Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-57/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadından iş üzrə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçının mülkiyyətində ünvan 2 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 69,8 kv.m olan qeyri-yaşayış binası (mağaza) vardır. Sonuncunun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 24 yanvar 2012-ci il tarixdə iş üzrə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla" rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak hazırda "xxxx" ASC-də ipoteka ilə yüklüdür. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli, 70 nömrəli Sərəncamına və "Memarlıq planlaşdırma həlli"nə əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən mağaza binasının 2-ci mərtəbəsini binanı yenidən rekonstruksiya etmək yolu ilə inşa etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 09 dekabr 2021-ci il tarixli, 04/a nömrəli "Tikinti obyektinin istismarına icazə”yə əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasınının istismarına icazə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin Zaqatala filialının 24 dekabr 2021-ci il tarixli, 566 nömrəli məktubundan da göründüyü kimi, sonuncu, İddiaçı yeni yaranmış əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********98 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan qeyd olunan qeyri-yaşayış binasının zirzəmi sahəsi layihədən 67,3 kv.m kənarlaşma ilə inşa edilmişdir. Həmçinin, iddiaçı tərəfindən dövlət mülkiyyətinə (Zərifə Əliyeva adına parkın ərazisinə) aid olan 0,011 ha (110 kv.m) torpaq sahəsi zəbt olunmuşdur. Belə ki, həmin zəbt olunmuş dövlət mülkiyyətə aid olan torpaq sahəsində sözügedən qeyri-yaşayış binasının zirzəmi sahəsinin 79,7 kv.m hissəsi və pilləkən sahəsinin 21,3 kv.m hissəsi (səkinin altındakı torpaq sahəsində) yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********82 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində iş üzrə icraata zəruri cəlb olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ilə "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində icraata adi qaydada cəlb olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsi mümkün sayılmamışdır.
11. İddiaçı və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 70 nömrəli Sərəncamına və “Memarlıq planlaşdırma həlli”nə əsasən iddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən mağaza binasının 2-ci mərtəbəsini binanı yenidən rekonstruksiya etmək yolu ilə inşa etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 04/a nömrəli “Tikinti obyektinin istismarına icazə”yə əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının istismarına icazə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin Zaqatala filialının xx.xx.2021-ci il tarixli 566 nömrəli məktubundan da göründüyü kimi sonuncu iddiaçının yeni yaranmış əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz etməmişdir. İşdən də göründüyü kimi, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 70 nömrəli Sərəncamına və “Memarlıq planlaşdırma həlli”nə uyğun olaraq hazırda üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması nəzərdə tutulmuş qeyri-yaşayış binasını inşa etmiş, o cümlədən tikinti işləri Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 70 nömrəli Sərəncamına və “Memarlıq planlaşdırma həlli”ndə göstərilən ölçülər daxilində aparılmışdır. İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 69,8 kv.m olan qeyri-yaşayış binası (mağaza) hazırda mövcud deyildir. Belə ki, hazırda binanın həmin hissəsində rekonstruktiv dəyişikliklər edilmiş və oraya pilləkən yerləşdirilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1043/2022 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmişlər.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,8 kv.m olan qeyriyaşayış (mağaza) binası iddiaçının xüsusi mülkiyyətindədir. - Zaqatala RİH başçısının xx.xx.2017-ci il tarixli 70 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya Zaqatala şəhəri Z.Əliyeva 13 (keçmiş Vidadi) ünvanında yerləşən özünə məxsus mağaza binasının ikinci mərətəbəsinin tikintisinə icazə verilmişdir. - "xxxx" ASC Zaqatala filialının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli 566 nömrəli məktubda qeyd olunur ki, xx.xx.2021-ci il tarixli 071-MKOS/AZN-2021 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixli, 071-MKOS/2021-İM saylı İpoteka müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Seriya MA №0289512, reyestr nömrəsi **********81-06301, qeydiyyat nömrəsi ********** olan ünvan 6 ünvanında yerləşən 0,008 ha torpaq sahəsində ümumi sahəsi 69,8 kv.m olan qeyri-yaşayış binası (mağaza) “TuranBank “ASC-nin xeyrinə yüklü edilmişdir. Qeyd edilən əmlaka dair yeni çıxarış almaq üçün müraciətə əsasən bildirilmişdir ki, həmin əmlakın və yerləşdiyi 0,008 ha torpaq sahəsinin "xxxx" ASCdə yüklülükdə qalması şərti ilə, yeni çıxarış alındıqdan sonra xx.xx.2021-ci il tarixli, 071/MKOS/2021-İM saylı ipoteka müqaviləsinə əlavə dəyişikliyin Notarial qaydada rəsmiləşdirilməsi və DƏDRX-nin müvafiq Ərazi İdarəsində ipotekanın əlavə dövlət qeydiyyatına alınması, eləcə də qeyd olunan əməliyyatlar zamanı yaranan xərclərin borclu (və ya ipoteka qoyan) tərəfindən tam, qeyd şərtsiz qarşılanması şərti ilə yeni çıxarışın alınmasına "xxxx" ASC etiraz etməmişdir. - xx.xx.2021-ci il tarixli 04/a nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən mağaza binasına yenidənqurma işləri aparmaqla ikinci mərtəbə əlavə edilməsinə Zaqatala RİH tərəfindən icazə verilmişdir. Sənəddə tikintialtı sahə 80,0 kv.m, ümumi sahə 219,4 kv.m olaraq göstərilmişdir. - Zaqatala RİH tərəfindən xx.xx.2017-ci il tarixli 70 nömrəli “obyektin tikintisinə icazə”nin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, mağaza binası 80,0 kv.m torpaq sahəsində yerləşir, tikintialtı sahə 80,0 kv.m, ümumi sahə 219,4 kv.m, 2 mərtəbəli və zirzəmilidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7).
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ləğv edilərək, iddia tələbinin Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi mümkün sayılmalıdır.
22. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
24. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi, iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etdiyi ümumi sahəsi 219,4 kv.m olan qeyri-yaşayış binasının 69,8 kv.m hissəsinə onun hüquqları artıq qeydiyyata alınmış və həmin hissədə çatmaq istədiyi məqsədə nail olmuşdur.
25. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərə
26. Belə ki, apellyasiya şikayətinin dəlillərinə əsasən, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 04/a nömrəli “Tikinti obyektinin istismarına icazə”yə əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının istismarına icazə verilmişdir. İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 69,8 kv.m olan qeyri-yaşayış binası (mağaza) hazırda mövcud deyildir. Belə ki, hazırda binanın həmin hissəsində rekonstruktiv dəyişikliklər edilmiş və oraya pilləkən yerləşdirilmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən ümumi sahəsi 219,4 kv.m olan qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınaraq çıxarış verilməyən hissəsi mübahisələndirilir. Əgər iddia tələbinə tam həcmdə baxılarsa qeyri-yaşayış binasının həmin hissəsi MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışla dövlət qeydiyyatına alınmış 69,8 kv.m olan qeyri-yaşayış binasının üzərində yerləşdiyindən, Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasına gələcəkdə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış verilməsində ona mübahisələndirilən və mübahisə olmayan predmeti üzərində qeyri-müəyyənlik yaradacaqdır.
28. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1043/2022 nömrəli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsi mümkün sayılmalıdır.
29. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsi mümkün sayılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.