Məhkəmə qərarları › İş №2-1(107)-57/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-57/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-57/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilmiş şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-1124/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “İddiaçı məxsus Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilmiş şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1124/2023 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1124/2023 nömrəli qərardadı ilə Ağş bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 noyabr 2023-cü il tarixli 2- 1(116)-1124/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mütəxəssis rəyi 0.35 ha torpaq sahəsinə münasibətdə verilmişdir. Halbuki iddiaçı 0.15 ha torpaq sahəsinə dair iddia irəli sürmüşdür, cavabdehin də mülkiyyətində 0.25 ha torpaq sahəsi olduğu şəhadətnamədə göstərilir. Bu halda mütəxəssisin verdiyi rəyin ümumiyyətlə qüsurlu olması aydın olur. Eləcə də torpaq sahəsinə baxış keçirilərkən iddiaçı özü xaricdə olduğundan baxışda onun qohumu iştirak etmişdir. Həmin şəxsin göstərdiyi koordinatlar da düzgün olmaya bilər. Eləcə də Ağdaş rayon bələdiyyəsinin arayışında qeyd edilən torpaq sahəsinin koordinatları ilə mütəxəssis rəyində göstərilən koordinatlar da uyğunlaşmır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi mütəxəssis rəyində göstərilən koordinatdan kənarda yerləşir. Lakin məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmədən sözügedən əsassız ekspert rəyi ilə məhkəmə işi yekunlaşmışdır. Birinci instansiya məhkəməsinin qərardadında müddətin ötməsi ilə bağlı məsələyə münasibət bildirmişlər ki, AR İPM-im 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının şəhadətnamənin ləğv olunmasına dair müraciətinə DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən baxılaraq 16 dekabr 2022-ci il tarixində sözügedən sənədə düzəliş edilməsi və ya ləğv olunmasının həmin orqanın səlahiyyətinə aid olmadığı bildirilmişdir. İddiaçı da həmin şikayətə dair inzibati orqanın aktını aldığı müddətdən 30 gün keçmədən məhkəməyə müraciət etmişdir və xx.xx.2023-cü il tarixində iddia ərizəsi artıq icraata qəbul edilmişdir. Belə olan halda məhkəmə iddia müddətinin keçməsini əsas gətirərək iddianı mümkünsüz sayması ilə birbaşa olaraq prosessual qanunvericiliyə zidd mövqe irəli sürmüşdür. Aqrar İslahat Komissiyasının ləğv olunmasının və ya həmin inzibati orqanın qərarının qəbul olunduğu zaman hansı qanunvericiliyin qüvvədə olmasının inzibati aktın mübahisələndirilməsi ilə bağlı məsələyə ümumiyyətlə aidiyyəti yoxdur. Belə ki, məhkəmə X1 hüquqi varisinin müəyyən edilmədiyini qeyd etmişdir. Buradan belə bir sual ortaya çıxır ki, əgər bir inzibati orqanın hüquqi varisi yoxdursa, onda həmin orqan tərəfindən qəbul edilmiş inzibati aktlarla vətəndaşın hüquqları pozulduqda bu hüquqların bərpası və müdafiəsi məsələsi öz həllini necə tapmalıdır? Bundan əlavə məhkəmə qərardadında deyilir ki, 2011-ci il 1 yanvar tarixinədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixinədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmənin qəbul etdiyi qərardaddan isə aydın olur ki, bu mühüm konstitusion prinsipin mövcudluğundan belə məhkəmə bixəbərdir. Həqiqətən də iddiaçı tərəfindən prosessual müddət ötürülmüş olsa idi, bu halda məhkəmə tərəfindən iddia ərizəsi dərhal geri qaytarılmalı idi. Əksinə, xx.xx.2023-cü il tarixindən məhkəmə icraatına qəbul edilmiş iş üzrə məhkəmə prosesinin 10 aydan artıq davam etməsi və bu vaxta qədər keçirilən məhkəmə proseslərində deyil, yalnız sonda iş üzrə yekun məhkəmə aktında iddia müddətinin ötürüldüyünün qeyd edilməsi gülünc haldır. Üstəlik iddiaçıya məhkəmənin mövqeyinə münasibət bildirməsi üçün 10 (on) gün müddətində vaxt da təyin edilmişdir. Halbuki müddət ötürülmüşdürsə işə mahiyyəti üzrə baxılmayaraq iddia mümkünsüz sayılmalı idi. Məhkəmə hətta mahiyyəti üzrə işə baxaraq mühüm suallara cavab verilməsi üçün mütəxəssis rəyi belə almışdır. Bir halda ki, müddətlə bağlı tələbə riayət edilməmişdir, ümumiyyətlə iddiaçıdan mülahizə verilməsini tələb etmək də absurddur. Bu hal belə özlüyündə məhkəmənin qəbul etdiyi qərardadda bir fikrin digərini təkzib etdiyini açıq-aydın sübut edir. Hətta məhkəmə iş üzrə icraata Həsən Qasımov adlı şəxsi 3-cü şəxs qismində cəlb etmişdir. Lakin adı çəkilən şəxsin məhkəmə iclasında iştirakı təmin olunmadan və dindirilmədən məhkəmə iddianın mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-1124/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-1124/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

10. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Məhkəmə kollegiyasına təqdim edilmiş DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən 0.3575 ha torpaq sahəsinin 0.25 ha hissəsi **********78-10301 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0.1075 ha hissəsi Ağdaş rayonu Orta Ləki bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.3575 ha torpaq sahəsinin 0.25 ha hissəsinin və 0.1075 ha hissəsinin yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi fərdi yaşayış evi mübahisələndirilən torpaq sahəsində yerləşir. Fərdi yaşayış evinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hasar daxilindədir. Fərdi yaşayış evinin yerləşdiyi və hasara alınmış torpaq sahəsi 0.3575 ha təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

12. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

13. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X6 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.

14. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

20. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

21. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

22. Belə ki, iddia ərizəsinin məzmunundan və iş üzrə toplanmış icraat materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-1055A KOD 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsinə nail olmaqdır. Sözügedən Şəhadətnaməyə əsasən Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Ağdaş rayonu Orta Ləki kənd sakini X3 0.25 ha torpaq sahəsi ayrılmışdır.

23. İddiaçı Ağdaş rayon Dövlət Arxivinin arayışında qeyd edilmiş Ağdaş rayon Orta Ləki kənd 1 may kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ona 0.15 ha torpaq sahəsinin ayrılmasına və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair dekabr 1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna istinad edərək, JN-1055A KOD 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin texniki səhv nəticəsində ona məxsus torpaq sahəsinə tərtib edildiyini bildirir.

24. Məhkəmə tərəfindən dekabr 1997-ci il tarixli 1130 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin döngə nöqtələrinin Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla müəyyən edilməsi, həmin torpaq sahəsinin xüsusiyyətləri (mülkiyyətçisi, təyinatı, faktiki sahəsi, JN- 1055A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi və s.) barədə məlumatın təqdim edilməsi, o cümlədən JN-1055A nömrəli şəhadətnamədə qeyd edilmiş 0,25 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb-alınmaması, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə dair yeni çıxarış və texniki pasport verilmişdirsə, sözügedən sənədlərin 1130 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi, həmçinin JN-1055A nömrəli Şəhadətnamənin 1130 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə köhnə DWJ bazası və ya yeni elektron uçot məlumatlarına əsasən üst-üstə düşüb-düşmənin mövcud olub-olmamasına aydınlıq gətirilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır.

25. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar əsasında “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaqların elektron kadastrı uçotu məlumat bazasına yerləşdirilmişdir.

26. Qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 3 iyul 2023-cü il tarixli 2- 1(116)-1124/2023 nömrəli məktubunda mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədilə, mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmışdır. Mübahisəli torpaq sahəsinə dair rəy “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən hazırlanmışdır.

27. İddiaçı nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi **********78-10301 reyestr nömrəli çıxarışla X4, təyinatı yaşayış məntəqələrinin torpaqları, faktiki sahəsi 0.3575 ha, JN-1055 A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə 0.25 hissədə üst-üstə düşür.

28. JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş 0.25 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir.

29. Dekabr 1997-ci il tarixli 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə verilmiş çıxarış və texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır.

30. JN-1055A nömrəli Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə DWJ bazası və yeni elektron uçot məlumatları üst-üstə düşür. 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır.

31. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin JN-1055A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə verilmiş çıxarış və texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, nəzərə alınmalıdır ki, JN-1055A nömrəli Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə bağlı DWJ bazası və yeni elektron uçot məlumatları üst-üstə düşür. Yəni, faktiki olaraq JN-1055A nömrəli Şəhadətnamə elektron bazada verilməsi nəzərdə tutulan torpaq sahəsinə işlənmiş və daha sonra həmin torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış tərtib edilməklə Ağdaş rayonu Orta Ləki kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi üzərində X2 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

32. 1130 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından üst-üstə düşməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, hər bir halda iddiaçı, iddia etdiyi torpaq sahəsinin məhz 1130 inventar nömrəli texniki pasportda göstərilmiş və Ağdaş rayon Orta Ləki kənd 1 may kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ona ayrılmış 0.15 ha torpaq sahəsi olduğunu bildirir. Bununla belə iddia olunan torpaq sahəsinin məhz 1130 inventar nömrəli texniki pasportda göstərilmiş və Ağdaş rayon Orta Ləki kənd 1 may kolxozunun xx.xx.1990-cı il tarixli, 04 №-li ümumi iclas protokolunun qərarına əsasən ayrılmış torpaq sahəsi olmasını müəyyən etmək mümkün deyildir.

33. Digər tərəfdən işin məhkəmə tərəfindən araşdırılmış yuxarıda qeyd edilən hallarından görünür ki, JN-1055A nömrəli Şəhadətnamənin sözügedən torpaq sahəsinə tərtib edilməsi texniki səhv olmamış, sözügedən Şəhadətnamədə qeyd edillmiş torpaq sahəsi ilə bağlı DWJ bazası və yeni elektron uçot məlumatlarının üst-üstə düşməsi aşkar edilmişdir.

34. Bununla yanaşı məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi Ağdaş rayonu Yuxarı Ləki kəndində yerləşən 0.3575 ha torpaq sahəsinin 0.25 ha hissəsi **********78-10301 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0.1075 ha hissəsi Ağdaş rayonu Orta Ləki bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.3575 ha torpaq sahəsinin 0.25 ha hissəsinin və 0.1075 ha hissəsinin yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi fərdi yaşayış evi mübahisələndirilən torpaq sahəsində yerləşir. Fərdi yaşayış evinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hasar daxilindədir. Fərdi yaşayış evinin yerləşdiyi və hasara alınmış torpaq sahəsi 0.3575 ha təşkil edir.

35. Məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu verilərək Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı və həmin qərar əsasında torpaq sahəsi ayrılmış subyektlər siyahısından Ağdaş rayonu Orta Ləki kəndi üzrə X5 və İddiaçı aid hissədən çıxarışın təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb edilmiş, sonuncunun xx.xx.2023cü il tarixdə təqdim etdiyi məktubda Ağdaş rayonu, Orta Ləki kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adının aşkar edilmədiyi qeyd edilmiş, mövcud olan həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X2 adı qeyd edilmiş hissədən çıxarışlar, eləcə də Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli Qərarının təsdiq olunmuş surəti təqdim edilmişdir.

36. Təqdim edilmiş Ağdaş rayonu, Orta Ləki kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, 1055 sıra nömrəsinin qarşısında X2 adı, xəritədə nömrəsi 1121, ailənin tərkibi -1, qanuni istifadəsində olan həyətyanı sahə 0.25 qeyd edilmişdir. Sözügedən siyahı və torpaq islahatı barədə kompleks yerquruluşu layihələri Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

37. Beləliklə, iddia olunan torpaq sahəsinin üst-üstə düşdüyü JN-1055A kod 90315005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ağdaş rayon AİKnın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı əsasında verilmişdir.

38. X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Mübahisələndirilən Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

39. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

40. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.

41. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçıya bildirmişdir ki, ləğv edilməsini tələb etdiyi JN-1055A nömrəli Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 21 saylı qərarı əsasında verildiyindən və müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş sənədlər ləğv edilə bilməz.

42. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-1149/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir

44. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə göndərərək məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmişdir.

45. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

46. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

47. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

48. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

49. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)- 1124/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-1124/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar