Məhkəmə qərarları › İş №2-1(107)-564/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-564/2025

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-564/2025 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən, məruzəçi), Musayev Taleh Valeh oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İbrahimova Sevgil Muxtar qızının vəkili Vəkil və cavabdehin nümayəndəsi Səmədov İlyas Səməd oğlunun iştirakları ilə İddiaçı İbrahimova Sevgil Muxtar qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın 1290 kv.metr hissədə ləğv edilməsi, A 279171, A 279227, A 279232 və A ****** №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələri, o cümlədən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İbrahimova Sevgil Muxtar qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər İbrahimova Azi Həsən qızı, İbrahimov Həbibulla Mövlüd oğlu və İbrahimova Raziyət Həbibulla qızının adına daşınmaz əmlakın dövlət reyestrində ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli *** nömrəli qərarına əsasən iddiaçı İbrahimova Sevgil Muxtar qızının mülkiyyətinə verilmiş, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üstüstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi; A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı və A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahələri, o cümlədən, 600 kv.metr həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə İbrahimova Azi Həsən qızı, İbrahimov Həbibulla Mövlüd oğlu və İbrahimova Raziyət Həbibulla qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. Birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli 2-1(112)-1047/2022 qərardadı ilə *-*(***)-**/**** nömrəli inzibati iş üzrə üçüncü şəxs qismində zəruri cəlb edilmiş İbrahimov Həbibulla Mövlüd oğlunun inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli, *** nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 600 kv.m həyətyanı, A seriyalı ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 600 kv.m həyətyanı, A seriyalı ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 100 kv.m kənd təsərrüfatı təyinatlı və A seriyalı ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 2200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının mülkiyyətinə verilmişdir. - İddiaçı İbrahimova X8 rayonu Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli, *** nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş yuxarıda qeyd olunan torpaq sahələri, o cümlədən, 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, lakin, sonuncu ## #### 2021-ci il tarixli ************ nömrəli və ## ####### 2021-ci il tarixli, ************ nömrəli məktubları ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. - İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İbrahimova Sevgil Muxtar qızına ünvanlanmış ## #### 2021ci il tarixli, ************ nömrəli məktubdan məlum olur ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasınm ## ### 2004-cü il tarixli, *** nömrəli qərarına əsasən sonuncunun mülkiyyətinə verilmiş 600 kv.m həyətyanı torpaq sahəsi elektron baza xəritələrində tam fərqli qeyd edilmişdir. Həmçinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin bir hissəsi üzərində İbrahimova Azi Həsən qızı və digərlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

5. Cavabdeh orqanın iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İbrahimova Sevgil Muxtar qızının etibarnamə üzrə nümayəndəsi Vəkil Zaqatala rayonu AİKnın qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsi üzərində İbrahimova Azi Həsən qızının adına aparılmış qeydiyyatın ləğv edilməsinə və onun ərizəsində qeyd olunan həyətyanı, fərdi yaşayış evi və k/t təyinatlı torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədi ilə ** saylı Zaqatala Ərazi İdarəsinə ərizələrlə müraciət etmişdir. - İddiaçının ərizələrinin icrası zaman məlum olmuşdur ki, iddiaçının ərizəyə əlavə etdiyi torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizgilərlə ərazi idarəsinin xidməti istifadəsinə olan elektron uçot xəritələrində göstərilmiş cizgilər arasında uyğunsuzluq vardır. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki cizgilərə əsasən torpaq sahəsi 0,06 ha qeyd edilmişdir. Lakin, ərazi idarəsinin xidməti istifadəsində olan elektron uçot xəritələrində qeyd olunan cizgilərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha təşkil edir. Bundan əlavə, həmin torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində elektron uçot xəritələrinə əsasən İbrahimova Azi Həsən qızının adına qeydiyyata alınmış torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. Həmçinin iddiaçının ərizəsinə əsasən başqa şəxsin adına aparılmış qeydiyyatın və qeydiyyata dair çıxarışın ləğvi ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizələrinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ##.##.2021-ci il tarixli, ************ nömrəli və ## ####### 2021-ci il tarixli, ************ nömrəli məktublar göndərilmişdir. - İddia ərizəsi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq məlumat verirlər ki, ləğv edilməsi iddia olunan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iş üzrə 3-cü şəxslər İbrahimova Azi Həsən qızının, İbrahimova Raziyət Həbibulla qızının və İbrahimov Həbibulla Mövlüd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas Zaqatala rayonu Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli, *** nömrəli qərarı, "Zaqatala rayonu, Əliabad qəsəbəsində keçmiş "Qələbə” və "Əliabad” təsərrüfatında torpaq islahatı ilə əlaqədar görülmüş işlər haqqında” Zaqatala Rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, ** nömrəli Sərəncamı və həmin sərəncama dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş ## ##### 2018-ci il tarixli "Zaqatala rayonu, Əliabad qəsəbəsində "Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrinə aid” elektron siyahısı (sıra nömrəsi 608) və həmin siyahıda göstərilmiş torpaq sahələrinə, o cümlədən sözügedən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hazırlanmış elektron uçot xəritəsi olmuşdur. - Məlumat üçün bildirirlər ki, yuxarıda qeyd olunan əsaslarla (həmin elektron siyahısının 640 sırasında göstərilmişdir) iddiaçıya və digərlərinə də Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,12 ha ölçüdə həyətyanı və cəmi 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir.

6. Üçüncü şəxsin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, həyat yoldaşı İbrahimov Həbibulla Mövlüd oğlu ##.##.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı, mərhum İbrahimov Həbibulla Mövlüd oğlunun əmisi arvadıdır. İddiaçı bu halı bildiyi halda iddia ərizəsində mərhum İbrahimov Həbibulla Mövlüd oğlunu üçüncü şəxs qismində göstərmişdir. - Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İbrahimova Azi Həsən qızının, mərhum İbrahimov Həbibulla Mövlüd oğlunun və İbrahimova Raziyyət Həbibulla qızının adına Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1291 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi reyestrdə ********** nömrə qeydiyyat alınaraq, ##.##.2021-ci il tarixdə çıxarışla rəsmiləşdirilmişdir. - Qeyd etmək istəyirlər ki, mülkiyyətçi olduqları torpaq sahəsinin iddiaçı İbrahimova Sevgil Muxtar qızına heç bir aidiyyəti yoxdur. İddia olunan torpaq sahəsi Torpaq islahatı zamanı ailəsinin mülkiyyətinə verilmişdir. - Bundan başqa, iddiaçı İbrahimova Sevgil Muxtar qızının torpaq tələbi olmuş olsaydı, Zaqatala rayonu Aqrar İslahat Komissiyasına qarşı iddia qaldıra bilərdi. - Görünür ki, iddiaçı İbrahimova Sevgil Muxtar qızına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbi izah edilmişdir ki, hansı ki, məhkəmə təcrübəsində qeyd olunan iddia tələbləri üzrə 30 gün müddət şamil olunur. Bu səbəbdən də, iddiaçı mülkiyyətində olan torpaq sahəsini heç bir əsas olmadan tələb edir. Ona görə də, iddia ərizəsi ilə razı deyil. Hazırda iddiaçının Zaqatala Rayon Məhkəməsində ona qarşı torpaq iddiası barədə mülki işə baxılır. İddiaçının hüquqverici sənədləri olmadığından Şəki İnzibati Məhkəməsində mülkiyyət sənədini mübahisələndirir.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.1996-cı il tarixli, **/** №-li, Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2004-cü il tarixli *** nömrəli qərarları; - Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli ** nömrəli sərəncamı; - cavabdehin ##.##.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A ****** nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2200 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A ****** nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A ****** nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A ****** nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 100 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1291 ha torpaq sahəsi üzərində İbrahimova Azi Həsən qızı, İbrahimov Həbibulla Mövlüd oğlu və İbrahimova Raziyət Həbibulla qızının ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - Zaqatala Rayonu İcra Hakimiyyətinin ##.##.2022-ci il tarixli */**** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il ## ##### tarixli *** nömrəli Fərmanı ilə “Dövlət islahat Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il # #### tarixli *** nömrəli Fərmanı və "Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il ## ##### tarixli *** nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bu Fərmanın icrası olaraq RİHB-nın ## #### 2011-ci il tarixli S-** saylı sərəncamı ilə Rayon Aqrar İslahat Komissiyası da ləğv edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının ## ##### 2018-ci il tarixli ** nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli *** nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir - ##.##.2023-cü il tarixli “Yerli baxışın nəticələrinə dair” protokolla aşağıda qeyd edilənlər müəyyən edilmişdir: Həyətyanı torpaq sahəsinə daxil olduqdan sonra fərdi yaşayış evinin (köhnə tikilinin) olması müəyyən edildi. Bundan sonra torpaq sahələrini bir-birindən ayıran metal arakəsmə iddiaçı tərəfindən açıldı və fındıq bağının yerləşdiyi torpaq sahəsi təqdim edildi. Fındıq bağına baxış keçirilərkən müəyyən olundu ki, dörd tərəfi bağlı qapalı həyət daxilində iddiaçı tərəfindən faktiki istifadə olunur. Fındıq bağının yerləşdiyi torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən götürüldü. Daha sonra iddia tələbində qeyd olunan digər torpaq sahələrinin (600 kv.metr və 100 kv.metr) yerləşdiyi əraziyə baxış keçirildi. Əraziyə daxil olduqdan sonra iddiaçı bildirdi ki, plan-ölçü sənədində göstərilən 600 kv.metr və 100 kv.metr torpaq sahəsində ona məxsus 15 fındıq kolu var. Onunla üzbəüz, yəni fındıq bağına daxil olduqdan sonra sol tərəfdə yerləşən fındıq kolları isə faktiki olaraq üçüncü şəxslərin istifadəsindədir. İddiaçının naturada göstərdiyi həmin torpaq sahələrinin, eyni zamanda üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri götürüldü. Bununla da baxış yekunlaşdırıldı. Baxış zamanı müəyyən edildi ki, iddiaçının istifadəsində olan 2200 kv.metr torpaq sahəsindən uzun müddətdir ki, Azi yox, iddiaçı istifadə edir. Faktiki olaraq 3-cü şəxsin istifadə etdiyi torpaq sahəsi iddiaçının digər 600 kv.metr və 100 kv.metr torpaq sahələrinin yerləşdiyi ərazidəki, həmin torpaq sahələri ilə üzbəüz olan fındıq kollarının yerləşdiyi ərazidir. - cavabdehin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli ** nömrəli sərəncamı verilənədək İbrahimova Azi Həsən qızının adına həyətyanı və pay torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin olması ilə bağlı ərazi idarəsində məlumat aşkar edilməmişdir. - Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini İbrahimova Azi Həsən qızının nümayəndəlikdəki 2018-2022-ci illərə dair ** saylı ev təsərrüfatlarının uçotu kitabının 144-cü səhifəsində şəxsi hesab nömrəsi 2308 olan təsərrüfatda 1,36 ha pay torpağı qeydə alınmışdır. Həmin təsərrüfatda İbrahimova Azi Həsən qızının Əliabad qəsəbəsində fərdi yaşayış evi olmadığı üçün ev qeydə alınmamışdır. - Əliabad bələdiyyəsinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə 2015-2020-ci ilə aid İbrahimova Azi Həsən qızının təsərrüfatına dair bələdiyyənin uçot kitabında qeyd edilmiş siyahıda İbrahimova Azi Həsən qızına 0,09 ha həyətyanı torpaq sahəsi, 0,13 ha bağ sahəsi və 1,36 ha əkin sahəsi verilmişdir. İbrahimova Azi Həsən qızının Əliabad qəsəbə ərazisində yaşadığı fərdi yaşayış evi yoxdur. - cavabdehin ##.##.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən aşağıdakılar qeyd edilmişdir:

1. iddiaçı İbrahimova Sevgil Muxtar qızının mübahisələndirdiyi A seriyalı ****** saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsidir. Mübahisələndirilən A seriyalı ****** saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla mülkiyyətçisi İbrahimova Azi Həsən qızı və onun ailə üzvlərinin mülkiyyətinə işlənilmişdir.

2. İddia olunan torpaq sahələri Zaqatala RİHB-nin ##.##.2018-ci il tarixli ** nömrəli sərəncamı ilə təsdiq edilmiş, elektron uçotu işləri üzrə layihəyə əsasən İbrahimova Sevgil Muxtar qızının adına ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş A seriyalı ****** saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsi TEKUİS məlumat bazasında 608/0.13 ha olmaqla İbrahimova Azi Həsən qızının adına işlənilmişdir. - cavabdehin ##.##.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, TEKUİS məlumat bazasına əsasən iddiaçının adına tərtib edilmiş A seriyalı ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2200 kv.metr torpaq sahəsinin hüdudları daxilində 608 cizgisində göstərilən 0.13 ha torpaq sahəsinin 0.1145 ha hissəsi İbrahimova Azi Həsən qızının adına işlənilmişdir. Başqa bir ərazidə İbrahimova Azi Həsən qızının adına 608Z cizgisində 0.01 ha torpaq sahəsi işlənilmişdir. Bundan başqa İbrahimova Sevgil Muxtar qızının adına tərtib edilmiş A seriyalı ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsinin hüdudları daxilində İbrahimova Sevgil Muxtar qızı və onun ailə üzvlərinin adına 640H cizgisində göstərilən 0.12 ha torpaq sahəsinin 0.0611 ha hissəsi, 640Z cigisində göstərilən 0.04 ha torpaq sahəsinin 0.038 ha hissəsi işlənilmişdir. Başqa bir ərazidə isə İbrahimova Sevgil Muxtar qızının adına 640 F cizgisində 0.08 ha torpaq sahəsi işlənilmişdir. - cavabdehin ##.##.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, ##.##.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində məhkəmənin ##.##.2022-ci il tarixli sorğusunda qoyulmuş suallar A****** nömrəli plan-ölçü sənədində qeyd edilmiş 2200 kv.m torpaq sahəsindən başqa İbrahimova Sevgil Muxtar qızının adına DTXKnin tərtib etdiyi “Torpaq sahəsinin Planı və ölçüsü" sənədlərinin cizgilərinə əsasən kadastr nömrəsi 40200016101607 olan 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, kadastr nömrəsi 40200016101583 olan 0,06 ha həyətyanı torpaq sahəsi, kadastr nömrəsi 40200016101585 olan 0.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və kadastr nömrəsi 40200016101602 olan 0.06 ha həyətyanı torpaq sahəsi işlənilmiş və həmin cizgilər daxilində yerləşən torpaq sahələri İbrahimova Sevgil Muxtar qızı tərəfindən istifadə olunur. TEKUİS məlumat bazasına əsasən isə həmin ərazidə İbrahimova Azi Həsən qızının adına 608 cizgisində 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və İbrahimova Sevgil Muxtar qızının adına 640H cizgisində 0.12 ha həyətyanı torpaq sahəsi, 640F cizgisində 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 640Z cizgisində 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi işlənilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1996-2000-ci illərdə Əliabad kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: 1. İbrahimova Sevgil Muxtar qızı; 2. Aytən Şaban qızı; 3. Elmar Şaban qızı, 4. Bahar Şaban qızı, 5. Yadigar Kamal qızı. Xüsusi mülkiyyətdə 0.12 ha, tikinti altı 0.02 ha. Ev: ümumi yararlı sahə 50 kv.m, o cümlədən yaşayış sahəsi 40 kv.m.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## ##### 2024-cü il tarixli *- *(***)-*/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh1 X2 ** saylı Zaqatala Ərazi İdarəsinin üzərinə üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı və A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahələri, o cümlədən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi iddia tələbinin üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsinə dair hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, cavabdeh orqan Zaqatala RİHB-nin ##.##.2018-ci il tarixli, ** nömrəli sərəncamını yox, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanını yanlış tətbiq etməklə üçüncü şəxslərin adına ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatını aparmışdır. Sadalanan inzibati aktlardan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində Zaqatala rayon AİK-in ##.##.1996-cı il tarixli, **/** nömrəli, ##.##.2004-cü il tarixli, *** nömrəli qərarları ilə torpaq islahatına dair məsələlər tənzimləmiş və aqrar islahatın əhatə dairəsinə düşməyən subyektlərə münasibətdə isə Zaqatala RİHB-nin ##.##.2018-ci il tarixli, ** nömrəli sərəncamı qəbul edilərək bütövlükdə dürüstləşmə işləri başa çatdırılmışdır. 2018-ci il tarixli sərəncam əvvəlki islahat zamanı torpaq sahəsi artıq qanuni istifadəsinə verilmiş subyektlərə münasibətdə tətbiq edilməli olmadığından, cavabdeh həmin sərəncama istinad edərək, rayon AİK-in ## ### 2004-cü il tarixli, *** nömrəli qərarı əsasında verilmiş sənədlərə düzəliş edə bilməz. Zaqatala RİH-in ##.##.2022-ci il tarixli, */**** nömrəli məktubunda qeyd etmişdir ki, 2018-ci il tarixli sərəncamla rayon AİK-in ## ### 2004-cü il tarixli, *** nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir. Məhkəmə qeyd edir ki, həmin qərar qüvvədə olan inzibati aktdır və iddiaçının həmin akta etimad hüququ qanunla qorunur. Odur ki, cavabdeh orqan torpaq islahatı zamanı torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə işləri aparılmış torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanını tətbiq etməklə dürüstləşdirilmiş məlumatlar əsasında yerquruluşu işləri aparmalı və hüquqların dövlət qeydiyyatını həyata keçirməlidir. İslahatın natamam aparılması nəticəsində müvafiq sənədlərin hazırlanmadığı digər torpaq sahələrinə münasibətdə isə 2018ci il tarixli, ** nömrəli sərəncamı və istinad olunan Fərmanın tələblərini birgə tətbiq etməklə müvafiq sənədləşmə işlərini aparmalıdır. Sözügedən torpaq sahəsinə artıq əvvəlki islahat zamanı iddiaçının adına plan-ölçü sənədi tərtib edilmiş və həmin torpaq sahəsi, ümumiyyətlə, üçüncü şəxsin faktiki istifadəsində olmamışdır. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında 1977-ci ildən sonra, ümumiyyətlə, həmin torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə keçirilmiş yerli baxış nəticəsində müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi qapalı həyət daxilində iddiaçı tərəfindən faktiki istifadə olunur. Faktiki olaraq üçüncü şəxsin istifadə etdiyi torpaq sahəsi iddiaçının digər 600 kv.m və 100 kv.m torpaq sahələrinin yerləşdiyi ərazidəki həmin torpaq sahələri ilə üzbəüz olan fındıq kollarının yerləşdiyi ərazidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı üçüncü şəxslərin adına reyestrdə ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın iddiaçıya məxsus 2200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.m hissədə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

10. Birinci instansiya məhkəməsi iddia tələbinin torpaq sahələri və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahələrinə münasibətdə Zaqatala rayonu AİK-in ## ### 2004- cü il tarixli, *** nömrəli qərarı hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Odur ki, cavabdeh “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla sözügedən torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təmin edilməlidir. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, 1996- 2000-ci illər üzrə Əliabad kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında iddiaçının istifadəsində olan torpaq sahəsində ümumi yararlı sahəsi 50 kv.m olan fərdi yaşayış evinin olması qeyd edilmişdir. Yerli baxış zamanı sözügedən fərdi yaşayış evinin iddia olunan torpaq sahəsində yerləşməsi və köhnə tikili olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.3cü bəndində kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydə alınması üçün əsas olaraq müəyyən edilmişdir. Odur ki, iddiaçı, həmin fərdi yaşayış evi üzərində də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur.

11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü iltarixli, *-*(***)-*/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-*/**** nömrəli qərarı ləğv edilmiş, İbrahimova Sevgil Muxtar qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia tələbinin üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi hissəsində iddia mümkün sayılmamışdır.

13. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri, o cümlədən 40 kv.m fərdi yaşayış evi üzərində iddiaçı İbrahimova Sevgil Muxtar qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulmuşdur.

14. İddiaçı İbrahimova Sevgil Muxtar qızının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan və həmin qərardan kassasiya şikayəti vermişdir.

Kassasiya instansiya məhkəməsindəki icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən - 600 kv.m., 600 kv.m. və 100 kv.m. torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hissə istisna olmaqla, qalan hissədə ləğv edilməsi və işin ləğv edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi məhkəməyə təqdim etdiyi müvafiq plan-ölçü sənədlərdəki bütün torpaq sahələrinin TEKUİS məlumat bazasına əsasən cizgiləri (sərhəd, yerləşmə, və konfiqurasiyası) və aşağıda qeyd olunan sahələrin kateqoriyası həmin sənədlərdəki kateqoriyaya uyğun hazırlanmamışdır. - Belə ki, tərəfimizdən məhkəməyə təqdim olunmuş mütəxəssis məlumatlarından (rəy, sxem, plan-cizgilər və sair) göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsi TEKUİS məlumat bazasında əsasən yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aiddir. - İddia olunan 0,06 ha həyətyanı torpaq sahələrindən biri, yəni 40200016101583 kadastr nömrəsi olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı torpaq sahəsi TEKUİS məlumat bazasında əsasən bütövlükdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. - Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan mövcud Dövlət torpaq kadastrının məlumatlarının dəyişdirilməsi ** saylı Zaqatala Ərazi İdarəsinin sələhiyyətləri daxilində deyildir. - Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi müvafiq plan-ölçü sənədlərinin bazasının (yəni, – arxiv nüsxələrinin, onların kitab qeydiyyatlarının və sair) ərazi idarəsində olmaması, həmçinin həmin sənədlərdə göstərilən məlumatlar əsasında TEKUİS məlumat bazası təqdim edildikdən sonra dövlət qeydiyyatının aparılmaması barədə məlumatın məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır. - Bu barədə ətraflı məlumat məhkəməyə həm etiraz məktubu ilə təqdim edilmiş, həm də məhkəmə iclaslarında şifahi dinləmələr zamanı bildirilmişdir. Buna baxmayaraq, məhkəmə icrası mümkün olmayan qərar qəbul etmişdir. - Fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasında məhkəmə səhvə yol vermişdir. - Belə ki, qanunvericiliyin tələbinə görə həmin fərdi yaşayış evinin (əgər hündürlüyü 12 metrədəkdirsə və 2013-cü il ######ın #-dək inşa edilmişsə) dövlət qeydiyyatına alınması üçün ilk öncə həmin evin yerləşdiyi (məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş) torpaq sahəsinə dair – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. - Əgər 2013-cü il ######ın #-dən sonra inşa edilmişdirsə, qeyd olunanlardan əlavə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd olmalıdır. Məhkəmə fərdi yaşayış evinə münasibətdə ümumiyyətlə xidməti vəzifəsinə görə araşdırma aparmamışdır.

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə *-*(***)-***/**** nömrəli iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsi – prossesual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Səmədov İlyas Səməd oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü iltarixli, *-*(***)-*/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İbrahimova Sevgil Muxtar qızının vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və İbrahimova Raziyət Həbibulla qızı izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər.

23. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

24. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .......... Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: ...

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir

28. Azərbаycаn Respublikаsı Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı: ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar ...

29. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

30. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilməli və iddia həmin hissədə təmin edilərək 50,0 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üstüstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi və A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iddiaçının cavabdeh orqana qarşı yönəlmiş tələbləri aşağıdakılardan ibarətdir:

1. üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli *** nömrəli qərarına əsasən iddiaçı İbrahimova Sevgil Muxtar qızının mülkiyyətinə verilmiş, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi;

2. A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilməsi;

3. A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması;

4. 600 kv.metr həyatyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında iddiaçının 600 kv.m, 600 kv.m və 100 kv.m torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair tələbləri istisna edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

34. Göründüyü kimi, iddiaçının 600 kv.m, 600 kv.m və 100 kv.m torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbləri (sıralama 2-ci hissə) artıq təmin edilmiş və həmin hissələr üzrə məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Bu səbəbdən, göstərilən torpaq sahələrinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğundan, həmin hissələr üzrə iddia tələblərinə yenidən hüquqi qiymət verilməsinə və bu barədə münasibət bildirilməsinə lüzum yoxdur.

35. Məhkəmə kollegiyası iddia tələbinin “üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli *** nömrəli qərarına əsasən iddiaçı İbrahimova Sevgil Muxtar qızının mülkiyyətinə verilmiş, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi və A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

36. Belə ki, kassasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

37. Hansı ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi bu hissədə mümkün sayılmamışdır.

38. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

39. Ali Məhkəmə hazırki iş üzrə ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadında qeyd etmişdir ki, işə təkrar baxılarkən məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğular verilərək, Zaqatala rayonunda 1996-cı ildə aparılmış ilkin torpaq islahatı zamanı iddiaçıya 2200 kv.m. kənd təsərrüfatı təyinatlı, üçüncü şəxslərə isə 0,13 ha bağ torpaq sahəsi ayrılmasına dair torpaqayırma sənədləri tələb edilərək, islahat zamanı onlara ayrılmış həmin torpaq sahələrinin ölçüsü, mümkün olduğu təqdirdə yerləşmə vəziyyəti müəyyən edilməli, bu istiqamətdə ətraflı araşdırma aparılmalıdır.

40. Kollegiya işin halını, eləcə də, üçüncü şəxslərin adına mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olaraq rayon AİK-in ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı və İHB-nın ##.##.2018-ci il tarixli, ** nömrəli sərəncamı göstərildiyini nəzərə alaraq hesab edir ki, təkrar araşdırma zamanı “xxxx” MMC-dən AİK-in ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yerquruluşu Baş sxemləri tələb edilməli, eləcə də həm iddiaçıya ayrılmış kənd təsərrüfatı təyinatlı 2200 kv.m. torpaq sahəsinin, həm də üçüncü şəxslərə ayrılmış 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zaqatala rayonu AİK-in ## ### 2004-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş 1:2000 miqyaslı sxematik planlardakı yerləşmə vəziyyəti və döngə nöqtələrinin koordinatları MMC-nin arxiv məlumatları, eləcə də, digər aidiyyəti orqanlara verilmiş sorğular əsasında müəyyən edilməlidir.

41. Həmçinin, İHB-nin ##.##.2018-ci il tarixli, ** nömrəli sərəncamı ilə təsdiq edilmiş işçi qrupunun protokolu və torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahıları, eləcə də, elektron uçotu işləri əsasında hazırlanmış layihə də aidiyyəti orqanlardan tələb olunaraq həmin sənədlərdə üçüncü şəxslərə islahat zamanı ayrılmış torpaq sahələrinin yeri ilə bağlı məlumatlar təhlil edilməli, iddiaçıya ayrılmış 2200 kv.m. torpaq sahəsinin koordinatlarının dəyişdirilərək üçüncü şəxslərə ayrılmış 0,1291 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsinin səbəbləri və buna əsas olmuş sənədlər müəyyən edilməlidir.

42. İddiaçıya ayrılmış 2200 kv.m. torpaq sahəsinin koordinatlarının ## ##### 2021-ci il tarixdə üçüncü şəxslərin adına qeydiyyat aparılmaqla, hansı əsasla dəyişdirilməsi müəyyən edilməmişdir.

43. Təkrar araşdırma zamanı aqrar islahat aparılarkən iddiaçıya ayrılmış 2200 kv.m., eləcə də, üçüncü şəxsə ayrılmış 0,13 ha torpaq sahəsinin, onlar üzərində müvafiq hüquqları təsdiq edən sənədlərdə göstərilən yerləşmə vəziyyəti və ölçüsü müəyyən edilməli, bundan sonra həmin torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən edilməklə iddia tələbinə hüquqi qiymət verilməlidir.

44. İddiaçının tələblərindən biri üçüncü şəxslərin adına reyestrdə aparılmış qeydiyyatın ona məxsus 2200 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.m. hissədə ləğv edilməsi ilə yanaşı, sözügedən 2200 kv.m. torpaq sahəsi üzərində həm də mülkiyyət hüququnun qeydiyyata alınması barədə olmuş, apellyasiya məhkəməsi tərəfindən iddia tələbi qeydiyyatın ləğvi hissəsində mümkün sayılmasa da, 2200 kv.m. torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasına dair hissədə tələbə, ümumiyyətlə, qiymət verilməmişdir.

45. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq iş üzrə hərtərəfli araşdırma aparılmış, bununla əlaqədar müvafiq inzibati orqanlara və digər aidiyyəti qurumlara sorğular ünvanlanmışdır.

46. Belə ki, Kollegiya tərəfindən “xxxx” MMC-yə “Zaqatala rayonunda 1996-cı ildə aparılmış ilkin torpaq islahatı zamanı iddiaçıya 2200 kv.m kənd təsərrüfatı təyinatlı, üçüncü şəxslərə isə 0,13 ha bağ torpaq sahəsinin ayrılmasına dair torpaqayırma sənədlərinin, habelə islahat zamanı onlara ayrılmış torpaq sahələrinin ölçüləri və mümkün olduğu təqdirdə həmin sahələrin yerləşmə vəziyyəti barədə məlumatlar”ın təqdim edilməsi məqsədilə sorğu ünvanlanmışdır.

47. Həmin sorğu ilə, həmçinin, “AİK-in ##.##.2004-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yerquruluşu Baş sxemlərinin, iddiaçıya ayrılmış 2200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üçüncü şəxslərə ayrılmış 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zaqatala rayonu üzrə AİK-in ## ### 2004-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş 1:2000 miqyaslı sxematik planlardakı yerləşmə vəziyyətinə dair məlumatların, həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının, “xxxx” MMC-nin arxiv məlumatlarının, eləcə də Zaqatala Rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli ** nömrəli sərəncamı ilə təsdiq edilmiş işçi qrupunun protokolunun, torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının və elektron uçotu işləri əsasında hazırlanmış layihə sənədlərinin təsdiq edilmiş surətləri”nin təqdim edilməsi xahiş edilmişdir.

48. Həmin sorğuya cavab olaraq “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli *-**-*-**/*- ****/**** saylı məktubu daxil olmuş və məktuba müvafiq sənədlər əlavə edilmişdir.

49. Təqdim edilmiş sənədlərdən görünür ki, Mərkəzin arxivində saxlanılan Zaqatala rayonu, Əliabad qəsəbəsi (“Əliabad” təsərrüfatı) üzrə pay torpaq sahəsinə dair subyektlərin ilkin və düzəliş siyahılarında İbrahimova Sevgil Muxtar qızının (ailə üzvləri ilə birgə) adının qeyd edildiyi hissədən çıxarışlar, habelə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli ** nömrəli sərəncamının və Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2004-cü il tarixli *** nömrəli qərarının təsdiq olunmuş surətləri təqdim edilmişdir.

50. Bundan əlavə, Kollegiya tərəfindən Zaqatala Rayon İcra Hakimiyyətinə ##.##.2018ci il tarixli ** nömrəli sərəncamla təsdiq edilmiş işçi qrupunun protokolunun və torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının əldə edilməsi məqsədilə sorğu ünvanlanmışdır.

51. Həmin sorğuya cavab olaraq Zaqatala Rayon İcra Hakimiyyətinin Zaqatala Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-**Ra/*/**-**** saylı məktubu daxil olmuş və məktuba müvafiq sənədlər əlavə edilmiş, təqdim edilmiş sənədlərdən görünür ki, ##.##.2018-ci il tarixli qərarı, ** nömrəli sərəncamı və torpaq payı alacaq subyektlərin siyahısının müvafiq hissəsində İbrahimova Sevgil Muxtar qızının adı qeyd edilmiş hissənin təsdiq edilmiş surətləri Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

52. Bundan başqa, xxxx PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinə iddiaçıya ayrılmış 2200 kv.m. torpaq sahəsinin koordinatlarının dəyişdirilərək üçüncü şəxslərə ayrılmış 0,1291 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsinin səbəbləri və buna əsas olmuş sənədlərin, həmçinin aqrar islahat aparılarkən iddiaçıya ayrılmış 2200 kv.m., eləcə də, üçüncü şəxslərə ayrılmış 0,13 ha torpaq sahəsinin, onlar üzərində müvafiq hüquqları təsdiq edən sənədlərdə göstərilən yerləşmə vəziyyəti və ölçüsü, həmçinin həmin torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmışdır.

53. Həmin sorğuya cavab olaraq xxxx PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı məktubu daxil olmuş və məktuba mütəxəssis rəyi əlavə edilmişdir.

54. Mütəxəssis rəyindən görünür ki, iddiaçıya ayrılmış 2200 kv.m torpaq sahəsinin koordinatlarının dəyişdirilərək üçüncü şəxslərə ayrılmış 0,1291 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsinin səbəbləri ilə bağlı bildirilmişdir ki, respublika ərazisində X10 Uçotu İnformasiya Məlumat Bazasının (TEKUİS) yaradılması və Zaqatala RİHB-nin ##.##.2018-ci il tarixli ** nömrəli sərəncamı olmuşdur. - Aqrar islahat aparılarkən iddiaçıya ayrılmış 2200 kv.m, eləcə də üçüncü şəxsə ayrılmış 0,13 ha torpaq sahəsinin, onlar üzərində müvafiq hüquqları təsdiq edən sənədlərdə göstərilən yerləşmə vəziyyəti və ölçüsü, həmçinin həmin torpaq sahələrinin koordinatlarının üst-üstə düşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

55. Məhkəmə kollegiyası iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirilməsi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

56. Belə ki, Zaqatala rayon Əliabad qəsəbəsi üzrə ##.##.1996-cı ildə Zaqatala rayon Aqrar İslahat Komissiyasının **/** №-li qərarı qəbul edilmiş, bir sıra kolxozların aqrar islahat proqramı təsdiq edilmişdir.

57. Bundan sonra, Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı qəbul edilmiş və həmin qərarda qeyd olunmuşdur ki, Dövlət fondu mal-qara düşərgəsi torpaqlarının müəyyən hissəsi mülkiyyətə verilmiş, təsərrüfat ərazilərində olan kolxoz meşələri düzgün inventarizasiya edilməmiş, bəzi açıq sahələr meşə kimi qeyd edilmişdir. Digər tərəfdən qanun olmadığından ## ###### 1996-cı il tarixədək anadan olan vətəndaşlar, habelə müvəqqəti qaib olanlar siyahıya daxil edilməmişdir, yaxud onlarla torpaq payı almaq hüququ olmayanlar siyahıya daxil edilmişdir. - Qeyd edilənlərlə yanaşı vətəndaşlara yerdə ölçülüb verilən torpaq sahələri 1:2000 miqyasda tərtib edilərkən texniki səhvlərə yol verildiyindən mülkiyyət hüququna dair Dövlət Aktları paylanarkən faktiki verilən torpaq sahələri ilə üst-üstə düşmədiyindən 11000-ə yaxın Dövlət Aktı paylanmamış qalmışdır. Göstərilənlərlə yanaşı mülkiyyət hüququna dair Dövlət Aktlarının qeydiyyatı aparılmadan cavabdeh olmayan səxslərə verilməklə paylanılmışdır, bu gün rayonun ayrı-ayrı kəndlərində kimə mülkiyyət hüququna aid Dövlət Aktı verilibverilməməsi müəyyən deyildir. - Yuxarıda göstərilən uyğunsuzluqların aradan qaldırılması məqsədilə ## ###### 2002ci il tarixli *** saylı məktubla müraciət olunmuş və Azərbaycan Respublikası Baş X7 Respublika Aqrar İslahat komissiyasının sədri cənab A.Abbasov ## ###### 2003-cü il tarixli **/R-*-** saylı məktubu ilə buraxılmış nöqsanları mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi barədə müvafiq göstəriş vermişdir. - Rayonun təsərrüfatlarında torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə qismən dəyişikliklərin aparılması üçün qərara alıram:

1. Azərbaycan Respublikası Baş X7 Dövlət Aqrar İslahat Komissiyasının sədri Cənab A.Abbasovun ## ###### 2003-cü il tarixli **/R-*-** saylı göstəriş məktubu rəhbərlik üçün qəbul edilsin.

2. Azərbaycan Respublikası Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yerquruluşu Baş sxemləri vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin və vətəndaşların qanuni həyətyanı torpaq sahələrindən artıq faktiki istifadə etdikləri sahələrin 1:2000 miqyaslı sxematik planları təsdiq edilsin.

3. Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən Torpaq İslahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılsın.

4. Zəruri düzəlişlərlə əlaqədar vətəndaşlara verilmiş mülkiyyət hüququna dair Dövlət Aktlarının ləğv edilməsi üçün Məhkəmə orqanları qarşısında məsələ qaldırılsın.

5. Torpaq payı almaq hüququ olmayıb torpaq payı verilən ailələrin torpaq sahələri onlar tərəfindən bir neçə il istifadə edib müəyyən işlər gördüklərinə görə nəzərə alınıb bələdiyyə mülkiyyətində saxlanılsın və həmin ailələrin torpaqlarının birinci növbədə onların icarəsinə verilməsi və ya satılması bələdiyyələrə tövsiyyə edilsin.

6. Torpaq payı almaq hüququ olub siyahıya düşməyən ailələr torpaq payı almaq hüququ olan ailələrin siyahısına əlavə edilsin.

7. Torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqlar verildiyi yerdə saxlanılsın, artıq olarsa kəsilsin, əlavə olarsa digər boş qalan yararlı sahədən verilməsi nəzərdə tutulsun. ...

58. Göründüyü kimi Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.2004-cü il tarixli *** nömrəli qərarı Zaqatala rayon Aqrar İslahat Komissiyasının ##.##.1996-cı il tarixli, **/** №li qərarı ilə aparılmış torpaq islahatı zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə qəbul edilmiş və həmin qərar əsasında torpaq payı ayrılmış subyektlərin adına müvafiq plan-ölçü sənədləri tərtib edilmişdir.

59. Hazırkı iş üzrə iddiaçıya məxsus A ****** №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də, məhz Zaqatala rayon AİK-nın ##.##.2004-cü il tarixli *** nömrəli qərarına istinad olunmuş və sözügedən qərar torpaq payı ayrılmış subyektlərin siyahısını və onlara ayrılmalı olan torpaq sahələrinə dair hazırlanmış yerquruluşu sənədlərini təsdiq etmişdir.

60. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanı qəbul edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakı məsələlər tapşırılmışdır: - 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X10 uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; ... 2.3. X10 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X10 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X10 uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; ...

61. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X10 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi; 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.

62. Göründüyü kimi, istinad olunan Fərmanın başlıca məqsədi bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X10 uçotu informasiya sisteminin yaradılmasından ibarətdir. Bu zaman fiziki şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması və torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması xüsusi olaraq vurğulanmışdır.

63. Sözügedən Fərman qəbul edildikdən sonra ##.##.2018-ci il tarixdə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının ** nömrəli sərəncamı verilmiş və həmin sərəncamda qeyd edilmişdir ki, “görülmüş işlərə baxmayaraq rayonun ən iri yaşayış məntəqələrindən biri olan Əliabad qəsəbəsinin 2 təsərrüfatda, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işləri yarımçıq qalmış, qəsəbə üzrə “Torpaq sahəsinin Planı və Ölçüsü sənədləri çap olunmamışdır. Rayonun ən iri yaşayış məntəqələrindən biri olan Əliabad qəsəbəsində 2 təsərrüfatda islahat aparılmışdır. Bunlardan keçmiş "Əliabad” adına kolxozun qəsəbə daxili və pay torpaq sahələrində elektron ölçü işləri aparılmış, xəritələr hazırlanaraq keçmiş DT və XK-nə təhvil verilmişdir. Lakin, həmin ərazilərdə faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edilən torpaq sahələri bəzi hallarda başqa vətəndaşların adına sənədləşmiş, bir sıra hallarda isə faktiki olaraq naturada vətəndaşların pay torpaq sahəsi olduğu halda yerqurluşu layihə sənədlərində əks olunmamış və ya ilkin islahat dövründə pay torpaq almaq huququ olan subyektlərdən bəzilərinin adları nəzərə alınmamışdır. Qəsəbənin keçmiş "Qələbə” kolxozuna aid hissəsində isə qəsəbə daxili ölçmə işləri aparılmış, pay torpaq sahələrinin bölgüsü və ölçü işləri yarımçıq qalmışdır. Qəsəbə uzrə "Torpaq sahəsinin Planı və Ölçüsü” sənədləri çap olunmamışdır.

64. Yuxarıda qeyd olunan məsələlərlə bağlı Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon icra Hakimiyyəti Başçısının ## ### 2017-cı il tarixli ** nömrəli Sərəncamı ilə işçi qrupu yaradılmışdır.

65. İşçi qrupunun üzvləri, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə dürüstləşdirmə işləri aparılmasında yaxından iştirak etmişlər.

66. Əliabad qəsəbəsində torpaq-təsərrüfat quruluşunun hazırlanmasının və həyata keçirilməsinin təşkil edilməsi məqsədi ilə 1. Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssislər ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının ## ### 2017-ci il tarixli ** nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupunun protokolunun nəzərə alınması, 2. Əliabad qəsəbəsi keçmiş “Qələbə" və "Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi, 3. Ərazidə aparılmış torpaqların elektron uçotu işləri əsasında hazırlanmış layihənin təsdiq edilməsi, 4. Torpaq payı alacaq subyektlərə torpaq sahəsi üzərində huquqi müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsinin Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması qərara alınmışdır.

67. Göründüyü kimi, Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixdə ** nömrəli sərəncamı Əliabad qəsəbəsinin 2 təsərrüfatında, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işlərinin tamamlanması məqsədilə qəbul edilmişdir. Sərəncamın tənzimlədiyi məsələlər torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmayan, torpaq sahəsindən faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edildiyi halda başqa vətəndaşların adına sənədləşdirilən, naturada pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmayan və ilkin islahat dövründə pay torpaq almaq hüququ olduğu halda adları subyektlər siyahısına daxil edilməyən şəxslərlə bağlı olmuşdur.

68. Sözügedən Sərəncam Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanının tələblərinə zidd ola bilməz. Sərəncamın məzmunu təhlil edilərkən faktiki olaraq həmin sərəncamın da, bir növ torpaq islahatı zamanı yarımçıq qalmış və həll edilməmiş məsələlərin tamamlanaraq yekun dürüstləşdirməni həyata keçirdiyi aşkar görünür. Başqa sözlə, həmin sərəncam torpaq islahatının yenidən aparılması, əvvəlki islahat zamanı torpaq sahələri qanuni istifadələrinə verilmiş subyektlərə münasibətdə yeni bölgünün həyata keçirilməsi, torpaq sahələrinin ölçüsünün dəyişdirilməsi məqsədilə tətbiq edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanında uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması xüsusilə qeyd edilmişdir.

69. Odur ki, Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixdə ** nömrəli sərəncamı əvvəlki islahat zamanı torpaq sahəsi artıq qanuni istifadəsinə verilmiş subyektlərə münasibətdə tətbiq edilməli olmadığından, cavabdeh orqan həmin sərəncama istinad edərək rayon Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli *** nömrəli qərarı əsasında verilmiş sənədlərə düzəliş edə bilməz.

70. İşin hallarından da görünür ki, faktiki olaraq hazırkı mübahisəyə münasibətdə cavabdeh orqan Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, ** nömrəli sərəncamını yox, istinad olunan Fərmanı yanlış tətbiq etməklə üçüncü şəxslərin adına ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparmışdır. Belə ki, sadalanan inzibati aktlardan göründüyü kimi Zaqatala rayonu Əliabad qəsəbəsində Zaqatala rayon AİKnın ##.##.1996-cı il tarixli **/** №-li, ##.##.2004-cü il tarixli *** nömrəli qərarları torpaq islahatı ilə bağlı məsələləri tənzimləmiş və aqrar islahatın əhatə dairəsinə düşməyən subyektlərə münasibətdə isə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, ** nömrəli sərəncamı qəbul edilərək bütövlükdə dürüstləşmə işləri başa çatdırılmışdır.

71. Cavabdeh orqanın Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli, ** nömrəli sərəncamını əvvəlki qanuni istifadəçilərin müəyyən edildiyi aqrar islahatın nəticələrinə tətbiq etməsi qanunsuz olmaqla həmin sərəncamın məqsədinə və tənzimlədiyi məsələlərə uyğun deyil.

72. Nəzərə alınmalıdır ki, Zaqatala Rayonu İcra Hakimiyyətinin ##.##.2022-ci il tarixli */**** nömrəli məktubunda qeyd etmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının ## ##### 2018-ci il tarixli ** nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli *** nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir.

73. Cavabdeh orqan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının ## ##### 2018-ci il tarixli ** nömrəli sərəncamını tətbiq edərək Əliabad qəsəbəsində torpaq islahatından kənarda qalmış məsələləri həll etmək əvəzinə, yeni mübahisə yaradaraq əvvəlki islahat zamanı qanuni istifadəsinə torpaq sahəsi verilmiş subyektlərin hüquqlarının kobud şəkildə pozulmasına zəmin yaratmışdır. Bu isə inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə tamamilə ziddir.

74. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli *** nömrəli qərarı qüvvədə olan inzibati aktdır və iddiaçının həmin akta etimad hüququ qanunla qorunur.

75. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

76. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

77. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

78. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

79. Odur ki, cavabdeh orqan torpaq islahatı zamanı torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə işləri aparılmış torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanını tətbiq etməklə dürüstləşdirilmiş məlumatlar əsasında yeruquruluşu işləri aparmalı və hüquqların dövlət qeydiyyatını həyata keçirməlidir.

80. İslahatın natamam aparılması nəticəsində müvafiq sənədlərin hazırlanmadığı digər torpaq sahələrinə münasibətdə isə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının ## ##### 2018-ci il tarixli ** nömrəli sərəncamını və istinad olunan Fərmanın tələblərini birgə tətbiq etməklə müvafiq sənədləşmə işlərini aparmalıdır.

81. Yuxarıda qeyd edilənləri hazırkı işin faktiki hallarına tətbiq edərək Kollegiya qeyd edir ki, cavabdeh orqan Zaqatala rayonu Aqrar İslahat Komissiyasının ## ### 2004-cü il tarixli *** nömrəli qərarına əsasən iddiaçı İbrahimova Sevgil Muxtar qızının mülkiyyətinə verilmiş, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1290 kv.metr hissəsində üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və digərlərinin ümumibirgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alarkən sözügedən torpaq sahəsinin Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının ## ##### 2018-ci il tarixli ** nömrəli sərəncamının təsiri dairəsinə düşməməsini nəzərə almamışdır.

82. Belə ki, sözügedən torpaq sahəsinə artıq əvvəlki islahat zamanı iddiaçının adına plan-ölçü sənədi tərtib edilmiş və həmin torpaq sahəsi ümumiyyətlə üçüncü şəxsin faktiki istifadəsində olmamışdır. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatlarında 1977-ci ildən sonra ümumiyyətlə həmin torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Cavabdeh orqan isə 50 ilə yaxındır ki, torpaq sahəsi faktiki istifadəsində olmayan şəxsi Sərəncamın təsir dairəsinə salmaqla iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur.

83. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı ## ##### 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə *** nömrəli reyestr kitabının 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın, A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.m hissədə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

84. Beləliklə, Kollegiya hesab edir ki, iş üzrə aparılmış əlavə araşdırmalar və əldə edilmiş sənədlər birinci instansiya məhkəməsinin üçüncü şəxslərin adına aparılmış qeydiyyatın 2200 kv.m torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.m hissədə ləğv edilməsi ilə bağlı gəldiyi nəticəni təkzib etmir və həmin nəticə işin müəyyən edilmiş halları ilə uzlaşır.

85. Məhkəmə kollegiyası iddia tələbinin “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

86. Belə ki, kassasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən - 600 kv.m., 600 kv.m. və 100 kv.m. torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hissə istisna olmaqla, qalan hissədə ləğv edilməsi və işin ləğv edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

87. Hansı ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi bu hissədə 40 kv.m fərdi yaşayış evi üzərində iddiaçı İbrahimova Sevgil Muxtar qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulması kimi təmin edilmişdir.

88. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

89. Ali Məhkəmə hazırki iş üzrə ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbini fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hissədə qismən təmin edərək, evin yalnız 40 kv.m. olan yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olması qənaətinə gəlmişdir.

90. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən bu hissədə işin halları tam araşdırılmamışdır.

91. Belə ki, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arxiv arayışından müəyyən edilir ki, iddiaçının 1996-2000-ci illərdə Əliabad kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: - 1. İbrahimova Sevgil Muxtar qızı (ailə başçısı); 2. Aytən Şaban qızı (qızı); 3. Elmar Şaban oğlu (oğlu), 4. Bahar Şaban qızı (qızı), 5. Yadigar Kamal qızı (qızı). - Xüsusi mülkiyyətdə 0,12 ha, tikinti altı 0,02 ha; - Ev: ümumi yararlı sahə 50 kv.m, o cümlədən, yaşayış sahəsi 40 kv.m.

92. Göründüyü kimi, apellyasiya məhkəməsi həmin arxiv arayışını əsas götürərək evin ümumi sahəsi deyil, 40 kv.m. olan yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu qənaətinə gəlmişdir.

93. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə yerində yerli baxış keçirilmiş və baxış zamanı sözügedən fərdi yaşayış evinin köhnə tikili olması müəyyən edilmişdir.

94. Göründüyü kimi, hələ 1996-cı ildən iddiaçı və ailə üzvlərinin faktiki sahibliyində Zaqatala rayonu, Əliabad kəndində yerləşən fərdi yaşayış evi olmuşdur.

95. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının yuxarıda istinad edilən 2.3-cü bəndindən göründüyü kimi, 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış həmin əmlak üzərində hüququn qeydiyyata alınması üçün əsas təşkil edir.

96. Kollegiya qeyd edir ki, fərdi yaşayış evinə münasibətdə iddiaçının adına hüquqmüəyyənedici sənəd - 1996-2000-ci illərdə Əliabad kənd İƏVN-nin təsərrüfatbaşına kitabından çıxarış verilmişdir.

97. Lakin, həmin dövrdən (1996-cı il) hal-hazıradək 30 ilə yaxın müddət keçdiyi nəzərə alınarsa, yaşayış evinə münasibətdə iddiaçı tərəfindən, əvvəla, tikinti işlərinin həyata keçirilibkeçirilmədiyi, bununla da, yaşayış evinin sahəsində dəyişiklik olub-olmadığı apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, cavabdeh orqana yaşayış evinin yerində müayinə edilməsinə dair sorğu verilərək, evin faktiki sahəsinin ölçüsünün göstərildiyi müayinə aktı tələb edilməmişdir.

98. Kollegiya apellyasiya məhkəməsinin evin ümumi sahəsi deyil, yalnız yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmalı olması ilə bağlı mövqeyini də əsassız hesab edərək qeyd edir ki, evin yaşayış və ümumi sahələri anlayışları Azərbaycan Respublikasının Mənzil Məcəlləsində verilmişdir. Həmin Məcəllənin: - 12.2-ci, 12.3-cü, 12.4-cü maddələrinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. - 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

99. Sadalanan normaların tələbindən göründüyü kimi, mənzilin yaşayış sahəsi yalnız daimi yaşama üçün yararlı olan sahə, ümumi sahəsi isə yaşayış sahəsi ilə yanaşı, mənzilin yardımçı sahələrinin də olduğu sahəsidir. Hansı ki, mənzil və ya fərdi yaşayış evi üzərində mülkiyyət hüququ müvafiq inzibati orqanlar tərəfindən həmin əmlakın yaşayış sahəsi deyil, sənəd üzrə və faktiki yerində olan məhz ümumi sahəsi əsas götürülməklə qeydiyyata alınır.

100. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən işin sadalanan halları nəzərə alınaraq araşdırma aparılmalı, iddia olunan fərdi yaşayış evi cavabdeh tərəfindən yerində müayinə edilərək hazırkı faktiki ümumi sahəsi müəyyən edilməli, evin hazırkı ümumi sahəsinin iddiaçının adına təsərrüfatbaşına kitabdan çıxarışda göstərilən ümumi sahə ilə uyğunluq təşkil edib-etmədiyi araşdırılmalı, bundan sonra iddia tələbinə bu hissədə hüquqi qiymət verilməlidir.

101. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq iş üzrə hərtərəfli araşdırma aparılmış, bununla əlaqədar müvafiq inzibati orqanlara sorğular ünvanlanmışdır.

102. Belə ki, xxxx PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinə “1996-cı ildən bugünədək mübahisə predmeti olan yaşayış evinə münasibətdə iddiaçı tərəfindən hər hansı tikinti və ya bərpa işlərinin aparılıb-aparılmaması, eləcə də həmin yaşayış sahəsinin ümumi ölçülərində hər hansı dəyişikliklərin baş verib-verməməsi barədə məlumatların, iddia predmetini təşkil edən fərdi yaşayış evinin hazırki faktiki ümumi sahəsinin (kvadratmetr ifadəsində) nə qədər olmasının, həmçinin həmin sahənin iddiaçının adına tərtib olunmuş təsərrüfat kitabındakı çıxarışda göstərilən ümumi sahə göstəriciləri ilə uyğunluq təşkil edib-etməməsi barədə məlumatlar”ın təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmışdır.

103. Həmin sorğuya cavab olaraq xxxx PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı məktubu daxil olmuş və məktuba mütəxəssis rəyi əlavə edilmişdir.

104. Mütəxəssis rəyindən görünür ki, 1996-cı ildən bugünədək mübahisə predmeti olan yaşayış evinə münasibətdə iddiaçı tərəfindən tikinti və bərpa işləri aparılmış, yaşayış sahəsinin ümumi ölçülərində dəyişiklik edilmişdir. Bununla yanaşı, iddia predmetini təşkil edən fərdi yaşayış evinin hazırkı faktiki ümumi sahəsinin 108 kv.m olduğu və həmin sahənin iddiaçının adına tərtib olunmuş təsərrüfat kitabından çıxarışda göstərilən ümumi sahə göstəriciləri ilə uyğunluq təşkil etmədiyi bildirilmişdir.

105. Göründüyü kimi, həmin dövrdən (1996-cı il) hal-hazıradək yaşayış evinə münasibətdə iddiaçı tərəfindən, tikinti və bərpa işlərinin həyata keçirildiyi, bununla da, yaşayış evinin sahəsində dəyişiklik olduğu müəyyən edilmişdir.

106. Həmçinin, Kollegiya tərəfindən Zaqatala RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə iddiaçı İbrahimova Sevgil Muxtar qızının adına tərtib edilmiş təsərrüfatbaşına kitabından çıxarışların əldə edilməsi məqsədilə sorğu ünvanlanmışdır.

107. Həmin sorğuya cavab olaraq ##.##.2026-cı il tarixli *-**-**/*-**/**** saylı məktub daxil olmuş və məktuba müvafiq sənədlər əlavə edilmiş, təqdim edilmiş sənədlərdən görünür ki, İbrahimova Sevgil Muxtar qızının adına tərtib olunmuş təsərrüfatbaşına kitabından çıxarış Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

108. Eyni zamanda, iddia olunan fərdi yaşayış evinin xxxx PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yerində müayinə edilərək hazırkı faktiki ümumi sahəsi, əvvəlki yaşayış evinə münasibətdə fərqlərin olub-olmadığı müəyyən edilmiş, həmin sahənin iddiaçının adına təsərrüfatbaşına kitabdan çıxarışda göstərilən ümumi sahə ilə uyğunluğu araşdırılmışdır.

109. Bununla bağlı, xxxx PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu daxil olmuş və məktuba müvafiq plan əlavə edilmişdir.

110. Əlavə edilmiş plandan görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin köhnə hissəsinin ümumi sahəsi 50,0 kv.m, həmin hissəyə aid açıq eyvanın sahəsi 19,8 kv.m təşkil edir. Həmin planda, həmçinin, yaşayış evinə sonradan artırma hissəsinin əlavə edildiyi göstərilmişdir. Belə ki, artırma hissəsində 38,2 kv.m köməkçi sahə, 14,5 kv.m açıq eyvan və 23,0 kv.m xidmət sahəsi olmaqla, artırma hissəsinin ümumi sahəsi 75,7 kv.m təşkil edir. Beləliklə, artırma hissəsi də nəzərə alınmaqla yaşayış evinin hazırkı faktiki sahəsi 145,5 kv.m təşkil edir.

111. Bununla yanaşı, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arxiv arayışından müəyyən edilir ki, iddiaçının 1996-2000-ci illərdə Əliabad kənd İƏVNnin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: - 1. İbrahimova Sevgil Muxtar qızı (ailə başçısı); 2. Aytən Şaban qızı (qızı); 3. Elmar Şaban oğlu (oğlu), 4. Bahar Şaban qızı (qızı), 5. Yadigar Kamal qızı (qızı). - Xüsusi mülkiyyətdə 0,12 ha, tikinti altı 0,02 ha; - Ev: ümumi yararlı sahə 50 kv.m, o cümlədən, yaşayış sahəsi 40 kv.m.

112. Göründüyü kimi, arxiv arayışına əsasən evin ümumi sahəsi 50 kv.m. olmuşdur.

113. Həmçinin məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə yerində yerli baxış keçirilmiş və baxış zamanı sözügedən fərdi yaşayış evinin 50 kv.m. hissəsinin köhnə tikili olması müəyyən edilmişdir.

114. Göründüyü kimi, hələ 1996-cı ildən iddiaçı və ailə üzvlərinin faktiki sahibliyində Zaqatala rayonu, Əliabad kəndində yerləşən fərdi yaşayış evi olmuşdur.

115. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının yuxarıda istinad edilən 2.3-cü bəndindən göründüyü kimi, 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış həmin əmlak üzərində hüququn qeydiyyata alınması üçün əsas təşkil edir.

116. Kollegiya qeyd edir ki, fərdi yaşayış evinə münasibətdə iddiaçının adına hüquqmüəyyənedici sənəd - 1996-2000-ci illərdə Əliabad kənd İƏVN-nin təsərrüfatbaşına kitabından çıxarış verilmişdir.

117. Kollegiya birinci instansiya məhkəməsinin fərdi yaşayış evi üzərində tam şəkildə mülkiyyət hüququnun qeydə alınmalı olması ilə bağlı mövqeyini də əsassız hesab edərək qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin köhnə hissəsinin sahəsi 50,0 kv.m olmaqla, bu göstərici iddiaçının adına tərtib edilmiş təsərrüfatbaşına kitabdan çıxarışda göstərilən ümumi sahə ilə uyğunluq təşkil edir. Hazırkı faktiki sahənin 145,5 kv.m təşkil etməsi isə evin ilkin vəziyyətinə sonradan tikinti və bərpa işləri aparılmaqla artırma edildiyini göstərir.

118. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin 50,0 kv.m təşkil edən köhnə hissəsindən fərqli olaraq iddiaçının özünün bildirdiyinə görə 2013cü ildən sonra təxminən 2017-ci ildə fərdi yaşayış evinə artırma hissəsi inşa edilmiş, habelə həmin artırmanın qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirildiyini təsdiq edən sənədlər mövcud deyildir. Belə ki, həmin artırma ilə bağlı aidiyyəti dövlət orqanına hər hansı müraciətin edilməsi, müvafiq tikinti prosedurunun həyata keçirilməsi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin mövcudluğu və tikintinin başa çatması barədə məlumatlandırılan orqana (quruma) qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsini təsdiq edən sənəd iş materiallarında müəyyən edilməmişdir.

119. Beləliklə, iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilir ki, iddiaçının adına tərtib edilmiş təsərrüfatbaşına kitabdan çıxarışda göstərilən 50,0 kv.m ümumi sahə fərdi yaşayış evinin köhnə hissəsinin sahəsi ilə uyğunluq təşkil edir. Bununla yanaşı, hazırkı faktiki sahənin 145,5 kv.m olması sonradan artırma işlərinin aparıldığını göstərir. Həmin artırma hissəsinin inşası ilə bağlı isə qanunvericiliklə nəzərdə tutulmuş sənədlər və müvafiq prosedurların həyata keçirilməsini təsdiq edən sübutlar mövcud deyildir.

120. Bu baxımdan, Kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəddə göstərilən və faktiki olaraq köhnə hissəyə uyğun gələn 50,0 kv.m sahə əsas götürülməlidir. Sonradan artırılmış hissə üzrə isə onun qanunvericiliyin tələblərinə uyğun inşa edilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən həmin hissənin dövlət qeydiyyatına alınması üçün əsas müəyyən edilmir.

121. Odur ki, birinci instansiya məhkəməsinin qərarı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi hissəsində dəyişdirilməli, iddia həmin hissədə qismən təmin edilərək iddiaçının 50,0 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

122. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

123. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarı üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi və A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalı, Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilməli və iddia həmin hissədə təmin edilərək 50,0 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

124. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarı “üçüncü şəxslər İbrahimova Azi Həsən qızı və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində ## ##### 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, *** nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi və A seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilsin və iddia həmin hissədə təmin edilərək 50,0 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar