Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-562/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2-1(116)- 1190/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci ildən təyin edilməsi və xx.xx.2018-ci ildən məhkəmə qərarı icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı nümayəndəsi (vəkili), tələbini dəqiqləşdirərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 25 ildən artıq ümumi staja və 12 il 6 aydan artıq xüsusi iş stajına malik olduğunu bildirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.
5. İddiaçı tələbini xx.xx.1978-xx.xx.1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alması, 1983-cü ilin iyun ayında həmin institutu “Elektrik stansiyaları” ixtisası üzrə bitirməsi, xx.xx.1983-cü ildən xx.xx.2012-ci il tarixədək (əmr: xx.xx.1983, № 764) Azərbaycan DRES Elektrik sexinə 5-ci qrup növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilməsi, daha sonra müxtəlif illərdə növbətçi elektrik montyoru, elektrotexniki laboratoriyada 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik montyoru, elektrotexniki laboratoriyada mühəndis, elektrotexniki laboratoriyada aparıcı mühəndis, elektrik sexində elektrotexniki laboratoriyaya İ qrup böyük usta vəzifələrində, xx.xx.2012-ci ildən hal-hazıradək "xxxx" MMC-də işləməsi, ümumi güzəştli iş stajının 13 il 03 ay 07 gün təşkil etməsi, işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı’nın (Nazirlər Kabinetinin 12.01,2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlı 13cü bölməsinin “a” bəndinin 28-ci abzasına (2140000a - 18455 - qazanxana, turbin (buxar qaz turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vəsaitləri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) və “b” bəndinin 2-ci abzasına (“2140000b - 23362 avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbin) yanacaq ötürmə, tozhazırlama) uyğun olması, həmçinin qeyd edilən xüsusi iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) “a” bəndinə (“qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” abzası, həmçinin “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan)” abzası) eyni zamanda “b” bəndinə (“avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama)” abzası və “qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları” abzası) uyğun olması ilə əsaslandırmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, lakin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajının 12 il 06 aydan az (08 il 11 ay 04 gün) olması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
7. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
8. İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir:
9. İddiaçı iddia ərizəsinin əsasları kimi 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək ümumilikdə 40 il ümumi iş stajının, 13 il 03 ay 07 gün güzəştli iş stajının olduğunu iddia edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu qeyd etmişdir.
10. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 25 noyabr 2022-ci il tarixli 07/02 nömrəli arayışında İddiaçı xx.xx.1983- xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi elektrik sexi sahəsi və növbətçi elektrik montyoru vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 4 gün (xx.xx.1988- xx.xx.1990-cı il, xx.xx.2006- xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
11. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 iyul 2023-cü il tarixli 2- 1(116)-1190/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2-1(116)-1190/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2-1(116)-1190/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023cü il tarixli 2-1(116)-1190/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
20. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - КB 018068 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1983-ci illərdə peşə təhsili almışdır. - ******* №-li, əmək kitabçasına əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etdiyi xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983 – xx.xx.2012. xx.xx.2012 – xx.xx.2022. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-07-92 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) xx.xx.1983-cü il tarixdən "xxxx"-nin Elektrik sexində 5-ci qrup növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. (Əmr 764.23 11.1983) xx.xx.1986-cı il tarixdən 01 04.1988-ci il tarixədək Elektrik sexində 6-cı qrup növbətçi elektrik montyoru vəzifəsində (Əmr 47.,xx.xx.1986) xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə Elektrotexniki laboratoriyada 4-cü dərəcəli elektrik montyoru (əmr 35.xx.xx.1988), xx.xx.1988-ci il tarixdən 01 02.1989-cu il tarixədək həmin sexdə 5-ci dərəcəli elektrik montyoru (əmr 115/K.12.12 1988), xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək həmin sexdə 6-cı dərəcəli elektrik montyoru (Əmr 190/K.31.02 1989) vəzifələrində işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru və elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 06.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının (Nazirlər Kabinetinin 12.01 2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur. A) '‘Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı" adlı 13-cü bölməsinin bəndinin 28-ci abzasına esasən “2140000a-18455-qazanxana turbin (buxar-qaz turbin) avadanlığının təmiri yanacaq oturma avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” B) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci abzasına əsasən 2140000b-23362-avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar, (qazanxana, turbin (buxar qaz turbin) yanacaq ötürmə, tozhazırlama. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə Elektrotexniki Laboratoriyada mühəndis vəzifəsində (Əmr 167/K,xx.xx.1990), xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixədək həmin sexdə aparıcı mühəndis vəzifəsində (Əmr 04/K,xx.xx.1998) işlədiyi illər Nazirlər Kabinetinin müvafiq qərarlarında nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək həmin sexdə İ qrup Böyük usta vəzifəsində (Əmr 341/Ş,xx.xx.2006) işləmişdir xx.xx.2012-ci il tarixdə Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) xitam verilib. (Əmr 233/Ş.xx.xx.2012) İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi zərərli sahədə 8 saatlıq iş gün ərzində təhlükəlilik sinfi 3- 4, səs-küy, titrəmə, nisbi rütubət, havanın hərəkət sürəti, elektromaqnit sahəsi, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, Emosional və intellektual gərginlik, iş yerində havanın temperaturunun normadan yuxarı olması, nəmlik, faktorları mövcud olmuşdur. İddiaçı işlədiyi müddət ərzində tam iş günü ərzində enerji bloklarında Qazan Turbin avadanlıqlarının yerləşdiyi yerlərdə, yanacaq ötürmə avadanlıqlarının yerləşdiyi yerlərdə, 330/500 kv APQ sahəsində, Kimya sexində kommutasiya avadanlıqlarının birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək 12% və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək həmin sexdə İ qrup Böyük usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın aşağıdakı bəndlərinə uyğundur. a) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” Bəndinin 26-cı abzasına əsasən ‘qazanxana, turbin (buxar qaz turbin) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri”, b) “Elektrik stansiyaları, enerjiqatarları buxar və güç təsərrüfatı, adlı 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasına əsasən “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbin) yanacaqötürmə tozhazırlama vəzifələrinin xüsusiyyətlərinə uyğundur. “Azərenerji' ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək zərərli iş sahəsində iş stajı 07 il 19 gün və xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək iş stajı 06 il 02 ay 18 gün təşkil edir. Ümumi zərərli sahədə iş stajı 13 il 03 ay 07 gün təşkil edir. - AZE 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1961-ci ildə doğulmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
25. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
29. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2-1(116)-1190/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdə yarandığından, o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:
1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.
2. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
37. İddiaçının ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanır.
38. Belə ki, iddiaçı xx.xx.1961-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
39. Eyni zamanda iddiaçı əmək fəaliyyətinin 13 il 03 ay 07 gün müddətində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur.
40. Cavabdeh orqanın apellyasiya şikayətinin əsas dəlili - iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az (08 il 11 ay 04 gün) olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan bildirir ki, iddiaçının xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində işləmişdir, iddiaçının işlədiyi elektrik sexi sahəsi və növbətçi elektrik montyoru vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahə və vəzifəyə uyğun deyil.
41. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlillini əsassız hesab edir.
42. Belə ki, iş materiallarında olan, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13- 9/100/01-07-92 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru və elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının (Nazirlər Kabinetinin 12.01 2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur. A) '‘Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı" adlı 13-cü bölməsinin bəndinin 28-ci abzasına esasən “2140000a-18455-qazanxana turbin (buxar-qaz turbin) avadanlığının təmiri yanacaq oturma avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” B) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci abzasına əsasən 2140000b-23362-avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar, (qazanxana, turbin (buxar qaz turbin) yanacaq ötürmə, tozhazırlama.
43. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək həmin sexdə İ qrup Böyük usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın aşağıdakı bəndlərinə uyğundur. a) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” Bəndinin 26-cı abzasına əsasən ‘qazanxana, turbin (buxar qaz turbin) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri”, b) “Elektrik stansiyaları, enerjiqatarları buxar və güç təsərrüfatı, adlı 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasına əsasən “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbin) yanacaqötürmə tozhazırlama vəzifələrinin xüsusiyyətlərinə uyğundur.
44. Həmin məktubda qeyd edilmişdir ki, iddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, nisbi rütubət, havanın hərəkət sürəti, elektromaqnit sahəsi, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, Emosional və intellektual gərginlik, iş yerində havanın temperaturunun normadan yuxarı olması, nəmlik, faktorları mövcud olmuşdur. İddiaçı işlədiyi müddət ərzində tam iş günü ərzində enerji bloklarında Qazan Turbin avadanlıqlarının yerləşdiyi yerlərdə, yanacaq ötürmə avadanlıqlarının yerləşdiyi yerlərdə, 330/500 kv APQ sahəsində, Kimya sexində kommutasiya avadanlıqlarının birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün iddiaçıya xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək 12% və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir.
45. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2-1(116)-1190/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.