Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-576/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2-1(116)- 1246/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-ə qarşı “sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın ödənilməmiş hissəsinin (Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-20/2023 saylı qərarında göstərilən formada) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərmişdir. Həmçinin tələb hissəsində sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1246/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Dövlət İqtisad Universitetində əyani ali təhsil almışdır. 01 avqust 1985-ci ildə təyinatla X8 Zavodunda mühasib olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub yenidən xx.xx.1987-ci ildə X8 Zavodunda mühasib olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1990-cı il tarixədək həmin müəssisədə əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1990-cı ildən köçürmə yolu ilə AzərAvtoNəqliyyat Nazirliyinin tabeliyində Mingəçevir şəhər Təsərrüfat hesablı Təmir Tikinti İdarəsinə Baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin müəsissədə xx.xx.1991-ci ilədək işləmişdir. xx.xx.1991-ci ildən Mingəçevir şəhərində yerləşən “Radiotexnika Firma”-mağazasında şöbə müdiri təyin edilmişdir. xx.xx.1992-ci ilədək həmin təşkilatda işləmişdir. xx.xx.1992-ci ildən köçürmə yolu ilə Mingəçevir SU-60 saylı tikinti idarəsinə Baş mühasib vəzifəsinə təyin olunmuşdur. xx.xx.1992-ci il tarixdən köçürmə yolu ilə Mingəçevir şəhər İcra Hakimiyyətinə iqtisadçı vəzifəsinə təyin olunmuşdur və Mingəçevir şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə 29 iyun 2017-ci il tarixədək dövlət qulluqçusu işləmişdir. 29 iyun 2017-ci il tarixdə səhətində yaranmış ciddi problemlərlə bağlı öz ərizəsi əsasında işdən azad olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət edərək, 30 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasına çıxmışdır və ona 30 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanmışdır. - İddiaçı hələ yuxarıda göstərilən dövlət qulluğunda işləyən zaman 2008-ci ildən aldığı xəsarət nəticəsində əlil olmuşdur və 2015-ci ilin dekabr ayınadək hər il müəyyən olunmuş qaydada tibbi müayinələrdən keçərək yenidən 3-cü dərəcə əlillik təyin olunmuşdur və işləyərkən müəyyən olunmuş müavinəti alırdı. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli 2T1.BQKCOOO3 nömrəli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbi ilə əlillik qrupu üzrə- üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir və əlilliyə görə işlədiyi üçün cüzi müavinət alırdı. Növbəti müayinə tarixi isə xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının diaqnozunda: “Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası, ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət mədudluğu ilə Astenonevrotik vəziyyət. NSD -hipertonik" olduğu bildirilmişdir. - Qeyd olunan tibbi sənəddə həmçinin Əlilliyin müəyyən olunması meyarı: "Üçüncü dərəcə əlillik- Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət məhdudluğu ilə. Asteno-nevrotik vəziyyət. NSD-hipertonik" göstərilmişdir. Təyinatın tarixi isə xx.xx.2015-ci il tarixdə göstərilmişdir. Tibbi-sosial yardım və reabilitasiya vasitələri - təyin edilmir. - İddiaçı Tibbi Sosial Ekspert Komissiyasından keçmək üçün xx.xx.2016-cı il tarixli xxxxxxxOOO3 nömrəli qərarda göstərilən müddətdə-təkrar müayinə üçün xx.xx.2020-ci il tarixdə müraciət etdikdə şifahi formada bildirildi ki, hələlik Tibbi Sosial Ekspert Komissiyasının keçirilməsi möhlətə alınmışdır. - Bundan sonra, iddiaçı göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi bölmələrini idarəetmə birliyi'’ Publik hüquqi şəxs Elmi-tədqiqat travmatologiya və ortopediya institutunda müayinə olundu və həmin institutun 10 fevral 2021-ci il tarixli akt 1781M971 saylı arayışında -Diaqnoz: “Sol pəncənin arxa səthinin travmadan sonrakı çapığı, daraqarxası oynaqların artrozu, pəncənin varus deformasiyası, baldır və pəncə əzələlərinin hepotrofiyası, barmaqların açıcı-bükücü kautrasifurası, daimi ağrı sindiromu, axsama, yerişin və dayaq funksiyasının pozulması” qeyd olunmuşdur. - Həmçinin, İddiaçı müalicə həkiminin göndərişi əsasında Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-də “Sol ayaq Kİ müayinəsi" və "Onurğa sütunu bel və omba disk aralığı (üş disk aralığı)" KT müayinəsi olunmuşdur. Həmin KT müayinələrdə açıq-aydın iddiaçının əlil olduğu göstərilmişdir. - İddiaçı “Üçüncü dərəcə əlillik- Digər: Sol ayağın əzələ vətərlərinin kəsilmiş yarası ayaqdaraqarası sümüklərinin yerdəyişmə ilə bitişən sınığı. Sol ayaq barmaqlarının da hərəkət məhdudluğu ilə Asteno-nevrotik vəziyyət. NSD-hipertonik" diaqnozu verilməsinə baxmayaraq, təyin olunmuş 702 (yeddi yüz iki) manat dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası 2021-ci ilin fevral ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunsuzluq edilərək kəsilmişdir. - Bundan sonra, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Əlillik dərəcəsinin təkrar təyin edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi (bərpa edilməsi) və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" Şəki İnzibati Məhkəməsində iddia qaldırdı. - İlk olaraq Şəki İnzibati Məhkəməsində 24 avqust 2022-ci il tarixli, 2-1(161)- 730\2022 saylı qərarı ilə verdiyi iddia təmin edilmədiyindən, həmin qərardan Apellyasiya şikayəti verdi. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ekspertiza təyin edilməsi barədə qərar qəbul etdi və İddiaçı əlilliyinin müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizasından keçdi. Bundan sonra, işə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-20/2023 saylı qərarı ilə Şəki İnzibati məhkəməsinin qərarı ləğv edildi və inzibati iş üzrə yeni qərar çıxarılaraq, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "Əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" iddiası təmin edildi və İddiaçı əlillik müddətinin bitdiyi sonuncu tarixdən əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi qoyuldu. Bundan sonra, cavabdeh orqan qərardan razılaşmadığından Ali Məhkəməyə kassasiya şikayəti verdi. Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-5/2024 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanıldı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 may 2024 saylı, 3-17-12-S-119309Y2024 saylı məktubunda göstərilən hallar doğru deyil, iddiaçı qeyd edir ki, onun səhətində yaranmış problemlərlə bağlı işdən çıxmağı barədə verdiyi ərizə Mingəçevir şəhər İcra Hakimiyyətində xx.xx.2017-ci il tarixdən qeydiyyata düşmüş və iddiaçı xx.xx.2017-ci il tarixdən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının əmrinə əsasən, öz ərizəsi əsasında işdən azad olunmuşdur. 30 iyun 2017-ci il tarixdən isə artıq pensiya hesablanması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət etmişdir və 30 iyun 2017-ci il tarixdən də sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanmışdır. - Həmçinin, yuxarıda qeyd olunan məktubda göstərilmişdir ki, guya hesablanmış sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının düzgün hesablanmadığı və xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 26217,29 manat pul vəsaitinin artıq ödənilməsi olmuşdur. Elə həmin məktubun özündə də ziddiyyət vardır. Belə ki, məktubda bir tərəfdən bildirilir ki, əlilliyə görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Digər tərəfdən isə bildirilir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 26217,29 manat vəsait artıq hesablanmışdır. Buradan da, cavabdeh orqanın açıq aydın öz məktublarında özlərinin qanunsuzluq etdiklərini özləri də bilmədən bir daha göstərmişlər. - Bundan başqa, sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 23 avqust 2024-cü il tarixli, 3-17-1\2-S-202928\2024 saylı məktubunda, “pensiya işində olan sənədlərin surətinə əsasən əmək fəaliyyətiniz dövründə, o cümlədən xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixdək Azərbaycan Dövlət İqtisad Universitetində əyani ali təhsil aldığı illərin və xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən 24 il 10 ay 19 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsi qeydə alınmış 1271,19 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək 13796,08 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli xidməti məktubdan 3 il əvvəl) 346,90 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir” kimi ifadələr bildirilmişdir. - Qeyd olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı 23 avqust 2024-cü il tarixli, 3-17-1\2-S-202928\2024 saylı məktubunda nədənsə iddiaçının dövlət qulluğunda işlədiyi staj illəri və əmək kitabçasında göstərilmiş xidmət illəri gizlədilərək və saxtalıq edilərək qəsdən dövlət qulluğu pensiyanı vermək istəmirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu pensiyanı qəsdən ləngidərək məcbur edirlər ki, təyin olunmuş az məbləğdə pensiya ilə razılaşsın və bununla da işlərini bitmiş saysınlar. İddiaçı xx.xx.2017-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasına çıxan zaman hələ o vaxt- aylıq ona 702 (yeddi yüz iki) manat pensiya təyin olunmuşdur. Həmin müddətdən sonra onun kimi kateqoriyadan olan şəxslərin pensiyaları müəyyən miqdarda artırılmış və pensiyanın üzərinə əlavə edilmişdir. İddiaçı hesab edir ki, iddiaçı hazırda sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının məbləği-1000 (bir min) manatdan çox olmalıdır və iddiaçıya həmin məbləğdə pensiya Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-1(107)-20\2023 saylı qərarında göstərilən vaxtdan ödənilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iki yuxarı instansiya məhkəməsinin qərarı və qanuni sənədlərlə təyin olunmuş sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasını 3 ildən artıqdır ki, süründürməçilik edilərək, qəsdən verilmir və onun pensiya huquqları kobud surətdə pozulur.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı məxsus pensiya işinə aid sənədlərdə ona Fondun Mingəçevir şəhər şöbəsi tərəfindən 29 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur, iddiaçının əlillik dərəcəsinin etibarsız edilməsi ilə əlaqədar pensiya ödənişi 1 mart 2021-ci il tarixdən dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli 2-1(107)-20/2023 nömrəli qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edilmişdir. İddiaçının pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara əsasən İddiaçı dövlət qulluğuna 30 iyun 2017-ci il tarixdən xitam verilmişdir. İddiaçının işdən azad olunduğu 30 iyun 2017-ci il tarixi sonuncu iş günü hesab edildiyindən, yəni həmin gündə də iddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyəti göstərdiyi üçün qanunvericiliyin tələblərinə görə ona həmin gün üçün Fond tərəfindən dövlət qulluqçusu kimi əmək pensiyası deyil, işəgötürən tərəfindən dövlət məvacibi ödənilməlidir və qeyd edilən gün dövlət qulluğu stajına aid edilməlidir. Eyni zamanda bildiririk ki, əmək pensiyasına dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr dövlət qulluğuna xitam verildiyi halda təyin edilə bilər. Belə ki, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. - “Əmək pensiyaları haqqında" Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs dövlət qulluğunda fəaliyyətini davam etdirdikdə onun pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. Buna görə də, İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə işdən azad edildiyi 30 iyun 2017-ci il tarixdən sonrakı növbəti gün - 1 iyul 2017-ci il tarixdə Qanunun qüvvədə olan redaksiyasına uyğun qaydada baxılmalı idi. İddiaçı əlilliyi isə İ dərəcəli deyil, İİİ dərəcəli olduğundan ona sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməməli idi. Lakin qanunvericiliyə zidd olaraq iddiaçıya 29 iyun 2017-ci il tarixdən hesablanmaqla həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sabiq dövlət qulluqçusu kimi pensiya hüququ olmadığından pensiya ödənişinin bərpası mümkün olmamış, həmçinin iddiaçıya xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş 26217,29 manat (həmin dövr üzrə digər sosial ödəniş edilməli olduğu halda həmin məbləğ nəzərə alınmadan) pul vəsaiti artıq ödəmə hesab olunmuşdur. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş əmək pensiyasından əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; - Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 83 nömrəli əmrinin surəti; - İddiaçıya məxsus xx.xx.2017-ci il tarixli ərizənin surəti; - Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı və ona edilmiş İddiaçı pensiya işinin surəti; - əlavə.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 13 avqust 2025-ci il tarixli 2-1(116)-1246/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, iddiaçıya 30 iyun 2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilmişdir. Həmçinin müəyyən olunur ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 iyun 2017-ci il tarixli 83 nömrəli əmri ilə iddiaçı şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi kimi xx.xx.2017-ci il tarixdən vəzifəsindən azad edilmişdir. İddiaçıya 29 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edildiyi işin mübahisəsiz halıdır. Onun pensiya ödənişi əlilliyinin ləğv edilməsi ilə əlaqədar 1 mart 2021-ci il tarixdən dayandırılsa da, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli 2-(107)-20/2023 nömrəli qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edilmişdir. - Məhkəmə xüsusi ilə qeyd edir ki, həmin qərarla əlillik dərəcəsinin təyini deyil, məhz əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi qərara alınmışdır. Bu da ona dəlalət edir ki, iddiaçının əlilliyi olan sabiq dövlət qulluqçusu kimi pensiya hüququ xx.xx.2021-ci il tarixədək və ondan sonra da mövcud olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdən iddiaçının pensiyasının dayandırılması qanunsuz olmuşdur.
8. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2-1(116)-1246/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1246/2025 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. - Belə ki, İddiaçı məxsus pensiya işinə aid sənədlərdə ona Fondun Mingəçevir şəhər şöbəsi tərəfindən 29 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur, iddiaçının əlillik dərəcəsinin etibarsız edilməsi ilə əlaqədar pensiya ödənişi 1 mart 2021-ci il tarixdən dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli 2-1(107)-20/2023 nömrəli qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edilmişdir. İddiaçının pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara əsasən İddiaçı dövlət qulluğuna 30 iyun 2017-ci il tarixdən xitam verilmişdir. İddiaçının işdən azad olunduğu 30 iyun 2017-ci il tarixi sonuncu iş günü hesab edildiyindən, yəni həmin gündə də iddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyəti göstərdiyi üçün qanunvericiliyin tələblərinə görə ona həmin gün üçün Fond tərəfindən dövlət qulluqçusu kimi əmək pensiyası deyil, işəgötürən tərəfindən dövlət məvacibi ödənilməlidir və qeyd edilən gün dövlət qulluğu stajına aid edilməlidir. - Buna görə də İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə işdən azad edildiyi 30 iyun 2017-ci il tarixindən sonrakı növbəti gün - 1 iyul 2017-ci il tarixində Qanunun qüvvədə olan redaksiyasına uyğun qaydada baxılmalı idi. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.48-ci maddəsinə əsasən 1 iyul 2017-ci il tarixindən Qanunun 20.1.7-ci maddəsinin əvvəlinə “əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş” sözləri əlavə edilmişdir. Nəticədə 1 iyul 2017-ci il tarixdən əlilliyi yalnız İ dərəcəli olan şəxslərə dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə başlanılmışdır. - İddiaçı əlilliyi isə l dərəcəli deyil, lll dərəcəli olduğundan ona sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməməli idi. Lakin qanunvericiliyə zidd olaraq iddiaçıya 29 iyun 2017ci il tarixdən hesablanmaqla həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. - Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, iş materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 83 nömrəli əmrinə əsasən İddiaçı – Aparatın şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisinin xx.xx.2017-ci il tarixindən “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə uyğun olaraq (öz arzusu ilə) işdən azad edilməsi qərara alınmışdır. Əmrin məzmunundan görünür ki, İddiaçı sonuncu iş günü xx.xx.2017-ci il tarixidir. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almayaraq formal olaraq iddia tələbinin təmin edilməsi qənaətində olmuşdur. - Həmçinin iddiaçıya xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş 26217,29 manat (həmin dövr üzrə digər sosial ödəniş edilməli olduğu halda həmin məbləğ nəzərə alınmadan) pul vəsaiti artıq ödəmə hesab olunmuşdur. Bildiririk ki, inzibati orqan İddiaçı ona artıq ödənilmiş əmək pensiyasından əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Bundan əlavə, iddiaçıya hazırda ümumi əsaslarla əlilliyə görə əmək pensiyası ödənilir və pensiya məbləğindən hər hansı tutulma aparılmır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2-1(116)-1246/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2- 1(116)-1246/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 23.1. dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; ....
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında’ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.3.4. Bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3- cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd: 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur.
17. 2017-ci il iyulun 1-dək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.1.7. qulluq stajına görə əmək pensiyasına əlavələr «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. Yəni 1 iyul 2017-ci il tarixədək əlillik dərəcəsi üzrə hər hansı məhdudiyyət olmadan sabiq dövlət qulluqçularına pensiya təyin edilə bilərdi.
18. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən, yəni 30 iyun 2017-ci il tarixdə ona təyin edilmiş pensiyanın dayandırıldığı tarixdən ödənilməsinə nail olmaqdan ibarətdir.
28. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1963-cü ildə anadan olmuş, 1985-ci ildən etibarən müxtəlif vəzifələrdə əmək fəaliyyəti göstərmiş, 29 sentyabr 1992-ci il tarixdən 29 iyun 2017-ci il tarixədək Mingəçevir şəhər İcra Hakimiyyətində dövlət qulluqçusu kimi çalışmışdır. İddiaçı uzunmüddətli dövlət qulluğu stajına malik olmaqla yanaşı, hələ dövlət qulluğunda işlədiyi müddətdə 2008-ci ildən başlayaraq aldığı xəsarət nəticəsində orqanizmin funksiyalarının pozulması səbəbi ilə İİİ dərəcəli əlillik almışdır. Onun əlilliyi 2016-cı ildə Dövlət Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə təsdiqlənmiş və mütəmadi olaraq təsdiq olunmuşdur.
29. İddiaçı sağlamlıq vəziyyətində yaranan ağır problemlərlə əlaqədar olaraq 29 iyun 2017-ci il tarixdə öz ərizəsi əsasında dövlət qulluğundan azad olunmuş, 29 iyun 2017-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət əsasında dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mübahisəsiz olaraq iddiaçıya həmin tarixdən sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilmiş və 01 mart 2021-ci il tarixinədək ödənilmişdir.
30. X10-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlillik dərəcəsi etibarsız hesab olunmuş, bu səbəbdən də onun pensiya ödənişi 01 mart 2021-ci il tarixdən dayandırılmışdır. X9 Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(107)-20/2023 nömrəli qərarı ilə iddiaçının əlillik müddətinin bitdiyi sonuncu tarixdən əlillik dərəcəsi bərpa edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 29 iyun 2017-ci il tarixdən dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi işin mübahisəsiz halıdır.
32. Cavabdehin isə mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının işdən azad olunduğu 30 iyun 2017-ci il tarixi sonuncu iş günü hesab edildiyindən, yəni həmin gündə də iddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyəti göstərdiyi üçün qanunvericiliyin tələblərinə görə ona həmin gün üçün Fond tərəfindən dövlət qulluqçusu kimi əmək pensiyası deyil, işəgötürən tərəfindən dövlət məvacibi ödənilməlidir və qeyd edilən gün dövlət qulluğu stajına aid edilməlidir. Buna görə də, İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə işdən azad edildiyi 30 iyun 2017-ci il tarixindən sonrakı növbəti gün - 1 iyul 2017-ci il tarixində Qanunun qüvvədə olan redaksiyasına uyğun qaydada baxılmalı idi. - İddiaçı əlilliyi isə l dərəcəli deyil, lll dərəcəli olduğundan ona sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməməli idi. Lakin qanunvericiliyə zidd olaraq iddiaçıya 29 iyun 2017ci il tarixdən hesablanmaqla həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasıya şikayətinin dəlili ilə razılaşmayaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.
34. Belə ki, təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı 29 iyun 2017-ci il tarixdə ərizə ilə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısına müraciət edərək səhhəti ilə əlaqədar 30 iyun 2017-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 iyun 2017-ci il tarixli 83 nömrəli əmri ilə iddiaçı şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi kimi xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq (öz arzusu ilə) işdən azad edilmişdir. İddiaçı bundan sonra 30 iyun 2017-ci il tarixdə DSMFnun Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət edərək işdən azad olduğu üçün pensiyasını İİİ qrup əlilliyi ilə əlaqədar dövlət qulluğu pensiyasına keçirilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(107)-20/2023 nömrəli qərarı ilə əlillik dərəcəsinin təyini deyil, məhz əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi qərara alınmışdır. Bu da ona dəlalət edir ki, iddiaçının əlilliyi olan sabiq dövlət qulluqçusu kimi pensiya hüququ xx.xx.2021-ci il tarixədək və ondan sonra da mövcud olmuşdur. Buna görə də, xx.xx.2021-ci il tarixdən iddiaçının pensiyasının dayandırılması qanunsuz olmuşdur.
36. Bundan başqa, qeyd edilməlidir ki, işdən azad edilmə barədə əmrdə göstərilən tarix sonuncu iş günü hesab olunur, bu tarixdə işçi artıq dövlət qulluqçusu kimi faktiki əmək fəaliyyəti göstərmir. Buna görə də, iddiaçı 29 iyun 2017-ci il tarixdə işdən azad olunmaq üçün ərizə verməklə dövlət qulluğuna xitam verilib və 30 iyun tarixindən etibarən sabiq dövlət qulluqçusu statusu qazanmışdır. Onun 30 iyun 2017-ci il tarixdən pensiya hüququnun yaranması qanuna zidd hesab edilə bilməz.
37. Həmçinin qeyd edilməlidir ki, 2017-ci il iyulun 1-dək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir.
38. Göründüyü kimi, 01 iyul 2017-ci il tarixədək əlillik dərəcəsi üzrə hər hansı məhdudiyyət olmadan sabiq dövlət qulluqçularına pensiya təyin edilə bilərdi.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(107)-20/2023 nömrəli qərarı icra olunduqdan sonra cavabdeh orqan tərəfindən iddiaçının pensiyası bərpa olunmalı olduğu halda, yenidən bu dəfə başqa əsasla iddiaçının 01 mart 2021-ci il tarixdən sonra pensiyasının dayandırılması davam etdirilmiş, nəticədə iddiaçının sosial təminat hüququ pozulmuşdur.
40. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının əlillik dərəcəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən etibarsız hesab olunduğundan pensiya ödənişi dayandırılmış, daha sonra məhkəmə qərarı ilə əlillik dərəcəsi bərpa edilmiş, bu səbəbdən də onun pensiya ödənişi davam etdirilməli olduğu halda, yenidən pensiya təyin olunduqdan 7 il sonra araşdırma aparılaraq 30 iyun 2017-ci il tarixinin iddiaçının sonuncu iş günü hesab edilməsi əsası ilə pensiyası 01 mart 2021-ci il tarixdən dayandırılmışdır.
41. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istinad olunan normaları baxımından iddiaçıya sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyanın bərpa edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi halların iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən də lazımi qaydada araşdırılmışdır.
43. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 29 iyun 2017-ci il tarixli əmri, iddiaçının ərizələri, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin sənədlərdə nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir.
44. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya ödənişinin davam etdirilməsindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
45. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
47. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
48. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli 2-1(116)-1246/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.