Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-587/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023cü il tarixli 2-1(116)-783/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2786/2022 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum atasından miras qalmış və hazırda mülkiyyətində olan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsi torpaq islahatı zamanı texniki səhv nəticəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuş və həmin torpaq sahəsi də daxil olmaqla ümumilikdə 0,92 ha torpaq sahəsinə JN seriyalı 254 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib olunmuşdur.
4. JN seriyalı 254 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 254 Q planşet nömrəsində qeyd olunan 1599,66 kv.m torpaq sahəsinin 700 kv.m hissəsi faktiki olaraq həyətyanı torpaq sahəsidir.
5. JN seriyalı 254 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 1599,66 kv.m torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin 700 kv.m həyətanı torpaq sahəsi ilə üst-üstə düşən hisssədə ləğv edilməsi məqsədi ilə iş üzrə cavabdeh orqan müraciət etmiş, lakin, sonuncu 25 noyabr 2022-ci il tarixli **********36 nömrəli məktubu ilə bundan imtina etmişdir.
6. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı mərhum atasından miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsinin JN-254 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’' sənədinin 254Q planşet nömrəli 1599,66 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.
7. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş DTXK-sı tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’nda düzəliş edilməsi və ya onların ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən onun ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********36 nömrəli məktub göndərilmişdir.
8. İddia ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmetinə aid olan Balakən rayonu, Sarıbulaq kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Balakən RİHB-nın Sarıbulaq kənd ərazi nümayəndəsinin xx.xx.2008-ci il tarixli, 776 nömrəli arayışına və Balakən rayon Dövlət Arxivinin xx.xx.2008ci il tarixli, 418 nömrəli arayışına əsasən mərhum X6 adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, həmin daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci ıl tarixli 2V-181 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə'yə və xx.xx.2008-ci il tarixli, 2V-182 reyestr nömrəli, "Ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X1 (payı 3/4 hissə üzrə) və İddiaçı (payı 1/4 hissə üzrə) adlarına paylı mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, X3 həmin daşınmaz əmlakdakı özünə aid 3/4 hissə üzərində olan payını notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci tarixli, 4Ə-418 reyestr nömrəli bağışlanma müqaviləsi ilə İddiaçı bağışlamışdır. Həmin bağışlanma müqaviləsinə əsasən qeyd olunan daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
9. İddiaçı hazırkı iddia predmetində mübahisələndirilən daşınmaz əmlakla bağlı əvvəllər də ərazi idarəsinə qarşı müvafiq iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. X14 Məhkəməsinin 09 mart 2022-cı il tarixli 2-1(116)- 389/2022 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin olunmamışdır (həmin qərar təqdim olunur).
10. Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı iddiaçının müraciətinə baxılması ilə əlaqədar toplanmış icraat materialları, həmçinin MA seriyalı, ******* nömrəli çıxarışın və xx.xx.2010-cu il tarixli, 177 inventar nömrəli texniki pasportun verilməsi üçün əsas olan sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur.
11. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 iyul 2023-cü il tarixli 2- 1(116)-783/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ləğv olunması tələb olunan üst-üstə düşən 700 kv.m torpaq sahəsinin kateqoriyası ərazi idarəsinin xidməti istifadəsində olan elektron xəritələrdə kənd təsərrüfatı təyinatlıdır, həmçinin həmin və digər torpaq sahələri üzərində mülkiyyət hüquqları Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı” sənədi ilə rəsmiləşdirilmişdir. Həmin “Dövlət Aktı” sənədi isə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarına əsasən hazırlanmışdır. Həmin qərar qüvvədə qaldığı təqdirdə onun əsasında hazırlanmış sənədin ləğv olunması və ya dəyişdirilməsi mümkün sayıla bilməz. Məhkəmə faktiki olarq üst-üstə düşən “Dövlət Aktı” sənədi qeyd olunan torpaq sahəsinin ləğv olunması ilə bağlı iddia olunan sözügedən 700 kv.m torpaq sahəsinin kateqoriyasının dəyisdirilməsinə nail olmaq istəyir. Ləğv olunması tələb olunan üst-üstə düşən 700 kv.m torpaq sahəsinin kateqoriyası ərazi idarəsinin xidməti istifadəsində olan elektron (islahat həm də TEKUİS) xəritələrdə kənd təsərrüfatı təyinatlıdır. İddiaçı hazırkı iddia predmetində mübahisələndirilən daşınmaz əmlakla bağlı əvvəllər də ərazi idarəsinə qarşı analoji iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2-1(116)-389/2022 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin olunmamış və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Qanuna əsasən isə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2-1(116)-783/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2-1(116)-783/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2-1(116)- 783/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. 20 Məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli **********36 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində, 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - X12 Filialının xx.xx.2021-ci il tarixli 194 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Sarıbulaq kənd S.Vurğun adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 206-cı sırada X7 torpağının cəmi 0,07 olması qeyd edilmişdir. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 110 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Sarıbulaq kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə X10, X2 və İddiaçı təsərrüfat üzvləri, evin tikildiyi tarix 1982-ci il, cəmi torpaq sahəsi 0,07 ha qeyd olunmuşdur. - X12 Filialının xx.xx.2022-ci il tarixli 249 nömrəli arxiv çıxarışından görünür ki, Balakən rayonu Şambul kənd S.Vurğun kolxozunun xx.xx.1980-ci il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən X11 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. - AZ-1 264066 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1999cu il tarixdə vəfat etmişdir. - JN 254 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, sözügedən sənəd Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarına əsasən Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,92 ha torpaq sahəsi ilə bağlı X10 və ailə üzvlərinin adına tərtib edilmişdir. - xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahəsi 0,07 ha, faktiki sahəsi 0,0733 ha, tikildiyi il 1982-ci il, fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı Zubahir oğlu qeyd edilmişdir. - Balakən rayon İcra Hakimiyyəti başçısının Sarıbulaq kənd nümayəndəliyinin xx.xx.2008-ci il tarixcli 776 nömrəli arayışından görünür ki, Balakən rayon İHB-nin Sarıbulaq kənd Ərazi Nümayəndəliyinin 2006-2010-cu illərin 05 nömrəli təsərrüfat Baş kitabının 366 nömrəli səhifəsində 62 nömrə ilə X6 adına 1982- ci ildə tikilmiş 3 otaqlı, ümumi sahəsi 90 kv.m olan yaşayış evi və 0,07 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1549/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası tikinti altında olan torpaqlar, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilər kımı işlənilmişdir JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsinin mülkiyyətçisi X10 və onun ailə üzvləri olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi digər subyeyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası tikinti altında olan torpaqlar, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilər kimi işlənilmişdir. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsi, JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2402/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumatlarına əsasən sözügedən torpaq sahəsinin hal hazırda kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Sözügedən torpaq sahəsinin təyinatı TEKUİS və JN 254 Dövlət Aktının məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Həmin torpaq sahəsinin mülkiyyətçisinə dair hal hazırda qüvvədə olan mötəbər hesab edilən JN 254 Dövlət Aktındakı məlumatlardır. Sözügedən torpaq sahəsinə dair müvafiq hüquqmuəyyənedici sənədlər təqdim edilmədiyindən Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeyd olunmuşdur. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinə çıxarışın və texniki pasportun tərtib edilməsinə əsas qanunla müəyyən edilmiş müvafiq hüqumüəyyənedici sənədlər olmuşdur. Sözügedən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması Torpaq Məcələsinin 13-cü maddəsinin tələblərinə zidd olmamışdır. Belə ki həmin fərdi yaşayış evinin tikildiyi tarix müvafiq hüquqmüəyyənedici sənədlərdə 1982-ci il qeyd olunmuşdur. Ancaq Azərbaycan Respubulikasının Torpaq Məcəlləsi xx.xx.1999-cu il tarixdə qüvvəyə minmişdir. - Balakən Rayon İcra Hakimiyyəti başçısının Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 170 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazi yaşayış məntəqəsidir və ətrafda digər yaşayış evləri yerləşir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
23. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-) Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinin tələbinə görə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
25. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdır.
33. Belə ki, iddianın əsaslarına görə mübahisələndirilən Dövlət Aktının 254Q planşetində qeyd edilən torpaq sahəsi faktiki olaraq fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə aid olsa da, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş JN-254 nömrəli Dövlət Aktında göstərilmiş 1599 kv.m torpaq sahəsinin tərkib hissəsi olaraq göstərilmişdir.
34. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi mütəxəssis rəyində TEKUİS məlumatlarına əsasən sözügedən torpaq sahəsinin hal-hazırda kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasını bildirmişdir.
35. Həmçinin, mütəxəssis rəyində sözügedən torpaq sahəsinin təyinatının həm də JN 254 Dövlət Aktının məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması və torpaq sahəsinin mülkiyyətçisinə dair hal-hazırda qüvvədə olan mötəbər hesab edilən JN 254 Dövlət Aktındakı məlumatların olması qeyd edilir.
36. Bununla belə iş materialları ilə müəyyən olunur ki, Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeyd olunmuşdur.
37. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsi, JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyündən cavabdeh orqanın Seriya MA ******* nömrəli xx.xx.2010cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növünü bələdiyyə kimi qeyd etməsi anlaşılan deyil. Belə ki, cavabdeh orqan sözügedən torpaq sahəsi ilə bağlı qüvvədə olan və mötəbər hesab edilən məlumatların JN-253 nömrəli Dövlət Aktında qeyd olunan məlumatlar olduğunu bildirirsə, bu zaman Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növünü bələdiyyə kimi qeyd etməsini əsaslandırmalıdır.
38. Birinci instansiya məhkəməsi tərəfindən mövcud zidiyyətlə bağlı cavabdeh orqana sorğu verilmişdir. Cavabdeh orqan məhkəmənin sorğusuna verilmiş cavabda sözügedən torpaq sahəsinə dair müvafiq hüquqmuəyyənedici sənədlər təqdim edilmədiyindən Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növünün bələdiyyə kimi qeyd olunduğunu bildirilmişdir.
39. Birinci instansiya məhkəməsi cavabdeh orqanın mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin məzmunundan asılı olmayaraq, iddia olunan torpaq sahəsinin elektron kadastr baza məlumatları əsasında xüsusiyyətlərinin müəyyən edilməsi cavabdeh orqanın vəzifəsidir. Cavabdeh orqan həmin torpaq sahəsinin JN-254 nömrəli Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin ərazi hüdudlarında yerləşdiyini bildirdiyi halda mülkiyyət növünü bələdiyyə qeyd etməsi və iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad etməsi onu göstərir ki, torpaq sahəsinin təyinatı ilə bağlı cavabdeh orqanın konkret mövqeyi yoxdur. Cavabdeh orqan kənd təsərrüfatı təyinatlı hesab etdiyi torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair xx.xx.2010-cu il tarixli çıxarış və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasport tərtib etmişdir.
40. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh orqan kənd təsərrüfatı təyinatlı olduğu bildirilən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasını Torpaq Məcələsinin 13-cü maddəsinin tələblərinə zidd olmamasını, həmin fərdi yaşayış evinin tikildiyi tarixin müvafiq hüquqmüəyyənedici sənədlərdə 1982-ci il qeyd olunması və Azərbaycan Respubulikasının Torpaq Məcəlləsinin xx.xx.1999-cu il tarixdə qüvvəyə minməsi kimi absurd mülahizələrlə əsaslandırmışdır.
41. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, fərdi yaşayış evinin neçənci ildə inşa edilməsindən asılı olmayaraq, torpaq sahəsi və üzərində yerləşən tikililərə münasibətdə hüquqların dövlət qeydiyyatı aparılarkən qüvvədə olan normativ hüquqi aktların tələbləri nəzərə alınmalı və məhz qanunvericiliyin müəyyən etdiyi hüquqi imkanlar nəzərə alınmaqla daşınmaz əmlak obyektləri ilə bağlı yaranmış əmlak hüquqlarının rəsmi reyestrdə qeydə alınması həyata keçirilməlidir.
42. Odur ki, Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeyd olunduğundan və Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərdə tutulduğundan cavabdeh orqan istinad olunan çıxarışın məzmununa uyğun davranmağa borcludur.
43. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın məzmununun qeyri-dəqiqliyi ilə bağlı cavabeh orqan tərəfindən hər hansı icraat aparılmamış və həmin çıxarışda qeyd edilmiş məlumatların mötəbərliyi mübahisələndirilməmişdir.
44. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan X12 Filialının arxiv arayışları ilə müəyyən edilir ki, Balakən rayonu Sarıbulaq kənd S.Vurğun adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 206-cı sırada X7 torpağının cəmi 0,07 olması qeyd edilmiş, Balakən rayonu Sarıbulaq kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə X10, X2 və İddiaçı təsərrüfat üzvləri, evin tikildiyi tarix 1982-ci il, cəmi torpaq sahəsi 0,07 ha qeyd olunmuşdur. İddia olunan torpaq sahəsinin Balakən rayonu Şambul kənd S.Vurğun kolxozunun xx.xx.1980-ci il tarixli 2 nömrəli ümumi iclasının qərarı ilə X8 həyətyanı məqsədilə verilməsi iş materialları ilə sübut olunduğundan cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsinin JN 254 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının 254Q planşetinə daxil edilməsi əsasız olmuşdur.
45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2-1(116)-783/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.