Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-58/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-949/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işləməsi faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Göyçay rayon Bığır kəndində anadan olmuşdur. İddiaçı xx.xx.1977-ci il tarixdə həyat yoldaşı X3 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. İddiaçının mərhum həyat yoldaşı X3 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işləmişdir. Bununla bağlı iddiaçı Dövlət Arxivinin Göyçay filialından müvafiq arxiv arayışı əldə etmişdir. İddiaçı cavabdeh orqana ailə başçısını itirdiyinə görə ona pensiya təyin edilməsi üçün müraciət etsə də, cavabdeh orqan pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçıya xx xxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatıdırılmışdır ki, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçının nəzərinizə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, ərizədə ”mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işləməsi faktının müəyyən edilməsi” kimi qeyd etdiyi iddia tələbində dəqiqləşmə aparmaq iddiaçıya təklif olunmuşdur. İddiaçı ona ünvanlanmış yardım məktubuna münasibət bildirərək məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizədə iddia tələbində dəqiqləşmə apararaq “mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək, xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubda qeyd etmişdir ki, Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd onun əmək kitabçası hesab edilir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx xxxx 2019-cu il tarixli **********5 nömrəli məktubuna əsasən stajın təsdiq edilməsi ilə bağlı Arxiv arayışlarının ikinci instansiya məhkəməsinin qərarından sonra nəzərə alınması Fondun filiallarına tapşırılmışdır. X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. A.İbrahimovun iş stajı aşağıdakı kimidir: xx.xx.1975-xx.xx.1988 = 13 il 2 ay 28 gün (mübahisələndirilən illər) Ümumi staj: 13 il 2 ay 28 gün. X1 (vəfat edən günədək 6 il 4 ay sosial sığorta stajı tələb olunurdu) xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı İddiaçı ailə başçısını itirən kimi əmək pensiyası almaq hüququ yarana bilər (yəni sosial müavinət işinin dayandırıldığı növbəti aydan). Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/09-601 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci il tarixdə Göyçay rayon Bığır kənd icra nümayəndəliyində X3 ilə 45 saylı akt qeydinə əsasən nikaha daxil olmuşdur. İddiaçının əri X3 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. İddiaçı 1988-ci il tarixdən bu günə kimi nikahda olmamışdır. İş materiallarında olan cavabdeh orqanın birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaçının müavinət işinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı Göyçay rayon Bığır narçılıq sovxozundakı əmək fəaliyyəti nəzərə alınaraq, həmçinin 4 uşağını 8 yaşınadək özü tərbiyə etdiyi üçün Əhalinin Sosial Müdafiə Mərkəzinin 243 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarına əsasən ona yaşa görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan 430917 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X3 ilə xx.xx.1977-ci il tarixdə nikah bağlamışdır. İş materiallarında olan Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 137a nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçının mərhum həyat yoldaşı X3 Göyçay rayon Bığır narçılıq sovxozunda xx.xx.1975-ci il tarixli 48 nömrəli Əmrlə əmək fəaliyyətinə başlamış, xx.xx.1988-ci il tarixli 103 nömrəli Əmrlə xx.xx.1988-ci il tarixdə vəfatı ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan 380659 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X3 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Dövlət Arxivinin Göyçay filialında iddiaçının mərhum həyat yoldaşı X1 əmək stajı yerində qarşılıqlı yoxlanmış və mərhumun həqiqətən xx.xx.1975-ci il tarixdən vəfat etdiyi xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi öz təsdiqini tapmışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020ci il tarixli **********7 nömrəli imtina məktubu, 380659 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, 430917 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surəti, iddiaçının müavinət işinin təsdiq edilmiş surəti, Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 137a nömrəli arxiv arayışı, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/09-601 nömrəli arayışı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-949/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyin qoyulması, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-949/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-949/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının mərhum həyat yoldaşı X1 21,04.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon filialına həvalə edilmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qaununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Yuxarıda göstərilən xüsusatlardan çıxış edərək İddiaçı mərhum həyat yoldaşının iş illərini sığorta stajına daxil etmək istədiyi 1975-1988-ci illərdə Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illər məhz arxiv arayışı ilə müəyyən olunduğundan və əmək kitabçasında əks olunmadığından qanunsuz və əsassızdır. Odur ki, Şəki inzibati Məhkəməsinin 2-1(116)-949/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarını qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul çıxarılmasını Sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-949/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-949/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-949/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi qismən əsaslıdır. İddiaçı mərhum həyat yoldaşının sovxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilərək ona təyin edilmiş sosial müavinətin ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz olunmasını cavabdeh orqandan xahiş etmişdir. Cavabdeh orqan qeyd olunan müddətlərin mərhumun əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək müraciətdən imtina etmiş və bu səbəblə də tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin onun mərhum həyat yoldaşının sosial sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum əri xx.xx.1953-cü ildə doğulmuş, xx.xx.1988-ci ildə ölmüşdür. Onun öləndə 35 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 7 il stajının olması kifayət edir. (35 -15=20, 20*4/12=6 il 8 ay). İddiaçının mərhum ərinin arxiv arayışına əsasən tələb olunan 6 il 8 aydan artıq, yəni 13 il 2 ay 28 gün stajı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının mərhum həyat yoldaşının Göyçay rayon Bığır narçılıq sovxozunda xx.xx.1975-ci il tarixdən vəfat etdiyi xx.xx.1988-ci il tarixədək işləməsi faktı yuxarıda qeyd olunan iş materiallarına əlavə edilmiş həm xx.xx.2020-ci il tarixli Aktın təsdiq edilmiş surəti, həm də Dövlət Arxivinin Göyçay filialının xx.xx.2020-ci il tarixli 137a nömrəli arxiv arayışına əsasən öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbində mərhum həyat yoldaşının sovxozdakı əmək fəaliyyəti müddətini xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək qeyd etmişdir. Lakin 380659 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən də göründüyü kimi mərhum xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının mərhum həyat yoldaşı X1 xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Göyçay rayon Bığır narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-949/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-58/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-58/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver