldiyi qərardan narazı qaldığı üçün xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinədə oldu, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr qeyd edilmişdir. Döyüş əməliyyatları nəticəsində keçirilmiş QKBTdan qalıq əlaməti. Nevrasteniya. - Nevrostaniya nəzərəçarpan ipoxondrik sindromla, postravmatik ensefolopatiya, hipertenzion sindrom. Hipertenziv ensefolopatiya və qıcolma tutmaları ilə. Yuxuya getmənin və davam etməsinin pozğunluğu [yuxusuzluq]. Ataktik yeriş..Digər ikincili hipertenziya, Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya..Sol mədəcik çatmamazlığı. Diffuzurla müşayiət olunan tireotoksikoz." Xəstəliyi nəticəsində teztez qıcolmalar baş verir, qıcolma tutması zamanı bədəni yığılır, bəzən insanlarla ünsiyyəti zamanı yaddaşı qısamüddətli itir, anlaqsız olur. Buna sübut olaraq Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform, cəngolma tutmaları ilə ifadə olunmuş astenik sindromla” kimi, yenə də Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi, EGE Hospitalın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Müayinə oyaq vəziyyətdə, hiperventuliyasiya və fbtostimulyasiya testləri zamanı keçirilib. Fon aktivliyində biopotensialların diffuz dəyişiklikləri qeyd olunur. Ritmlərin zonalar üzərində yerləşməsi hamarlaşıb. Funksional sınaqlar zamanı və fon aktivliyində sol hemisferin temporoparietooksipital bölgələrin, sağ hemisferin sentro-parietal bölgələrin üzərində multiregional epileptiform aktivlik qeyd olunur (arabir yayılma Hə)- aktiv epi-fəaliyyət” kimi. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 3464 nömrəli Həkim Psixiatr Komissiyasının Tibbi rəyində diaqnoz “Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cəngolma tutmaları, ifadə olunmuş astenik sindromla” kimi qeyd olunsa da, lakin nədənsə cavabdeh tərəfindən təşkil olunmuş əyani müayinələr zamanı bunlar təsdiqini tapmamışdır.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir PND xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharidəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu psixotik əlamətlər tez tez baş verən dekompensasiyalar intihar cəhdləri ilə və Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Hərbi əməliyyatlar nəticəsində yaranmış zədələnmələr. Baş beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cəngolma tutmaları, ifadə olunmuş astenik sindrom. Postkontuzion sindrom.- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Zərdab rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0260003AAGRC nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Nümayəndə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 674 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Nevrasteniya, isterik qıcolmalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Zob toksiki forma. NSD, kardial forma” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, - Döyüş əməliyyatları nəticəsində keçirilmiş QKBT-dan qalıq əlaməti. Nevrasteniya, - Nevrostaniya nəzərəçarpan ipoxondrik sindromla, postravmatik ensefolopatiya, hipertenzion sindrom. Hipertenziv ensefolopatiya və qıcolma tutmaları ilə. Yuxuya getmənin və davam etməsinin pozğunluğu [yuxusuzluq]. Ataktik yeriş, .Digər ikincili hipertenziya, Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, .Sol mədəcik çatmamazlığı, Diffuz urla müşayiət olunan tireotoksikoz” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər müəyyən edilmir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmalardan şikayətlənmişdir. Psixi statusu həkim mütəxəssis (Günel Soylu) tərəfindən “Psixi sferada psixopatoloji simptomatika aşkarlanmır” kimi dəyərləndirilmişdir. Müayinə zamanı xəstə zahirən səliqəli olmuş, verilən suallara adekvat cavablar vermiş, medikamentoz preparatlardan Amitriptillin, Clonozepam qəbul etdiyini desə də, qəbul qaydasını izah edə bilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmala tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutması zamanı ətraflarının yığıldığını, bəzən insanlarla ünsiyyət qurduğu zaman yaddaşının qısamüddətli itdiyini, anlaqsız olduğunu bildirmişdir. Təqdim etdiyi Ege hospitalın instrumental müayinə (EEQ) nəticəsi ilə dalğaları arasında uyğunsuz aşkarlanmış, belə ki, EEQ müayinəsinin dalğalarında epiaktivlik müşahidə olunmamış, lakin nəticə olaraq epiletiform aktivlik qeyd olunmuş, nəticənin doğruluğuna şübhə yaranmışdır. Habelə digər baş-beynin instrumental müayinəsinin (MRT) nəticəsi epilepsiya xəstəliyinə uyğun nahiyələrinin patologiyasız olduğu müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, qəbul etdiyi medikamentoz preparatlar haqqında məlumat verməmiş, vətəndaşda simulasiya əlamətləri izlənilmişdir. Təqdim olunmuş sənədlərə və klinik əlamətlərə əsaslanaraq, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına daxil olduğu andan sakit dayanmış, suallara cavab verməmişdir. Vətəndaş əli ilə əvvəl qarnını, sonra ürəyini tutaraq sanki ağrıdığını göstərməyə çalışmış, təqdim edilmiş epikrizlərdə qeyd olunmuş diaqnozlarla vətəndaşın sərgilədiyi klinika uyğunsuzluq müəyyənləşdirilmişdir. Nevroloji statusunda xəstə kontakta girməmiş, verilən suallara cavab verməmiş, şikayətlərini qeyd etməmişdir. Xəstəni müayinə etmək mümkün olmamış, qəbul etdiyi dərmanları qeyd etməmişdir. Psixi statusunda zahirən geyimi səliqəli, mimikası ifadəli, vətəndaş qətiyyən ünsiyyətə daxil olmamış, otağa daxil olandan bir vəziyyətdə oturaraq heç bir sualı cavablandırmamış, kobud simulyativ davranış nümayiş etdirmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2704 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez təkrarlanan epileptiform cəngolma tutmaları (ayda 5-6 dəfə), koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 107538 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez təkrarlanan epileptiform cəngolma tutmaları (ayda 5-6 dəfə), koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. EGE Hospitalın xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventuliyasiya və fotostimulyasiya testləri zamanı keçirilib. Fon aktivliyində biopotensialların diffuz dəyişiklikləri qeyd olunur. Ritmlərin zonalar üzərində yerləşməsi hamarlaşıb. Funksional sınaqlar zamanı və fon aktivliyində sol hemisferin temporo-parieto-oksipital bölgələrin, sağ hemisferin sentro-parietal bölgələrin üzərində multiregional epileptiform aktivlik qeyd olunur (arabir yayılma ilə)- aktiv epi-fəaliyyət” kimi qeyd olunmuşdur. Bakı Sağlamlığın xx.xx.2024-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Baş beyinin az dərəcəli atrofiyası. Sol gicgah payında hippokarnial nahiyyədə T2, FLAİR hiperintes siqnala malik patoloji zona (ilkin olaraq temporal skleroz olduğu düşünülür) İV, İİİ və yan mədəciklərdə, əsasən gicgah şaxələrində olmaqla genişlənmə aşkar olunur. Hər iki arxa periventrikulyar ağ maddədə çoxsaylı mikroaniopatiya ocaqları qara cisim və soğun şarda atrofik dəyişikliklər. Beyinin sağ yarımkürəsində 4 mm-dən işemik qliotik ocaqlar, sol yarımkürəsində böyük ölçülü işemik qliotik ocaqlar izlənilir” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli 0266003AANAA saylı göndərişi əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2023-cü ilin iyul ayında, yəni təxminən 17 ay sonra xx.xx.2022-ci il tarixli 0266003AANAA saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş və ona 1 illik ikinci dərəcəli əlillik təyin edilmişdir; - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-ci il tarixdə müayinə olunmuş və ona 5 illik ikinci dərəcəli əlillik təyin edilmişdir; - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir; - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir; - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir; - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2024cü il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir; - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-476/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surəti; - Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3069 nömrəli rəyinin surəti; - Mərkəzi Həkim Komissiyasının 674 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 40002/2023 nömrəli Qərarı; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2022-ci il tarixli Qərarı; - Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1423/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir; - Məhkəmə-X2 X5 xx.xx.2025-ci il tarixli 2098 nömrəli rəyi.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 29 iyul 2025-ci il tarixli 2- 1(116)-1423/2025 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin Cavabdeh PHŞ-nin üzərinə qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. - Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmiş, bu imtinanın isə qanuni olması iş materialları və iş üzrə təyin edilmiş Məhkəmə-X2 X5 xx.xx.2025-ci il tarixli 2098 nömrəli rəyi ilə təsdiq olunmur. - Rəydə belə nəticəyə gəlinmişdir ki, “Hazırki müayinə zamanı İddiaçı qoyulmuş “Hərbi əməliyyatlar nəticəsində yaranmış zədələnmələr, Baş-beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cəngolma tutmaları, ifadə olunmuş astentik sindrom. Postkontuzion sindrom” diaqnozu öz təsdiqini tapır. Belə ki, hazırki müayinə zamanı onda Üzvi (birinci Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funskiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 674 nömrəli qərarında İddiaçı “Nevrasteniya, isterik qıcolmalarla” diaqnozu göstərilsə də, yoxlanılan şəxsə dair anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinə zamanı aşkar edilən psixi pozuntu əlamətləri onun hazırki psixiatrik müayinə zamanı aşkar edilən və göstərilən diaqnozlu psixi xəstəlikdən əziyyət çəkməsi nəticəsinə gəlməyə əsas verir.” - Həmin təsnifatda “Baş beyninin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində şəxsiyyət və davaranış pozuntuları (F07)” bölməsində “Şəxsiyyətin üzvi pozuntusu” diaqnozu F07.0 kodu ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7. Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2-ci bəndində “postkontuzion sindrom” xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında (XBT-10) F07.2 kodu ilə, “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” F07.8 kodu ilə qeyd edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2- 1(116)-1423/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilmə meyarlarında” XBT diaqnozu F07 olan xəstəliyin daxil olduğu alt kateqoriyada Qeyd hissəsində yazılmışdır ki, “Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.);” - Belə ki, həmin göndəriş üzrə əsas diaqnoz kimi qeyd olunmuş F07 diaqnozunun heç bir ağırlaşması yoxdur və ya qeyd edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2-1(116)-1423/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
7. “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.2) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – orqanizmin funksiyalarının 65 – 80 % pozulması;
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İİ dərəcə məhdudlaşması halının müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
22. Qeyd edilməlidir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibbi göndəriş verilmiş, cavabdeh orqan həmin göndərişə münasibətdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina cavabı verərək xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin müəyyən olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur.
23. Birinci instansiya məhkəməsi isə, qeyd edilən halları, yəni iddiaçıya əlillik dərəcəsinin imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən təyin edilməli olduğu qənaətinə gəlsə də, əlilliyin hansı dərəcə məhdudlaşması halının və müddətin müəyyən olunmalı olduğunu nəzərə almamışdır.
24. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinasının əsassızlığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz (3.1.2) olmaqla müəyyən edilmişdir.
25. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarların “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmə üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir:
26. Qiymətləndirmənin 7.6.2.2-ci bəndində göstərilmişdir ki, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti.
27. Məhkəmə kollegiyası qiymətləndirmənin 7.6.2.2-ci bəndinə istinad edərkən isə iddiaçı barəsində toplanmış aşağıdakı sənədləri əsas götürür.
28. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 674 nömrəli qərarından görünür ki, İddiaçı Sabit oğluna “Nevrasteniya, isterik qıcolmalarla” diaqnozu qoyulmuşdur. “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”
29. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 təqdim etdiyi Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 3464 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Baş-beynin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cəngolma tutmaları, ifadə olunmuş astenik sindromla F.07.0.
30. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 təqdim etdiyi 15499/23 saylı ambulator xəstəlik tarixinin çıxarışında göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müayinədə olmuş və onda “Üzvi (İ Qarabağ müharibəsi zamanı) alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez təkrarlanan epileptiform cəngolma tutmaları (ayda 5-6 dəfə) koqnitiv funksiyaların enməsi ilə” müəyyən edilmişdir.
31. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 təqdim etdiyi ambulator xəstəlik tarixinin çıxarışında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müayinədə olmuş və onda “Üzvi (İ Qarabağ müharibəsi zamanı) alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez təkrarlanan epileptiform cəngolma tutmaları (ayda 5-6 dəfə) koqnitiv funksiyaların enməsi ilə” müəyyən edilmişdir.
32. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 təqdim etdiyi Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3069 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez tez təkrarlanan epileptiform cəngolma tutmaları (ayda 5-6 dəfə), koqnitiv funksiyaların enməsi ilə F 07.0.
33. İş materiallarına əlavə edilmiş Bakı Sağlamlıq Mərkəzinin təqdim etdiyi Karanal MRT müayinəsinin nəticə hissəsində göstərilmişdir ki, Karanal MRT Baş beyin parenximasının T1, T2, Flair, Diffizzion rejimli multiplanar. MR-temoqrammalarında. Sol gicgah payında hippokarmal nahiyyədə T2, FLAİR hiperintes siqnala malik pataloji zona aşkar edilir. Beyincikdə və Varoli körpüsündə patalogiya aşkar olunmur. Orta anatomik strukturlarda yerdəyişmə təyin edilməmişdir. İV, İİİ və yan mədəciklərdə, əsasən gicgah şaxələrində olmaqla genişlənmə aşkar olunur — intirakranial hipertenziyaya xarakter. Bilateral alın-təpə pay proyeksiyasında subara xnoidal məsafələr normadan minimal genişlənmişdir. Hər iki arxa periventrikuliyar və sentrum semiovaledə hipodens sahələr ensefalopatiya qeyd olunur. Bazal sisternalar açıqdır. Sisterna maqna genişlənməmişdir. Beyin şərımları və hər iki Silvian fissura dərinləşibdir. Hər iki beyin yarımkürəsində işemik qiliotik ocaqlar izlənir. Beyinin sağ yarımkürəsində 4 mm-dən işemik qiliotik ocaqlar, sol yarımkürəsində böyük ölçülü işemik qiliotik ocaqlar izlənir, Kraniovertebral keçid adidir. Parasellyar nahiyyələrdə görünən pataloji dəyişikliklər izlənilmir. Baş beyin damarlarında nəzərə çarpan patoloji daralma və genişlənmə təyin olunmur. Kəllə əsası anatomik strukturlarında, xarici, orta, daxili qulaq strukturlarında, orbitalarda nəzərə çarpan pataloji dəyişikliklər aşkar edilmir. Frontal, sfenoid hər iki maksiyalar sinusda və etmoid sinus hücrələrində patologiya aşkar olunmur. Nəticə: Baş beyinin az dərəcəli atrofiyası. Sol gicgah payında №pokarmal nahiyyədə T2.FLAİR hiperintes siqnala malik pataloji) zona (ilkin olaraq temopral skleroz olduğu düşünülür) İV, İİİ və yan mədəciklərdə əsasən gicgah şaxələrində olmaqla genişlənmə aşkar olunur. Hər iki arxa periventrikuliyar sağ maddədə çoxsaylı mikroangiopatiya ocaqları. Qara cisim və solğun şarda atrofik dəyişikliklar. Beyinin sağ yarımkürəsində 4 mm-dən işemik qillotik ocaqlar, sol yarımkürəsində böyük ölçülü işemik qillotik ocaqlar izlənir.
34. İş materiallarına əlavə edilmiş “Ege” Hospitalın təqdim etdiyi müayinə nəticəsində göstərilmişdir ki, Müayinə oyaq vəziyyətdə, hiperventuliyasiya və fotostimuliyasiya testləri zamanı keçirilib. Fon aktivliyində biopotensialların diffuz dəyişiklikləri qeyd olunur. Ritimlərin zonalar üzərində yerləşməsi hamarlaşıb. Funksional sınaqlar zamanı və fon aktivliyində sol hemisferin temporo - parietooksipital bölgələrin, sağ hemisferin sentroparietal bölgələrinin üzərində multiregional epileptiform aktivlik qeyd olunur (arabir yayılma ilə) - aktiv epi- fəaliyyət”.
35. İş materiallarında olan Məhkəmə-X2 X5 23 iyul 2025-ci il tarixli məktubuna əlavə edilmiş 03 aprel 2025-ci il tarixli 946 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “Yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (birinci Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funskiyalann enməsi və anamnezində qıcolma tutmaları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0.) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal- hazırki müayinənin nəticələri - (anamnestik məlumatlara görə İ Qarabağ döyüşlərdində iştirak etməsi, döyüş zonasında 1994-cü ildə mərmi partlaması nəticəsində huşunu itirməklə dalğa zərbəsi və bədənindən qəlpə yaraları alması, Zərdab Rayon Mərkəzi Xəstəxanasında müalicədə olması, sonradan N nömrəli hərbi hissədə müayinə və müalicədə olması, 1996-cı ildə hərbidən təxris edilməsi, sonralar onda əsəbilik, əl və ayaqlarında qıcolma tutmalarının baş verməsi, ürək nahiyəsində ağrıların olması, yuxu pozuntusu halları meydana gəldiyi üçün müayinələrdə və müalicələrdə olduğunu, xəstəliyi ilə əlaqədar ona 2015-ci ildən İİ qrup əlillik təyin edilməsi, psixi vəziyyəti ilə əlaqədar AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicələrdə olması, həmin xəstəxananın xx.xx.2023-cü il tarixli 3464 saylı rəyinə görə xəstəxana nəznində yaradılmış həkim-psixiatr komissiyası tərəfindən müayinə olunaraq onda “Baş beyinin kontuzyası nəticəsində şəxsiyyət dəyişikliyi. Epileptik forma cəngolma tutmaları, ifadə olunmuş astenik sindromla” F07.0. diaqnozu müəyyən edilməsi, BAKİ Sağlamlıq Mərkəzində kranial MRT müayinin nəticə hissəsinə görə Beyin sturuktorlarında üzvi patalogiyanın müəyyən edilməsi, hazırki müayinə zamani^ şikayətləri barəsində məlumat verərək əsəbilik, hövsələsizlik, yaddaşda zəifləmə, r yuxu pozuntusu həmçinin arterial təzyiqdən əziyyət çəkdiyini bildirərək ürək nahiyəsində ağrılardan əziyyət çəkməsi, yuxusunun yalnız dərmanlarla olması əsəbi gərginliklər zamanı qıcomalar biruzə verməsini bildirməsi və/s-.) sübut edir.”
36. Rəydə belə nəticəyə gəlinmişdir ki, “Hazırki müayinə zamanı İddiaçı qoyulmuş “Hərbi əməliyyatlar nəticəsində yaranmış zədələnmələr, Baş-beyin kontuziyası nəticəsində şəxsiyyət dəyişikliyi, epileptiform cəngolma tutmaları, ifadə olunmuş astentik sindrom. Postkontuzion sindrom” diaqnozu öz təsdiqini tapır. Belə ki, hazırki müayinə zamanı onda Üzvi (birinci Qarabağ müharibəsi zamanı aldığı barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funskiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 674 nömrəli qərarında İddiaçı “Nevrasteniya, isterik qıcolmalarla” diaqnozu göstərilsə də, yoxlanılan şəxsə dair anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinə zamanı aşkar edilən psixi pozuntu əlamətləri onun hazırki psixiatrik müayinə zamanı aşkar edilən və göstərilən diaqnozlu psixi xəstəlikdən əziyyət çəkməsi nəticəsinə gəlməyə əsas verir.”.
37. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə 1 illik ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə 5 illik ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti komissiya zamanı isə cavabdeh tərəfindən, yəni xx.xx.2021-ci il tarixdə müddəti başa çatmış əlilliyin yenidən təyin olunmasından imtina edilmişdir.
38. Ekspert rəyi ilə də müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 674 nömrəli qərarında İddiaçı “Nevrasteniya, isterik qıcolmalarla” diaqnozu göstərilsə də, yoxlanılan şəxsə dair anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinə zamanı aşkar edilən psixi pozuntu əlamətləri onun hazırki psixiatrik müayinə zamanı aşkar edilən və göstərilən diaqnozlu psixi xəstəlikdən əziyyət çəkməsi nəticəsinə gəlməyə əsas verir. Yəni, iddiaçıya münasibətdə orqanizmin funksiyalarının pozulmasının dərəcəsində dəyişiklik olmamışdır.
39. Göründüyü kimi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçıya müvafiq əlillik təyinatından imtina etmişdir. Halbuki, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F-07.0 kodu altında, Qiymətləndirmə: 7.6.2.2, orqanizmin funksiyalarının 65 – 80 % pozulması ilə, 2 il müddətinə nəzərdə tutulmuşdur.
40. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının 2 il müddətinə OFP-nın İİ dərəcə məhdudlaşması halının təyin olunması müəyyən edilməlidir.
41. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə cavabdeh orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
42. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
45. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnoz öz təsdiqini tapmadığı halda (diaqnoz əsasında) şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyinəzərdən qiymət verilməlidir.
46. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
47. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
48. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
49. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
50. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinin də birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
51. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.
55. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
56. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını (“ona 16 may 2024-cü il tarixindən əlilliyinin təyin edilməsi”) təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
58. Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə iddiaçıya 16 may 2024cü il tarixdən 2 il müddətinə OFP-nın İİ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulmalıdır.
59. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2-1(116)-1423/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 16 may 2024-cü il tarixindən 2 il müddətinə OFP-nın İİ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.