Məhkəmə qərarları › İş №2-1(107)-57/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-57/2020

16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-57/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Zərdab rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Zərdab rayon şöbəsinə qarşı “xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göyçay Quşçuluq Fabrikasında və Göyçay ALZ MMC-də işlədiyi müddətin pensiyaya çıxdığı xx.xx.2015-ci il tarixdən sosial sığorta stajına daxil edilməsi və pensiya məbləğində yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1131/2019nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondu Zərdab rayon şöbəsi tərəfindən vеrilmiş аpеlyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1131/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Zərdab rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Göyçay Quşçuluq Fabrikasında və Göyçay ALZ MMC-də işlədiyi müddətin pensiyaya çıxdığı xx.xx.2015-ci il tarixdən sosial sığorta stajına daxil edilməsi və pensiya məbləğində yaranan fərqin ödənilməsi öhdəliyi qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan аpеlyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı xx xxxxxx 2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş, cavabdehə bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsi, o cümlədən аpelyаsiyа şikаyəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə verməsi və həmin müddətin buraxılmasını üzrlü hesab ediləcək sübutları məhkəməyə təqdim etməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2-1(84)-1131/2019 nömrəli qərarı xx.xx.2019-cu il tarixdə cavabdehə göndərilmiş, cavabdeh orqan tərəfindən qərarın surətini xx xxxxxx 2019-cu il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul etmişdir. Göründüyü kimi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2- 1(84)-1131/2019 nömrəli qərarından şikayət verilmə müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Cavabdeh mübahisələndirilən qərarın surətini xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qəbul etdiyi halda həmin qərardan şikayəti xx.xx.2019-cu il tarixdə poçta təqdim etmiş və bununla da qanunla müəyyən edilən 6 günlük şikayət vermə müddətini ötürmüşdür. Ona görə də müəyyən edilir ki, cavabdeh inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(84)-1131/2019 nömrəli qərarından apelyasiya şikayətinin verilmə müddətini ən azı 6 gün ötürmüş, izah edilməsinə baxmayaraq müddətin ötürülməsinin üzürlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmiş və müddətin bərpası barədə ərizə verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. -87.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. -94.1-cı maddəsinə görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiya məhkəməsi tərəfindən verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(84)-1131/2019 nömrəli qərardadından iddiaçı tərəfindən vеrilmiş аpеlyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və bu müddətin üzürlü səbəbdən buraxılmasını barədə ərizə və ya müvafiq sübutlar təqdim edilmədiyindən həmin apelyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Zərdab rayon şöbəsi tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1131/2019 nömrəli qərarından verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. Şikayəti qəbul etməkdən imtina edilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar