Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-6/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, üçüncü şəxslər X3 və Şəki Rayonu Turan Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “Şəki Rayonu Turan Bələdiyyəsinin 18.02.2006-cı il tarixli 02 nömrəli qərarı ilə 40 il müddətinə icarəsinə verilmiş 25 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2-1(84)- 621/2019 nömrəli qərardadından üçüncü şəxs qismində cəlb olunması barədə X1 ərizəsinə baxaraq, Müəyyən etdi: Şəki rayonu Turan bələdiyyəsinin 18 fevral 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən, bələdiyyə üzvlərinin rəyi ilə bələdiyyə mülkiyyətində olan 25 ha örüş torpaq sahəsi 40 il müddətinə iddiaçının icarəsinə verilmiş, torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən sxem tərtib edilərək bələdiyyə tərəfindən təsdiq edilmiş, tərəflər arasında həmin tarixdə icarə müqaviləsi bağlanılaraq torpaq sahəsindən istifadə qaydaları, icarə haqqı məbləği və sair şərtlər razılaşdırılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 01 mart 2019-cu il tarixli **********45 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina edərək əsas gətirmişdir ki, icarə müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən təsdiq edilməmiş, qeydiyyatdan keçirilməmiş, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əks olunan torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır. Mövcud qanunvericiliyə əsasən, örüş sahələrinin 15 il müddətinə icarəyə verilməsi nəzərdə tutulsa da, mübahisəli torpaq sahəsi 40 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququ tanındıqdan sonra icarəyə verilməsi üçün hərraca çıxarıla bilər. Mübahisəli torpaq sahəsinin bələdiyyə qərarı və müqavilə əsasında onun icarəsinə verildiyini, 2006-cı il tarixdən həmin torpaq sahəsinin faktiki olaraq istifadəsində olduğunu əsas gətirən iddiaçı imtinanı əsassız hesab edərək hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan 29 mart 2019-cu il tarixli **********24 nömrəli məktubla iddia tələbinə etiraz edərək etirazını imtina dəlilləri ilə əsaslandırmışdır. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 23 avqust 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və həmin torpaq sahəsi üzərində başqa şəxslərin hüquqlarının qeydiyyatı mövcud deyil. İddiaçının faktiki istifadəsində olan 25 ha torpaq sahəsi X=693917,4591 Y=4523482,1715, X=693968,0314 Y=4523502,5063, X=693937,5377 Y=4523588,2298, X=694001,2588 Y=4523684,0653, X=694098,7227 Y=4523607,6131, X=694224,3564 Y=4523489,5050, X=694507,0499 Y=4523207,6430, X=694594,3248 Y=4523072,3730, X=694459,6911 Y=4522858,9436, X=694350,1821 Y=4522917,4173, X=694194,0889 Y=4522990,7411 koordinatlar daxilində yerləşir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (Rüfət Məcidov) 07 oktyabr 2019-cu il tarixli 2- 1(84)-622/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Turan bələdiyyəsinin 18 fevral 2006-cı il tarixli 02 nömrəli qərarı ilə 40 il müddətinə icarəsinə verilmiş X=693917,4591 Y=4523482,1715, X=693968,0314 Y=4523502,5063, X=693937,5377 Y=4523588,2298, X=694001,2588 Y=4523684,0653, X=694098,7227 Y=4523607,6131, X=694224,3564 Y=4523489,5050, X=694507,0499 Y=4523207,6430, X=694594,3248 Y=4523072,3730, X=694459,6911 Y=4522858,9436, X=694350,1821 Y=4522917,4173, X=694194,0889 Y=4522990,7411 koordinatlar daxilində yerləşən 25 ha torpaq sahəsinə Şəki rayon Turan bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş Sxemə uyğun olaraq İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və həmin torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi, mütəxəssisə ödənilməli olan 380,98 manat haqqın məbləğinin İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (VÖEN **********, Kapitalban ASC-nin Xətai Filialı, Filialın Kodu: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ01 ******* **********4, Benefisiarın Hesabı: AZ23AİİB********** 37017781 07) ödənilməsi qərara alınmışdır. Qərar qəbul edildikdən sonra X3 ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmənin 07 oktyabr 2019-cu il tarixli, 2-1(84)621/2019 nömrəli qərarının ləğv edilməsi və özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(107)-717/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Fuad Abbasov kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 20 dekabr 2019cu il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyul 2020-ci il tarixli, 2-1(107)- 256/2020 saylı qərardadı məhkəmə torpaqşünаslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Müstəqil Ekspertizа Mərkəzi MMC-yə həvаlə edilmiş, ekspertizanın aparılması nəticələrinə dair rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bundan sonra X1 üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina etməsinə dair ərizəsi Şəki Apellyasiya Məhkəməsinə daxil olduğundan hazırkı iş üzrə icraat təzələnmişdir. İşə apellyasiya icraatında baxılarkən X3 ərizəsinin məzmununa uyğun izahat vermişdir ki, o, İddiaçı Şəki Rayonu Turan Bələdiyyəsinin 18.02.2006-cı il tarixli 02 nömrəli qərarı ilə 40 il müddətinə icarəsinə verilmiş 25 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair Şəki Apellyasiya Məhkəməsində olan işinə üçüncü şəxs qismində cəlb olunması ilə bağlı verdiyi ərizəsindən imtina etdiyini, İddiaçı icarəsində olan 25 ha örüş torpaq sahəsinə dair heç bir iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını, ona görə də özünün hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair tələbindən imtina etdiyini və iş həmin hissə üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iiştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Şəki Rayonu Turan Bələdiyyəsinin nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda X1 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizəsinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası X1 “üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina etməsi”nə dair ərizəsini və tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, X1 ərizəsi qəbul edilərək onun hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizəsi ilə bağlı icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -55.1-ci maddəsinə əsasən, Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. -55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. -55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şərh olunan normativ hüquqi aktda ərizəçinin ərizəsinə əsasən, onun üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina etməsi birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun (ərizəçinin) iradəsinə uyğun olaraq başa çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və ərizəçinin belə ərəzəsi faktiki onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina edilməsi və həmin ərizə üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi ilə nəticələnə bilər. Başqa sözlə, ərizəçi öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəmə kollegiyasına üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina barədə ərizə verdikdə, bu o anlama gəlir ki, ərizəçi üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizənin məhkəmə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində göstəilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər... Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İnzibati işin materiallarından görünür ki, X1 üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizəsindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə X1 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsindən imtina ərizəsi nəzərə alınaraq üçüncü şəxs qismində cəlb edilmə ilə bağlı icraata xitam verilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95.3 və 95.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X1 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizəsindən imtinası qəbul edilsin. X1 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-6/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-6/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver