Məhkəmə qərarları › İş №2-1(107)-59/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-59/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-59/2024 18.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlundan və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı doğum haqqında akt qeydində soyadının “Əliyeva”dan “Muxtarova”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2410/2023 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Ağdaş rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum haqqında akt qeydində soyadına baza alt sistemində düzəliş edilməsi və təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən hüquqi yardım edilmiş və tələbin dəqiqləşdirilməsi təklif edilmişdir.

3. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “İddiaçı doğum haqqında akt qeydində soyadının “Əliyeva”dan “Muxtarova”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2410/2023 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. Yeni şəxsiyyət vəsiqəsi almaq və digər sənədləşmə işləri ilə əlaqədar şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyir. Bununla bağlı, qanun üzrə nümayəndəsi və atası Əliyev X4 şəhər Qeydiyyat şöbəsinə müraciət edərək, Mingəçevir şəhər Qeydiyyat şöbəsində baza alt sistemində doğum haqqında şəhadətnamədə soyad qrafasında yanılışlığın düzəldilərək, iddiaçıya təkrar doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

6. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il tarixli münasibətində qeyd etmişdir ki, Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 393 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, uşaq haqqında məlumat qrafasında uşağın soyadının “Muxtarova” deyil, “Əliyeva" kimi qeyd edildiyi müəyyən edilmişdir. İddiaçı şəxsiyyətini təsdiq edən sənəddə isə soyadı “Əliyeva” deyil, ‘'Muxtarova” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaları”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmənin qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmçinin vətəndaşa izah olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, kifayət qədər əsaslar olmadığı üçün İddiaçı soyadına düzəliş edilməsi mümkün olmamışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, o, uzun illər polis əməkdaşı olaraq fəaliyyət göstərmişdir. Şəhadətnamənin tərtib edildiyi dövrdə - 1998-ci ildə hər kəsin istədiyini edirdi, o da, atasının adını (Muxtar) övladına soyad olaraq qeyd edilməsini cavabdeh orqandan xahiş etmiş, bunun əsasında da doğum haqqında şəhadətnamədə qızının soyadı “Muxtarova” qeyd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi idda tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 oktyabr 2023-cü il tarixli 2- 1(116)-2410/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçının nümayəndəsi apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-2410/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(116)-2410/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023cü il tarixli 2-1(116)-2410/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Muxtarova” kimi qeyd olunmuşdur. - XİX-ЖГ 424126 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə doğulmuşdur. - Vİ-ЖГ 302061 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə Nümayəndə ilə X1 arasında nikah bağlanmışdır. - xx.xx.1998-ci il tarixli 393 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə anadan olmuş, ata haqqında məlumat qrafasında- Nümayəndə, ana haqqında məlumat qrafasında - X6 qeyd olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. ... 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların: 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə. 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının nümayəndəsi şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli 393 nömrəli doğum haqqında akt qeydində soyadının “Əliyevadan” - “Muxtarovaya” düzəliş edilməsinə nail olmaqdır.

25. İddiaçı sözügedən akt qeydində soyadının “Əliyeva” qeyd edilməsinin səhv olmasını bildirir və cavabdeh orqandan yol verilmiş həmin səhvin aradan qaldırılmasını tələb edir.

26. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar (1-ci bənd) mövcud olmalıdır.

27. Aidiyyəti şəxslər arasında mübahisə olmadığından hazırkı işə münasibətdə mübahisələndirilən akt qeydinə münasibətdə 2 hal müəyyən edilməlidir: 1. xx.xx.1998-ci il tarixli akt qeydində iddiaçının soyadının “Əliyeva” olması barədə qeydin səhv olması sübuta yetirilməlidir. 2. iddiaçının soyadının “Əliyeva”-dan “Muxtarovaya” dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmalıdır.

28. İş materiallarında olan Vİ-ЖГ 302061 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə” ilə müəyyən edilir ki, xx.xx.1993-cü il tarixdə iddiaçının valideynləri Nümayəndə ilə X1 arasında nikah bağlanmışdır.

29. Göründüyü kimi onlardan heç birinin soyadı “Muxtarova” olmamışdır. Belə olan halda cavabdeh orqan valideynlərdən – atanın soyadını nəzərə alaraq uşağın soyadı qrafasında “Əliyeva” qeydini icra etmişdir. Nəzərə alınmalıdır ki, bir qayda olaraq uşağa atanın soyadının verilməsi mövcud inzibati praktika ilə də müəyyən olunur. Eyni zamanda Nümayəndə İddiaçı bioloji atası olması işin mübahisəsiz halıdır və mübahisə predmeti olmamışdır. Belə olan halda cavabdeh orqan uşağın soyadı qrafasına valideynlərin özlərinin malik olmadığı soyadı qeyd edə bilməzdi. Odur ki, xx.xx.1998-ci il tarixli akt qeydində iddiaçının soyadının “Əliyeva” olması barədə qeydin səhv olması sübuta yetirilmir.

30. İddiaçının soyadının “Əliyeva”-dan “Muxtarovaya” dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, ilkin “Əliyeva” soyadının düzgün qeyd edilməsinin sübut olunması özlüyündə onu deməyə əsas verir ki, soyadın “Əliyeva”-dan “Muxtarovaya” dəyişiklik edilməsi üçün kifayət qədər əsas ola da bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi doğum haqqında şəhadətnaməyə “Muxtarova” soyadının yazılmasını onunla əsaslandırmışdır ki, atasının adı “Muxtar” olduğundan övladına da atasının adına uyğun olaraq “Muxtarova” soyadının verilməsini cavabdeh orqandan xahiş etmiş, bunun əsasında da “doğum haqqında” şəhadətnamədə müvafiq qeyd aparılmışdır.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilkin akt qeydinin səhv olması müəyyən olunmadığı halda ona dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olması da qeyrimümkündür. İddiaçının nümayəndəsinin şifahi istəyi əsasında “doğum haqqında” şəhadətnamədə “Muxtarova” soyadının qeyd edilməsi isə ilkin akt qeydinin səhv olması qənaətini yaratmır və həmin akt qeydinə dəyişiklik edilməsi üçün kifayət qədər əsas hesab edilə bilməz.

32. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdə doğulmuş və onun barəsində doğum akt qeydi xx.xx.1998-ci il tarixdə tərtib edilməklə, həmin tarixdə də “doğum haqqında şəhadətnamə” tərtib edilmişdir. Ailə Məcəlləsinin 54-cü maddəsində uşağın soyadının dəyişdirilməsi zamanı nəzərə alınmalı olan hallar öz əksini tapmışdır ki, hazırkı işin hallarından göründüyü kimi iddiaçının soyadında sonradan hər hansı dəyişikliyin edilməsi ilə bağlı icraat aparılmamışdır.

33. Digər tərəfdən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 4-cü və 5-ci bəndlərində də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi əsasları və qaydaları müəyyən edilmişdir ki, hər bir halda iddiaçının soyadının ilkin “doğum haqqında akt qeydi”ndə “Əliyeva” qeyd edilməsi səhv olmadığından, iddiaçı, ilkin doğum akt qeydinin tərtibində səhvə yol verilməsi əsasına istinad etməklə cavabdeh orqandan sözügedən akt qeydində “soyad” qrafasına dəyişiklik edilməsini tələb edə bilməz.

34. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən əlavə olaraq iddiaçıya izah edilmişdir ki, arzuladığı “Muxtarova” soyadına keçmək üçün ilkin akt qeydinə uyğun olaraq doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməlidir. Bundan sonra soyadının “Əliyevadan” – “Muxtarovaya” dəyişdirilməsi üçün soyad dəyişmə qaydasında icraata uyğun olaraq cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

36. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı doğum haqqında akt qeydində soyadının “Əliyeva”dan “Muxtarova”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-1(116)-2410/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar