Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-568/2025 13.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 qarşı “Qəbələ rayonu AIK-nin ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması plan-ölçü və çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qəbələ rayonu AIK-nin ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması plan-ölçü və çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs5, üçüncü şəxs2, Soltanova (Vəliyeva) Gülayə Müsəllim qızı, üçüncü şəxs1, üçüncü şəxs4 və üçüncü şəxs6 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
3. Iddia ərizəsinə əsasən İddiaçı və ailə üzvlərinin evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması ilə əlaqədar ## #### 2024-cü il tarixli e-*(***)-***/**** saylı Qəbələ Rayon Məhkəməsinin qətnaməsi vardır. Hal-hazırda iş Şəki Apellyasiya Məhkəməsindədir. Həmin ev 2019-cu ildən Ağdaş sakini üçüncü şəxs5 mülkiyyətinə verilmişdir. Evin altındakı və ətrafdakı 0,08 hektar həyətyanı torpaq sahəsi iddiaçıya və ailə üzvlərinə məxsusdur.
4. O, həmin ərazidə ev tikmək üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs * saylı Qəbələ Ərazi Idarəsinə müraciət etmişdir. Həmin təşkilatdan ona imtina cavabı gəlmişdir. Səbəbi həmin torpaq sahəsinin üzərində mövcud olan fərdi yaşayış evinin olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsindən ona bildirmişdilər ki, tərəflərin razı olmadığı üçün evin altındakı 0,01726 hektar torpaq sahəsindən imtina etməklə Qəbələ Rayon Məhkəməsinə müraciət etmək lazımdır.
5. Cavabdeh orqan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən, Qəbələ rayon Aqrar Islahat Komissiyasının noyabr 1997-ci il tarixli, ** saylı, qərarı ilə JN-***A saylı, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi 0.0172 ha torpaq sahəsini qeyd olunan JN- ***A saylı, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki 0.08 ha torpaq sahəsindən çıxarılmaqla üst-üstə düşməyən 0.6274 ha hissəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması plan-ölçü və çıxarışın hazırlanıb verilməsi Ərazi Idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətin təmin edilməsindən imtina etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında çıxış edən üçüncü şəxs izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) # ###### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. Iddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə X7 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 ilə əvəz edilmişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2007-ci il tarixli *-***/**** saylı qətnaməsi ilə iddiaçı Cəbrayılova Təranə Dursun qızının cavabdeh İddiaçı qarşı ailə üzvləri ilə birlikdə evdən məcburi çıxarılması, evin bir otağının dəyəri olaraq müəyyən olunmuş 240 manat pulun həmin evdən istifadə müddəti ilə əvəzləşdirilməsi və torpağın mülkiyyətə verilməsinə dair JN-***A saylı şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin # #### 2008-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı Cəbrayılova Təranə Dursun qızının apellyasiya şikayəti təmin edilməyərək Qəbələ Rayon Məhkəməsinin ## ###### 2007-ci il tarixli *-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin # ###### 2009-cu il tarixli *(***)-***/** saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin ## #### 2008-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2010-cu il tarixli **(***)-*/**** saylı qərardadı ilə Cəbrayılova Təranə Dursun qızının ərizəsi təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin # ###### 2009-cu il tarixli *(***)-***/** saylı qərarına qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması rədd edilmişdir. Qeyd olunan qərarlarda hamısında Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən sözügedən 0,08 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi və bununla bağlı JN- ***A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsi öz təsdiqini tapmış və işin mübahisəsiz halıdır. Cəbrayılova Təranə Dursun qızının həmin Şəhadətnamənin ləğv edilməsinə dair tələbi də təmin olunmamış, Şəhadətnamənin qanuniliyi sübuta yetirilmiş və öz qüvvəsini saxlamış, Şəhadətnamənin ləğvi üçün əsas olmadığı müəyyən edilmişdir. Indiyədək də həmin Şəhadətnamənin ləğv edilməsi və ya qüvvədən düşməsi ilə bağlı hər hansı məhkəmə qərarı və ya digər rəsmi sənəd mövcud deyil. Eyni zamanda Cəbrayılova Təranə Dursun qızı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə qarşı mülkiyyətində olan evin altındakı torpaq sahəsinin şəhadətnamə ilə mülkiyyətinə verilməsi baradə iddia ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2008-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə Cəbrayılova Təranə Dursun qızının iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi ## ##### 2009-cu tarixli 2(107)- 162/2009 qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2008-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2009-cu il tarixli *(***)-****/** saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsi ## ##### 2009-cu tarixli 2(107)-162/2009 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2011-ci il tarixli **(***)-*/**** saylı qərardadı ilə Cəbrayılova Təranə Dursun qızının ərizəsi təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2009-cu il tarixli *(***)-****/** saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması rədd edilmişdir. Qeyd olunan qərarlarda da bir daha sübut olunmuşdur ki, Torpaq sahəsinin mülkiyyətçisi o və ailə üzvləridir və Cəbrayılova Təranə Dursun qızının həmin torpaq sahəsinə qarşı bütün iddiaları əsassızdır. Hazırki qətnamədə məhkəmə əsaslandırma hissəsində qeyd etmişdir ki, “Ilkin olaraq iddiaçının Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair mülkiyyət hüququ itmişdir. Belə ki, hüququn əsasını təşkil edən fərdi yaşayış evi onun mülkiyyətində olmadığından evin yerləşmiş olduğu torpaq sahəsinə dair hüquq da yeni mülkiyyətçiyə ötürülmüşdür.” Iddia tələbində konkret olaraq qeyd edilmişdir ki, “Qəbələ rayonu AIK-nin ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0,0172 ha torpaq sahəsini 0,08 hektardan çıxmaqla qalan 0,06274 hektarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan-ölçü və çıxarışın hazırlanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin”. Yəni fərdi yaşayış evinin tikildiyi torpaq sahəsi çıxılsın, qalan torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınsın. Məhkəmə isə fərdi yaşayış evinin tikildiyi 0,0172 ha torpaq sahəsinin hesabına 0,08 ha torpaq sahəsinin hamısını onun mülkiyyətindən çıxarmaqla mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, həmçinin, üçüncü şəxslər X7 və üçüncü şəxs6 nümayəndəsi İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Həmçinin, iddiaçı izahatında bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə evdən çıxarılmasına dair ona ödəniləsi 7000 min manat məbləğində kompensasiya üçüncü şəxs üçüncü şəxs5 tərəfindən ödənilməmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
19. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. JN-231A KOD ******** nömrəli Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin surəti;
3. B ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi,
4. Qəbələ Rayonu Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
5. Cavabdeh orqanın ##.##.2025-ci il tarixli məktubu;
6. ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli çıxarış;
7. ##.##.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi;
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş torpaq sahəsi Qəbələ rayonu Mıxlıqovaq kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən yaşayış məntəqələri təyinatlı torpaqlar, uqodiyası həyətyanı, xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. X12 X10 (TEKUIS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqları, uqodiyası tikintialtı, xüsusi mülkiyyətdə (JN-231A) olan ərazi kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2009-cu il tarixli *(***)-***/**** saylı qərarına əsasən üçüncü şəxs5 adına 406012000053-***** reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş fərdi yaşayış evinin tikintialtı torpaq sahəsinin mülkiyyət forması JN-231A “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə təqdim edilmədiyinə görə bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Fərdi yaşayış evi JN-231A “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir.
9. JN-*** nömrəli Dövlət Aktına əsasən, Qəbələ Rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə 0.26 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cəbrayılova Təranə Dursun qızı və X4 verilmişdir.
10. Üçüncü şəxslər X8, üçüncü şəxs6, üçüncü şəxs2, üçüncü şəxs1, X7 və üçüncü şəxs4 məhkəmə kollegiyasına teleqram göndərərək iddia tələbinin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər.
11. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Qəbələ rayonu Mıxlıqovaq kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında Cəbrayılova Təranə Dursun qızının və X4 adları aşkar edilməmişdir, lakin həmin kəndin püşk siyahısında 816 nömrə ilə Cəbrayılova Təranə Dursun qızının adı qeydə alınmışdır və ailə üzvlərinin sayı 2 nəfər göstərilmişdir. Həmin məktuba əlavə edilmiş: Qəbələ Rayon Aqrar Islahatı Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı iclas protokolundan çıxarışdan görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndi Şəhriyar adına kolxozun ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq Qəbələ rayonlararası yerquruluşu idarəsi tərəfindən işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiqi barədə kolxoz YAIKnın ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmişdir. Qəbələ rayonu Mıxlıqovaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı, X8, üçüncü şəxs6, üçüncü şəxs2, üçüncü şəxs1, X7 və üçüncü şəxs4 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Qəbələ Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cəbrayılova Təranə Dursun qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə qarşı mülkiyyətində olan evin altındakı torpaq sahəsinin şəhadətnamə ilə mülkiyyətinə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
12. Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı üçüncü şəxs5 tərəfindən cavabdeh İddiaçı 7000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən 406012000053-***** reyestr nömrəsi ilə qeydə alınmış ##.##.2019-cu il tarixli çıxarışla üçüncü şəxs5 mülkiyyətinə verilmiş fərdi yaşayış evinə İddiaçı, üçüncü şəxs2, X5, üçüncü şəxs6 və X3 istifadə hüquqlarına xitam verilməsi və onların fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. TƏTBIQ EDILƏN HÜQUQ
20. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. Inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
22. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.
23. “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsi: Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir.
24. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
26. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
28. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Göründüyü kimi iddiaçının iddia olunan 0.6274 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.
30. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Qəbələ rayonu AIK-nin ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektarına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, planölçü və çıxarışın hazırlanıb verilməsindən ibarətdir.
31. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
33. Belə ki, iş materiallarından da göründüyü kimi, Qəbələ rayonu Mıxlıqovaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən, İddiaçı, X8, üçüncü şəxs6, üçüncü şəxs2, üçüncü şəxs1, X7 və üçüncü şəxs4 0.08 ha həyətyanı torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Qəbələ Rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi verilmiş və onun əsasında JN-***A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və sözügedən fərdi yaşayış evi üzərində hazırda iş üzrə üçüncü şəxs üçüncü şəxs5 ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qəbələ Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Cəbrayılova Təranə Dursun qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə qarşı mülkiyyətində olan evin altındakı torpaq sahəsinin şəhadətnamə ilə mülkiyyətinə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bununla yanaşı Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı üçüncü şəxs5 tərəfindən cavabdeh İddiaçı 7000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən 406012000053-***** reyestr nömrəsi ilə qeydə alınmış ##.##.2019-cu il tarixli çıxarışla üçüncü şəxs5 mülkiyyətinə verilmiş fərdi yaşayış evinə İddiaçı, üçüncü şəxs2, X5, üçüncü şəxs6 və X3 istifadə hüquqlarına xitam verilməsi və onların fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Lakin iddiaçı İddiaçı və üçüncü şəxs üçüncü şəxs5 məhkəmə kollegiyasının iclasında verdiyi izahata əsasən, həmin qanuni qüvvəyə minmiş qətnamə üzrə verilmiş icra vərəqəsi bu vaxta kimi icra olunmamışdır.
34. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi hasara alınmış, torpaq sahəsində müxtəlif növ meyvə ağacları yetişdirilmiş və eyni zamanda torpaq sahəsi üzərində yaşayış evi mövcuddur. Həmçinin, iddiaçı və ailə üzvləri həmin fərdi yaşayış evində yaşayır və həmin əmlakla davamlı istifadə əlaqələri mövcuddur.
35. Həmçinin, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş torpaq sahəsi Qəbələ rayonu Mıxlıqovaq kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən yaşayış məntəqələri təyinatlı torpaqlar, uqodiyası həyətyanı, xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. X12 X10 (TEKUIS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri təyinatlı torpaqları, uqodiyası tikintialtı, xüsusi mülkiyyətdə (JN-231A) olan ərazi kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2009-cu il tarixli *(***)-***/**** saylı qərarına əsasən üçüncü şəxs5 adına 406012000053-***** reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş fərdi yaşayış evinin tikintialtı torpaq sahəsinin mülkiyyət forması JN-231A “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə təqdim edilmədiyinə görə bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Fərdi yaşayış evi JN-231A “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi yerquruluşu planlarında göstərilmişdir.
36. Məhkəmə kollegiyası iş materiallarını və kollegiya tərəfindən aparılan araşdırma nəticəsində əldə edilən sənədləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisəli hüquq münasibətinin mahiyyətini düzgün müəyyənləşdirməmişdir.
37. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçıya və onun ailə üzvlərinə Aqrar Islahat Komissiyasının qərarı əsasında verilmiş, həmin qərara uyğun olaraq torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən də Aqrar Islahat Komissiyasının qərarı və onun əsasında verilmiş şəhadətnamə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd hesab olunur. Belə olan halda iddiaçının və ailə üzvlərinin mübahisəli torpaq sahəsi üzərində hüququ qanunla qorunan və dövlət tərəfindən tanınmalı olan hüquqdur.
38. Birinci instansiya məhkəməsinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad etməklə gəldiyi nəticə isə mübahisənin faktiki hallarına uyğun olmamışdır. Həmin norma yaşayış evinin yerləşdiyi torpaq sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləsə də konkret halda mübahisəli torpaq sahəsinin əvvəlcədən aqrar islahat qaydasında iddiaçıya və ailə üzvlərinə ayrılması faktını aradan qaldırmır.
39. Bununla yanaşı iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı və ailə üzvlərinin mübahisə predmeti olan fərdi yaşayış evindən kompensasiya ödənilməklə çıxarılması müəyyən edilsə də həmin qətnamənin icra edilməməsi onların həmin evdə yaşamasını və istifadə vəziyyətinin davam etdiyini göstərir. Bu hal da iddiaçı və ailə üzvlərinin mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə hüquqi və faktiki bağlılığını təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir.
40. Göründüyü kimi iddia olunan torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil. Həmçinin, torpaq sahəsinin iddia olunan ölçüdə iddiaçıya və ailə üzvlərinə verilməsi məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı təqdim edilən sənədlərdə öz əksini tapmışdır. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtina etməsi əsassız olmuşdur.
41. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmiş, bununla da IPM-in 13, 12 və 48-ci maddələrində müəyyən edilmiş “Işin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, apellyasiya şikayəti təmin edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 üzərinə JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Qəbələ rayonu Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektar torpaq sahəsinin üzərində İddiaçı, üçüncü şəxs2, X8, üçüncü şəxs1, üçüncü şəxs4, X7 və X9 birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdir.
44. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 üzərinə JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Qəbələ rayonu Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 0.0172 hektar torpaq sahəsini 0.08 hektardan çıxmaqla qalan 0.06274 hektar torpaq sahəsinin üzərində İddiaçı, üçüncü şəxs2, X8, üçüncü şəxs1, üçüncü şəxs4, X7 və X9 birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulsun. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.