Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-593/2025 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # #### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və hal-hazırda cavabdeh vergi orqanının əsassız qərarlarına əsasən sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Uçot-baza məlumatlarına əsasən iddiaçıfərdi sahibkarın ##.##.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” olmuşdur. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesabı məlumatlarının araşdırılmasına əsasən vergi ödəyicisinin bank hesabına 2023-cü ilin yanvar-fevral ayları 252494,44 manat pul vəsaitinin gəlməsinə baxmayaraq, 2023-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Iddiaçı ##.##.2023-cü il tarixdə vergi orqanında verdiyi izahatında 2022-ci ilin iyun ayında Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu zaman Türkiyə vətəndaşı ilə tanış olduğunu, 150,0 manat müqabilində kartını ona təqdim etdiyini və hesabına daxil olan məbləğdən xəbərinin olmadığını bildirmişdir. Lakin vergi orqanı tərəfindən bu hala qiymət verilməmişdir. Araşdırma zamanı iddiaçının “xxxx” ASC-də mövcud olan bank hesabına 2023-cü ilin yanvar və fevral aylarında ümumilikdə 252494,44 manat vəsaitin mədaxil olduğu, həmin məbləğin bir hissəsinin ATM-dən nağdlaşdırıldığı, bir hissəsinin mobil tətbiq vasitəsi ilə məxaric edildiyi müəyyən edilmişdir. Lakin iddiaçının həmin dövr üçün kartının onda olmamasını, məşğul olduğunu sahibkarlıq fəaliyyətinin dövriyyəsinin 252494,44 manat qədər yüksək ola bilməyəcəyi araşdırılmamışdır. Bundan başqa vergi orqanı 2023-cü ilin 1-ci 2 rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul olunmuşdur. Vergi orqanının qərarı əsassız və qanunsuzdur. Çünki vergi orqanı real vəziyyəti araşdırmamış və sahibkarlıq fəaliyyətinə maneə törədən qərarlar vermişdir. Iddiaçı malları alarkən sənədlər ala bilməmiş ancaq həqiqətəndə satdığı malları alaraq satmışdır. Vergi orqanı qeyd edilən qərarları qəbul etmədən obyektə gəlib baxış keçirə, operativ vergi nəzarəti tədbirləri həyata keçirə və xronometraj metodu ilə müşahidə apara bilərdi. Vergi orqanı kameral vergi yoxlaması aparan zaman e-qaimələri və elektron kassa aparatı ilə mədaxil olunan vəsaitləri görür. Iddiaçı tərəfindən bəyannamə verən zaman vergi orqanının şübhələndiyi məqamlar var idisə o zaman baxış və ya operativ vergi nəzarəti tədbiri keçirilərək şübhəli məqamları araşdıra bilərdi. O zaman vergi orqanı obyektiv və ədalətli araşdırma aparmış olacaqdır. Vergi orqanı baxış keçirmədən, operativ vergi nəzarəti tədbirləri həyata keçirmədən, xronometraj metodu ilə müşahidə aparmadan, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmadan iddiaçının fəaliyyətini məhdudlaşdıran qərarlar qəbul etmişdir. Bundan başqa vergi orqanı qərar qəbul edərkən bərabərlik prinsipini və işin hallarının obyektiv araşdırılması normasını da pozmuşdur. Çünki vergi orqanı onu digər yəni əsl riskli vergi ödəyiciləri ilə bərabər tutmuşdur. Vergi orqanı icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda araşdırmamış, sübutlar yetərli olmadığı halda öz təşəbbüsü ilə əlavə sübutlar toplamamaışdır. Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli Qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş, lakin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2023-cü il tarixli **************** nömrəli Qərarı ilə Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın ##.##.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” olduğu, vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesabı məlumatlarının araşdırılmasına əsasən vergi ödəyicisinin bank hesabına 2023-cü ilin yanvarfevral ayları 252494,44 manat pul vəsaitinin gəlməsinə baxmayaraq, 2023-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" ##.##.2023-cü il tarixli **************** nömrəli məktub göndərilərək qeyd edilən dövrə dair dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədıkdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Cavabdeh orqan Vergi Məcəlləsinin 67.1, 83.2-ci maddəsində qeyd edilmiş normaların məzmununa istinad edərək qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən qeyd edilən dövrə dair dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilməmişdir. Bu səbəbdən vergi orqanı tərəfindən 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul edilmişdir. Vergi ödəyicisi ərizəsində bank hesabına daxil olmuş vəsaitdən xəbərinin olmadığını, bir Türkiyə Respublikası vətəndaşı tərəfindən onun kartına pul köçürüldüyünü qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sənədi Dövlət Vergi Xidmətinə təqdim etməmiş, o cümlədən iddia ərizəsinə də əlavə etməmişdir. Bu da bank hesabına daxil olmuş vəsaitdən xəbərinin olmadığı dəlilinin reallığı əks etdirmədiyini, vergi ödəyicisinin özünün subyektiv mülahizəsi olduğunu göstərir. O da qeyd olunmalıdır ki, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli Qərarından vergi ödəyicisinin verdiyi şikayət üzrə "Araşdırmada iştirak barədə" ##.##.2023-cü ıl tarixli **************** nömrəli məktub göndərilərək müraciətdə qaldırılmış məsələnin tam obyektiv və hərtərəfli araşdırılması məqsədilə ##.##.2023-cü il tarixdə, saat 15:00 üçün fərdi sahibkar və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin Inzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmasına baxmayaraq, fərdi sahibkar və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin inzibati binasına gəlməmişdir. Beləliklə, vergi ödəyicisinə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə əlaqədar məsələnin onun iştirakı ilə birgə araşdırılması mümkün olmamış və bu barədə 03.11,2023-cü Il tarixli Akt tərtib edilmişdir. Araşdırma zamanı fərdi sahibkarın xxxx ASC-də mövcud olan bank hesabına 2023-cü ilin yanvar və fevral aylarında ümumilikdə 252494,44 manat vəsaitin mədaxil olduğu, həmin məbləğin bir hissəsinin ATM-dən nağdlaşdırıldığı, bir hissəsinin mobil tətbiq vasitəsi ilə məxaric edildiyi müəyyən edilmişdir. (Ödəniş kartı üzrə çıxarış etiraza əlavə olunur.) Əlavə olaraq fərdi sahibkar izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd etməsinə baxmayaraq araşdırma zamanı vergi ödəyicisi tərəfindən fərqlənmə nişanın almadığı müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara uyğun olaraq iddiaçı İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.## 2023-cü il tarixli, **************** nömrəli Qərarının ləğv edilməsi ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
4. Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə (hakim: Vüqar Musayev) iddia təmin edilmiş, cavabdehin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının bank hesabına daxil olmuş 252494,44 manat pul vəsaitini rüb üzrə təqdim edilmiş malların və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi olaraq qiymətləndirmiş, bununla belə iddiaçının bank hesabına daxil olmuş vəsaitin həcminin ümumiyyətlə onun fəaliyyət göstərdiyi sahənin xarakterinə uyğun olmamasını (o cümlədən vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin olmamasını) nəzərə almamış, iddiaçının hesabına köçürülən vəsaitlə onun göstərdiyi fəaliyyət arasında səbəbli-əlaqənin və həmin vəsaitin məhz xidmətin təqdim edilməsindən əldə edilən vəsait olub-olması araşdırma predmeti olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının mal və xidməti təqdim etməsi müəyyən edildiyi halda ona daxil olmuş müvafiq vəsait sadələşdirilmiş vergiyə cəlb oluna bilər. Hazırkı iş üzrə iddiaçının sözügedən məbləğdə mal və xidməti təqdim etməsinin müəyyən edilməməsi onun hesabına ödənilmiş 252494,44 manat pul vəsaitinin qeydsiz-şərtsiz təqdim edilmiş mal və xidmətə görə əldə edilmiş vəsait olaraq qiymətləndirilməsini istisna edir. Odur ki, iddiaçının hesabına daxil olmuş 252494,44 manat pul vəsaiti Vergi Məcəlləsinin 219.1-ci maddəsi anlamında vergitutma obyekti hesab olunmadığından həmin vəsaitə uyğun sadələşdirilmiş verginin hesablanması ilə bağlı cavabdehin qəbul etdiyi qərar mahiyyət etibarilə əsassız olmuşdur.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
7. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Inzibati Məhkəməsinin # #### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarından cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi kassasiya şikayəti vermişdir.
Kassasiya instansiya məhkəməsində icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi faktiki fəaliyyətini vergi orqanından gizlədərək vergi orqanına bəyannamə təqdim etməməklə vergidən yayınma sxemi yaradaraq vergidən yayınmış və qeyd olunan yayınma vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərək əlavə vergi məbləği hesablanmışdır. Hazırki işdə birinci instansiya məhkəməsi öz qərarının əsası kimi istinad etdiyi dəlillərinin heç birini məhkəmə iclasında tərəflərlə müzakirə etməmiş, bu dəlillərə münasibət bildirmək üçün vergi orqanına şərait yaradılmamış, ümumiyyətlə bu faktarın üzərindən məhkəmə proseslərində sükutla keçmiş və bu dəlillər yalnız qərar tam formada göndəriləndən sonra məlum olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # #### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili vəkil2 ərizə göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, iddianın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. ... 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (# ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir.) 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. 220.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. 220.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə hesablanır.
16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır, cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
19. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
20. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" ##.##.2023cü il tarixli **************** nömrəli məktub göndərərək qeyd edilən dövrə dair dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsini tələb etmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5049,89 manat vergi məbləği hesablamışdır. Cavabdeh orqan vergi ödəyicisinə ünvanladığı uyğunsuzluq məktubunu iddiaçının bank hesabına 2023-cü ilin yanvar-fevral ayları 252494,44 manat pul vəsaitinin gəlməsinə baxmayaraq, 2023-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan bildirir ki, iddiaçının əsas fəaliyyət növü “avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri”-dir. Bununla belə vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyekti mövcud deyil. Cavabdeh orqan 252494,44 manat pul vəsaitini rüb üzrə təqdim edilmiş malların və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi olaraq qiymətləndirmiş, bununla belə iddiaçının bank hesabına daxil olmuş vəsaitin həcminin ümumiyyətlə onun fəaliyyət göstərdiyi sahənin xarakterinə uyğun olmamasını (o cümlədən vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin olmamasını) nəzərə almamış, iddiaçının hesabına köçürülən vəsaitlə onun göstərdiyi fəaliyyət arasında səbəbli-əlaqə və məhz xidmətin təqdim edilməsindən əldə edilən vəsait olması araşdırma predmeti olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının mal və xidməti təqdim etməsi müəyyən edildiyi halda ona daxil olmuş müvafiq vəsait sadələşdirilmiş vergiyə cəlb oluna bilər. Hazırkı iş üzrə iddiaçının sözügedən məbləğdə mal və xidməti təqdim etməsinin müəyyən edilməməsi onun hesabına ödənilmiş 252494,44 manat pul vəsaitinin qeydsiz-şərtsiz təqdim edilmiş mal və xidmətə görə əldə edilmiş vəsait olaraq qiymətləndirilməsini istisna edir. Odur ki, iddiaçının hesabına daxil olmuş 252494,44 manat pul vəsaiti Vergi Məcəlləsinin 219.1-ci maddəsi anlamında vergitutma obyekti hesab olunmadığından həmin vəsaitə uyğun sadələşdirilmiş verginin hesablanması ilə bağlı cavabdeh orqanın qəbul etdiyi qərar mahiyyət etibarilə əsassız olmuşdur.
21. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası da birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılamış və Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə Şəki Inzibati Məhkəməsinin # #### 2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-**/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
23. Inzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
24. Ali Məhkəmə hazırki iş üzrə ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında qeyd etmişdir ki; -Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi vergiyə cəlb edilən vəsaitin köçürüldüyü iddiaçıya aid bank kartının (hesabının) debet və ya kredit kartı (hesabı) olub-olmadığını müəyyən etməmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının şəxsin debet kart məlumatlarına çıxış imkanı yoxdur, belə ki, bu növdən olan kartlar şəxsin sahibkarlıq fəaliyyətinə bağlı deyildir. Bu baxımdan iddiaçının kartının debet kart olduğu müəyyən olunduğu təqdirdə, cavabdehin iddiaçı barədə müvafiq məlumatları hansı qaydada əldə etməsinə aydınlıq gətirilməlidir. -Bundan əlavə, iddiaçının bank əməliyyatlarını əks etdirən müvafiq sənədlər, həmin əməliyyatlar barədə məlumatlar da iş materiallarında yoxdur. Ona görə də bank (kart) hesabına daxil olan vəsaitin iddiaçının sahibkarlıq fəaliyyətindən əldə olunduğunu birmənalı şəkildə müəyyən etmək mümkün olmur. Odur ki, müvafiq bank məlumatları tələb edilməli və həmin məlumatlar əsasında iddiaçının sahibkarlıq fəaliyyətindən gəlirinin olub-olmadığı müəyyən edilməlidir. -Həmçinin qeyd edilməlidir ki, cavabdeh iddiaçının bank (kart) hesabına daxil olan pul vəsaitini iddiaçının iş, xidmət təqdim etməsindən formalaşan gəlir kimi deyil, satışdankənar gəlir kimi qiymətləndirmiş və həmin vəsaiti sadələşdirilmiş vergiyə cəlb etmişdir. Halbuki, rüb üzrə daxil olmuş vəsaitin məbləği 252494,44 manat təşkil edir və sadələşdirilmiş vergi üzrə müəyyən edilmiş 200000 manatlıq həddi aşır. Bu mənada cavabdeh iddiaçıya sadələşdirilmiş vergi hesablamaqda haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, sözügedən vəsaitin sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi sübut olunduğu təqdirdə, iddiaçı ƏDV uçotuna alınmalı və ona vəsaitin 200000 manatdan artıq hissəsi üçün ƏDV və gəlir vergisi hesablanmalı idi. - Iddiaçının gəlirinin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunduğu (Vergi Məcəlləsinin 99.3-cü maddə) müəyyən edildiyi təqdirdə isə, iddiaçı Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14% dərəcə ilə vergiyə cəlb olunmalı idi.
25. Məhkəmə kollegiyası tərəfindən də Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun araşdırma aparılmışdır.
26. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq araşdırma zamanı aşağıdakılar müəyyən edilmişdir. Vergiyə cəlb edilən vəsaitin köçürüldüyü iddiaçıya aid bank kartının (hesabının) debet və ya kredit kartı (hesabı) olub-olmadığını müəyyən etmək məqsədi ilə bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatlar bank sirri hesab olunduğundan, bu cür məlumatlar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verildiyindən Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı qəbul edilmiş, *-*(***)-***/**** saylı inzibati işə baxılması zərurəti ilə əlaqədar iddiaçı İddiaçı aid vergiyə cəlb edilən vəsaitin köçürüldüyü bank kartının(hesabının) debet və ya kredit kartı(hesabı) olub-olmaması, iddiaçının kartının debet kartı olduğu müəyyən edildiyi təqdirdə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin iddiaçı barədə kart məlumatlarını hansı qaydada əldə etməsi, iddiaçının bank(kart) hesabına daxil olan vəsaitləri əks etdirən bank əməliyyatları barədə məlumatların “xxxx” ASC-dən Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi, qərardadın icrasının “xxxx” ASC-yə həvalə edilməsi qərara alınmışdır.
27. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının icrası nəticəsində “xxxx” ASC ## ###### 2025-ci il tarixli məktubunda İddiaçı aid bank kartının(hesabının) növünün debet olduğunu bildirmişdir. Əlavə olaraq Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsindən sorğu olunan şəxslə əlaqədar daxil olmuş hər hansı müraciətin aşkar edilmədiyi həmin məktubda qeyd edilmişdir.
28. Buna görə də ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli məktubla Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə sorğu göndərilərək iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə xxxxa verilmiş sorğu əsasında İddiaçı məxsus bank kartının(hesabının) debet kartı olmasının müəyyən edildiyi, vergi orqanlarının şəxsin debet kart məlumatlarına çıxış imkanı olmadığını nəzərə alaraq müvafiq məlumatların hansı yolla əldə edilməsi barədə məlumatın Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi bildirilmişdir.
29. ## ###### 2026-cı il tarixində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi həmin sorğuya cavabında qeyd etmişdir ki, qeyd olunmuş məlumatlar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən təqdim edilmişdir.
30. Ali Məhkəmənin qərarında göstərmiş olduğu digər bir göstərişə əməl edilməsi məqsədi ilə ## ###### 2026-cı il tarixində “xxxx” ASC-yə göndərilmiş başqa bir sorğu ilə iddiaçının bank əməliyyatlarını əks etdirən müvafiq sənədlər, həmin əməliyyatlar barədə məlumatlar iş materiallarında olmadığından iddiaçı İddiaçı aid vergiyə cəlb olunan vəsaitin köçürüldüyü debet bank (kart) hesabına daxil olan vəsaitin iddiaçının sahibkarlıq fəaliyyətindən əldə olunduğunu birmənalı şəkildə müəyyən etməyin mümkün olmadığı, odur ki müvafiq bank məlumatları və həmin məlumatlar əsasında iddiaçının sahibkarlıq fəaliyyətindən gəlirinin olub-olmadığını müəyyən etmək məqsədi ilə qeyd edilmiş məlumatların Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
31. Həmin sorğuya cavab olaraq “xxxx” ASC tərəfindən ##.##.2026-cı il tarixdə İddiaçı adına bank əməliyyat sistemində aşkar olunan plastik kart hesabından həyata keçirilən əməliyyatlara dair çıxarış (diskə yazılmış şəkildə) Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
32. ## #### 2026-cı il tarixdə yenidən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə sorğu göndərilərək “xxxx” ASC-nin göndərdiyi diskdə yer alan iddiaçının bank əməliyyatları ilə bağlı məlumatların Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə təqdim edilmiş məlumatlarla birlikdə müqayisəli şəkildə təhlil edilib onların eynilik və ya fərqlilik təşkil etdiyinə, bank (kart) hesabına daxil olan vəsaitin iddiaçının sahibkarlıq fəaliyyətindən əldə olunub-olunmadığına aydınlıq gətirilməsi və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə təqdim edilmiş məlumatların məhkəməyə göndərilməsi xahiş edilmişdir.
33. Həmin sorğu əsasında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi ## ### 2026-cı il tarixli cavab məktubunda qeyd etmişdir ki, vergi ödəyicisi İddiaçı 2023-cü ilin yanvar-fevral aylarında kart hesabına daxil olan vəsaitlə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən Dövlət Vergi Xidmətinə təqdim olunan məlumatlarda ##.##.2023-cü il tarixdən- ##.##.2023-cü il tarixədək mədaxil əməliyyatları ilə bağlı məlumatlar qeyd olunmuş, bu məlumatlar “xxxx” ASC-nin göndərdiyi diskdə yer alan məlumatlarla eynilik təşkil etmir. Sorğuya cavabda həmçinin qeyd edilmişdir ki, aparılmış əməliyyatların müntəzəmliyi həmin vəsaitlərin sahibkarlıq məqsədi ilə əldə edildiyini göstərir. Məktuba qoşma kimi Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə təqdim edilmiş məlumatlar da əlavə edilərək göndərilmişdir.
34. Göründüyü kimi məhkəmə kollegiyasının araşdırılmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı aid bank kartının(hesabının) növü debetdir və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin ## ### 2026-cı il tarixli sorğuya cavabından da görünür ki, bank (kart) hesabına daxil olan vəsait iddiaçının sahibkarlıq fəaliyyətindən əldə edilmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının göstərişlərindən göründüyü kimi sözügedən vəsaitin sahibkarlıq fəaliyyəti nəticəsində əldə edildiyi sübut olunduğu təqdirdə, iddiaçı ƏDV uçotuna alınmalı və ona vəsaitin 200000 manatdan artıq hissəsi üçün ƏDV və gəlir vergisi hesablanmalı idi.
36. Lakin iddiaçının hesabına daxil olmuş 252494,44 manat pul vəsaiti Vergi Məcəlləsinin 219.1-ci maddəsi anlamında vergitutma obyekti hesab olunmadığından həmin vəsaitə uyğun sadələşdirilmiş verginin hesablanması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”##.##.2023-cü il tarixli **************** nömrəli Qərarı mahiyyət etibarilə əsassız olmuşdur.
37. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # #### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.