Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-564/2024 28.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)- 53/2024 nömrəli qərarından iş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “ona hesablanmış dövlət büdcəsinə ödənilməli olan 20325.59 manat məbləğində (o cümlədən, vergilər üzrə 6125.79 manat, faizlər üzrə 14059.8 manat, maliyyə sanksiyası üzrə 140 manat) borcun şəxsi hesab vərəqindən silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin verdiyi məlumata əsasən xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan iddiaçı (VÖEN: **********) dövlət büdcəsinə 20325,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 6125,79 manat, faizlər üzrə 14059,8 manat, maliyyə sanksiyası üzrə 140 manat) borcu vardır. O, vergi idarəsinin həmin borcla bağlı mövqeyi ilə razılaşmır. Belə ki, onun hesabına yığılmış vergi borcu 2020-ci ilin aprel ayında əlavə dəyər vergisindən azad olan malların texniki olaraq səhvən vergi tutulan dövriyyə kimi fiskalizasiya edilməsi nəticəsində yaranmışdır. Bununla bağlı müvafiq sənədlərlə birlikdə Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilmiş və həmin artıq hesablanmış vergi borcunun silinməsi xahiş edilmişdir. Lakin, onun müraciətinə Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsindən müsbət cavab verilməmişdir.
5. Bundan sonra Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 20325,59 manat, İşsizlikdən sığorta fonduna olan 3,16 manat, İcbari Tibbi Sığorta Fonduna olan, 13 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, onun 17 avqust 2022-ci il tarixə olan 20325,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 6125,79 manat, faizlər üzrə 14059,8 manat, maliyyə sanksiyası üzrə 140 manat) borcu alqı-satqı olunan malların düzgün fiskalizasiya edilməməsi nəticəsində yaranmışdır ki, həmin nöqsan barədə də, dərhal müvafiq olaraq Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia mümkünsüz sayılmalıdır. Belə ki, 4 saylı Ərazi Vergilər İdarəsində uçotda olan İddiaçı (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üçün vergi orqanına təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsində ƏDV-yə 18 faizlə cəlb olunan dövriyyəsinin 121586,24 (ƏDV-siz) manat ƏDV-dən azad olunan dövriyyəsinin 90160,14 manat, cəmi əməliyyatlarının 211 746,38 manat olmasını, əvəzləşdirilən dövriyyə hissəsində əvəzləşdirilən dövriyyə məbləğinin isə 106 669,99 (ƏDV-siz) manat olmasını bəyan etdiyi halda, 2020-ci ilin mart ayı üzrə təqdim edilmiş e-qaimə fakturaların dəyəri 2 483,04 manat (ƏDV-siz) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin 204 496,44 manat (ƏDVsiz) olmaqla, ümumilikdə 206 979,48 manat olması, həmçinin əvəzləşmə üçün DELTA QRUP C.O." MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İJ seriyalı 015986 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 191,83 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 15,61 manat (ƏDV-Siz) qaimə üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq, 15,61 (ƏDV-siz) manat əvəzləşməsinə yol verilmiş, "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İC seriyalı 937468 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 3 270,33 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 2118,66 manat (ƏDV-siz) e-qaimə faktura üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq, 2 118,66 manat (ƏDV-siz) əvəzləşməsinə yol verilmiş, “BOLLUQ LTD" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş İE seriyalı 865704 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə 428,39 manat (ƏDV-siz) əvəzləşmə etdiyi halda 314,17 manat (ƏDV-siz) qaimə üzrə ödəniş etdiyi üçün qeyd olunan qaimə üzrə əvəzləşmə məbləği azaldılaraq 314,17 manat (ƏDV-siz) məbləğin əvəzləşməsinə yol verilmişdir.
7. Qeyd olunan uyğunsuzluqlarla bağlı xx.xx.2022-ci il tarixdə **********948400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu vergi ödəyicisinə göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV bəyannaməsi və ya təsdiqedici sənədlər əlavə olunaraq müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyi üçün, 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilməklə 15.630,38 manat (kameral qaydada hesablanmış 18.315,29 - bəyan edilmiş 2.684,91 = 15.630,38) əlavə vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixdə **********167600 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Sözügedən qərar xx.xx.2022-ci il tarixdə elektron qutuda oxunmuşdur. Hazırki iddia İnzibati Prosessual Məcəlləyə uyğun olaraq mübahisələdirmə haqqında iddiadır və iddiaçı iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə təqdim etmişdir.
8. İnzibati Prosessul Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
9. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni məzmunlu norma Vergi Məcəlləsində də təspit olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 70.2-1 -ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün, poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.
10. Bununla yanaşı, iddiaçı və vergi orqanı arasında “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cu il tarixli, 1164 nömrəli müqavilə bağlanmış, həmin Müqavilənin 2.5-ci bəndinə əsasən tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Göründüyü kimi hazırki iş üzrə vergi orqanının qərarı iddiaçıya elektron üsulla elektron kabinetinə xx.xx.2022-ci il tarixdə göndərilmiş və 3 iş günü keçdirkdən sonra, yəni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Həmin qərardan şikayət verilmə müddətinin axımı isə xx.xx.2022-ci il tarixdə başlamış, müddətin axımı xx.xx.2022-ci il tarixdə bitmişdir. Beləliklə, iddiaçı inzibati qərar ona rəsmi təqdim edildiyi vaxtdan təxminən 6 ay 24 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli Plenum qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Plenum qərarının 2.3.cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
12. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün hesab olunmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 iyul 2024-cü il tarixli 2- 1(116)-53/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
18. Cavabdeh orqan apellyasiya şikayətini iddiaya etiraz ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-53/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X4 və X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-53/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-53/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********167600 nömrəli qərar, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 9/1299 nömrəli rəyi: Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-743/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 9/1299 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, vergi ödəyicisi tərəfindən 90160,14 manat məbləğində malların satışı ƏDV-yə cəlb edilməyən satış dövriyyəsinə aid edildiyi halda İddiaçı tərəfindən 2019 və 2020-ci İllər üzrə aparılan əməliyyatlara görə vergidən yayınma halının olmadığı müəyyən edilir. Məhkəmə-mühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqatdır. Həmçinin qeyd edilir ki, təqdim edilmiş İş materiallarında ödəyicisi tərəfindən alış-satış əməliyyatlarını özündə əks etditən EVHF, E-qaimə-lə bağlı cədvəl məlumatlarının olmasına baxmayaraq, həmin məlumatlarda malın adı, növü və s. göstərilməmişdir. Yəni belə olan halda ümumi satış dövriyyəsindən ƏDV-dən azad olunan və olunmayan dövriyyəni konkret olaraq müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında un satışına dair məlumatlar mövcud olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. “Elektron imza və elektron sənəd haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: ... 1.1.5.Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; Maddə 6 . Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. M a d d ə 21. Elektron sənədə dair tələblər. 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2. bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3. identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 10 il müddətinə.
25. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
28. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
29. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir Cavabdeh orqan mübahisələndirilən qərarın elektron üsulla iddiaçının elektron kabinetinə xx.xx.2022-ci il tarixdə göndərilməsini və 3 iş günü keçdirkdən sonra, yəni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmasını, qərardan şikayət verilmə müddətinin axımının xx.xx.2022-ci il tarixdə bitməsini, iddia ərizəsinin 6 ay 24 gün keçdikdən sonra məhkəməyə təqdim edilməsini bildirərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir
30. Məhkəmə kollegiyası qeyd edir ki, qərarların elektron üsulla çatdırılması “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilməlidir. Hazırkı işdə isə mübahisələndirilən qərarın istinad olunan Qanunun tələblərinə uyğun şəkildə çatdırılmasına dair müvafiq sübut yoxdur. Həmçinin, mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir Buna görə də, məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarı ilə iddiaçıya 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilməklə 15.630,38 manat əlavə vergi hesablanmışdır.
33. İddiaçı bildirir ki, sözügedən vergi borcu 2020-ci ilin aprel ayında əlavə dəyər vergisindən azad olan malların texniki səhv nəticəsində vergi tutulan dövriyyə kimi fiskalizasiya edilməsi nəticəsində yaranmışdır.
34. Cavabdeh orqan mövqeyinə görə xx.xx.2022-ci il tarixdə 2020-ci ilin mart ayı üçün vergi orqanına təqdim etdiyi sonuncu dəqiqləşdirilmiş ƏDV bəyannaməsində iddiaçı, ƏDVyə 18 faizlə cəlb olunan dövriyyəsinin 121586,24 (ƏDV-siz) manat ƏDV-dən azad olunan dövriyyəsinin 90160,14 manat, cəmi əməliyyatlarının 211 746,38 manat olmasını qeyd etmiş, əvəzləşdirilən dövriyyə hissəsində əvəzləşdirilən dövriyyə məbləğinin isə 106 669,99 (ƏDV-siz) manat olmasını bəyan etdiyi halda, 2020-ci ilin mart ayı üzrə təqdim edilmiş e-qaimə fakturaların dəyəri 2 483,04 manat (ƏDV-siz) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin 204 496,44 manat (ƏDVsiz) olmaqla, ümumilikdə 206 979,48 manat göstərmişdir.
35. Göründüyü kimi mübahisənin həlli baxımından əhəmiyyətli olan hal iddiaçının ƏDVdən azad olunan dövriyyəsinin (90160,14 manat) müəyyən edilib-edilməməsidir.
36. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş 9/1299 nömrəli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, vergi ödəyicisi tərəfindən 90160,14 manat məbləğində malların satışı ƏDV-yə cəlb edilməyən satış dövriyyəsinə aid edildiyi halda İddiaçı tərəfindən 2019 və 2020-ci İllər üzrə aparılan əməliyyatlara görə vergidən yayınma halının olmadığı müəyyən edilir.
37. Həmçinin ekspert rəyində göstərilmişdir ki, iş materiallarında ödəyicisi tərəfindən alış-satış əməliyyatlarını özündə əks etditən EVHF, E-qaimə-lə bağlı cədvəl məlumatlarının olmasına baxmayaraq, həmin məlumatlarda malın adı, növü və s. göstərilməmişdir. Yəni, belə olan halda ümumi satış dövriyyəsindən ƏDV-dən azad olunan və olunmayan dövriyyəni konkret olaraq müəyyən etmək mümkün deyil. Lakin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında un satışına dair məlumatlar mövcud olmuşdur.
38. Cavabdeh orqan təqdim edilmiş ekspert rəyi ilə razılaşmamış və məhkəməmühasibat ekspertizasının yenidən keçirilməsini xahiş etmişdir.
39. Cavabdeh orqanın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı zəruri sənədlərin təqdim edilməsi tərəflərə təklif edilmiş və ötən müddət ərzində ekspertiza tədqiqatına tələb olunan sənədlər təqdim edilməmişdir.
40. Müvafiq ekspert rəyi alındıqdan sonra cavabdeh orqan tərəfindən əlavə məlumatların verilməsini və təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətin irəli sürülməsini məhkəmə icraatın yubandırılması kimi qiymətləndirir. Qeyd olunan hal ilkin inzibati icraatın natamam və səthi aparılmasını, əlavə dəyər vergisindən azad olan malların texniki səhv nəticəsində vergi tutulan dövriyyə kimi fiskalizasiya edilməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə inzibati orqanın hər hansı araşdırma aparmamasını sübut edir.
41. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdehin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********167600 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-53/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.