Məhkəmə qərarları › İş №2-1(107)-587/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-587/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-587/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X5 adına verilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X4 iradəsinə uyğun tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-1160/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri X17 küçəsi dalan 9, ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinin altındakı 11 kv.m torpaq sahəsinə cavabdeh tərəfindən X5 adına verilmiş 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2621/2023 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2621/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-645/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2621/2023 nömrəli qərardadı ləğv edilmiş, iddia tələbi mümkün sayılmışdır.

5. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək “X5 adına verilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X4 iradəsinə uyğun tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk iddiaya, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı “mülkiyyətində olan torpaq sahəsindəki darvazanın (qapının) cavabdehin öz hesabına sökülərək götürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılaraq xx.xx.2022-ci il tarixli 2(075)-75/2022 nömrəli qətnamə qəbul edilmişdir. - Həmin qətnamənin 5-ci vərəqinin 5-ci və 6-cı abzaslarında qeyd edilmişdir ki, “İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən daşınmaz əmlak olan ev Şəki şəhər torpaqların elektron uçot informasiya bazasına əsasən 78 kv.metr olub, bunun 11 kv.metri **********87 saylı reyestrdə göstərilən torpaq sahəsində, yerdə qalan 67 kv.metr hissəsi İddiaçı mülkiyyətində olan 0.0764 ha torpaq sahəsi üzərində tikilmişdir. Sənəd üzrə İddiaçı mülkiyyətində olub cavabdeh tərəfindən istifadə edilən darvazanın yerləşdiyi 64 kv.metr torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********87 saylı reyestrlə qeydə alınmış iddiaçı X5 mülkiyyətində olan Şəki şəhəri, X17 küçəsində yerləşən 0.0635 torpaq sahəsinin 11 kv.metr hissəsi İddiaçı tərəfindən istifadə edilir. Həmin (tikili altında) torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.” - Həmin qətnamənin 4-cü vərəqinin 6-cı abzasında qeyd edilmişdir ki, “Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 25 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X3 şəhəri X17 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 77.6 kv.metr hissəsini və 0.1741 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır.” - Həmin qətnamənin 4-cü vərəqinin 8-ci abzasında qeyd edilmişdir ki, “Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X17 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində işlənmişdir.” - Həmin qətnamənin 5-ci vərəqinin 4-cü abzasında qeyd edilmişdir ki, “Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X17 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində işlənmişdir.” - Göründüyü kimi, Şəki şəhəri X17 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış 14 fevral 2018-ci il tarixdə verilmişdir. Buna baxmayaraq, 1 il 5 ay sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində olan evinin altındakı 11 kv.m. torpaq sahəsi ilə bağlı X7 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vermişdir. Şəki şəhəri X17 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinə onun mülkiyyət hüququnu təsdiq edən 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış ləğv edilmədiyi halda mülkiyyətində olan evinin altındakı 11 kv.m. torpaq sahəsi ilə bağlı X7 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməsi qanunsuz olmuşdur. Buna görə də, ilkin olaraq cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, vətəndaş İddiaçı 16 iyun 2023-cü il tarixdə ərizə ilə (daxilolma Ns-si 3-21-3-39/1-Ə0047-8/2023) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, 14 fevral 2018-ci il tarixli, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən bir mərtəbəli 56,2 kv.metr köməkçi, 21,4 kv.metr yaşayış sahəsindən ibarət bir otaqlı fərdi yaşayış evinin altındakı 11 kv.metr torpaq sahəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi xahiş etmişdir. - Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, iddiaçının atası X6 Şəki rayonlararası Texniki İnventarizasiya bürosu tərəfindən 02 avqust 1972-ci il tarixdə verilmiş 7916 inventar nömrəli qeydiyyat vəsiqəsi əsasında Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,1741 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə **********5710301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. - 25 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi və bölgü planı əsasında X3 şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr (yaşayış sahəsi 21,4 kv.metr, köməkçi sahə 56.2 kv.metr) fərdi yaşayış evini və özünə aid torpaq sahəsinin 764 kv.metr hissəsini (yaşayış evinin tikintialtı sahəsi ilə birlikdə) oğlu İddiaçı bağışlamışdır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş həmin müqavilə və bölgü planı əsasında İddiaçı Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. - Bağışlama əməliyyatından sonra iddiaçının atası X4 mülkiyyətində qalmış Şəki şəhəri, X17 küçəsində yerləşən 0,0635 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınaraq **********87 reyestr nömrəli çıxarış verilmiş və 18 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X3 şəhəri, X17 küçəsində yerləşən 635 kv.metr torpaq sahəsini oğlu X7 bağışlamışdır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş həmin müqavilə əsasında iddiaçının qardaşı X7 Şəki şəhəri, X17 küçəsində yerləşən 0,0635 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. - Beləliklə, Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi, həmçinin Şəki şəhəri, X17 küçəsində yerləşən 0,0635 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməli olduğundan ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3- 39/2-Ə-0047- 8/2023 №-li imtina məktubu verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, X5 mülkiyyətinə verilmiş 635 kv.metr torpaq sahəsinə dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli Çıxarışın iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tikintialtı sahəsi ilə üst-üstə düşən 11 kv.metr hissədə ləğv edilməsi qanunamüvafiq hesab olunmamışdır.

8. Üçüncü şəxs iddia tələbinə yazılı etirazını subyektiv mülahizələri ilə əsaslandırmışdır.

9. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarış, - xx.xx.2018-ci il tarixli reyestrdə 4Ə-775 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, - ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış, - ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, - xx.xx.2018-ci il və xx.xx.2018 tarixli 7916 inventar nömrəli texniki pasportlar, - xx.xx.2017-ci il tarixli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsiin əmlakçıları arasında aparılmış bölgü planı, - xx.xx.2018-ci il tarixli reyestrdə 4Ə-123 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, - 7916 inventar nömrəli qeydiyyat vəsiqəsi, tədqiqat obyektinə yerli baxışın nəticələrinə dair protokol, - cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli mütəxəssis rəyləri.

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 iyul 2024-cü il tarixli 2- 1(116)-1160/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə X5 adına verilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X4 iradəsinə uyğun tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı üçüncü şəxsin adına tərtib edilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının atası X6 Şəki rayonlararası Texniki İnventarizasiya bürosu tərəfindən 02 avqust 1972-ci il tarixdə verilmiş 7916 inventar nömrəli qeydiyyat vəsiqəsi əsasında Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,1741 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. 25 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi və bölgü planı əsasında X3 şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr (yaşayış sahəsi 21,4 kv.metr, köməkçi sahə 56.2 kv.metr) fərdi yaşayış evini və özünə aid torpaq sahəsinin 764 kv.metr hissəsini (yaşayış evinin tikintialtı sahəsi ilə birlikdə) oğlu İddiaçı bağışlamışdır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş həmin müqavilə və bölgü planı əsasında İddiaçı Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçının atası qalan 0,0635 ha torpaq sahəsini 18 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X7 bağışlamış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. - Cavabdeh orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş rəy məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə elektron bazaya yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli bölgü planında bağışlanan hissədə A fərdi yaşayış evi və 764 kv.metr olan torpaq sahəsi bütövlükdə iddiaçıya bağışlanmış kimi göstərilsə də, faktiki olaraq həmin A fərdi yaşayış evi tamamilə ********** qeydiyyat nömrəli çıxarışla hüquqların dövlət qeydiyyatı aparılmış 764 kv.metr torpaq sahəsinin üzərində yerləşmir. ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, 7916 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixli bölgü planına uyğun deyil. xx.xx.2017-ci il tarixli bölgü planında iddiaçıya bağışlanan 764 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən A fərdi yaşayış evi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada A fərdi yaşayış evinin bir hissəsi və həmin hissənin tikilialtı torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2019-cu il tarixli A 411532 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0,0635 ha torpaq sahəsi ilə üst-üstə düşür. - Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşdirilmiş mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli bölgü planında bağışlanan hissədə A fərdi yaşayış evi və 764 kv.m olan torpaq sahəsi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada həmin A fərdi yaşayış evinin bir hissəsi ********** qeydiyyat nömrəli çıxarışla hüquqların dövlət qeydiyyatı aparılmış 635 kv.m torpaq sahəsinin üzərində yerləşir. ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, 7916 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixli bölgü planı arasında uyğunsuzluq mövcuddur. xx.xx.2017-ci il tarixli bölgü planında iddiaçıya bağışlanan 764 kv.m torpaq sahəsi və onun üzərində yerləşən A fərdi yaşayış evi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada A fərdi yaşayış evinin bir hissəsi və həmin hissənin tikilialtı torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2019-cu il tarixli A411532 №-li plan-ölçü sənədində qeyd edilmiş 0.0635 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçıya bağışlanmış daşınmaz əmlak obyekti ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi olmuşdur. Nəzərə alınmalıdır ki, **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda da, fərdi yaşayış evinin ümumi sahəsi 77,6 kv.metr qeyd edilmişdir. Odur ki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxsə aid sənədlərlə üst-üstə düşməsi mərhum X4 iradəsi əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planına uyğun hesab edilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa uyğun olmadığından iddiaçı, hüququ düzgün qeydə alınmamış şəxs kimi üçüncü şəxsin adına tərtib edilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının adına tərtib edilmiş çıxarışın və texniki pasportun özü də, mərhum X4 iradəsi əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planına uyğun deyildir. Faktiki olaraq hazırkı mübahisənin yaranmasına səbəb də, iddiaçının və üçüncü şəxsin adına çıxarışlar və texniki pasportlar tərtib edilərkən xx.xx.2017-ci il tarixli bölgü planının düzgün tətbiq edilməməsidir. Odur ki, iddiaçı, hazırkı tələblə arzuladığı nəticəyə nail olsa da, özünə məxsus sənədlərin (çıxarışın və texniki pasportun) ilkin bölgü planına uyğunlaşdırılması tələbi ilə cavabdeh orqana müraciət etməlidir.

12. Üçüncü şəxs X9 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2-1(116)-1160/2024 nömrəli qərarının ləğv edilməsi və bu barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1160/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını əsassız və qərəzli sayır. Şəki İnzibati Məhkəməsinin qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, ona verilmiş səlahiyyət hüquqlarından, vəzifəsindən sui-istifadə etməklə qəsdən kənara çıxması aydın görünür. Belə ki, məhkəmə işə baxan zaman işin hallarını hərtərəfli, tam, obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış və qeyriobyektiv, birtərəfli, qanunsuz və ədalətsiz, qərəzli qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı məhkəməyə heç bir mötəbər sübut (MPM-nin 14.2, 77.1, 78.1-ci maddələri) təqdim etməyib. İddiaçı Şəki İnzibati Məhkəməsindən əvvəl Şəki Rayon Məhkəməsində də bu qaydada eyni motivlə, eyni tərkibdə iddia qaldırmışdır. Sonradan iddiaçının vəkili Şəki Rayon Məhkəməsinə ərizə verərək xahiş edir ki, iddia ərizəsini geri qaytarsın, işə baxılmasını dayandırsın, mötəbər sübut təqdim etmədiyi üçün (sübut təqdim edildiyi halda) təkrar həmin iddiaya baxılar (vəkilin tərtib etdiyi iddia ərizəsinin surəti əlavə olunur. Səh 37-46-a kimi baxın). Bundan sonra vəkil eyni qaydada, heç bir mötəbər sübut təqdim etmədən, yenidən, təkrar Şəki İnzibati Məhkəməsində iddia qaldırır, iddia təmin edilmir (Şəki İnzibati Məhkəməsinin qərardadının surəti əlavə olunur. Səh 47-49-a baxın). İddiaçı tərəf apellyasiya şikayəti verir, Apellyasiya Məhkəməsi əsassız və qanunsuz olaraq, iş üzrə heç bir faktı və iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmadan həmin qərardadı ləğv edib yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(107)-645/2023 saylı işə baxan zaman həqiqətən heç bir faktiki sübutları və iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmamış və nəticədə heç bir əsası olmayan, tezbazar qərardad qəbul etmişdir (həmin qərardadın surəti əlavə olunur. Səh 50-55-ə baxın). Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qəbul etdiyi qərardadı subyektiv mülahizələrlə əsaslandırıb. Şəki İnzibati Məhkəməsi də iddiaçının vəkili məhkəməyə heç bir sübut təqdim etmədiyi halda, ancaq Şəki rayon Məhkəməsinin 2(075)-75/2023 saylı qətnaməsinin o abzasında belə yazılıb, bu abzasında belə yazılıb göstərməsi ilə kifayətlənib. Şəkİ Rayon Məhkəməsinin həmin qətnaməsinin (2(075)-75/2024) 2-ci vərəqinin arxasında göstərilənləri aydınlaşdırmayıb ki, eyni tarixdən xx.xx.2018-ci il tarixdə iddiaçının - İddiaçı adına fərqli olaraq həm 0,764 kv m torpaq sahəsinin, həm də 1,741 kv m torpaq sahəsinin bağışlama müqavilələri və çıxarışlar mövcuddur (səh 32, 33, 36, 56, 59-a qədər baxın). Torpaq sahələrinin ölçüsü və planı barədə olan iki fərqli saxta sənədlər araşdırılmamış və hətta araşdırılması vacib olan cinayət tərkibli sənədlərin araşdırılıb tədbir görülməsi üçün xüsusi qərardad qəbul edib Şəki Rayon Prokurorluğuna məlumat verilməlidir. Halbuki, MPM-nin 265.4-cü maddəsi qüvvədədir, onu heç bir orqan ləğv etməyib. Şəki İnzibati Məhkəməsi 1,741 kv m torpaq sahəsinin və eyni tarixdə 0,764 kv.m torpaq sahəsinin bağışlanma müqavilələri və çıxarışları, torpaq sahəsinin texniki sənədini araşdırmamış, gizlətmişdir. İddiaçının vəkili özünün tərtib edib imza etdiyi iddia ərizəsində bunları gizlətmişdir, ancaq həmin qətnamənin (Şəki Rayon Məhkəməsinin 2(075)-75/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin o abzasında belə yazılıb, bu abzasında belə yazılıb göstərməklə faktiki halları və saxtalaşdırılmış sənədlər barəsində iddia ərizəsində göstərməmiş, gizlətmişdir. Şəki İnzibati Məhkəməsi də Şəki Rayon Məhkəməsinin həmin 2(075)-75/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad etsə də, həmin qətnamədə cinayət faktlarını qəsdən araşdırmamış və bu barədə xüsusi qərardad (MPM-nin 265.4-cü maddəsi) çıxarıb prokurora məlumat verməsini gizlətmişdir (Səh 34-35-ə baxın). - Bunlardan başqa Şəki İnzibati Məhkəməsi isə baxan zaman öz qəbul etdiyi 2- 1(116)-1160/2024 saylı, xx.xx.2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bu iş üzrə 16 may 2022-ci il tarixli 10/2781 nömrəli ekspert rəyinin mövcudluğunu və X17 dalan 9 ev 3 ünvanında yerləşən 0,635 kv m torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019cu il tarixdə **********87 saylı reyestrlə qeydiyyata alınmış, X5 mülkiyyətində olan 0,635 kv m torpaq sahəsinin 11 kv m hissəsi İddiaçı tərəfindən istifadə edilir və həmin tikili altında torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planında göstərsə də, nəticədə bu rəsmi ekspertiza rəyini nəzərə almamışdır (səh 21-27-ə qədər baxın). X16 Məhkəməsi qəsdən əsassız və qeyri-qanuni qərar qəbul edərək, qərəzli olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli 10/2781 saylı ekspert rəyini nəzərə almamışdır. İstər iddiaçı qardaşı- İddiaçı və onun vəkili və Şəki İnzibati Məhkəməsi hər vəchlə, necə olursa olsun, qanunsuz və əsassız olaraq cəhd edirlər ki, xx.xx.2019-cu il tarixli, onun adına rəsmi qaydada qeydiyyata alınmış **********87 saylı çıxarışı ləğv edilsin. Bu isə qanunla yolverilməzdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bu iş üzrə ekspert rəyi ola-ola nəzərə alınmalıdır ki, iddiaçının özü İddiaçı və onun vəkili, istər Şəki Rayon Məhkəməsində təqdim etdiyi, istərsə də Şəki İnzibati Məhkəməsində yazmış olduqları apellyasiya şikayətində iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın kadastrı və Reyestri Xidməti Kadastr və yerqurluşu Layihə Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********7 saylı, (2(075)-1826/2021 saylı xx.xx.2021-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərardadına əsasən) mütəxəssis rəyini, həmin mübahisəli torpaq sahəsində yoxlama və baxış keçirilməsinin və müvafiq mütəxəssis rəyi olmasını, hətta İddiaçı və onun iştirakı ilə aparılmış yoxlamanın və baxışın doğruluğu haqda akt tərtib edilmiş, doğruluğunu o, İddiaçı imzaları ilə təsdiq etmişlər. Bunlar bütün sənədlərdə gizlədilmişdir (Səh 16-dan 20-ə qədər baxın). 26 fevral 2024-cü il tarixdə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə bu iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə məkbub göndərib. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 05 iyun 2024-cü il tarixli Şəki İnzibati Məhkəməsinə göndərdiyi məktub və rəyin surəti əlavə olunur. 1-ci həmin rəydə göstərilir ki, fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixli bölgü planı ilə üst-üstə düşür. Təqdim edilən sxemdə öz əksini tapmışdır. 2-ci göstərilir ki, **********0 qeydiyyat nömrəli çıxarışda və xx.xx.2019-cu il tarixli A411532 nömrəli qeyd olunmuş 0,635 kv m torpaq sahəsi bölgü planında bağışlanmış iddiaçıya bağışlanmış 0,764 kv m torpaq sahəsi ilə, o cümlədən yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üstüst düşür. Sözügedən torpaq sahələri fərdi reyestr nömrə ilə hüquqların dövlət qeydiyyatı aparılmışdır. - Şəki İnzibati Məhkəməsi təkrar DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli, 2-1 (116)-1160/2024 saylı məktub göndərərək 12 saylı Şəki Ərazi İdarəsindən 18 iyul 2024-cü il tarixdə (məhkəmə qərar qəbul edən gün) 3-21-3-39/2- 3131/2024 saylı məktub göndərərək, rəylər fərqli olaraq 1-ci və 2-ci bəndində fərqli rəylər göstərilmişdir (həmin rəyin surəti əlavə olunur.Səh 60-66-a qədər baxın). Nəzərə almaq lazımdır ki, 05 iyun 2024-cü il tarixli 3-21-3-39/2-3131/2024 saylı və 18 iyul 2024-cü il tarixli 3-21-3-39/2-3131/2024 saylı bu rəylər tövsiyyə xarakteri daşıyır və ekspert rəyini əvəz edə bilməz. Nəzərə alınmalıdır ki, Şəki İnzibati Məhkəməsi konkret, ümumiyyətlə heç nəyi araşdırmamış, qərarında heç bir halları başqa cür təhrif etmiş, qanunun tələblərini, həqiqəti əks edə bilməmişdir, real deyil. - Şəki Apellyasiva Məhkəməsinin MİÜMK nəzərə almalıdır ki, atam mərhum X8 hələ sağlığında onun sahibliyində olan 2221 kv m torpaq sahəsindən mənə fərdi mənzil tikilməsi ilə əlaqədar Şəki şəhər icra Hakimiyyəti Başçısının 06 fevral 1992-ci il tarixli 54 nömrəli sərəncamı ilə 300 kv m torpaq sahəsi ayrılmış və mən də 300 kv m torpaq sahəsində özümə yaşamaq uçün mənzil inşa etdirib, hal-hazırda da həmin mənzildə ailəmlə birlikdə yaşayıram (Şəki şəhər icra Hakimiyyəti Başçısının 06 fevral 1992-ci il tarixli sərəncamının və qərarının, arayışların surətləri əlavə olunur. Səh 3-dən 12-yə qədər baxın). Mərhum atam sağlığında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin əmlakçıları arasında aparılmış bölgü planda da mülkiyyətində olan torpaq sahəsində iddiaçı qardaşım-İddiaçı rəsmi qaydada 0,764 kv m torpaq sahəsi bağışlamışdır (əmlakın xx.xx.2018-ci il tarixli notariat idarəsi tərəfindən rəsmi qaydada bağışlanma müqaviləsinin və 0,764 kv m torpaq sahəsinin onun mülkiyyətində olması barədə RX seriyalı ******* nömrəli çıxarış və bölgü planının surəti əlavə olunur. Səh 56, 57, 58-ə baxın). Mərhum atam sağlığında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin əmlakçıları arasında aparılmış bölgü planda da mülkiyyətində olan torpaq sahəsində iddiaçı qardaşım-İddiaçı rəsmi qaydada 0,764 kv m torpaq sahəsi bağışlamışdır (əmlakın xx.xx.2018-ci il tarixli notariat idarəsi tərəfindən rəsmi qaydada bağışlanma müqaviləsinin və 0,764 kv m torpaq sahəsinin onun mülkiyyətində olması barədə RX seriyalı ******* nömrəli çıxarış və bölgü planının surəti əlavə olunur. Səh 56, 57, 58-ə baxın). Bölgü planında göstərilən yerdə qalan 977 kv.m torpaq sahəsindən daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən (Notariat idarəsi vasitəsilə) 18 may 2018-ci il tarixdə atam X8 mənə 0,635 kv m torpaq sahəsini rəsmi qaydada bağışlamışdır. (18 may 2018-ci il tarixli bağışlama müqaviləsinin 0,635 kv m torpaq sahəsinin mənim mülkiyyətimdə olması barədə ********** qeydiyyat nömrəli çıxarışın, 0,635 kv m torpaq sahəsinin şəhadətnaməsinin surəti əlavə olunur). Faktiki olaraq 1000 kv.m-ə yaxın torpaq sahəsi mənim mülkiyyətimdədir. 300 kv.m. və 0.635 kv.m., ümumilikdə 935 kv.m. torpaq sahəsinin mənim mülkiyyətimdə olmasına dair rəsmi sənədlərin surətləri əlavə olunur. Mənim mülkiyyətimdə olan ümumilikdə 935 kv.m. torpaq sahəsinin döngə nöqtələri, koordinatları yerquruluşu planında göstərilmişdir (Səh 3-12-ə baxın). Bu iş üzrə hələ 2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyi var. Bunlardan başqa digər tərəfdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli 10/2781 saylı ekspert rəyi vardır. Məhkəmə yuxarıda göstərilən ciddi əhəmiyyət kəsb edən faktları və halları araşdırmamışdır, kobud qanun pozuntusuna yol vermişdir. Faktiki olaraq bu hal iş üzrə böyük rol oynayır və ciddi əhəmiyyət kəsb edir (səh 16-dan 27-yə qədər baxın). - Şəki İnzibati Məhkəməsinə 4 dəfə rəsmi qaydada iş üzrə etiraz 24 aprel 2024-cü ildə, vəsatət 30 aprel 2024-cü ildə, ərizə cinayət tərkibi olma barədə 17 may 2024-cü ildə, ərizə 24 iyun 2024-cü ildə göndərilmişdir. Hər hansı araşdırma aparılmasına diqqət yetirməmiş, nəzərə almamış, müzakirə zəruriliyini müzakirə etməmişdir. Qəbul etdiyi qərarı maddi-hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan əsas və ciddi əhəmiyyət kəsb edən həmin iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti, Kadastr və Yerqurluşu layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********67 saylı mütəxəssis rəyini və bundan başqa həmin 2-1(116)-1160/2024 saylı, xx.xx.2024-cü il tarixli iş üzrə 16 may 2022-ci il tarixli 10/2781 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini qəsdən qərəzli olaraq nəzərə almamış və kobud qanun pozuntusuna yol vermişdir (həmin xx.xx.2022-ci uil tarixli mütəxəssis rəyinin və 16 may 2022-ci il tarixli ekspert rəylərinin surətləri əlavə olunur. Səh 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28-ə baxın). - Şəki İnzibati Məhkəməsinin sübut toplayıb iş materiallarına əlavə etmək hüququ yoxdur. (Azərbaycan Respublikası MPM- nin 14.2, 77.1, 78.1, 63, 64, 103.2, 265.5-cü maddələrinin şərhinə bax və surətləri əlavə olunur. Səh 67, 68, 69, 70, 71, 73, 74-ə baxın). Qərarı əsassız və qanunsuz olaraq, ədalətsiz, birtərəfli, iddiaçının xeyrinə çıxartmaq üçün həm rəsmi qaydada rəy verməyə səlahiyyəti olan xx.xx.2022-ci il tarixli Şəki Layihə Tədqiqat İdarəsinin əsaslı və qanuni qüvvədə olan rəyi və bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli rəsmi ekspertizanın rəyi qüvvədə ola-ola hansısa mühəndisin əsassız və saxta rəy verməsi (rəy vermək üçün onun şəhadətnaməsi olmalıdır) yol verilməzdir. Şəki İnzibati Məhkəməsi hansısa yolla öz əsassız və qanunsuz qərarını əsaslandırmağa cəhd edir. 2-1(116)-1160/2024 saylı xx.xx.2024-cü il tarixli qərar ləğv edilməlidir. Bir halda ki, iş üzrə rəylər ləğv edilməyib, hər ikisi qüvvədədir. Şəki İnzibati Məhkəməsinin sorğusu əsasında verilən rəy əsassız və qanunsuzdur. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 80, 81 və 88-ci maddələri).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir

Tərəflərin izahatları

15. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2-1(116)- 1160/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçiril Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. ... 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Apellyasiya şikayətinin mümkünlüyü

23. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

28. İş materiallarından müəyyən olunur ki, iddiaçının atası X6 Şəki rayonlararası Texniki İnventarizasiya bürosu tərəfindən 02 avqust 1972-ci il tarixdə verilmiş 7916 inventar nömrəli qeydiyyat vəsiqəsi əsasında Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,1741 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. 25 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi və bölgü planı əsasında X3 şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr (yaşayış sahəsi 21,4 kv.metr, köməkçi sahə 56.2 kv.metr) fərdi yaşayış evini və özünə aid torpaq sahəsinin 764 kv.metr hissəsini (yaşayış evinin tikintialtı sahəsi ilə birlikdə) oğlu İddiaçı bağışlamışdır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş həmin müqavilə və bölgü planı əsasında İddiaçı Şəki şəhəri, X17 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən ümumi sahəsi 77,6 kv.metr fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış və **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçının atası qalan 0,0635 ha torpaq sahəsini 18 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X7 bağışlamış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir.

29. Üçüncü şəxsin apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, Şəki İnzibati Məhkəməsinin sübut toplayıb iş materiallarına əlavə etmək hüququ yoxdur.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəlləyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin qeyd edilən dəlili əsasssız olmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması üçün əsas deyil.

31. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti, Kadastr və Yerqurluşu layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********67 saylı mütəxəssis rəyi və 16 may 2022-ci il tarixli 10/2781 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi qəsdən qərəzli olaraq nəzərə alınmamışdır.

32. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: - Belə ki, ilk öncə üçüncü şəxsin istinad etdiyi mütəxəssis rəyinə və ekspertiza rəyinə nəzərə yetirildikdə görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri X17 küçəsi dalan 9, ev 3 ünvanında yerləşən daşınmaz əmlak olan ev Şəki şəhər torpaqların elektron uçot informasiya bazasına əsasən 78 kv.m. olub bunun 11 kv.m.-i **********87 saylı reyestrdə göstərilən torpaq sahəsində, yerdə qalan 67 kv.m. hissəsi İddiaçı mülkiyyətində olan 0.0764 ha torpaq sahəsi üzərində tikilmişdir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 17 iyul 2019-cu il tarixdə **********87 saylı reyestrlə qeydə alınmış X5 mülkiyyətində olan Şəki şəhəri X17 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsinin 11 kv.m. hissəsi İddiaçı tərəfindən istifadə edilir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, üçüncü şəxsin şikayətdə istinad etdiyi mütəxəssis və ekspert rəyinə əsasən üçüncü şəxs X5 adına verilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 11 kv.m. hissəsi hazırki iş üzrə İddiaçı tərəfindən istifadə edilir və 11 kv.m. torpaq sahəsinin üzərində sonuncuya məxsus tikili var.

34. İddiaçının da hazırki iddia tələbinə nəzər yetirildikdə də görünür ki, iddiaçı məhz “X5 adına verilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X4 iradəsinə uyğun tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsini tələb edir. Başqa sözlə iddiaçı, üçüncü şəxsin istinad etdiyi rəylərdə göstərilən nəticələri mübahisələndirir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarla gəldiyi nəticə zamanı həmin rəylərə istinad etməsi və onları sübut kimi qəbul etməsi qanunvericiliyin tələblərinə zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olar.

35. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq üçüncü şəxsin təqdim etdiyi sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış və araşdırma nəticəsində bununla bağlı cavabdeh orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş rəy məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə elektron bazaya yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli bölgü planında bağışlanan hissədə A fərdi yaşayış evi və 764 kv.metr olan torpaq sahəsi bütövlükdə iddiaçıya bağışlanmış kimi göstərilsə də, faktiki olaraq həmin A fərdi yaşayış evi tamamilə ********** qeydiyyat nömrəli çıxarışla hüquqların dövlət qeydiyyatı aparılmış 764 kv.metr torpaq sahəsinin üzərində yerləşmir. ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, 7916 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixli bölgü planına uyğun deyil. xx.xx.2017-ci il tarixli bölgü planında iddiaçıya bağışlanan 764 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən A fərdi yaşayış evi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada A fərdi yaşayış evinin bir hissəsi və həmin hissənin tikilialtı torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2019-cu il tarixli A 411532 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0,0635 ha torpaq sahəsi ilə üst-üstə düşür.

36. Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşdirilmiş mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli bölgü planında bağışlanan hissədə A fərdi yaşayış evi və 764 kv.m olan torpaq sahəsi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada həmin A fərdi yaşayış evinin bir hissəsi ********** qeydiyyat nömrəli çıxarışla hüquqların dövlət qeydiyyatı aparılmış 635 kv.m torpaq sahəsinin üzərində yerləşir. ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2018-ci il tarixli, 7916 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşmə vəziyyəti xx.xx.2017-ci il tarixli bölgü planı arasında uyğunsuzluq mövcuddur. xx.xx.2017-ci il tarixli bölgü planında iddiaçıya bağışlanan 764 kv.m torpaq sahəsi və onun üzərində yerləşən A fərdi yaşayış evi bütövlükdə bağışlanmış kimi göstərilsə də, naturada A fərdi yaşayış evinin bir hissəsi və həmin hissənin tikilialtı torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2019-cu il tarixli A411532 №-li plan-ölçü sənədində qeyd edilmiş 0.0635 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçıya bağışlanmış daşınmaz əmlak obyekti ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi və 0,0764 ha torpaq sahəsi olmuşdur. Nəzərə alınmalıdır ki, **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda da, fərdi yaşayış evinin ümumi sahəsi 77,6 kv.metr qeyd edilmişdir. Odur ki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxsə aid sənədlərlə üst-üstə düşməsi mərhum X4 iradəsi əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planına uyğun hesab edilə bilməz. Buna görə də, məhkəmə düzgün olaraq hesab etmişdir ki, dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa uyğun olmadığından iddiaçı, hüququ düzgün qeydə alınmamış şəxs kimi üçüncü şəxsin adına tərtib edilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu halı cavabdeh orqanın məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ona görə də, üçüncü şəxsin apellyasiya şikayətinin də dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “X5 adına verilmiş 17 iyul 2019-cu il tarixli **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X4 iradəsinə uyğun tərtib edilmiş xx.xx.2017-ci il tarixli bölgü planında və **********13-10301 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilmiş ümumi sahəsi 77,6 kv.metr olan fərdi yaşayış evi ilə üst-üstə düşən hissədə ləğv edilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1160/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar