Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-56/2024 21.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 198 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,045 ha torpaq sahəsinə dair iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2-1(116)-1789/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 198 nömrəli qərarı ilə iddiaçıya ayrılmış və torpaqların alqı-satqısına dair aktla satılmış 0,045 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, DTXK-nın Yevlax RŞ-nin 28 dekabr 2006-cı il tarixli 17-9/499 saylı rəyi ilə Havarlı bələdiyyəsinin mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin iddiaçıya satılmasının qanuna müvafiq olması bildirilmişdir. Bu barədə 28 dekabr 2006-cı il tarixli Torpaq sahəsinin yerquruluşuna dair Plan da təsdiq edilmişdir. Havarlı bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 198 saylı qərarı ilə Yevlax rayonu Havarlı kəndi ərazisində 0,045 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və buna dair alqısatqı aktının bağlanması qərara alınmışdır. İddiaçı 29 dekabr 2006-cı il tarixli qəbzlə Havarlı bələdiyyəsinin hesabına 72 manat pul ödəmişdir. Bundan sonra 29 dekabr 2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair” akta əsasən, Yevlax rayonu Havarlı kəndinin ərazisindən 0,045 ha torpaq sahəsinin iddiaçıya satılması təsdiq edilmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciəti etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-B-0005/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 198 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçının arasında bağlanılmalı olan “Torpaq sahəsinin alqı-satqısına dair” akt və torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ərizəyə əlavə edilməmişdir. Eyni zamanda, həmin torpaq sahəsinin elektron xəritə bazasında (DWJ) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olduğu göstərilmişdir. Həmçinin, həmin qərarın olması barədə məlumat X15 filialında mühafizə olunan və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmamışdır. Qeyd edilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina olunmuşdur.
4. Cavabdeh xx.xx.2023-cü il tarixdə şəxsi kabinet vasitəsilə iş materiallarına əlavə etdiyi etirazında iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair münasibətini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1789/2023 nömrəli qərardadı ilə Yevlax rayonu Havarlı bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1789/2023 nömrəli qərardadı ilə Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 5 oktyabr 2023-cü il tarixli 2-1(116)-1789/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR DT və XK-nin Yevlax RŞ-nin 28 dekabr 2006-cı il tarixli 17- 9/499 saylı rəyi ilə Havarlı bələdiyyəsinin mülkiyyətində olan 0,045 ha torpaq sahəsinin ona satılmasının qanuna müvafiq olması bildirilmişdir. Bu barədə 28 dekabr 2006-cı il tarixli Torpaq sahəsinin yerquruluşuna dair Plan da təsdiq edilmişdir. Havarlı bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 198 saylı qərarı ilə Yevlax rayonu Havarlı kəndi ərazisində 0,045 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi və buna dair alqı-satqı aktının bağlanması qərara alınmışdır. 29 dekabr 2006-cı il tarixli qəbzlə o, Havarlı bələdiyyəsinin balansına 72 manat pul ödəmişdir. Bundan sonra 29 dekabr 2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair” akta əsasən, Yevlax rayonu Havarlı kəndinin ərazisindən 0.045 ha torpaq sahəsinin ona satılması təsdiq edilmişdir. Cavabdehin imtina etməsi və ya həmin torpaq sahəsinin Havarlı deyil, Mingəçevir bələdiyyəsinin mülkiyyətində olmasını bildirməsi və torpağın təyinatının kənd təsərrüfatı, uqodiyasının isə örüş olmasını yazması tamamilə əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2-1(116)- 30/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2-1(116)-1789/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2-1(116)-1789/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X12 izahatında bildirdi ki, TEKUİS məlumat bazasına əsasən mübahisə predmeti olan torpaq sahəsi hazırda Mingəçevir şəhərinin ərazisində görünür. Lakin torpq sahəsi iddiaçıya satılan zaman DWG baza məlumatlarına əsasən Havarlı bəldiyyəsinin ərazisinə aid olduğu müəyyən edilmişdir.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər nümayəndəsinin iştirakını təmin etməmişdir.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - X15 filialının xx.xx.2023-cü il tarixli 3-48-2-33/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin sənəd materialları mühafizə olunmaq üçün X16 təhvil verilmədiyindən İddiaçı adına verilmiş torpaq sahəsinin qərarını müəyyən etmək mümkün olmamışdır. - Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 198 nömrəli qərarından görünür ki, Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Yevlax rayonu Əksəm kənd sakini İddiaçı həyətyanı məqsədilə 0,045 ha torpaq sahəsi satılması barədə DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, Yevlax rayonu Havarlı bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 0,045 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktla Havarlı bələdiyyəsinin mülkiyyətinə aid olan 0.045 ha torpaq sahəsi iddiaçıya satılmışdır. - DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 179/499 nömrəli rəyində qeyd olunur ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,045 ha olmaqla kənd təsərrüfatına yararlıdır. Havarlı bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. - Cavabdeh etirazda mübahisəli torpaq sahəsinin elektron xəritə bazasında (DWJ) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bildirmişdir. - İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəyə əlavə olunmuş: - 143139 nömrəli xx.xx.2006-cı il tarixli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri olaraq 72 manat Yevlax rayonu Havarlı bələdiyyəsinin hesabına ödənilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3413/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X5 X10”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 333,0 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına yararlı), uqodiyası təmiz örüş, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya ayrılmış 0,045 ha torpaq sahəsinə aid sxemdə (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından faktiki İstifadə olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. - “X5 X10”ndəki xəritəsinə (TEKUİS) əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına yararlı), uqodiyası təmiz örüş. Torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Ümumi istifadəyə verilmiş təmiz örüş. Əlavə məlumat üçün bildirilir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi elektrik xəttinin qorunma zolağında yerləşir. - Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə bağlı cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan 0.045 ha torpaq sahəsi iddiaçıya ayrılan zaman Yevlax rayonu Havarlı bələdiyyəsinin hüdudları daxilində, dövlət mülkiyyətində olmaqla, həmin vaxt torpaq sahəsinin təyinatı (kateqoriyası) – kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası- örüş olmuşdur. Mübahisə predmeti olan 0.045 ha torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri dövlət mülkiyyətinə aid torpaq sahəsi olmaqla, təyinatı (kateqoriyası) – kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası – örüş olmuşdur. - Yevlax rayon Havarlı bələdiyyəsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli 37 nömrəli məktubuna əsasən, iddiaçı 2006-cı ildə Havarlı bələdiyyəsinə yazılı müraciət edərək ona Havarlı bələdiyyəsinin mülkiyyətindən həyətyanı məqsədilə torpaq shəsi ayrılmışdır. Bununla bağlı Havarlı bələdiyyəsi Yevlax rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə müraciət etmişdir. Yevlax rayon Dövlət və Xəritəçəkmə şöbəsi həmin sahənin Yevlax rayon Havarlı bələdiyyəsinin mülkiyyətində olması haqqında rəy təsdiq edərək həmin sahənin cizgisini təsdiq edərək alqı-satqı aktı tərtib etmişdir. Həmin torpaq sahəsi X9 qərarı ilə Havarlı kənd sakinlərinə verdiyi həyətyanı sahələrlə qonşuluqda yerləşir. Yevlax rayon Havarlı bələdiyyəsi iddiaçıya verilmiş torpaq sahəsinə aid tərtib olunmuş sənədlər qanunidir və hal-hazırda qüvvədədir. Ona həmin torpaq sahəsinə çıxarışın verilməsinə Havarlı bələdiyyəsinin heç bir etirazı yoxdur. - Yevlax rayon Havarlı bələdiyyəsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli 38 nömrəli məktubuna əsasən iddiaçıya Havarlı bələdiyyəsinin iclas protokolunun qərarı ilə 0.0450 ha torpaq sahəsi həyətyanı məqdəsilə mülkiyyətinə ayrılmışdır. 2004-2011-ci illər üzrə sənədlər – iclas protokolları və s. sənədlər arxivə təhvil verilmişdir. Həmin məktuba əlavə edilmiş tullantl arxiv sənədlərinin qəbulun qəbzindən də görünür ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrün tullantı kağızları Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən arxivə təhvil verilmişdir. - Azərbaycan Respublikası Milli X11 Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 1 yanvar 1979-cu ildə tərtib edilmiş Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsünə əsasən, Havarlı kənd sovetinn tərkibindəki Havarlı kəndi Yevlax rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. - Azərbaycan Respublikası Milli X11 Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan SSR X21 Heyətinin 6 iyun 1962-ci il tarixli Fərmanı ilə Havarlı kəndi Mingəçevir şəhərindən Yevlax rayonunun inzibati tabeliyinə verilmişdir. Bundan başqa 1 yanvar 1977-ci il tarixinə olan vəziyyətə görə tərtib edilmiş Azərbaycan SSR inzibati-ərazi bölgüsündə Havarlı kəndi Yevlax rayonunun bələdiyyələrindən biri kimi qeyd olunub. Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnaməyə əsasən Yevlax şəhərinin Havarlı kəndinin və Yevlax şəhərinin Havarlı bələdiyyəsinin xəritəsi və şəhadətnaməsi tərtib olunaraq Havarlı kəndi və bələdiyyəsi Yevlax şəhərinin tərkibində Dövlət reyestrinə daxil edilmişdir. - Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, yerli baxış zamanı, Ərazi İdarəsi tərəfindən verilmiş imtinanın mahiyyətini təşkil edən Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli 198 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçının arasında bağlanılmalı olan “Torpaq sahəsinin alqı-satqısına dair" akt və torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin mövcud olmaması, həmin qərarın olması barədə məlumat X15 filialında mühafizə olunan və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmaması, eyni zamanda həmin torpaq sahəsinin elektron xəritə bazasında (DWJ) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olduğu bir daha bildirilmişdir. Ərazi İdarəsinin müvafiq şöbəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə uyğun olaraq, iddiaçının naturada göstərmiş olduğu torpaq sahəsinin TEKUİS elektron xəritə baza məlumatlarından çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı, təmiz örüş uqodiyalı olması yerli baxış zamanı vizual şəkildə tədqiq olunmuşdur. Torpaq sahəsinin şərq hissəsinin 4 metr məsafəliyindən keçən 6 kvt-luq hava elektrik xəttinin mühafizə zolağının qorunmadığı yenidən müəyyən edilmişdir. İddia edilən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri də TEKUİS elektron xəritə baza materiallarında kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı torpaq sahələrinə aid edilmişdir. Yerində müayinə zamanı tədqiq edilmiş iddia olunan torpaq sahəsinin yaxıİığında yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlakların hansı məsafədə yerləşməsi və hansı hüquqmüəyyənedici sənədlər əsasında özəlləşdirilməsinə münasibət bildirilməsi zərurəti yarandığından bildirilmişdir ki, yerli baxış zamanı müəyyən edilmiş, torpaq sahəsinin şərq hissəsində yerləşən qeydiyyatdan keçmiş daşınmaz əmlaklar iddia olunan torpaq sahəsinin 89.35 metr məsafəliyində yerləşir, ilkin hüquqmüəyyənedici sənədləri isə Ərazi İdarəsi tərəfindən “AzeMİS” Elektron Məhkəmə Sistemi vasitəsi ilə iş üzrə yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Eyni zamanda Mingəçevir şəhər İnzibati Ərazi vahidinin təsdiqlənmiş xəritəsi elektron kabinetə yerləşdirilir. Həmin xəritədən göründüyü kimi (sağ küncdə yuxarıda) 2012-ci ildə təsdiq edilmişdir və Yevlax şəhər İ.H.B-nın Aran qəsəbəsi, Tanrıqulular kəndi və Havarlı kəndinin inzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin imzaları və möhürləri də daxil olmaqla Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılaraq və Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilərək imzalanmış və möhürlənmişdir. Sözügedən xəritə faktiki vəziyyətdə “TEKUİS” elektron xəritə materillarıda öz əksini tapmışdır. Lakin həmin çıxarışlar faktiki vəziyyətdə Mingəçevir şəhərinin ərazi hüdudları daxilində yerləşir. - Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 198 nömrəli qərarı ilə X4 0.09 ha torpaq sahəsinin satılması qərara alınmış, Torpaqların alqısatqısına dair akta əsasən həmin torpaq sahəsi X1. xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.09 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 314 nömrəli qərarı ilə X8 0.06 ha torpaq sahəsinin satılması qərara alınmış, Torpaqların alqı-satqısına dair akta əsasən həmin torpaq sahəsi X2. ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi mübahisə predmeti olan 0.0456 ha torpaq sahəsi iddiaçıya ayrılan zaman Yevlax rayonu Havarlı bələdiyyəsinin hüdudları daxilində yerləşməklə, dövlət mülkiyyətində (mal-qara düşərgəsi) aid torpaq sahəsi olmuşdur. Sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası)- kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası-örüş. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin “aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
20. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olmasına baxmayaraq, həmin torpaq sahəsi iddiaçıya Havarlı bələdiyyəsinin qərarı ilə ayrılmışdır. Bələdiyyə iclasının qərarının və müvafiq iclas protokolunun arxiv nüsxəsi məhkəmə tərəfindən aşkar edilməmişdir. Torpaq sahəsi iddiaçıya həyətyanı məqsədlərlə ayrılsa da, iş üzrə mütəxəssis rəyinə əsasən torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, kənd təsərrüfatına yararlı torpaq sahəsi olması, uqodiyasının təmiz örüş olduğu müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 179/499 nömrəli rəyinə əsasən şöbə tərəfindən verilmiş rəydə də satılması nəzərdə tutulan 0,045 ha torpaq sahəsiin kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. Həmçinin məhkəmənin sorğularına cavab olaraq cavabdeh tərəfindən və iş üzrə verilmiş mütəxəssis rəyi ilə bildirilmişdir ki, mübahisəli torpaq sahəsi həm elektron xəritə bazasında (DWJ) (köhnə məlumat bazası), həm də “X5 X10”ndəki xəritədə (TEKUİS) (yeni məlumat bazası) kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Belə ki, cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 198 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçının arasında bağlanılmalı olan “Torpaq sahəsinin alqısatqısına dair” akt və torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ərizəyə əlavə edilməmişdir. Eyni zamanda, həmin torpaq sahəsinin elektron xəritə bazasında (DWJ) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olduğu göstərilmişdir. Həmçinin, həmin qərarın olması barədə məlumat X15 filialında mühafizə olunan və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv materiallarında aşkarlanmamışdır. Qeyd edilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina olunmuşdur.
29. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 198 nömrəli qərarı ilə, Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Yevlax rayonu Əkşəm kənd sakini İddiaçı həyətyanı məqsədilə 0,045 ha torpaq sahəsi satılması barədə DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, Yevlax rayonu Havarlı bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 0,045 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqısatqısına dair aktla Havarlı bələdiyyəsinin mülkiyyətinə aid olan 0.045 ha torpaq sahəsi iddiaçıya satılmışdır. DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 179/499 nömrəli rəyində qeyd olunur ki, İddiaçı həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0,045 ha olmaqla kənd təsərrüfatına yararlıdır. Havarlı bələdiyyə mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. xx.xx.2006-cı il tarixli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri olaraq 72 manat Yevlax rayonu Havarlı bələdiyyəsinin hesabına ödənilmişdir.
30. Bundan əlavə məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının mübahisə predmeti olan torpaq sahəsinin Mingəçevir ərazisinə aid olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, kollegiya tərəfindən edilmiş sorğuya cavab olaraq inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi mübahisə predmeti olan 0.0456 ha torpaq sahəsi iddiaçıya ayrılan zaman Yevlax rayonu Havarlı bələdiyyəsinin hüdudları daxilində yerləşməklə, dövlət mülkiyyətində (mal-qara düşərgəsi) aid torpaq sahəsi olmuşdur. Sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası)- kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyasıörüşdür.
31. Eyni zamanda Havarlı bələdiyyəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Milli X11 Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Azərbaycan SSR X21 Heyətinin 6 iyun 1962-ci il tarixli Fərmanı ilə Havarlı kəndi Mingəçevir şəhərindən Yevlax rayonunun inzibati tabeliyinə verilmişdir. Bundan başqa 1 yanvar 1977-ci il tarixinə olan vəziyyətə görə tərtib edilmiş Azərbaycan SSR inzibati-ərazi bölgüsündə Havarlı kəndi Yevlax rayonunun bələdiyyələrindən biri kimi qeyd olunmuşdur.
32. Bununla yanaşı Yevlax rayon Havarlı bələdiyyəsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli 37 nömrəli məktubuna əsasən, iddiaçı 2006-cı ildə Havarlı bələdiyyəsinə yazılı müraciət edərək ona Havarlı bələdiyyəsinin mülkiyyətindən həyətyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Havarlı bələdiyyəsi Yevlax rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə müraciət etmişdir. Yevlax rayon Dövlət və Xəritəçəkmə şöbəsi həmin sahənin Yevlax rayon Havarlı bələdiyyəsinin mülkiyyətində olması haqqında rəy təsdiq edərək həmin sahənin cizgisini təsdiq edərək alqı-satqı aktı tərtib etmişdir. Həmin torpaq sahəsi X9 qərarı ilə Havarlı kənd sakinlərinə verdiyi həyətyanı sahələrlə qonşuluqda yerləşir. Yevlax rayon Havarlı bələdiyyəsi iddiaçıya verilmiş torpaq sahəsinə aid tərtib olunmuş sənədlər qanunidir və hal-hazırda qüvvədədir. Ona həmin torpaq sahəsinə çıxarışın verilməsinə Havarlı bələdiyyəsinin heç bir etirazı yoxdur.
33. Göründüyü kimi iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Havarlı bələdiyyəsi iddiaçıya iddia predmeti olan torpaq sahəsinin satılmasını etiraf edir. Həmçinin, həmin torpaq sahəsinin iddiaçıya satılan zaman bələdiyyənin mülkiyyətində olduğunu bildirir. İddiaçıya satılmış torpaq sahəsi başqa mülkiyyətçilərin torpaq sahəsi ilə üst-üstə düşmür və onların hüquqlarını pozmur.
34. Bundan başqa DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 179/499 nömrəli rəyində qeyd olunur ki, İddiaçı həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0,045 ha olmaqla kənd təsərrüfatına yararlıdır. xx.xx.2006-cı il tarixli 179/499 nömrəli DTXK-nın Yevlax rayon şöbəsinin rəyində İddiaçı həyətyanı məqsədilə verilməsi nəzərədə tutulmasına baxmayaraq torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması qeyd edilsə də, kollegiyanın qənaətinə görə DTXK-nın Yevlax rayon şöbəsi rəy verərkən torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya yararsız olmasını nəzərdə tutulmuşdur. Əks halda, DTXK-nın Yevlax rayon şöbəsi torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması barədə rəy verdiyi halda həmin torpaq sahəsini alqı-satqı predmeti hesab etməzdi.
35. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qərarına müvafiq olaraq mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir.
36. Bundan başqa Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 198 nömrəli qərarı ilə, Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Yevlax rayonu Əksəm kənd sakini İddiaçı həyətyanı məqsədilə 0,045 ha torpaq sahəsi satılması barədə DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, Yevlax rayonu Havarlı bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan 0,045 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınsa da, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə ümumi iclas protokolu mövcud olmamışdır.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması göstərilmişdir.
38. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
39. İnzibati icraat zamanı inzibati orqan tərəfindən qeyd edilən prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
40. Odur ki, inzibati orqanın torpaq sahəsinin ayrılması ilə bağlı ümumi iclas protokolunun tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
41. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
42. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).
43. Həmçinin “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir.
44. Həmin Qanunun 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir.
45. Göründüyü kimi, vətəndaşın həmin torpaq sahəsinin ayrılması ilə bağlı keçirilməsi nəzərdə tutulmuş iclasda iştirakının onun vəzifə və öhdəliklərinə aid edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
46. Bununla yanaşı kollegiya qeyd edir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2024-cü il tarixli 38 nömrəli məktubuna əsasən iddiaçıya Havarlı bələdiyyəsinin iclas protokolunun qərarı ilə 0.0450 ha torpaq sahəsi həyətyanı məqsədilə mülkiyyətinə ayrılmışdır. 2004-2011-ci illər üzrə sənədlər – iclas protokolları və s. sənədlər arxivə təhvil verilmişdir. Həmin məktuba əlavə edilmiş tullantı arxiv sənədlərinin qəbulu qəbzindən də görünür ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrün tullantı kağızları Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən arxivə təhvil verilmişdir.
47. Eyni zamanda iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edillməsi, torpaq sahəsinin dəyərinin ödənilməsi, bununla bağlı inzibati orqan tərəfindən qərarın verilməsi, alqı-satqı aktının tərtib edilməsi, DTXK-nin rəyi, DTXK tərəfindən tərfib edilmiş ayrıc aktının mövcüd olması ona əsas verir ki, vətədaşın inzibati orqanın torpaq sahəsinin ayrılması ilə bağlı ümumi iclasın keçirilib-keçirilməməsi və bununla bağlı protokolun tərtib olunmaması vətəndaşın ziyanına şərh edilə bilməz.
48. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.
49. Həmçinin, məhkəmə kollegiyası tərəfindən mütəxəssislərin iştirаkı ilə mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, torpaq sahəsi boş ərazidir və torpaq sahəsi ilə eyni cərgədə yerləşən hasarlanmış torpaq sahələri və üzərində tikilmiş yaşayış evləri mövcuddur.
50. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulub-pozulmaması barədə qənaətə gələ bilmək üçün kollegiyası tərəfindən mübahisə predmeti olan torpaq sahəsi ilə eyni cərgədə yerləşən torpaq sahələri və üzərində tikilmiş yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə edilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 198 nömrəli qərarı ilə X4 0.09 ha torpaq sahəsinin satılması qərara alınmış, Torpaqların alqı-satqısına dair akta əsasən həmin torpaq sahəsi X1. xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.09 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 314 nömrəli qərarı ilə X8 0.06 ha torpaq sahəsinin satılması qərara alınmış, Torpaqların alqı-satqısına dair akta əsasən həmin torpaq sahəsi X2. ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.06 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
51. Hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
52. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
53. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
54. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
55. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.
56. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.
57. Yuxarıda göstərilən inzibati işə əlavə edilmiş sənədlərdən, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan, mütəxəssis tərəfindən verilmiş arayışdan, mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş yerli baxışdan, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavablardan göründüyü kimi, hazırkı mübahisənin faktiki halları üzrə inzibati orqan tərəfindən torpaq sahəsi ilə eyni cərgədə yerləşən digər torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməsi ilə əhatə olunan hərəkətləri vətəndaşın bərabərlik və etimad hüququnun qorunması prinsipinin pozulmasına gətirib çıxarmışdır.
58. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, mübahisə predmeti olan torpaq sahəsinin Mingəçevir ərazisinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
59. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
60. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş yerli baxışı, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavabları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 198 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,045 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.
61. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli 2-1(116)-1789/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayonu Havarlı kəndində yerləşən, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 198 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,045 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.