Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-569/2023 18.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 08 dekabr 2022-ci il tarixli 171 nömrəli sərəncamının ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2-1(116)- 1459/2023 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 iyun 2023-cü il tarixli 2- 1(116)-1459/2023 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 08 dekabr 2022-ci il tarixli 171 nömrəli sərəncamının ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsində qeyd etmişdir ki, iddiaçının dəfələrlə hüquq mühafizə orqanlarına dəvət edilməsi, habelə işdən azad olması səbəbli maddi imkanın olmaması, öhdəliyində 2 azyaşlı uşaqlarının olması, hüquqlarının bərpa olunması ilə bağlı məhkəməyə müraciət etdiyi halda, ittihamlara məruz qalması səbəbli məhkəmənin sözügedən qərarından vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, məhkəmənin mübahisə predmeti olan qərarı ümumiyyətlə iddiaçıya rəsmi təqdim olunmamış, həmin müddətdə iddiaçı nümayəndəvəkilə apellyasiya şikayəti vermək niyyəti barədə imkana malik olmamışdır. 31 avqust 2023-cü il tarixdə faktiki olaraq Balakən RPŞ-nin istintaq bölməsində saxlanıldığı zaman təkrar nümayəndə-vəkilə müraciət etmək məcburiyyətində qalmış, qərar barədə məlumatlı olduqdan sonra nümayəndə-vəkillə yenidən hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlamış və apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 18 oktyabr 2023-cü il tarixə, saat 10:30-a təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2-1(116)-1459/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə isə iddiaçıya təqdim edilmiş, lakin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 20 gün ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı maddi imkanı olmadığına görə vəkillə müqavilə bağlaya bilməmiş və buna görə də qərardan şikayət vermə müddətini ötürmüşdür. Ona görə də ərizənin təmin edilməsini xahiş etdi. Göründüyü kim, iddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2-1(116)-1459/2023 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2-1(116)-1459/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Şəki İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2-1(116)-1459/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin . Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-569/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-569/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver