Məhkəmə qərarları › İş №2-1(107)-59/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-59/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-59/2022 11.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı "xxxx" MMC-nin direktoru X1, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsi tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tаrixli, 2-1(84)-983/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Vergi orqanı tərəfindən əldə edilmiş bank məlumatlarına əsasən 01 aprel 2017-ci il tarixdən 30 iyun 2017-ci il tarixinədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabına 160500 manat vəsaitin daxil olması müəyyən edilmiş, qeyd olunan dövr üzrə iddiaçı cəmiyyət tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb edilən dövriyyə isə 30000 manat olaraq göstərilmişdir. Bu səbəbdən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 01 mart 2018-ci il tarixli qərara əsasən, cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayınadək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. Aparılan yoxlama 01 mart 2018-ci il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış, yoxlamanın başlama tarixi 02 mart 2018-ci il, sona çatma tarixi isə 23 aprel 2018-ci il olaraq göstərilmişdir. Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin 18 aprel 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarına əsasən, iddiaçı cəmiyyətdə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmış və 23.04.2018-ci il tarixdən 06.06.2018-ci il tarixədək yoxlamanın keçirilməsi Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Yoxlama 02.03.2018-ci il tarixdə başlanılmış, 23.04.2018-ci il tarixədək davam etmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının 18 aprel 2018-ci il tarixli **********147783 nömrəli qərarına əsasən 23 aprel 2018-ci il tarixindən 06.06.2018-ci il tarixinədək 45 gün müddətinə artırılmış, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən MMC-nin rəhbərinin əmək qabiliyyətini itirməsi və müalicəyə getməsi barədə müraciətlərinə əsasən 05.06.2018-ci il tarixindən 21.01.2019-cu il tarixinədək müvəqqəti dayandırılmışdır. Yoxlamanın nəticəsi 21.01.2019-cu il tarixli **********142465 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Keçirilmiş səyyar vergi yoxlaması 29 aprel 2019-cu il tarixdə başa çatmış, yoxlamanın nəticəsi 03 may 2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Bundan sonra, cavabdeh inzibati orqanın 12 iyun 2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin haqqında” qərarına əsasən, iddiaçı cəmiyyətdə təkrar əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmış, yoxlamanın müddəti yenidən 30 iş günü olaraq müəyyən edilmiş, lakin əlavə yoxlamanın keçirilməsi Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Qeyd olunan səyyar vergi yoxlaması 26 iyul 2019-cu il tarixdə başa çatmış, yoxlamanın nəticəsi 30 iyul 2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilərək vergi ödəyicisi tərəfindən büdcəyə hesablanılmalı sadələşdirilmiş vergi 2178,84 manat, mənfəət vergisi 2016-cı ildə 5642,2 manat, 2017-ci ildə 11942,75 manat, ƏDV-si 94958,73 manat, gəlir vergisi 1,96 manat azaldıldığına və sadələşdirilmiş verginin 2311,02 manat artıq hesablanması nəzərə alınmaqla vergi ödəyicisinə 112413,46 manat əlavə vergi hesablanmış, eyni zamanda vergi ödəyicisinə vergilərin azaldılmasına görə 56206,73 manat və vergi ödəyicisi tərəfindən vergi orqanına 2015-2016 və 2017-ci ilin mənfəət, 2016-cı və 2017-ci ilin ƏDV-si bəyannamələri, 2015-ci ilin İ rübü üzrə sadələşdirilmiş vergi və 2015-ci ilin dekabr ayı üçün ƏDV-si, 2015-2016-cı illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin hesabatları təqdim olunmadığı əsas gətirilərək hər bəyannamə üçün 40 manat olmaqla, cəmi 1240 manat məbləğində maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. Hesablanmış əlavə vergi məbləği iddiaçını geri tarixə, yəni yoxlama tarixinin əvvəlinə onu ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınması ilə bağlı olmuşdur. Nəticədə, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarına əsasən, vergi ödəyicisi tərəfindən büdcəyə hesablanılmalı sadələşdirilmiş vergi 2178,84 manat, mənfəət vergisi 2016-cı ildə 5642,2 manat, 2017-ci ildə 11942,75 manat, ƏDV-si 94960,69 manat, gəlir vergisi 1,96 manat azaldıldığına və sadələşdirilmiş verginin 2311,02 manat artıq hesablanması nəzərə alınmaqla vergi ödəyicisinə 112415,42 manat əlavə vergi hesablanmış, eyni zamanda vergi ödəyicisinə vergilərin azaldılmasına görə 50947,08 manat və vergi ödəyicisi tərəfindən vergi orqanına 2016 və 2017-ci ilin mənfəət, 2016-cı və 2017-ci ilin ƏDV-si bəyannamələri, 2016-cı ilüzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin hesabatları təqdim olunmadığından hər bəyannamə üçün 40 manat olmaqla, cəmi 760 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 03.05.2019-ci il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktının ləğv edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 01.03.2018-ci il tarixli **********142335 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə MMCdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 02.03.2018-ci ildə başlanılmış, 29.04.2019-cu ildə başa çatdırılmışdır. Yoxlamanın nəticəsində 03.05.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən, vergi hesablamalarına dair sənədlər və ya vergi qanunvericliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinin tələbinə görə də vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2 və 67.3-cü maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, MMC-də 11 saylı Ərazi Vergilər Departamentinin 01.03.2018-ci il tarixli **********142335 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən 01.01.2015-ci il tarixdən 31.12.2017-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 02.03.2018-ci il tarixdə başlanılmış, 23.04.2018-ci il tarixədək davam etmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının 18 aprel 2018ci il tarixli **********147783 nömrəli qərarına əsasən 23 aprel 2018-ci il tarixindən 06.06.2018-ci il tarixinədək 45 gün müddətinə artırılmış, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən MMC-nin rəhbərinin əmək qabiliyyətini itirməsi və müalicəyə getməsi barədə müraciətlərinə əsasən 05.06.2018-ci il tarixindən 21.01.2019-cu il tarixinədək müvəqqəti dayandırılmışdır. Yoxlamanın nəticəsi 21.01.2019-cu il tarixli **********142465 nömrəli “Səyyar vergi yoxlaması aktı”ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə 11.03.2019-cu il tarixdə 30 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********178566 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə görə vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə görə bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi orqanının 11.03.2019-cu il tarixli qərarı əsasında keçirilmiş əlavə vergi yoxlaması tədbirləri 03.05.2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalamaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən 03.05.2019-cu il tarixdə elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergilər nazirinin 01.07.2016-cı il tarixli **********936300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili” Qaydalarına uyğun olaraq akt rəy verilməsi üçün yuxarı vergi orqanına göndərilmişdir. Yuxarı vergi orqanında akta baxılaraq rəy verilmiş, rəy 11 saylı Ərazi Vergilər Departamentinə və vergi ödəyicisinə təqdim edilmişdir. Həmin rəydə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasına mane olan çatışmazlıqlar olduğundan həmin çatışmazlıqların aradan qaldırılması bildirilmişdir. Bu səbəbdən həmin rəy əsasında 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 12.06.2019-cu il tarixli **********184965 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən keçirilmiş əlavə vergi yoxlamasının nəticələri 30 iyul 2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4cü maddəsinin tələbinə əsasən 31.07.2019-cu il tarixdə poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri 05.09.2019-cu il tarixli **********598700 nömrəli məktubla 11.09.2019-cu il tarixində saat 11.00-da vergi yoxlaması aktının nəticələrinə baxılması üçün Yevlax şəhəri, Bakı prospekti 4 ünvanında yerləşən 11 saylı Ərazi Vergilər Baş idarəsinə dəvət olunmuş, lakin üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Bu səbəbdən də səyyar vergi yoxlaması materiallarına onun iştirakı olmadan baxılaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11.09.2019-cu il tarixli **********189781 nömrəli qərar qəbul edilmiş elə həmin tarixdə vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 39.7-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Yuxarıda göstərilənlərdən göründüyü kimi MMC-də keçirilən səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl edilmişdir. Vergi ödəyicisi yoxlanılan dövrdə 2015-ci ilin İ rübündən 2017-ci ilin İ rübü də daxil olmaqla sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Eyni zamanda müəssisənin ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 2017-ci ilin mart ayından etibarən 200000.00 manatdan artıq olduğu üçün 16.03.2017-ci il tarixdə **********159900 nömrəli “Ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında” məlumat forması ilə vergi orqanına müraciət etmiş, müraciətə vergi orqanında baxılmış və MMC 01.04.2017-ci il tarixdən 6% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınaraq bu barədə 27.03.2017-ci il tarixli **********872900 nömrəli bildiriş göndərilmişdir. Yoxlama zamanı isə müəyyən olunmuşdur ki, 2017-ci ilin may ayında MMC tərəfindən Mingəçevir Bələdiyyəsi ilə bağlanmış müqaviləyə əsasən 135.000 manat dəyərində torpağın hamarlanması, bataqlıq sahənin qurudulması kimi xidmətlər göstərilmiş və bu səbəbdən 01.06.2017-ci il tarixdən 6% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır. Bundan başqa, yoxlama zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin 01.01.2015-ci il tarixdən 30.11.2015-ci il tarixədək vergi tutulan əməliyyatlarının həcmi 193542.00 manat olmuşdur. Vergi Məcəlləsinin 01.01.2016-cı il tarixədək qüvvədə olan redaksiyasının 157.3.1-ci maddəsinin tələbinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda vergi ödəyicisi əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və bu zaman qeydiyyat növbəti ayın birinci günündən qüvvəyə minir. Odur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 01.12.2015-ci il tarixdən sonra aparılan əməliyyatlarına ƏDV və mənfəət vergisi mükəlləfiyyətləri üzrə vergilər və maliyyə sanksiyaları hesablanmışdır. Yoxlama zamanı 01.12.2015-ci il tarixdən sonrakı vergi tutulan əməliyyatlarının həcminin 527548.50 manat olduğu müəyyən edilərək həmin məbləğə 527548.50*18%=94958.73 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 47479.37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergi tutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Eyni zamanda Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirinin (mənfəətinin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərin və xərclərin vaxtlı vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə gəlirini (mənfəətini) birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-ci maddəsinə əsasən sahibkarın 2016-cı il üçün əldə etdiyi gəlirindən vergi (ƏDV nəzərə alınmadan) hesablanmışdır. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 05 dekabr 2019-cu il tаrixli, 2-1(84)-983/2019 saylı qərarı ilə (hаkim R. Məcidov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 05 dekabr 2019-cu il tаrixli, 2-1(84)-983/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş idarəsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2- 1(107)-122/2020 saylı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1273/2020 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(107)-122/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 18.05.2021-ci il tarixli, 2- 1(107)-166/2021 nömrəli (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Gündüz Abbasov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin ediməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tаrixli, 2-1(84)-983/2019 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1565/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli, 2-1(107)- 166/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də (VÖEN: **********) 11 saylı Ərazi Vergilər Baş idarəsinin 01.03.2018-ci il tarixli **********142335 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən 01.01.2015-ci il tarixdən 31.12.2017-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 02.03.2018-ci il tarixdə başlanılmış, 23.04.2018-ci il tarixədək davam etmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının 18 aprel 2018-ci il tarixli **********147783 nömrəli qərarına əsasən 23 aprel 2018-ci il tarixindən 06.06.2018-ci il tarixinədək 45 gün müddətinə artırılmış, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən "xxxx" MMC-nin rəhbərinin əmək qabiliyyətini itirməsi və müalicəyə getməsi barədə müraciətlərinə əsasən 05.06.2018-ci il tarixindən 21.01.2019-cu il tarixinədək müvəqqəti dayandırılmışdır. Yoxlamanın nəticəsi 21.01.2019-cu il tarixli **********142465 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə 11.03.2019-cu il tarixdə 30 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********178566 nömrəli qərar qəbul edilmişdir. Vergi orqanının 11.03.2019-cu il tarixli qərarı əsasında keçirilmiş əlavə vergi yoxlaması tədbirləri 03.05.2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalamaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən 03.05.2019-cu il tarixdə elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergilər nazirinin 01.07.2016-cı il tarixli **********936300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili” Qaydalarına uyğun olaraq akt rəy verilməsi üçün yuxarı vergi orqanına göndərilmişdir. Yuxarı vergi orqanında akta baxılaraq rəy verilmiş, rəy 11 saylı Ərazi Vergilər Baş idarəsinə və vergi ödəyicisinə təqdim edilmişdir. Həmin rəydə səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasına mane olan çatışmazlıqlar olduğundan həmin çatışmazlıqların aradan qaldırılması bildirilmişdir. Bu səbəbdən həmin rəy əsasında 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 12.06.2019-cu il tarixli **********184965 saylı Qərar qəbul edilmişdir. Həmin qərara əsasən keçirilmiş əlavə vergi yoxlaması tədbirlərinin nəticələri 30 iyul 2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən 31.07.2019-cu il tarixdə poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri 05.09.2019-cu il tarixli **********598700 nömrəli məktubla 11.09.2019-cu il tarixində saat 11.00-da vergi yoxlaması aktının nəticələrinə baxılması üçün Yevlax şəhəri, Bakı prospekti 4 ünvanında yerləşən 11 saylı Ərazi Vergilər Baş idarəsinə dəvət olunmuş, lakin üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 11.09.2019-cu il tarixli **********189781 nömrəli qərara əsasən tətbiq edilmiş vergilər və maliyyə sanksiyaları ilə bağlı bildirmişlər ki, vergi ödəyicisi yoxlanılan dövrdə 2015-ci ilin İ rübündən 2017-ci ilin İ rübü də daxil olmaqla sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Eyni zamanda müəssisənin ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 2017-ci ilin mart ayından etibarən 200.000,00 manatdan artıq olduğu ücün 16.03.2017-cı il arixdə **********159900 nömrəli “Ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında” məlumat forması ilə vergi orqanına müraciət etmiş, müraciətə vergi orqanında baxılmış və "xxxx" MMC 01.04.2017-ci il tarixdən 6% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınaraq bu barədə 27.03.2017-ci il tarixli **********872900 nömrəli bildiriş göndərilmişdir. Yoxlama zamanı isə müəyyən olunmuşdur ki, 2017-ci ilin may ayında "xxxx" MMC tərəfindən Mingəçevir Bələdiyyəsi ilə bağlanmış müqaviləyə əsasən 135.000,00 manat dəyərində torpağın hamarlanması, bataqlıq sahənin qurudulması kimi xidmətlər göstərilmiş və bu səbəbdən 01.06.2017-ci il tarixdən 6% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır. Bundan başqa yoxlama zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin 01.01.2015-ci il tarixdən 30.11.2015-ci il tarixədək vergi tutulan əməliyyatlarının həcmi 193.542,00 manat olmuşdur. Vergi Məcəlləsinin 01.01.2016-cı il tarixədək qüvvədə olan redaksiyasının 157.3.1-ci maddəsinin tələbinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda vergi ödəyicisi əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və bu zaman qeydiyyat növbəti ayın birinci günündən qüvvəyə minir. Odur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 01.12.2015-ci il tarixdən sonra aparılan əməliyyatlarına ƏDV və mənfəət vergisi mükəlləfiyyətləri üzrə vergilər və maliyyə sanksiyaları hesablanmışdır. Yoxlama zamanı 01.12.2015-ci il tarixdən sonrakı vergi tutulan əməliyyatlarının həcminin 527548.50 manat olduğu müəyyən edilərək həmin məbləğə 527548.50*18%=94958.73 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 47479.37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə 2017-ci il ücün şərti rentabellik səviyyəsi nəzərə alınmaqla vergi ödəyicisinin vergiyə cəlb olunmalı gəliri 59713.74 manat müəyyən olunmuş, həmin 59713.74 manat gəlirdən 20% dərəcəsi ilə büdcəyə 59713.74*20%=11942.75 manat mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində göstərmişdir ki, iddiaçı cəmiyyət barədə növbədənkənar səyyar vergi yoxlaması keçirilərkən qanunvericilikdə sadalanan əsaslar mövcud olmamış, həmin əsaslar mövcud olmadan cavabdeh orqan tərəfindən yoxlama aparılmışdır. Belə ki, cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiyini əsas gətirsə də, vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən ibarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir.Məhkəmənin bu mövqeyi ilə bağlı bildirmişlər ki, tamamilə əsassız və iş materiallarına əsaslanmayan mövqedir.Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının iddia ərizəsində göstərilənlərə etiraz edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. İddiaçının iddia ərizəsinə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə nəzər saldıqda isə görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın özünün qanunsuz olması barədə iddiaçı tərəfindən hər hansı iddia irəli sürülməmişdir. Ümumiyyətlə iddia ərizəsi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən maddələrinin sadalanmasından ibarət olmaqla iddia əsaslandırılmamışdır. İddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri göstərilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsi və iddia ərizəsinə əlavədə isə iddiaçı tərəfindən hansı səbəblərə görə inzibati orqanın qərarının ləğv olunmasını iddia etdiyi göstərilməmişdir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən etirazda səyyar vergi yoxlamasının keçirilməsi və vergi ödəyicisinin ləğv olunmasını xahiş etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 11.09.2019-cu il tarixi, **********189781 nömrəli qərarla hesablanmış vergilər və maliyyə sanksiyalarının hesablanmasına səbəb olan hallar göstərilmişdir. Məhkəmənin isə öz qərarında hansı sənədə əsasən inzibati orqanın iddia tələbinə etirazında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməməsininə əsaslanması məlum deyil. Halbuki, məhkəmənin özünün də qeyd etdiyi kimi, inzibati orqanın nümayəndəsi 05.12.2019-cu il tarixli məhkəmə prosesində məhkəmənin sualı əsasında növbədənkənar səyyar vergi yoxlamasının 11 saylı Ərazi Vergilər Baş İdarəsinin audit şöbəsinin xidməti məlumatına əsasən keçirildiyini bildirmiş və məhkəmənin tələbinə əsasən həmin prosesin gedişində həmin xidməti məlumat kağız daşıyıcıda çap edilərək operativ şəkildə məhkəməyə təqdim olunmuşdur. Xidməti məlumata nəzər salanda görünür ki, yoxlamanın keçirilməsinə əsas olan hal kimi vergi ödəyicisinin bank hesabına 01.04.2017-ci il tarixdən 30.06.2017-ci il tarixədək (yəni, 2019-cu ilin 2-ci rübü ərzində) olan dövrdə göstərilmiş xidmətlərə görə daxil olan vəsaitin məbləğinin 160.500,00 manat olduğu halda 2017-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsində həmin məbləğin 30,000 manat olduğu göstərilmişdir. Bu isə öz növbəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda (Yoxlama kodu: KY1********) yoxlamanın keçirilməsinin əsası kimi göstərilən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan halın mövcud olmasını sübut edir. Məhkəmə vergilərin müəyyən edilməsinin əsas şərtlərini, hazırkı iddia üzrə isə vergitutma obyektini müəyyən edə bilmədiyi üçün göstərmişdir ki, iddiaçı cəmiyyətin bank hesabına vəsaitin daxil olması vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilə bilməz. Bu, o halda mümkün ola bilər ki, əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatlar vergi hesabatlarında qəsdən əks olunmasın, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcmi azaldılsın, xərclər (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi vergi orqanı bu kimi halların mövcudluğunu araşdırmadan vergi ödəyicisi barədə növbədənkənar vergi yoxlaması təyin etmiş, nəticədə Vergi Məcəlləsinin 38.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirmişlər ki, əslində məhkəmə işə birtərəfli yanaşdığı və sadələşdirilmiş vergi ödəyicisinin vergitutma obyekti barədə məlumatsız olduğu üçün bu nəticəyə gəlmişdir. Məhkəmə müəyyən edə bilməmişdir ki, iddiaçı mənfəət vergisinin deyil sadələşdirilmiş verginin ödəyicisi olmuşdur və onun vergitutma obyekti gəlirləri və gəlirlərinin əldə edilməsi üçün çəkilən xərcləri arasındakı fərq deyil, xərclər nəzərə alınmadan ümumi gəlirləridir.Vergi orqanı da öz növbəsində yuxarıda göstərilənləri nəzərə alaraq, əldə etdiyi bank hesabından çıxarışlara əsasən iddiaçının 2017-ci ilin 2-ci rübü ərzində ümumi gəlirlərinin məbləğini (160,500 manat) müəyyən etmiş, həmin məbləği vergi ödəyicisinin təqdim etdiyi 2017-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsində göstərilən ümumi gəlirin məbləği (30,000) ilə üzləşdirərək tamamilə haqlı olaraq vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin olması qənaətinə gəlmişdir ki, bu hal, iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilməsinin əsasını təşkil etmişdir (bank hesabından çıxarışların və iddiaçının 2017-ci ilin 2-ci rübü üçün təqdim etdiyi sadələşdirilmiş verginin bəyannaməsinin surətləri apellyasiya şikayətinə əlavə olunur). Göründüyü kimi məhkəmə hazırkı iş üzrə vergi ödəyicinin hansı tədiyyə üzrə vergi ödəyicisi olmasını, Vergi Məcəlləsinə əsasən vergi növlərini və vergitutma obyektini fərqləndirə bilmədiyi üçün göstərilən nəticəyə gəlmişdir. Məhkəmənin belə primitiv məsələlərə istinad etməklə hər bir vasitə ilə inzibati aktın ləğvinə yönəlmiş əsaslara söykənərək qərar qəbul etməsi qəbul edilmiş qərarın nə dərəcədə ədalətli və əsaslı qəbul edilməsinə kölgə salır. Bundan başqa məhkəmə qərarında vergi orqanının 01.03.2018-ci il tarixli **********142335 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarında səyyar vergi yoxlaması müddətinin 30 iş günü müddətinə müəyyən edilməsinin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığını, həmçinin səyyar vergi yoxlamasının ümumi keçirilmə müddətinin 53+45=98 Vergi Məcəlləsində nəzərdə tutulan 90 günlük müddətdən artıq davam etmişdir ki, bu da qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Məhkəmə Vergi Məcəlləsinin 38.2-ci maddəsini düzgün şərh edə bilmədiyi və həmin maddənin mahiyyətinə varmadığı üçün belə nəticəyə gəlmişdir. Belə ki, 01.03.2018ci il tarixli KY181253548 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan da göründüyü kimi yoxlamanın başlama tarixi 02.03.2018-ci il, sona çatma tarixi isə 23.04.2018-ci il müəyyən edilmiş və səyyar vergi yoxlaması həmin müddətdə keçirilmişdir. Yuxarı vergi orqanının 18 aprel 2018-ci il tarixli **********147783 nömrəli qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 iş günü (45 gün) müddətinə 23.04.2018-ci il tarixdən 06.06.2018-ci il tarixədək artırılmışdır. Beləliklə, səyyar vergi yoxlaması ümumilikdə 98 gün davam etmişdir ki, bu da Vergi Məcəlləsində nəzərdə tutulan 30+90=120 gündən gündən az olduğundan səyyar vergi yoxlaması müddətinin pozulması (aşılması) kimi qiymətləndirilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Bundan başqa məhkəmə "xxxx" MMC-nin rəhbəri X1 xəstə olması barədə müraciətləri ilə səyyar vergi yoxlamasının dayandırılmasını xahiş etməsi barədə məktublarına əsasən səyyar vergi yoxlamasının 8 aya yaxın dayandırılmasını kobud pozuntu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.01.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimata, həmçinin bu təlimatın əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin 11.03.2011 -ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması” qaydasının 1-ci bəndinə görə əmək qabiliyyəti olmamaq vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. Həmin qaydaların 10-cu bəndinə görə xəstəlik vərəqəsinin “işdən azad edilir” qrafasında xəstənin işdən azad olunduğu müddətin başlanğıcı (gün,ay, il) ərəb rəqəmləri ilə sonu isə sözlə (gün,ay, il) yazılır. Həkimin vəzifəsi, soyadı aydın qeyd olunur və imza qoyulur. Həmin qaydaların 11-ci bəndinə görə xəstəlik vərəqəsinin “işə başlamalı" qrafasında əmək qabiliyyətinin bərpa olunduğu tarix xəstənin əmək qabiliyyətinin bərpa olunduğunu müəyyən etmiş müayinədən sonrakı günün tarixi ilə qeyd olunur. Əmək qabiliyyətinin olmaması barədə vərəqə xəstənin xahişi ilə və ya iş yerinin rəhbərliyinin tələbi ilə bağlanıla bilməz. Yuxarıda göstərilənlərdən göründüyü kimi xəstəlik vərəqəsi əmək qabiliyyətinin itirildiyi gün əmək qabiliyyətini itirən şəxsdə ola bilməz ki, o da bu vərəqəni əmək qabiliyyətini itirməsi səbəbi ilə səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması barədə müraciətinə əlavə edərək vergi orqanına təqdim etsin. Xəstəlik vərəqi yalnız müalicə tamamlanaraq əmək qabiliyyəti bərpa olunduqdan sonra əmək qabiliyyəti itirmiş şəxsə bağlanaraq və təsdiq edilərək təqdim oluna bilər. Həmçinin, xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. Yəni ki, bu sənəd xəstəyə xəstə olmasını və müalicəyə yerləşdirilməsini təsdiq edən sənəd kimi deyil, işdən üzrlü səbəbdən qalmasını sübut eləmək və müavinət almaq məqsədilə verilir. Odur ki, xəstənin əmək qabiliyyəti bərpa olunmadan xəstəlik vərəqi xəstəyə və ya başqa şəxsə verilmir. Xəstəlik vərəqəsi xəstənin müalicə üçün müraciət etdiyi tarixdə verilsəydi, onda müalicə müəssisəsin xəstənin əmək qabiliyyətinin bərpa olunacağı tarixi qabaqcadan müəyyən edərək xəstəlik vərəqini bağlayaraq xəstəyə təqdim etməsi lazım gələrdi. Belə çıxır ki, vergi orqanı iddiaçı cəmiyyətin rəhbəri Fəyyaz Məmmədovdan xəstəlik vərəqəsini tələb etməli, əmək qabiliyyətini bərpa edərək xəstəlik vərəqəsini almasına qədər gözləməli və bu müddətdə də səyyar vergi yoxlamasının keçirilməsi müddəti başa çatmalı idi. Göründüyü kimi səyyar vergi yoxlamsının keçirilməsinə qanunvericiliklə vaxt məhdudiyyəti qoyulduğundan bu cür yanaşma əsassız və məntiqsizdir.Bundan başqa məhkəmə səyyar vergi yoxlaması müddətinin müəyyən müddətə dayandırılmasının qanunsuz olduğunu bildirmişdir.Dövlət reyestr məlumatlarına və məlumat-uçot bazasına əsasən "xxxx" MMC-nin hər hansı təsərrüfat subyekti (anbar, satış, istehsal obyekti və s.) mövcud deyil, hüquqi ünvanı isə cəmiyyətin təsisçisi və rəhbəri olan Fəyyaz Məmmədovun qeydiyyatda olduğu və yaşadığı yaşayış mənzilidir. Odur ki, vergi orqanının Fəyyaz Məmmədovun həqiqətən xəstə olması, əmək qabiliyyətini itirməsi səbəbindən işə çıxıbçıxmamasını onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getməklə aydınlaşdırmaq imkanı da olmamışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, hüquqi nəticəsi olmayan yoxlama ilə bağlı iddiaçı cəmiyyət barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bu mövqeyini əsaslandırmaq üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamalarıntənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 13.2-ci, 13.3-cü maddələrinin tələblərini göstərməklə həmin maddələrə istinad etmişdir. Burada da məhkəmə araşdırmanı səthi apardığı, hətta özünün istinad etdiyi qanunvericilik normalarının tələblərini tam araşdırmadığı və düzgün müəyyən edə bilmədiyi üçün yanlış nəticəyə gəlmişdir. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2-1(84)-983/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, sonda şikayətin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2-1(84)-983/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2-1(84)- 983/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim olunmuşdur. Həmin materiallara Vergi orqanı tərəfindən iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinə istinad edilən məlumat; “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 01 mart 2018-ci il tarixli qərar; 01 mart 2018-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış; Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin 18 aprel 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarı; iddiaçı cəmiyyətin rəhbəri tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş yoxlamanın dayandırılması barədə müraciətlər; “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” və “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarlar; “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarlar; 03 may 2019-cu il tarixli və 30 iyul 2019-cu il tarixli “Səyyar vergi yoxlaması akt”ları; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 sentyabr 2019-cu il tarixli **********189781 nömrəli qərarı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 38.3-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir, bu yoxlama növbəti və növbədənkənar ola bilər. Vergi qanunvericiliyi 38.3-cü maddəsi ilə növbədənkənar vergi yoxlamasının keçirilmə əsaslarını dəqiq olaraq müəyyən etmiş, həmin maddədə sadalanan əsasların mövcudluğu halında növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 49.Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1565/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(107)-166/2021 nömrəli qərarını ləğv edib iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.4-cü maddəsinə ilə müəyyən edilmiş müddətə əməl etməmişdir. Həmin maddənin tələbinə asasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Lakin cavabdeh vergi orqanı qeyd olunan maddi hüquq normasının tələbləbinə uyğun olaraq inzibati aktı qəbul edən zaman 3 illik hesabat dövrü başa çatmış dövrlər üzrə hesabat (bəyannamə) təqdim edilmədiyi üçün nəzərdə tutulan məsuliyyət tədbirini məsuliyyətə cəlb etmə müddəti bitdiyindən tətbiq etmədiyi halda, həmin hesabat dövrləri üçün vergilər üzrə qanunvericiliyin tələbinə zidd olaraq hesablama (yenidən hesablama) aparmışdır. Belə ki, mübahisəlndirilən qərar 2019-cu ilin sentyabr ayında qəbul edildiyindən yanvar 2015-avqust 2016 hesabat dövrləri üçün vergi məbləği hesablana bilməzdi. Lakin iş materiallarına əsasən sadələşdirilmiş vergi üzrə 2015-ci ilin İ üçün vergi məbləği hesablanmış və 2015-ci ilin İİİ, 2016-cı ilin İ və İİ rüb hesabat dövrləri üçün vergi məbləğinin artıq hesablanması müəyyən edildiyindən artıq hesablamalar şəxsi hesab vərəqəsində əks edilməklə müvafiq azalmalar aparılmışdır. Eyni ilə ƏDV üzrə mübahisələndirilən qərar qəbul olunan vaxt 3 illik hesabat dövrü başa çatmış təqvim ayları (hesabat dövləri üzrə), yəni yanvar 2016-avqust 2016-cı hesabat dövləri üzrə əsassız olaraq əlavə vergi məbləğləri hesablanmışdır Kollegiyanın araşdırması zamanı cavabdehin nümayəndəsi 3 illik iddia müddətini başlanmış cinayət işi ilə əlaqələndirməyə çalışmışdır. Kollegiya belə hesab edir ki, hazırki mübahisənin həllində Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbləri rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikasinin Qanunu ilə Vergi Məcəlləsinin 218-ci maddəsi yeni redaksiyada verilmiş və 2016-cı ildən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin yeni redaksiyada qüvvəyə minən 218.1.1-ci maddəsinin tələbinə görə vergi tutulan əməliyyatların həcmi 200.000 manata qədər artırıldığından və yeni maddi hüquq norması fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hall olduğundan normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilməlidir. Bu səbəbdən 2016-cı ildən qüvvədə olan Vergi Məcəlləsinin 218-1.1-ci maddəsində əksini tapmış vergi tutulan əməliyyatların həcmi 200.000 manata qədər artırıldığını nəzərə almalıdır. Bundan əlavə Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır (maddə 39.1). Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır (maddə 39.5). Vergi Məcəlləsinin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır (maddə 39.6). Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır (maddə 39.7) İş materiallarından görünür ki, cavabdeh vergi orqanı ilkin olaraq 24.01.2019-cu il tarixli səyyar vergi yoxlaması aktını tərtib etmişdir. Həmin akt üzrə yoxlama materiallarına baxılaraq 11.03.2019-cu il tarixli **********178566 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul etmişdir (İ cild 96-cı səhifə). Həmin qərar əsasında səyyar vergi yoxlaması davam etdirilmiş və növbəti dəfə 03.05.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. 12.06.2019-cu il tarixdə növbəti dəfə yoxlama materiallarına baxılmış və 12.06.2019-cu il tarixli**********84965 saylı “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul etmişdir (İ cild 97-cı səhifə). Lakin iş materiallarında Vergi Məcəlləsinin 39.7-ci maddəsinin tələbini özündə əks etdirən vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verilməsini sübut edən sənəd iş materiallarında mövcud deyil. Başqa sözlə desək cavabdeh vergi orqanı hər iki halda yoxlama materiallarına vergi ödəyicisinin nümayəndəsinin iştirakı olmadan baxmış və yoxlama materiallarına baxılmanın yeri və vaxtı barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edərək bildirir ki, yuxarıda əksini tapmış maddi hüquq normalarının pozulması və tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır (maddə 49.5) Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş bildirişlərin isə vergi ödəyicisinə əvvəlcədən çatdırılması görünmür. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cəmiyyətdə keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan cavabdeh tərəfindən qəbul edilmiş mübahisə predmeti qanunsuz inzibati akt ləğv olunmalıdır.Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6- cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar