Məhkəmə qərarları › İş №2-1(107)-571/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-571/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-571/2025 08.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu,Tala çayının sol sahilindən əkinə yararsız daşlı örüş torpağından 0.15 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiasına dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(116)-603/2025 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 01 iyul 2025-ci il tarixli 2-1(116)- 603/2025 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə tərəf olmayan şəxs Maraqlı şəxs tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi "xxxx" MMCnin təsisçisi olan atası məhrum X1 vərəsələrindən biridir. 2018-ci ildə X4 vəfat etmişdir. "xxxx" MMC-nin əmlakı ilə formalaşmış nizamnamə kapitalındakı paylar, mirasın qəbulu haqqında şəhadətnaməyə əsasən: oğlu Maraqlı şəxs - 40%, qızları Natəvan Hüseynova və Mətanət Rüstəmovaya, hər birinə 30 % bölünmüş və bu paylarla "xxxx" MMC yenidən dövlət reyestrində qeydə alınmışdır. 2020-ci ilin sonunda Maraqlı şəxs MM-in 95 və 96-cı maddələrinə müvafiq üsulla paydan çıxmışdır. Bundan sonra, bacıların paylarma uyğun MMC yenidəən hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır "xxxx" MMC-nin daimi istifadəsindəki bir sıra daşmmaz əmlakın torpaq sahəsi və tikililər müəssisənin mülkiyyətinə qeydə alınmadığına görə Maraqlı şəxs paydan çıxarkən pay bölgüsündə nəzərə alınmayıb, amma qanunla müəyyən edilmiş istifadə və sahiblik hüququ qalmışdır. Belə olan halda 2-1 (116)-603/2025 saylı inzibati iş üzrə mübahisə predmeti Maraqlı şəxs maraqlarma toxunduğundan O, məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməlidir. Onu da qeyd etmişdir ki, "xxxx" MMC-nin daimi istifadəsindəki bir sıra daşınmaz əmlakın torpaq sahəsi və tikililər müəssisənin mülkiyyətinə qeydə alınmasına dair iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanmda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Bakı 1 №-li Ərazi İdarəsnə qarşı qaldırdığı Bakı İnzibati Məhkəmənin icraatmda olan (hakim Bəhlul Cəlilov) 2-1(112)-1590/2025 saylı inzibati mübahisə üzrə Maraqlı şəxs 3-cü şəxs qismində cəlb edilmiş və iş üzrə 3-cü şəxs də nəzərə alınmayaraq xx.xx.2025-ci il tarixində yekun məhkəmə aktı da qəbul edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-603/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və Maraqlı şəxs inizbati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Azərtunel MMC”-nin nümayəndəsi və vəkili Vəkil iş üzrə tərəf olmayan Maraqlı şəxs apellyasiya şikayətinə etiraz məktubunda bildirmişdir ki, apellyasiya şikayətində işin nəticəsinin Maraqlı şəxs maraqlarına hər hansı şəkildə toxunması halı əsaslandırılmamış, bununla bağlı hər hansı sübut, dəlil təqdim edilməmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, İddiaçı MMC-nin təsisçiləri X2 və X3 olduğundan və mübahisə predmenti olan Zaqatala rayonu, Tala çayının sol sahilindən yerləşən torpaq sahəsi məhz İddiaçı MMC-nin adına ayrıldığından iş üzrə Maraqlı şəxs aidiyyəti mövcud deyil, həmçinin işin nəticəsinin Maraqlı şəxs qanunla qorunan maraqlarına hər hansı təsiri müəyyən edilmir. Bununla əlaqədar İddiaçı MMC-nin hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışı qoşma olaraq təqdim edilir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Maraqlı şəxs 2020-ci ildə İddiaçı MMC-dən çıxmışdır, müvafiq olaraq ona nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi verilmişdir. Odur ki, Maraqlı şəxs tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılaraq mümkün sayılmaması barədə qərardad, mümkün hesab edildiyi təqdirdə apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-603/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına xüsusi diqqət yetirməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. Məhkəmə kollegiysı hesab edir ki, hazırkı işə baxan birinci instansiya məhkəməsi də həmin mövqeyə uyğun olaraq vəsatətə münasibətdə işin hallarını araşdırmış, işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət vermiş, mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ərizəçinin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmış və hesab etmişdir ki, ərizəçinin hüquqları və qanunla qorunan maraqları pozulmamışdır. Apellyasiya şikayətinin dəlillərində məhkəmə qərarının ərizəçinin hüquqlarına toxunduğu qeyd edilsə də, işin müəyyən edilmiş hallarından da görünür ki, hazırki vəziyyətdə qəbul olunmuş məhkəmə qərarının hansı hissədə onun hüquqlarına və ya qanuni mənafeyinə toxunmasını, yəni hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də maraqlarına toxunma ehtimalının nədə ifadə olunduğunu göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 №-li Qərardadında qeyd edildiyi kimi mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Bundan əlavə həmin qərardadda göstərilmişdir ki, İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Belə olan halda kollegiya qeyd edir ki, Maraqlı şəxs tərəfindən verilmiş onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəçinin vəsatətini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(116)-603/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 35, 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunma barədə vəsatət vermiş Maraqlı şəxs tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(116)-603/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar