Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-578/2025 18.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi ilə, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2-1(116)- 3370/2024 nömrəli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanından üçüncü şəxslər X8, X16, X21 və X6 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərardadı ilə X8, X16, X21 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3ış evi onun mülkiyyətindədir. X4, X12, X13 və X6 həmin evdə qeydiyyatda qalması ona məlum olmuşdur. Adıçəkilən şəxslər həmin evdə qeydiyyatda qalsalar da, faktiki olaraq yaşamırlar. Onların qeydiyyatdan çıxarılması üçün qanuni əsas olduğu halda, cavabdeh bu məsələnin həllindən imtina etməklə qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı Cavabdeh imtinasını mübahisələndirir.
4. Cavabdeh inzibati orqan Cavabdeh iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh 11 sentyabr 2025-ci il tarixli imtinası, - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı **********01-10301 nömrəli çıxarışın surəti.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 30 oktyabr 2024-cü il tarixli 2-1(116)-3370/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X4, X12, X13 və X6 ünvan 3ış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 16 saylı Ucar Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktubu ilə ünvan 3ış evinə keçmiş mülkiyyətçi X5 və hazırkı mülkiyyətçisi İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında 13 fevral 2013-cü il və 22 iyul 2019-cu il tarixli reyestrdən çıxarışların, eləcə də sonuncu qeydiyyatın aparılmasına əsas olmuş 17 iyun 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və miras payların bağışlanma müqaviləsinin surətləri təqdim olunmuş və bildirilmişdir ki, X4, X12, X13 və X6 ünvan 3ış evi üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən hazırda ünvan 3ış evinə sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur və onun bu hüququnun yaranmasının əsası kimi vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payların bağışlanma müqaviləsi çıxış edir. Həmin hüquq isə, iddiaçıya qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında əvvəlki mülkiyyətçisindən keçmişdir ki, miras əmlaka payı olan şəxslər onlara məxsus hissədən əvəzsiz olaraq imtina edərək onun hazırkı iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişlər. Eyni zamanda, həmin şəxslərlə qohumluq əlaqəsində, habelə onların ailə üzvü olan və (və ya) evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış hər hansı şəxslərin də həmin müqavilənin bağlanmasına öz etirazı mümkün görünmür. Buna görə də, X4, X12, X13 və X6 ünvan 3ış evi üzərində hər hansı hüquqlarının olması ehtimalı qalmır. Aidiyyəti səlahiyyətli qurum kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 16 saylı Ucar Ərazi İdarəsindən alınmış sorğuya cavabda da həmin şəxslərin sözügedən fərdi yaşayış evinə istifadə hüquqlarının qeydiyyata alınmadığı təsdiqini tapır. - İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər X4, X12, X13 və X6 iddiaçının mülkiyyətində olan ünvan 3ış evinə dair hüquqlarının mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxslərin özləri tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. - Göyçay RİH başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 17 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda bildirilmişdir ki, X8, X16, X21 və X1 şəhəri, Hüseyn Cavid küçəsi, ev 1 ünvanında yaşamadığından, məhkəmə sənədlərinin həmin şəxslərə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi, adıçəkilən şəxslərin həmin ünvanda yaşamaları məhkəmə icraatında müəyyən edilmir. - Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Göyçay RPŞ İddiaçı müraciəti üzrə həmin şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır.
8. Üçüncü şəxs X8 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2-1(116)-3370/2024 nömrəli qərarının ləğv edilərək, onun “yaşayış yerindən çıxarılma” hissəsində icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş məhkəmə qərarı bir vətəndaş kimi onların Konstitusiyada təsbit edilmiş hüquqlarının pozulmasına səbəb olduğundan, qəti etiraz edərək qərarın ədalətsiz olduğunu bildirməklə, həmin qərarın ləğv edilməsini xahiş edir. - Belə ki, 1993-cü ildən həmin evə gəlin köçüb orada yaşamış və övladları həmin evdə doğulub böyümüşlər. 2010-cu ildə əri X9 rəsmi qaydada nikahın pozulması adı ilə ayrılsa da həmin evdə, yəni ünvan 4 ünvanında pasport qeydiyyatında olmaqla yaşamışlar. Həmçinin qaynatası Murad evin 2 otağını, mətbəx və həyətyanı torpaq sahəsini ayırıb onlara vermişdir. Bu günədək onun cehizi və evinin bütün avadanlıqları həmin ünvanda qalmaqdadır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2-1(116)-3370/2024 nömrəli qərarının ləğv edilərək, “yaşayış yerindən çıxarılma” hissəsində icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
17. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.
Apellyasiya şikayətinin mümkünlüyü
20. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
28. İş materiallarından müəyyən olunur ki, ünvan 3ış evi 13 fevral 2013-cü il tarixdə X5 mülkiyyətində olmuşdur. X10 1 avqust 2015-ci il tarixdə vəfat etmişdir. X5 vəfatı ilə bağlı Göyçay rayon notariat kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyənləşdirilmişdir. Notariat kontorunun həmin vərəsəlik işi üzrə verdiyi 17 iyun 2019cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak Göyçay şəhəri, Hüseyn Cavid küçəsi, ev 1 ünvanında yerləşən 0,0466 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 210,7 kv.m olan yaşayış evindən ibarət, mərhumun vərəsələri isə İddiaçı, X17, X16 və X18 olmuşdur. 17 iyun 2019-cu il tarixdə bir tərəfdən vərəsələr X16, X17 və X18, digər tərəfdən İddiaçı olmaqla, tərəflər arasında miras payların bağışlanma müqaviləsi bağlanmış və müqaviləyə görə onlar (birinci tərəf) vəsiyyətnaməyə əsasən mərhum X3 miras qalmış Göyçay şəhəri, Hüseyn Cavid küçəsi, ev 1 ünvanında yerləşən yaşayış evinə münasibətdə özlərinə düşən məcburi paylarını İddiaçı (ikinci tərəfə) bağışlamışlar. İddiaçı ünvan 3ış evinə mülkiyyət hüququ 17 iyun 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinə və miras payların bağışlanma müqaviləsinə əsasən 22 iyul 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması isə 22 iyul 2019-cu il tarixli reyestrdən çıxarışla təsdiqlənir. Beləliklə, həmin mənzilə sahiblik, istifadə və sərəncamvermə hüquqları hazırda tam şəkildə iddiaçıya məxsusdur.
29. İşin faktiki hallarından müəyyən edilir ki, üçüncü şəxs X8 ilə iddiaçının qardaşı X16 arasında bağlanmış nikaha 2010-cu ildə xitam verilmiş, 1993-cü il tarixdən həmin vaxtadək onlar nikah münasibətlərində olmuş və bununla bağlı o, vaxtilə keçmiş mülkiyyətçi X5 gəlini olmuşdur. Bununla belə, üçüncü şəxs tərəfindən göstərilən ünvandakı mənzildən istifadə hüququnun tanınması barədə məhkəməyə hər hansı iddia tələbi verilməmişdir.
30. Apellyasiya şikayətinin dəlili olaraq üçüncü şəxs, iddiaçıya məxsus mənzildə əvvəllər yaşadıqlarını, cehiz əşyalarının həmin evdə olduğunu qeyd etmiş, həmçinin izahatında həmin evdən istifadə hüququnun olmasını göstərmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülən dəlilə qiymət verərək bildirir ki, Göyçay şəhəri, Hüseyn Cavid küçəsi, 1 saylı mənzilə sahiblik, istifadə və sərəncamvermə hüquqları mülkiyyətçi kimi hazırkı iddiaçıya məxsusdur. Üçüncü şəxsin isə iddiaçının mülkiyyətində olan həmin mənzilə dair hər hansı hüququnun mövcudluğunu təsdiq edən sübut və ya dəlil nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin 8 oktyabr 2024-cü il tarixli 3-21-3-36/2-4153/2024 nömrəli məktubunda qeyd olunur ki, üçüncü şəxslər X4, X12, X13 və X6 ünvan 3ış evi üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu xüsusat da Göyçay şəhəri, Hüseyn Cavid küçəsi, 1 saylı mənzilə üçüncü şəxslərin istifadə hüququnun qeydiyyata alınmadığı təsdiq edir.
32. Bundan başqa, iş materiallarından aydın olur ki, Şəki İnzibati Məhkəməsi 09 oktyabr 2024-cü il tarixli bildirişlə Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərək, bildirişin Göyçay şəhəri, Hüseyn Cavid küçəsi, ev 1 ünvanında qeydiyyatda olan üçüncü şəxslər - X8, X16, X21 və X7 çatdırılmasını xahiş etmişdir.
33. Daha sonra Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2024-cü il tarixli 5-46-12/2-330/2024 nömrəli məktubunda isə qeyd edilir ki, göstərilən şəxslərin həmin ünvanda faktiki yaşamamaları səbəbindən bildirişin onlara çatdırılması mümkün olmamışdır.
34. Həmçinin üçüncü şəxs məhkəmə kollegiyasının iclasında da qeyd etdi ki, keçmiş əri ilə onun arasında olan münasibətlər pozulduğu vaxtdan, təxminən 2012-ci ildən uşaqları ilə birlikdə Bakı şəhərində yaşayırlar. Həmçinin hazırki məhkəmə qərarı ilə Göyçay şəhəri, Hüseyn Cavid küçəsi, ev 1 ünvanından qeydiyyatdan çıxarıldığından Göyçay rayonu İkinci Ərəbcəbirli kəndinə qeydiyyata düşmüşdür.
35. Göründüyü kimi, üçüncü şəxs iddiaçının qanuni sahibliyində və istifadəsində olan müvafiq mənzildə yaşamır və onun həmin mənzilə istifadə hüququ mövcud deyil.
36. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.
37. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğundan həmin əmlakda qeydiyyatda olmuş, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs həmin mənzildə yaşamadığından həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
38. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Kollegiya belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.
39. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də üçüncü şəxsin iddiaçıya məxsus evə dair hər hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş, məhkəmə də iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
40. Hazırkı qərarın 19-cu bəndinə qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
41. Göründüyü kimi, istər üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onun həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə hazırki qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən və üçüncü şəxsin apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.
44. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 2-1(116)-3370/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.