Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-594/2019 26.11.2019 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu, Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.1971-ci il təvəllüdlü qardaşı X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1008/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə X3 iddiaçının qardaşı olmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 111 nömrəli əmrilə onun (soyadı Mamedov, atasının adı Mamed yazılmışdır) xx.xx.1992-ci il tarixdən 5-ci motoatıcı taborda vəzifəyə qoyulması barədə məlumat olsa da, N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1992-ci il, N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin yaralananların, vəfat edənlərin və itkin düşənlərin qeydiyyatı kitablarında Süleyman Məmmədovun xidməti və həlak olması barədə məlumatlar aşkar olunmamışdır. X1 daxil olmuş döyüş əməliyyatları başladığı gündən qaytarılmış itkilərin şəxsi heyətinin siyahısı qovluğunda Zaqatala şəhərindən hərbi xidmətə gəlmiş xx.xx.1971-ci il təvəllüdlü Süleyman Məmmədovun xx.xx.1992-ci il tarixdə həlak olması və xx.xx.1992-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində dəfn olunması barədə məlumat olsa da, məlumatda hərbi hissənin nömrəsi, həlak olduğu yer, həlak olma şəraiti və səbəbi göstərilməmişdir. Bununla yanaşı, X5 hazırkı iş üzrə iddiaçının atasıdır. İddiaçının qardaşı X2 şəhid olması ilə bağlı onun atası X4 adına xx.xx.1994-cü il tarixli 002195 nömrəli şəhid ailəsi vəsiqəsi verilmişdir. X4 xx.xx.2007-ci il tarixdə vəfatı ilə bağlı ona şəhid ailəsi olaraq verilən müavinət dayandırılmış və şəhid ailəsi statusu ləğv edilmişdir. İddiaçı qardaşının şəhid olması barədə arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli, 487 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Süleyman Məmmədovun həlak olmasının səbəbi, tarixi və şəraiti barədə məlumat olmadığı üçün ona şəhidlik statusunun verilməsi mümkün deyil. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli, 2- 1(84)-1008/2019 nömrəli qərarla iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini belə əsaslandırmışdır ki, qardaşı X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə güllə yarası alaraq şəhid olması faktıdır. Atası şəhid ailəsi olmuş 2007-ci il tarixdə vəfat etmişdir. Onun şəhid olan qardaşına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxx 2018-ci il tarixli 1 nömrəli fərmanına uyğun olaraq kompensasiya almaq məqsədi ilə hazırkı iddianı vermişdir. Onun həm atasının, həm də qardaşının vərəsəsi olaraq bunu almaq hüququ vardır. Birinci instansiya məhkəməsinin iddianın təmin etməmə barədə qənaətini əsassız və qanunsuz hesab edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı bildirdi ki, Azərbaycan Respubliaksı Przidentinin şəhid ailələri üçün nəzərdə tutulmuş birdəfəlik ödəmə almaq istəyir, bu səbəbdən iddia qaldırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil edir və həmin sənədlərin məzmununa istinad edilir. Onlara Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışlar, ölüm haqqında şəhadətnamənin surəti, Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli məktubları, Azərbaycan respublikası Hərbi Prokuorluğunun, Gəncə, Tərtər, Qarabağ hərbi prokurorluqlarının, Gəncə Hərbi Məhkəməsinin məktubları, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu, cavabdeh inzibati orqanın imtina məktubu və digər sənədlər daxildir. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fаktiki hаllаr) əsasında mаhiyyəti üzrə tаm həcmdə baxır. Apelyаsiyа instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə alır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsaslanmışdır ki, iddiaçının mərhum qardaşının xx.xx.1992-ci il tarixdə həlak olması və xx.xx.1992-ci il tarixdə dəfn olunması barədə məlumatlar olsa da, sonuncunun hansı şəraitdə, hansı hərbi hissədə və hansı səbəbdən həlak olması barədə məlumatlar mövcud deyil. İddiaçının qardaşının N nömrəli hərbi hissəyə qəbul edilməsi və onun xx.xx.1992-ci il tarixdə həlak olması işin mübahisəsiz halı olsa da məhkəmə araşdrıması zamanı onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması barədə sübutları əldə etmək mümkün olmamışdır. Onun həlak olması isə silahla ehtiyatsız davranma və sair səbəblərdən də baş verə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının hazırkı tələblə iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar- uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1-ci maddəsinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; arvadı (əri); valideynləri; 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qaydaların şəhid adının verilməsi mexanizmini tənzimləyən 4.1-ci bəndinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vasatəti ilə baxılır. Həmin bəndə görə, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qediyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanuna və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (4.2ci bənd). Həmçinin, vurğulanmalıdır ki, qeyd olunan məsələ ilə bağlı səlahiyyətli orqanların qəbul etdiyi aktlarla razılaşmayan maraqlı şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik aktlarının tələbindən çıxış edərək qeyd edir ki, iddiaçı mərhum X2 qardaşı olmaqla, şəhid ailəsinə daxil olan şəxslərin siyahısına daxil olmadığından belə bir iddia qaldırmaq hüququ yoxdur. Qeyd edilən normalarda yalnız şəhid olmuş şəxsin uşaq evlərində tərbiyə olunanqardaş və bacılarının belə bir hüququ müəyyən edilmişdir. İddiaçının isə belə müəsissədə olması ilə bağlı sübut mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1 və 5.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, X5 hazırkı iş üzrə iddiaçının atası olmaqla mərhum X2 şəhid olması ilə bağlı onun atası X4 adına xx.xx.1994-cü il tarixli 002195 nömrəli şəhid ailəsi vəsiqəsi verilmiş, X4 xx.xx.2007-ci il tarixdə vəfatı ilə bağlı ona şəhid ailəsi olaraq verilən müavinət dayandırılmış və şəhid ailəsi statusu ləğv edilmişdir. Belə vəziyyətdə, iddiaçının iddia qaldırmaq hüququ olmadığından iddiaçıya müvafiq iddia tələblərinin irəli sürülməsində hər hansı hüquqi yardım göstərilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, qeyd edilən hallar birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün əsаslardandır, buna görə Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, аpelyаsiyа şikаyəti qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilərək iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, yalnız atasının və qardaşının vərəsəsi olaraq mülki qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alınmaqla mirasın qəbul edilməsi ilə bağlı şəhər (rayon) məhkəməsində müvafiq iddia qaldıra bilər. Nəticəi hissə Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87, 94, 115.1-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı q ə r а r а а l d ı : İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1008/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.1971-ci il təvəllüdlü qardaşı X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərаrdаddаn 10 gün müddətində Şəki Аpelyаsiyа Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vаsitəsilə Аzərbаycаn Respublikаsı Ali Məhkəməsinə (АZ-1025, Bаkı şəhəri Yusif Səfərоv küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-594/2019
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-594/2019
26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver