Məhkəmə qərarları › İş №2-1(107)-577/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-577/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-577/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə X5 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyul 2023-ci il tarixli, 2-1(116)-1651/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin 24 iyul 2023-ci il tarixli, 2-1(116)-1651/2023 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 X3 Məhkəməsinin 24 iyul 2023-ci il tarixli, 2-1(116)-1651/2023 saylı qərarından apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclası 19 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin 67-ci mаddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı həmin qərar ilə hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə bağlı inzibati iş üzrə tərəflər arasında mübahisə məhkəməyə qədər həll edildiyindən məhkəmədə baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1.maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək, cavabdehin xahişini dinləyərək belə qənаətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 55 və 87.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 iyul 2023-ci il tarixli, 2-1(116)-1651/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə X5 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının bitdiyi xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar