Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-563/2024 21.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən 479.1 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-1(116)-272/2024 nömrəli qərarından iş İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə qərarın ləğv edilməsi və əmlakı üzərində hüquqlarının dövlət qeydiyyatına alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-272/2024 saylı qərardadı ilə Qax bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.
3. İddiaçı birinci instansiya məhkəməsinin iclasında tələbini dəqiqləşdirərək “ünvan 1 ünvanda yerləşən 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-272/2024 nömrəli qərardadı ilə iddia tələbinin “20.9 kvm torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi mümkün sayılmamışdır.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 10 aprel 2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Sənədlərini yoxlayaraq qəbul etdikdən sonra ona verdikləri qəbzə əsasən xx.xx.2023-cü il tarixdə Dövlət Reyestrindən çıxarış sənədini almalı idi. Lakin,xx.xx.2023-cü il tarixdə müraciətinə imtina cavabı verilmişdir. İmtina səbəbi bildirişdə qeyd olunmasa da, verilən şifahi məlumata görə sənədlərində torpaq sahəsi 300 kv.m göstərilib. Guya onlarda olan məlumatda bu rəqəm 317 kvm-dir. Həmin torpaq sahəsini həyətdə yerləşən evlə birlikdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında əldə etmişdir. Həmin sənəddə torpaq sahəsinin 300 kv metr olduğu göstərilmişdir. 20 dekabr 1990-cı il Qax rayon XDS İcrayə Komitəsinin 16 N-li iclas protokoluna əsasən verilmiş torpaq sahəsinin plan ölçü sənədində ölçü 300 kv.metr göstərilmişdir. İmtina bildirişində ikinci səbəb ərazidə mübahisənin olması və faktiki sərhədlərindən kənarda ölçü işlərinin aparılmasının mümkün olmaması göstərilib.
7. Həqiqətən ərazidə mübahisə olub. Torpaq sahəsinin bir hissəsi sərhəd qonşusu tərəfindən zəbt edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MİÜK-nin 24 dekabr 2009-cu il tarixli 2(107)- 418/2009 qətnaməsi ilə zəbt olunmuş torpaq sahəsi geri qaytarılmışdır. Halhazırda heç bir mübahisə yoxdur və ola da bilməz. Mübahisə məhkəmə qaydası ilə həll olunub. Məhkəmə qətnaməsi icra olunduğu zaman müəyyən səbəb və məqsədlə müvəqqəti olaraq imkanlarım daxilində qonşu ilə arasında olan sərhəddi 1 metr öz ərazisi daxilində çəkmişdir. Ümumiyyətlə sərhədin necə olması Azərbaycan Respublikası qanunvericiliyində aidiyyatlı qrum tərəfindən verilmiş sənədlə müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 178.4 maddəsinin tələbinə görə “Torpağın bir torpaq sahəsindən digərinə yerdəyişməsi sahələrin hüdudlarının dəyişməsinə səbəb olmur”. Torpaq sahəsinin plan ölçüsü Qax şəhər XDS İcraiyyə Komitəsinin 20 dekabr 1990- cı il tarixli 16№-li protokola əsasən işlənmiş sənəddə, Şəki Appelyasiya Məhkəməsinin MİÜK- nin 24 dekabr 2009-cu il tarixli 2 (107)-418/2009 saylı qətnaməsində və həmin qətnamə əsasında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 feval tarixli 536 №-li fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin plan ölçüsü” kadastr sənədində göstərilmişdir.
8. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı 10 aprel 2023-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə ilə (daxilolma Ne-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 300 kv.metr torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi verilməsini xahiş etmişdir.
9. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, İddiaçı Qax şəhəri, M.F.Axundov küçəsi 19 A ünvanında 300 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 15 sentyabr 1990-cı ildə Qax rayon Dövlət notariat kontorunda 2-480 nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyat vəsiqəsi verilmiş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə Qax rayon Aqrar islahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı əsasında tərtib edilmiş A 160058 seriya və nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 299,98 kv.metr torpaq sahəsinin qərb tərəfdən qonşu X4 tərəfindən 20,9 kv.metr hissədə zəbt edildiyindən ləğv edilərək yenidən işlənməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının 24 dekabr 2009-cu il tarixli 2(107)-418/2009 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi əsas götürülərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən A 337788 seriya və nömrəli 300 kv.metr torpaq sahəsinin yeni plan və ölçü sənədi tərtib edilsə də, X2 DTXK-nin Qax rayon şöbəsi tərəfindən verilmiş A 160057 seriya və nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ünvan 3 ünvanındakı torpaq sahəsi ilə üst-üstə düşən 0,0341 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış verildiyindən, həmçinin həmin torpaq sahəsinin qərb tərəfində faktiki mövcud olan dəmir hasarın çəkilməsi nəticəsində yaranmış sərhədlə ərizəçi razı olmadığından və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması üçün müraciət etdiyi torpaq sahəsinin hasardan 1 metr qonşu tərəfə ölçülməsini tələb etdiyindən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməli olduğundan vətəndaşa 11,05.2023-cü il tarixli 3-21-3- 39/2-1555/2023 Ne-li imtina məktubu verilmişdir.
10. Qeyd olunmalıdır ki, vətəndaş İddiaçı qonşusu X4 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinə qarşı “özbaşına zəbt olunmuş ərazidən çıxarılma, saxtalaşdırılmış kadastr planının ləğvi və kadastr planının sənədlərə uyğun şəkildə işlənməsi"nə dair iddia tələbi ilə Qax rayon məhkəməsinə müraciət etmişdir. Qax rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)- 110/2009 saylı qətnaməsi ilə ilə iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilmişdir.
11. Qax rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(024)-110/2009 saylı qətnaməsi ilə razılaşmayan İddiaçı qətnamədən Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının 24 dekabr 2009cu il tarixli 2(107)-418/2009 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 4 ünvanda İddiaçı mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsinin qərb tərəfdən qonşusu X4 tərəfindən zəbt edilmiş 1,1 metr enində 19 metr uzunluğunda, cəmi 20,9 kv.metr olan torpaq sahəsinin İddiaçı qaytarılması, İddiaçı həyətyanı torpaq sahəsinin işləndiyi Dövlət Kadastr kitabında 21 aprel 2009-cu il tarixli 2231 nömrə ilə qeydə alınmış A 160058 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, “Torpaq sahəsinin planı və ölçüsü”nün texniki sənədlərə uyğun yenidən işlənməsinin Dövlət Torpaq və Xəntəçəkmə Komitəsinin Qax rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir.
12. Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 may 2010-cu il tarixli 2(102)- 1526/10 nömrəli qərarı ilə cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2009-cu il tarixli 2(107)- 418/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2009-cu il tarixli 2(107)- 418/2009 nömrəli qətnaməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən icra olunaraq, İddiaçı adına A 337788 seriya və nömrəli yeni plan və ölçü sənədi tərtib edilmişdir.
14. Həmçinin, cavabdeh X1 adına olan və xx.xx.2010- cu il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilərək **********88-10301 reyestr nömrəli çıxarış verilmiş 341.4 kv.metr həyətyanı torpaq sahəsinə dair A 160057 seriya və nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də Şəki Apellyasiya Məhkəməsinin 2(107)-418/2009 nömrəli qətnaməsinə əsasən DTXK-nin Qax rayon şöbəsi tərəfindən ləğv edilərək, cavabdeh X1 adına 317 kv.metr torpaq sahəsinə dair A 404233 seriya və nömrəli yeni plan və ölçü sənədi tərtib edilsə də, Qax şəhəri, X8 küçəsi, ev 19 A ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 341 kv.metr yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışın ləğvi və ya düzəlişi ilə bağlı hər hansı məhkəmə qərarı qəbul edilməmişdir.
15. Qax şəhəri, X8 küçəsi, ev 19 A ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qərb tərəfdən qonşu X1 xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88-10301 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyətə verilmiş ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 341 kv.metr torpaq sahəsi ilə üst-üstə düşdüyündən və ərizəçinin istəyi ilə özgənin xüsusi mülkiyyətində olan ərazidə ölçü işlərinin aparılması qanunauyğun olmadığından ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 300 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 iyun 2024-cü il tarixli 2- 1(116)-272/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-1(116)-272/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 20.09 kv.m torpaq sahəsi X1 mülkiyyətinə xx.xx.2010-cu il tarixdə işlənmiş və ona **********88-10301 saylı çıxarış verilmişdir. X7 Məhkəməsinin 2(107)-418/2009 saylı. xx.xx.2009-cu il tarixli qətnaməsi əsas götürülərək X.Əsgərovaya verilmiş A160057 serialı Torpaq sahəsinin plan və ölçüsü sənədi ləğv edilərək 317 kv.m torpaq sahəsinə dair A404233 serialı və nömrəli yeni plan ölçü sənədi tərtib edilmişdir. Lakin X.Əsgərovanın adına verilmiş çıxarış daha əvvəl mövcud olan (səhv işlənmiş) plan-ölçü sənədi əsasında verilmişdir. Bu səbəbdən də hesab edirəm ki, iddia tam təmin edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-1(116)-272/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-1(116)- 272/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.
22. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
23. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış, xx.xx.1990-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 16 nömrəli iclas protokolundan çıxarış, A404233 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)-1526/10 nömrəli qərarı, A160058 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, A337788 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, 1216 inventar nömrəli texniki pasport, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(102)-3592/11 nömrəli qərarı, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. xx.xx.2024-cü il tarixli elektron bazaya baxış zamanı müəyyən edilmişdir ki, elektron uçot məlumatlarında mübahisəli torpaq sahəsinə və qonşu torpaq sahəsinə dair plan-ölçü sənədlərinin cizgisi öz əksini tapmışdır. Həm iddiaçıya, həm də qonşu torpaq sahəsinə aid plan-ölçü sənədləri bir-birilə üst-üstə düşmür. Hər iki torpaq sahəsinin ərazi hüdudları ayrıca göstərilib. Həmçinin mütəxəssis bildirdi ki, qonşu torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilsə də, sözügedən çıxarış elektron bazaya daxil edilməmişdir. Həmin çıxarışın yerləşmə vəziyyəti elektron baza məlumatlarına şərti daxil edilərək ərazinin situasiya planı ilə müqayisəli yoxlandı və müəyyən edildi ki, çıxarışda qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin konfiqurasiyası kağız daşıyıcıda olan sənədlərdə ərazinin yerquruluşu planına uyğun olsa da, elektron bazada fərqli qaydada (sürüşdürülməklə) öz əksini tapır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2010 tarixli **********88-10301 reyester nömrəli X2 məxsus Texniki Pasportda koordinatlar olmadığı üçün faktiki istifadə vəziyyəti ilə üst-üstə düşməni müəyyən etmək olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. Maddə 14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası. .... Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Maddə 21. Yerquruluşu işlərinin aparılması və sənədlərin verilməsi ... Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir.
27. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər.
34. Həmin Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir.
35. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir.
36. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdeh orqana qarşı irəli sürülmüş tələblər ünvan 1 ünvanda yerləşən 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir.
37. İddia tələbi 20.9 kv.m torpaq sahəsinə aid hissədə (**********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışla üst-üstə düşən hissə) qeyri-mümkün sayıldığından, məhkəmə tərəfindən qalan 479.1 kv.metr torpaq sahəsinə münasibətdə cavabdehin imtinasının qanuniliyinə hüquqi qiymət verilmişdir.
38. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 521 kv.m olub döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS (X3 X5) baza məlumatlarına əsasən Qax bələdiyyəsinin mülkiyyətində, Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı torpaqlar kimi göstərilmişdir.
39. İddiaçının adına ilkin olaraq Qax rayon AİK-nın xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı əsasında 299,98 kv.m torpaq sahəsinə dair A160058 №-li torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmiş, daha sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(107)-418/2009-cu il tarixli qətnaməsi ilə iddiaçının mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin qərb tərəfindən qonşusu X4 tərəfindən zəbt edilmiş 1.1 m enində, 19 m uzunluğunda 20.9 kv.m torpaq sahəsi İddiaçı qaytarılması qərara alınmış, A160058 №-li torpaq sahəsinin plan və ölçüsü ləğv edilərək həmin sənədin yenidən işlənməsi DT və XK-nin Qax rayon şöbəsinə həvalə edilmişdir.
40. Odur ki, iddiaçı, üzərində mülkiyyət hüququ qeydə alınacaq torpaq sahəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(107)- 418/2009-cu il tarixli qətnaməsi əsasında tərtib edilmiş plan-ölçü sənədinə istinad edir. İddiaçı tərəfindən təqdim edilmiş, məhkəmə qətnaməsi əsasında tərtib edilən plan-ölçü sənədinin nömrəsi A404233 qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilən məhkəmə qətnaməsi əsasında tərtib edilən plan-ölçü sənədinin nömrəsi isə A337788 qeyd edilmişdir. Buna baxmayaraq, hər iki plan-ölçü sənədinin cizgisində göstərilən torpaq sahəsinin eyni ərazi olması və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə aidliyi aşkar görünür (cavabdeh orqan yerquruluşu planında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı A337788№-li plan-ölçü sənədinə istinad edir).
41. Eyni ilə qonşu torpaq sahəsinə münasibətdə də, Qax rayon AİK-nın xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı əsasında tərtib edilmiş ilkin plan-ölçü sənədi A160057 nömrəli olmuş (341.4 kv.m), Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(107)-418/2009-cu il tarixli qətnaməsi əsasında həmin plan-ölçü sənədi də, ləğv edilərək 317 kv.m torpaq sahəsinə dair Xanpəri Əskərovanın adına 317 kv.m torpaq sahəsinə dair yeni plan-ölçü sənədi işlənmişdir.
42. Odur ki, iddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012ci il tarixli, 2(107)-418/2009-cu il tarixli qətnaməsi əsasında tərtib edilmiş plan-ölçü sənədinə uyğun olaraq 279.1 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur.
43. İddia olunan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə isə iddiaçı, hüquq müəyyənedici sənəd qismində 2-480№ ilə reyestrdə qeyd edilmiş “qanun üzrə vərəsəlik haqqında” Şəhadətnaməyə istinad edir.
44. Sözügedən Şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələbinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan iddia tələbi fərdi yaşayış evinə aid hissədə də, əsaslıdır.
45. İddia tələbi Qax bələdiyyəsinin mülkiyyətinə aid 200 kv.m torpaq sahəsi ilə bağlı hissədə əsassızıdır.
46. Belə ki, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etsə də, iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasına dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmir.
47. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
48. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır.
49. Sözügedən Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğu təsbit edilmişdir.
50. Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər dedikdə isə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nəzərdə tutulur.
51. Lakin, iddia olunan 200 kv.m torpaq sahəsinə münasibətdə yuxarıda qeyd edilmiş hüquq normalarında təsbit edilmiş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.
52. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçınin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-1(116)-272/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.