Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-560/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2-1(116)- 1279/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 27 iyul 2023-cü il tarixli 2- 1(116)-1279/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan İddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, uzun müddət asan imza nömrəsi istifadəsiz qaldığından hesabına pul pul yüklənmədiyinə görə bağlı qalmışdır. Ona görə də ərizə ilə müraciət edərək yekun qərarın onun poçt ünvanına göndərilməsini xahiş etmişdir. Lakin hal-hazıradək qərarın surəti ona göndərilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2-1(116)-1279/2023 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 18 sentyabr 2024-cü il tarixə, saat 11:30-a təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2- 1(116)-1279/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının müracətinə əsasən təkrarən onun ünvanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilərək təhvil alınmışdır. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Bununla da iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət 10 ay ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 9-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 9-1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2-1(116)-1279/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2-1(116)-1279/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-560/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-560/2024
18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver