Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-568/2023 11.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X3, X1 vəfatından sonra onların adlarına Mingəçevir şəhər Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzilinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli, **********14-05-101-093045 qeydiyyat nömrəli, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 9 saylı evin 5 saylı mənzilinə xx.xx.2020-ci il tarixli **********77-05101-093005 daşınmaz əmlakın qeydiyyat nömrəli çıxarışlara və X3, X2 adlarına Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 9 saylı evin 5 saylı mənzilinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli, **********77-05101-093005 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa qanunsuz hüquqi qiymət verilməsi, Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin notariat ofisinin üzərinə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X4 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 varisləri – İddiaçı2 və İddiaçı1 adlarına vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2-1(116)-2519/2023 nömrəli qərardadından iş üzrə İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehlərə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X3, X1 vəfatından sonra onların adlarına Mingəçevir şəhər Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzilinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli, **********14- 05-101-093045 qeydiyyat nömrəli, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 9 saylı evin 5 saylı mənzilinə xx.xx.2020-ci il tarixli **********77-05101-093005 daşınmaz əmlakın qeydiyyat nömrəli çıxarışlara və X3, X2 adlarına Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 9 saylı evin 5 saylı mənzilinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli, **********77- 05101-093005 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa qanunsuz hüquqi qiymət verilməsi, Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin notariat ofisinin üzərinə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X4 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 varisləri – İddiaçı2 və İddiaçı1 adlarına vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. İddiaçılara xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddia tələbinin birinci hissəsində hüquqi qiymət verilməsi tələb olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Görünür ki, çıxarışlar X2 Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi ev 9 mənzil 5 və Mingəçevir şəhər Nizami ünvan 1 ünvanlarında yerləşən mənzillərdən ona miras pay verilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında baxılan mübahisənin hüquqi nəticəsinə əsasən tərtib edilmişdir. Bu səbəblə həmin çıxarışlara hüquqi qiymət verilməsi üçün ilk növbədə çıxarışların verilməsinə əsas olmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr mülki mühakimə icraatı qaydasında mübahisələndirilməlidir.
3. Yardım məktubunda iddiaçıların həmçinin nəzərinə çatdırılmışdır ki, onlar iddianın ikinci hissəsi, yəni adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulması tələbi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilərlər. Bununla yanaşı qeyd olunmuşdur ki, iddiaçıların iddia tələbi iki müxtəlif cavabdehə qarşı yönəlmiş iki müxtəlif tələbdən ibarətdir ki, həmin tələblərə bir inzibati məhkəmə icraatı çərçivəsində baxılması yolverilməzdir. Əlavə olaraq bildirilmişdir ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni məzmunlu tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İş materiallarına əsasən iddiaçıların çıxarışların ləğv edilməsi tələbi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmələri və ya Ərazi İdarəsinin onların müraciətinə münasibəti müəyyən olunmur.
4. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, iddiaçılara yuxarıda göstərilənlərə münasibət bildirmələri təklif olunmuşdur.
5. İddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda qeyd olunanlara münasibət bildirərək qeyd etmişlər ki, iddia ərizəsində qeyd etdikləri cavabdehlərdən birinin - Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu İddiaçı1 müraciətinə xx.xx.2022-ci il tarixli, 1067 saylı məktubla müraciətin mahiyyəti üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar deyil, valideynlərindən mirası qəbul edib-etməməsi ilə əlaqədar cavablandırmış, bu səbəbdən də Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidməti ilə əlaqədar isə bildirilib ki, iddia ərizəsində qeyd etdikləri çıxarışların qanunsuz hesab edilməsi iddia tələbi ilə əlaqədar həmin Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin Mingəçevir şəhəri üzrə şöbəsinə təqribən 8-9 ay əvvəl etdikləri şifahi müraciətə cavab olaraq bildirmişlər ki, qanunsuz hesab etdikləri, valideynlərindən onlara miras qalan Mingəçevir şəhərindəki mənzillərə verilən çıxarışlar Şəki Apellyasiya və Ali Məhkəmənin müvafiq qərarları əsasında verilmişdir ki, həmin məhkəmə aktlarına hüquqi qiymət vermək 17 saylı Yevlax ərazi idarəsinin Mingəçevir şəhəri üzrə şöbəsinin səlahiyyəti xaricindədir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 avqust 2023-cü il tarixli 2-1(116)-2519/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2-1(116)-2519/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2-1(116)- 2519/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər-hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
18. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
19. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara yuxarıda göstərilənlərə münasibət bildirmələri təklif olunmuşdur. İddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda qeyd olunanlara münasibət bildirərək qeyd etmişlər ki, iddia ərizəsində qeyd etdikləri cavabdehlərdən birinin - Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu İddiaçı1 müraciətinə xx.xx.2022-ci il tarixli, 1067 saylı məktubla müraciətin mahiyyəti üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar deyil, valideynlərindən mirası qəbul edib-etməməsi ilə əlaqədar cavablandırmış, bu səbəbdən də Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidməti ilə əlaqədar isə bildirilib ki, iddia ərizəsində qeyd etdikləri çıxarışların qanunsuz hesab edilməsi iddia tələbi ilə əlaqədar həmin Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin Mingəçevir şəhəri üzrə şöbəsinə təqribən 8-9 ay əvvəl etdikləri şifahi müraciətə cavab olaraq bildirmişlər ki, qanunsuz hesab etdikləri, valideynlərindən onlara miras qalan Mingəçevir şəhərindəki mənzillərə verilən çıxarışlar Şəki Apellyasiya və Ali Məhkəmənin müvafiq qərarları əsasında verilmişdir ki, həmin məhkəmə aktlarına hüquqi qiymət vermək 17 saylı Yevlax ərazi idarəsinin Mingəçevir şəhəri üzrə şöbəsinin səlahiyyəti xaricindədir.
20. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
21. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
22. İlk öncə qeyd olunmalıdır ki, İPM-in 2.2.3-cü maddəsinə müvafiq olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
23. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
24. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İşin hallarından da göründüyü kimi, iddiaçılar tərəfindən ləğv olunması tələb olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ümumiyyətlə inzibati akt hesab edilmir və vərəsəlik haqqında şəhadətnamə əsasında verilmişdir.
26. Digər tərəfdən iddiaçılar iki müxtəlif orqanı cavabdeh qismində qeyd etməklə onlara qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər ki, göstərilən hal da inzibati məhkəmə icraatı qaydasında yolverilməzdir.
27. İPM-in 35.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin inzibati məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir və hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
29. Belə ki, iddia tələbinin birinci hissəsində hüquqi qiymət verilməsi tələb olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Həmin çıxarışlar X2 Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi ev 9 mənzil 5 və Mingəçevir şəhər Nizami ünvan 1 ünvanlarında yerləşən mənzillərdən ona miras pay verilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında baxılan mübahisənin hüquqi nəticəsinə əsasən tərtib edilmişdir.
30. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, həmin çıxarışlara hüquqi qiymət verilməsi üçün ilk növbədə çıxarışların verilməsinə əsas olmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr mülki mühakimə icraatı qaydasında mübahisələndirilməlidir. Həmçinin, iddianın ikinci hissəsi, yəni iddiaçıların adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulması tələbi ilə iddiaçılar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilərlər.
31. Bununla yanaşı qeyd edilməlidir ki, iddia tələbi iki müxtəlif cavabdehə qarşı yönəlmiş iki müxtəlif tələbdən ibarətdir ki, həmin tələblərə bir inzibati məhkəmə icraatı çərçivəsində baxılması yolverilməzdir.
32. Beləliklə kollegiya hesab edir ki, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
33. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2-1(116)- 2519/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2-1(116)-2519/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.