Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-561/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X7 (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X14 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki şəhəri Gilehli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı ümumi mülkiyyətindəki pay ortağı X4 verilmiş xx.xx.2009-cu il tarixli Çıxarışın və İddiaçı1 adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi, həmin evin torpaq sahəsinin (tikintialtı-həyətyanı) ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın/texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341.9 kv.m olmasına dair qeydiyyat aparılması, iddiaçılara yeni çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-1077/2024 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhəri Gilehli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı ümumi mülkiyyətindəki pay ortağı X4 verilmiş xx.xx.2009-cu il tarixli Çıxarışın və İddiaçı1 adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi, həmin evin torpaq sahəsinin (tikintialtı-həyətyanı) ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın/texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341.9 kv.m olmasına dair qeydiyyat aparılması, iddiaçılara yeni çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3508/2023 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir neçə il bundan əvvəl cavabdehə müraciət edərək, paylı mülkiyyətlərində pay ortağı olan Abdurahmanova Turxanə adsoyadlı şəxsə cavabdeh orqan tərəfindən verilmiş 26 yanvar 2009-cu il tarixli Çıxarışın və eləcə də, iddiaçılardan biri olan İddiaçı1 adına verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsini, Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın/texniki səhvin düzəldilməsini və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341,9 kvadratmetr olmasına dair qeydiyyat aparılmasını, bizə yeni Çıxarış və Texniki Pasport verilməsini xahiş etmişdik. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir.
4. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 26 yanvar 2009-cu il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyatı aparılan zaman Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı qüvvədə olmamışdır və texniki səhvə yol verilməmişdir. Şəki İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(116)-22/2021-ci il tarixli qərarında Şəki Giləhli küşəsi, 20 ünvanında yerləşən 0.0946 ha torpaq sahəsinin X1 ilə bağlı Şəki şəhər bələdiyyəsinin 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28 sentyabr 2007-ci il tarixli 73 saylı qərarı qismən ümumi mülkiyyətdə olan həmin ünvandakı 20 saylı evin 1341.9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşən 741.9 kv.m hissədə ləğv edilmişdir. Şəki rayon Məhkəməsinin e-2(075)-139/2023 saylı qətnaməsi ilə 0.07946 ölçüdə torpaq sahəsinin X5 tərəfindən X2 ilə bağlı Şəki 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 30 oktyabr 2013-cü il tarixli .4Ə-3/1261 saylı alqı satqı müqaviləsi 0.0742 ha hissədə etibarsız hesab edilsə də, 0.0946 ha torpaq sahəsi ilə bağlı X13 verilmiş 21 noyabr 2013cü il tarixli 404013-11415 nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0.0742 ha hissədə ləğv edilməsi və 742 kv.m torpaq sahəsi ilə bağlı qeydiyyatın X10 adından silinməsi göstərilsə də, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(001)- 2376 saylı qərardadı ilə X10 mülkiyyətində olan Şəki şəhəri, Ə Dəmirçizadə küçəsində yerləşən 0.2720 ha torpaq sahəsinə dair icra hərəkətləri və sənədləşmənin aparılmasının müvəqqəti dayandırılması müraciətin icrasını mümkünsüz etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 aprel 2024-cü il tarixli 2- 1(116)-1077/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı üç hissədən ibarətdir: 1. X4 verilmiş xx.xx.2009-cu il tarixli Çıxarışın ləğv edilməsi; 2. İddiaçı1 adına qeydə alınmış xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi; 3. Həmin evin torpaq sahəsinin (tikintialtı-həyətyanı) ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın/texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341.9 kv.m olmasına dair qeydiyyat aparılması, iddiaçılara yeni çıxarış və texniki pasport verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarış Vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında verilmişdir. Həmçinin, Şəki İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2-1(116)-22/2021-ci il tarixli qərarında Şəki Giləhli küşəsi, 20 ünvanında yerləşən 0.0946 ha torpaq sahəsinin X1 ilə bağlı Şəki şəhər bələdiyyəsinin 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28 sentyabr 2007-ci il tarixli 73 saylı qərarı qismən - ümumi mülkiyyətdə olan həmin ünvandakı 20 saylı evin 1341.9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri daxilndə yerləşən 741.9 kv.m hissədə ləğv edilmişdir. Şəki rayon Məhkəməsinin e-2(075)-139/2023 saylı qətnaməsi ilə 0.07946 ölçüdə torpaq sahəsinin X5 tərəfindən X2 ilə bağlı Şəki 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 30 oktyabr 2013-cü il tarixli .4Ə-3/1261 saylı alqı satqı müqaviləsi 0.0742 ha hissədə etibarsız hesab edilmişdir. Lakin, yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən inzibati orqan tərəfindən müvafiq qeydiyyatın aparılması mübahisələndirilən torpaq sahəsinin də daxil olduğu X11 mülkiyyətində olan Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində 0.2720 ha torpaq sahəsinə dair icra hərəkətləri və sənədləşdirilmənin aparılması Binəqədi Rayon Məhkəməsinin 2(001)-2376/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müvəqqəti dayandırılması səbəbindən mümkün olmamışdır. İş materialları ilə həmin qərardadın qüvvədə olduğu müəyyən edilmişdir. Cavabdehin imtina əsası olaraq isə həmin qərardada istinad edilmişdir. Odur ki, hazırda nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq həmin Qərardad mübahisələndirilməli və dayandırılmanın əsaslarının aradan qalxıb-qalxmamasına mülki qaydada hüquqi qiymət verilməlidir.
7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2- 1(116)-1077/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını əsassız və qanunvericiliyə zidd hesab edirlər. Belə ki, məhkəmənin hazırlıq iclası zamanı onlara təklif edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin sözügedən qərardadını mübahisələndirsinlər. Onlar da bununla bağlı vaxt istəmişdirlər. Lakin, məhkəmə onlara vaxt veriləcəyini, işin təxirə salınacağını bildirsə də, 02 aprel 2024-cü il tarixdə mübahisələndirilən qərardadı qəbul etmişdir. Bildirirlər ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2376/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qərardadına müraciətləri üzrə baxılıb və məhkəmənin 25 aprel 2024-cü il tarixli qərardadı ilə ərizələri təmin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2376/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qərardadı ilə seçilmiş iddianın təmin etmə tədbirinin digər hissəsi ləğv edilmiş, Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Şəki şəhəri, Dəmirçizadə küçəsində 0,2720 ha torpaq sahəsinə dair icra hərəkətlərinin və sənədləşdirmənin aparılmasının qadağan edilməsi ilə bağlı məhdudiyyət götürülmüşdür. Beləliklə yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, qəbul olunmuş qərardad qanunsuz və əsassızdır, bu üzdən ləğv edilməli, iddia mümkün sayılmalı, işə mahiyyəti üzrə baxılması təmin olunmalıdır.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası da tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
14. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, inzibati orqan tərəfindən müvafiq qeydiyyatın aparılması mübahisələndirilən torpaq sahəsinin də daxil olduğu X11 mülkiyyətində olan Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsində 0.2720 ha torpaq sahəsinə dair icra hərəkətləri və sənədləşdirilmənin aparılması Binəqədi Rayon Məhkəməsinin 2(001)-2376/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müvəqqəti dayandırılması səbəbindən mümkün olmamışdır. İş materialları ilə həmin qərardadın qüvvədə olduğu müəyyən edilmişdir. Cavabdehin imtina əsası olaraq isə həmin qərardada istinad edilmişdir. Odur ki, hazırda nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq həmin Qərardad mübahisələndirilməli və dayandırılmanın əsaslarının aradan qalxıb-qalxmamasına mülki qaydada hüquqi qiymət verilməlidir.
15. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
17. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
18. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
19. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
20. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-268/2021 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2376/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qərardadı ilə seçilmiş iddianın təmin etmə tədbirinin digər hissəsi ləğv edilmiş, Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Şəki şəhəri, Dəmirçizadə küçəsində 0,2720 ha torpaq sahəsinə dair icra hərəkətlərinin və sənədləşdirmənin aparılmasının qadağan edilməsi ilə bağlı məhdudiyyət götürülmüşdür.
22. Binəqədi Rayon Məhkəməsinin 2(001)-268/2021 nömrəli, 15 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-268/2021 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadı qanuni qüvvəsini almış və 06 iyun 2024-cü il tarixdə icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə və Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadında əsaslandırdığı və cavabdehin imtina əsası olaraq isə Binəqədi Rayon Məhkəməsinin 2(001)-2376/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qərardadına istinad etdiyi hallar artıq aradan qalxmışdır.
24. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
25. Eyni zamanda o da qeyd olunmalıdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə iddiaçının hüquqi marağına uyğun riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Binəqədi Rayon Məhkəməsinin 2(001)-2376/2020 nömrəli, 11 mart 2020-ci il tarixli qərardadı ilə seçilmiş iddianın təmin etmə tədbirinin digər hissəsinin ləğv edilməsini, Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Şəki şəhəri, Dəmirçizadə küçəsində 0,2720 ha torpaq sahəsinə dair icra hərəkətlərinin və sənədləşdirmənin aparılmasının qadağan edilməsi ilə bağlı məhdudiyyətin götürülməsinə dair qanuni qüvvəyə minmiş qərardadın olmasını nəzərə almalı, iddianın yenidən mümkünlüyü əsaslarını yoxlayaraq müvafiq prosessual hərəkətləri həyata keçirməlidir.
27. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti iddiaçıların hüquqi marağına uyğun olaraq qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
28. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
29. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
30. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və yardım etmək vəzifəsinə iddiaçının hüquqi marağına uyğun riayət etmədən iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.7-ci mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-1077/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apelyasiya şikayəti “iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması” hissəsində təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.