Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-6/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası” Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 tərəfindən qanunsuz söküldüyündən, həmin cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100000 manat və həmin tikilinin dəyərinin əvəzi olaraq 105000 manat pulun tutulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)- 18/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı (üçüncü şəxs: Cavabdeh3) “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası”nın Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 tərəfindən əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pul tutulması və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyərinin 80.000 manat və mənəvi zərər 100.000 manatın cavabdehlərdən tutulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı- Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən “yeməkxana binası” İddiaçı mülkiyyətində olmuşdur. Qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən tikintinin ümumi sahəsi 90,9 kv.m təşkil edir. 29 aprel 2020-ci il tarixdə Cavabdeh1 əməkdaşları həmin qeyri-yaşayış sahəsini heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan qanunsuz olaraq sökmüşlər. Söküntüyə etiraz bildirilsə də, buna əhəmiyyət verilməmişdir.
3. İddiaçı iddia ərizəsində göstərilən cavabdeh orqan Ağsu RİH-ə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Ağsu RİH xx.xx.2020-ci il tarixli 745-yvm nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının 14 avqust 2002-ci il tarixdə rayonun Aratlı Curuğlu kənd sakini X2 alqı-satqı müqaviləsi ilə aldığı Bakı-Qazax şosse yolunun 150,1 km-də, yolun sağ tərəfində 39 kv.m sahədə yerləşən ümumi sahəsi 10,4 kv.m olan yeməkxana binası yolun mühafizə zolağında və meşə fonduna aid ərazidə qanunsuz tikilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən rayon İcra Hakimiyyətinə təqdim olunan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis" Departamenti Yolların Mühafizəsi Xidməti MMC-nin hələ 27 dekabr 2004-cü il tarixdə iddiaçıya ünvanlanan 01/92 saylı məktubundan bir daha aydın olur ki, iddiaçıya məxsus kafenin nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədən qurğuları sökülmüş, lakin kafenin mühafizə zolağına düşən 5 metrlik hissəsinin də kənarlaşdırılması tələb olunmuşdur. Lakin iddiaçının 30 noyabr 2004-cü il tarixli ərizəsi nəzərə alınaraq kafenin söküntüsü gələcəkdə yolun genişləndirilməsi və layihələndirilməsi zərurəti yaranacağı halda sökülüb yol oxuna nisbətində 30 metr məsafəyə çəkilməsi iddiaçı tərəfindən həyata keçiriləcəyi şərti ilə dayandırılmışdır.
4. Bundan əlavə yeməkxananın yerləşdiyi ərazi X57 X20 meşəbəyliyi 8 saylı meşə dolayının 32-ci kvartalının 28-ci bölməsində yerləşməklə meşə fonduna aiddir. Müqavilə şərtlərinə əsasən iddiaçıya istifadə üçün verilən ərazidə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli olduğu halda buna əməl edilməmiş və orada əsaslı tikinti aparılmışdır.
5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinin Şamaxı Regional X21 rayon İcra Hakimiyyətinə təqdim etdiyi 03 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubdan aydın olur ki, iddiaçı tərəfindən müqavilə şərtlərinin kobud şəkildə pozulduğuna görə inşa olunan qanunsuz əsaslı tikili iddiaçının qardaşı X7 iştirakı ilə Şamaxı Regional X21 əməkdaşları tərəfindən sökülmüş və sökülən tikinti materialları iddiaçının ünvanına aparılmışdır.
6. Digər cavabdeh orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 xx.xx.2020-ci il tarixli 524 nömrəli məktubunda iddiaçıya bildirmişdir ki, göstərilən obyektin ərazisi Şamaxı RMTM-nin sərhədləri daxilindədir və həmin obyekt Ağsu səhər sakini X34 ilə keçmiş X58 və Bərpası Müəsissəsi arasında istirahət rekreasiya məqsədi ilə 0,20 ha sahədə xx.xx.2004-cü il tarixli 283 saylı müqavilə 1 (bir) il müddətinə bağlanılmış, xx.xx.2005-ci il tarixdə müqavilənin müddəti bitmişdir. İddiaçının qardaşı Lətif Cəfərov ərazidə inşa olunmuş tikililərin sökülməsi üçün Mərkəzin əməkdaşlarından ona köməklik göstərilməsini xahiş etmiş, iddiaçının qardaşı X34 ilə birgə Şamaxı RMTM-nin əməkdaşları və Cavabdeh1 sosial işçilərinin köməkliyi ilə tikililər sökülərək ərazidə olan inşaat materialları L.Cəfərov tərəfindən ərazidən daşınmışdır.
7. İş üzrə üçüncü şəxs Maliyyə Nazirliyi xx.xx.2020-ci il tarixli 15/05-258-3260 nömrəli məktubunda iddiaçıya bildirmişdir ki, ona məxsus iaşə obyektinin Cavabdeh1 tərəfindən sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə 2020-ci il 15 iyun tarixli ərizəyə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılmışdır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyində dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh3 öhdəlik daşıması nəzərdə tutulmamışdır. Eyni zamanda müraciətdən məlum olur ki, Cavabdeh1 tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış məktublarda iddiaçıya məxsus iaşə obyektinin həmin İcra Hakimiyyəti tərəfindən sökülmədiyi qeyd olunmuşdur.
8. Birinci instansiya məhkəməsinin sərəncamının icrasını təmin etmək məqsədilə cavabdeh Ağsu RİH xx.xx.2020-ci il tarixli 529-xm nömrəli məktubunda qeyd etmişdir ki, iddia tələbi əsassızdır və bu səbəblə də təmin edilməməlidir. Belə ki, Respublika ərazisində turizmin inkişafı ilə bağlı Şimal-Qərb turizm koridoru-kommersiya obyektlərinin inkişaf konseptinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, X24, peşəkar memarlar və aidiyyəti qurumların nümayəndələri tərəfindən Muğanlı-İsmayıllı və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində fəaliyyət göstərən iaşə obyektlərinə vizual baxış keçirilmiş və əksər obyektlərin sanitar-gigiyenik tələblərə, Tikinti Norma və Qaydalarına uyğun olmadığı, mənəvi cəhətdən köhnəldiyi, yolun mühafizə zolağında tikildiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müqavilələri olmadığı müəyyən edilmişdir. Həmin obyektlərin sahibləri ilə söhbətlər aparılmış, obyektlərin X24 Şamaxı nümayəndəliyi tərəfindən verilmiş pulsuz layihə əsasında yenidən rekonstruksiya olunması barədə razılığa gəlinmiş və sahibkarlar tərəfindən tikinti-quraşdırma işlərinə başlanılmışdır. Tikinti Quraşdırma işləri Azərbaycan Prezidenti Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və X24 ciddi nəzarəti altında aparılmışdır.
9. Söküntü materiallarının daşınması və digər işlərin görülməsində müraciətləri əsasında RİH tərəfindən sahibkarlara müvafiq köməkliklər göstərilmişdir.
10. Bildirilmişdir ki, vətəndaşın 14 avqust 2002-ci il tarixdə rayonun Aratlı Curuğlu kənd sakini X3 alqı-satqı müqaviləsi ilə aldığı Bakı-Qazax şosse yolunun 150,1 km-də, yolun sağ tərəfində 39 kv.m sahədə yerləşən ümumi sahəsi 10,4 kv.m olan yeməkxana binası yolun mühafizə zolağında və meşə fonduna aid ərazidə qanunsuz tikilmişdir. Bununla əlaqədar onun tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim olunan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi "xxxx" Departamenti yolların Mühafizəsi Xidməti MMCnin hələ 27 dekabr 2004-cü il tarixdə ona ünvanlanan 01/92 saylı məktubundan bir daha aydın olur ki, ona məxsus kafenin nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədən qurğuları sökülmüş, lakin kafenin mühafizə zolağına düşən 5 metrlik hissəsinin də kənarlaşdırılması tələb olunmuşdur. 30 noyabr 2004-cü il tarixli ərizəsi nəzərə alınaraq kafenin söküntüsü gələcəkdə yolun genişləndirilməsi və layihələndirilməsi zərurəti yaranacağı halda sökülüb yol oxuna nisbətində 30 metr məsafəyə çəkilməsi onun tərəfindən həyata keçiriləcəyi şərti ilə dayandırılmışdır. Bundan əlavə, yeməkxananın yerləşdiyi ərazi X57 X20 meşəbəyliyi 8 saylı meşə dolayının 32-ci kvartalının 28-ci bölməsində yerləşməklə meşə fonduna aiddir. Müqavilə şərtlərinə əsasən ona istifadə üçün verilən ərazidə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fond torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli olduğu halda buna əməl edilməmiş və orada əsaslı tikinti aparılmışdır. 2004-cü ildə X48 və Bərpası Müəssisəsi ilə hüquqi qüvvəsi olmayan bir il müddətində icarə müqaviləsi bağlanılmışdır. Bundan sonrakı illərdə isə fəaliyyət göstərməsi üçün müqavilə bağlanılmamışdır.
11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 Rayon İcra Hakimiyyətinə təqdim etdiyi 03 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubdan aydın olur ki, İddiaçı tərəfindən müqavilə şərtlərinin kobud şəkildə pozulduğuna görə inşa olunan qanunsuz əsaslı tikili qardaşı X7 iştirakı ilə Şamaxı Regional X21 əməkdaşları tərəfindən sökülmüş və sökülən tikinti materialları ünvanına aparılmışdır.
12. Əlavə olaraq ona bildirilmişdir ki, ərazidə tikinti quraşdırma işlərinə başlayacağı təqdirdə inşa ediləcək obyekt üçün ona da X24 Şamaxı şəhərində yerləşən xüsusi ayrılmış nümayəndəsi tərəfindən layihə xərci ödənilmədən tikinti layihəsi təqdim ediləcəkdir. Həmçinin, İddiaçı izah edilmişdir ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etmək hüququ vardır. İddiaçı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı xx.xx.2002-ci il tarixli, qeydiyyat vəsiqəsinə və həmin idarə tərəfindən verilmiş, avqust 2002-ci tarixli, texniki pasporta münasibətdə bildirilmişdir ki, verilmiş hər iki sənəd saxta olmaqla heç bir təsdiqləyici hüquqi əsası olmamışdır. Belə ki, Ağsu RİH başçısının 20 fevral 1998-ci il tarixli, 33 N-li Sərəncamına əsasən Ağsu rayonu İİ Aratkənd kənd sakini X8 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı-Qazax şosse yolunun 150,1 km-də yol oxundan 40 metr aralı yolun sağında 39,0 kv.m (3x13m) torpaq sahəsi ayrılmışdır. Sərəncama uyğun olaraq X11 tərəfindən ayrılan ərazidə 3x4 metr ölçülərdə, divarı ağac materialı, dam örtüyü ağac materialı və şifer, döşəməsi taxta, qapısı dəmir listdən ibarət olan yeməkxana tikilmişdir. Yeməkxana köşkünə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 5 mart 1998-ci il tarixli, 03 nömrəli Reyestr kitabında 03 səhifədə 04 nömrəsi ilə qeydə alınmış, 09 nömrəli qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir.
13. Həmin sənədlər əsasında yeməkxana köşkü mülkiyyətçi X11 tərəfindən 2002-ci il 14 avqust tarixdə Şamaxı Dövlət Notariat Kontorunda 4Ə-2-254 Reyestr alqı-satqı müqaviləsi əsasında Ağsu şəhər sakini İddiaçı satılmışdır.
14. İddiaçı 2004-2005-ci illərdə aldığı 3x4 metr ölçüdə yeməkxana köşkünü sökərək həmin yerin arxa hissəsində (meşə ərazisində) heç bir sərəncam və torpaqayırma sənədi almadan, özbaşına 90,9 kv.m sahəsi olan yeməkxana binası tikmişdir. Həmin tikiliyə isə 2002-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitekura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqısatqı müqaviləsi əsasında 38 N-li saxta qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Hansı ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Ağsu rayonu İİ Aratkənd kənd sakini X6 adına verilmiş 05 mart 1998-ci il tarixli, 04 reyestr N-si ilə qeydə alınan inventar N 85, 09 N-li qeydiyyat vəsiqəsi əsasında aparılmışdır.
15. Göründüyü kimi, İddiaçı 90,9 kv.m ölçüdə olan metal borular üzərində divarları bişmiş kərpic, çardağı metal uqolnik, dam örtüyü şifer, tavanı lambir, döşəməsi taxta, qapıları taxta materialından olan özbaşına tikilmiş yeməkxana binasına verilmiş, 4 sentyabr 2002-ci tarixli, 38 nömrəli qeydiyyat vəsiqəsinin və 14 avqust 2002-ci il tarixli, texniki pasportun heç bir hüququ əsası olmamışdır.
16. Ona görə də özbaşına və qanunsuz tikilən 90,9 kv.m ölçüdə olan yeməkxana binasına İddiaçı kompensasiya və sair tələblərinin heç bir hüquqi əsası yoxdur.
17. Ağsu RİH xx.xx.2021-ci il tarixli məktubu ilə Şamaxı Regional MTM-in ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Ağsu RİH-nin 20 fevral 1998-ci il tarixli 33 saylı sərəncamı ilə Bakı-Qazax şossesinin 150,1 km-də Ağsu dolaylarında meşə fonduna aid torpaq sahəsində 90,9 kv.m ölçüdə yeməkxana tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Həmin 90,9 kv.m ölçüdə olan yeməkxana binası Ağsu şəhər sakini İddiaçı tərəfindən özbaşına və qanunsuz tikilmişdir. RİH başçısının 20 fevral 1998-ci il tarixli, 33 saylı sərəncamının 90,9 kv.m ölçüdə tikilən yeməkxana binası ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, Ağsu RİH başçısının 20 fevral 1998-ci il tarixli 33 saylı Sərəncamına əsasən Ağsu rayonu İİ Aratkənd kənd sakini X8 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı-Qazax şosse yolunun 150,1 km-də yol oxundan 40 metr aralı yolun sağında 39 kv.m (3x13) torpaq sahəsi ayrılmışdır. Sərəncama uyğun olaraq X11 tərəfindən ərazidə 3x4 metr ölçüdə, divarı ağac materialı, dam örtüyü ağac materialı və şifer, döşəməsi taxta, qapısı dəmir listdən ibarət olan yeməkxana tikilmişdir. Yeməkxana köşkünə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 5 mart 1998-ci il tarixli, 03 №-li Reyestr kitabında 03 səhifədə 04 №-si ilə qeydə alınmış, 09 №-li qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir. Yeməkxana köşkü məhz həmin sənədlər əsasında X11 tərəfindən 2002-ci il 14 avqust tarixdə Şamaxı Dövlət Notariat Kontorunda 4-Ə-2-254 Reyestr alqı-satqı müqaviləsi əsasında Ağsu şəhər sakini İddiaçı satılmışdır. Bildirilmişdir ki, İddiaçı İİ Aratkənd kənd sakini X4 aldığı 10,4 kv.m ölçüdə olan yeməkxana köşkü meşə fonduna aid ərazidə deyil, Bakı-Qazax şosse yolunun mühafizə zolağında tikilmişdir.
18. Bu fakt Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi "xxxx" Departamenti yolların Mühafizəsi Xidməti MMC-nin hələ 27 dekabr 2004-cü il tarixdə X12 ünvanladığı 01/92 saylı məktubla də bir daha təsdiqlənir.
19. Məktubdan aydın olur ki, ona məxsus kafenin nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədən qurğuları sökülmüş, lakin kafenin yolun mühafizə zolağına düşən 5 metrlik hissəsinin də kənarlaşdırılması tələb olunmuşdur. 30 noyabr 2004-cü il tarixli ərizəsi nəzərə alınaraq kafenin söküntüsü gələcəkdə yolun genişləndirilməsi və layihələndirilməsi zərurəti yaranacağı halda sökülüb yol oxuna nisbətində 30 metr məsafəyə çəkilməsi onun tərəfindən həyata keçiriləcəyi şərti ilə dayandırılmışdır. Bundan sonra İddiaçı 2004-2005-ci illərdə aldığı 3x4 ölçüdə yeməkxana köşkünü sökərək həmin yerin arxa hissəsində (meşə ərazisində) heç bir sərəncam və torpaqayırma sənədi almadan 90,9 kv.m sahəsi olan yeməkxana binasını özbaşına tikmişdir. Həmin tikiliyə isə 2002-ci ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4-Ə-2-254 Reyestr saylı alqısatqı müqaviləsi əsasında 38 №-li saxta qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Hansı ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun 14 avqust 2002-ci il tarixli, 4Ə-2-254 Reyestr saylı alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Ağsu rayonu İİ Aratkənd kənd sakini X6 adına verilmiş 05 mart 1998-ci il tarixli, 04 reyestr №-si ilə qeydə alınan inventar № 85, 09 №-li qeydiyyat vəsiqəsi əsasında aparılmışdır.
20. Göründüyü kimi İddiaçı 90,9 kv.m ölçüdə olan metal borular üzərində divarları bişmiş kərpic, çardağı metal uqolnik, dam örtüyü şifer, tavanı lambir, döşəməsi taxta, qapıları taxta materialından olan özbaşına tikilmiş yeməkxana binasına verilmiş, 4 sentyabr 2002-ci tarixli, 38 №-li qeydiyyat vəsiqəsinin və 14 avqust 2002-ci il tarixli, texniki pasportun heç bir hüququ əsası olmamışdır.
21. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin Şamaxı Regional X21 ötən 20 il müddətdə Ağsu şəhər sakini İddiaçı 90,9 kv.m ölçüdə yeməkxana binası üçün Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma kadastrı İdarəsi tərəfindən verilmiş 04 sentyabr 2002-ci il tarixli, 38 nömrəli qeydiyyat vəsiqəsinin və Ağsu RİH-nin 20 fevral 1998-ci il tarixli, 33 saylı sərəncamının etibarsız həsab edilməsi ilə bağlı iddia tələbi üçün kifayət qədər vaxtı olmuş və həmin yeməkxana onun nəzarəti altında fəaliyyət göstərmişdir.
22. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixli “iddia ərizəsinə əlavə” məktubu ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33ni, üçüncü şəxs qismində Cavabdeh1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini və Cavabdeh3 qeyd etmiş və “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən BakıQazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş yeməkxana binasının Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 tərəfindən əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pul tutulması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyərinin 80.000 manat və mənəvi zərər 100.000 manatın cavabdehdən tutulması və cavabdehin kifayət qədər vəsaiti olmadığı təqdirdə həmin vəsaitin dövlət büdcəsinin vəsaiti hesabına üçüncü şəxs-Maliyyə Nazirliyinə yönəldilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-193/2021 nömrəli qərardadı ilə (hakim İlqar Cabbarov) ərizə icraata qəbul edilmişdir.
24. İş üzrə üçüncü şəxs Maliyyə Nazirliyi tərəfindən “iddia ərizəsinə əlavə”yə etiraz edilərək xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir.
25. Belə ki, iddia ərizəsinə əlavədə cavabdehin kifayət qədər vəsaiti olmadığı təqdirdə həmin vəsaitin dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə prosesində 3-cü şəxs olan Maliyyə Nazirliyinə yönəldilməsi tələbi nəzərdə tutulur. Bununla əlaqədar qeyd edilir ki, Maliyyə Nazirliyi prosesdə cavabdeh deyil, üçüncü şəxsdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin mahiyyətindən də məlum olduğu kimi məhkmə qətnaməsi təmin ediləcəyi halda, hər hansı bir öhdəliyin yerinə yetirilməsi üçüncü şəxsin deyil, prosesin digər tərəfi olan cavabdehin üzərinə qoyula bilər.
26. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir.
27. Məktubda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
28. Digər tərəfdən iddiaçı ona mənəvi ziyan dəyməsi halını da sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar müəlliflik, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
29. Lakin iddiaçı C.Nüşabə yuxarıda sadalanan halları sübut edən faktlara əsaslanmamış və iddia ərizəsinə əlavəsində qeyd etdiyi əvvəlki vəziyyətin yenidən bərpası və ya bu mövcud olmadıqda vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia tələbi əsassızdır.
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin, iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır.
32. İş üzrə cavabdeh orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 xx.xx.2021-ci il tarixli, 574 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Şamaxı Regional X21 xidməti ərazisi olan Ağsu meşəbəyliyinin 08 saylı dolayının, 32-ci kvartalında İddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədləri tədqiq edərkən məlum olmuşdur ki, Ağsu rayon sakini İddiaçı 2002-ci il 14 avqust tarixdə alqı-satqı müqaviləsi ilə Bakı-Qazax şosesinin 150-ci kilometrində, Ağsu dolayında ümumi sahəsi 90,9 kv.m olan “yeməkxana binası” əldə etmiş və bu barədə Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ona 2002-ci il 04 sentyabr tarixli, 38 nömrəli qeydiyyat vərəqəsi verilmişdir.
33. İddiaçı yeməkxana binası üçün 2020-ci il 14 avqust tarixdə alqı-satqı müqaviləsi bağlayaraq, həmin əmlaka dair Ağsu rayonlararası X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi hüquqmüəyyənedici sənədi almağa nail olmuşdur. Həmçinin, bildirilmişdir ki, İddiaçı ilə Şamaxı RMTM arasında meşə fondu sahəsindən istifadədə və ya icarə ilə bağlı hər hansı müqavilə mövcud olmamışdır.
34. İddiaçının müxtəlif dövlət orqanlarına ünvanladığı müraciətlərin məzmunundan tam aydın görünür ki, 2020-ci ilin aprel ayının sonu və may ayının əvvəlində Cavabdeh1 tərəfindən adıçəkilən obyektin sökülməsi həyata keçirilmiş və söküntü rayon icra hakimiyyəti başçısı və müavininin birbaşa göstərişləri ilə rayon yaşıllaşdırma idarəsinin və mənzil istismar sahəsinin haqqı ödənilən ictimai işlərə cəlb edilmiş sosial işçilərinin köməkliyi ilə aparılmışdır.
35. Həmçinin, iddiaçı həmin məktublarında etiraf edərək bildirmişdir ki, obyekti sökülməmişdən əvvəl rayon icra hakimiyyəti başçısının müavini obyektin sökülməsi barədə iddiaçıya bir neçə dəfə göstəriş vermişdir.
36. Həmçinin, söküntünün qeyd alındığı video və fotoşəkillərdə həmin fəaliyyətin rayon yaşıllaşdırma idarəsinin rəisinin rəhbərliyi ilə həyata keçirildiyi açıq aydın görünür.
37. Lakin nədənsə iddiaçı yuxarıda müxtəlif dövlət orqanlarına ünvanladığı məktublarının məzmununa və ilk iddia tələbində göstərilənlərin tam əksinə olaraq söküntünün əvvəl qeyd etdiyi kimi “cavabdeh” rayon icra hakimiyyəti tərəfindən deyil yeni cavabdeh qismində qeyd etdiyi Şamaxı Regional X33 tərəfindən aparıldığını bildirmişdir.
38. Cavabdeh1 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 745-gvm nömrəli məktubunda respublika ərazisində turizmin inkişafı ilə bağlı Ağsu rayonunda şimal-qərb turizm koridoru kommersiya obyektlərinin inkişaf konseptinə uyğun olaraq X24, peşəkar memarlar və aidiyyəti qurumların nümayəndələri tərəfindən Muğanlı-İsmayıllı və Bakı- Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində fəaliyyət göstərən iaşə obyektlərinə vizual baxış keçirilmiş və əksər obyektlərin sanitar-gigiyenik tələblərə, Tikinti Norma və Qaydalarına uyğun olmadığı, mənəvi cəhətdən köhnəldiyi, yolun mühafizə zolağında tikildiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqaviləsi olmadığı müəyyən edilmiş və həmin obyektlərin sahibləri ilə söhbətlər aparılmış, obyektlərin layihə əsasında yenidən rekonstruksiya olunması barədə razılığa gəlinmiş və sahibkarlar tərəfindən tikinti quraşdırma işlərinə başlanıldığı bildirlmişdir. Həmçinin, məktubda iddiaçıya layihə xərci ödənilmədən tikinti layihəsinin təqdim ediləcəyi də bildirilmişdir.
39. Göründüyü kimi rayon sakini olan iddiaçı ilə aparılmış “müvafiq söhbət" nəticəsində iddiaçı obyektini sökmüş şəxsin kim olduğunu 1 il sonra dəqiqləşdirmiş və iddia tələbinə dəyişiklik edərək həmin obyektin sökülməsində heç bir marağı, texniki vasitəsi olmayan yalnız həmin obyektin meşə fondu torpaq sahəsində yerləşməsi səbəbi ilə söküntü zamanı həmin əşyaların və tikinti materiallarının meşə ərazisindən və yol kənarından daşınıb aparılmasında iddiaçının özünün xahişi ilə ona köməklik etmiş X21 olduğunu anlamış və buna görə də iddia tələbində meşə təsərrüfatını cavabdeh hesab etmişdir.
40. Cavabdeh orqan yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi ilə bağlı obyektin sökülməsində hər hansı bir formada marağı olmayan və analoji obyektlərin hazırda da həmin ərazi və ona yaxın yerlərdə fəaliyyət göstərməsinin Şamaxı Regional X21 fəaliyyət istiqamətləri ilə ziddiyyət təşkil etməməsi və yaxud bu tipli obyektlərə X21 qanuna zidd müdaxilə halları həyata keçirmədiyi və cavabdeh X33 tərəfindən söküntünün aparılması tutarlı dəlillərlə sübut olunmadığı səbəbindən iddia tələbinin X1rşı təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
42. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Ağsu RİH-nin nümayəndələri iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
43. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Maliyyə Nazirliyinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
44. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 10 mart 2022-ci il tarixli 2- 1(116)-18/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
45. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
46. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası” Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 tərəfindən qanunsuz söküldüyündən, əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pul tutulması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyərinin 80.000 manat və mənəvi zərər 100.000 manatın bu cavabdehlərdən tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
47. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, iş üzrə üçüncü şəxs olan Cavabdeh1 üçüncü şəxs qismində iştirakına xitam verilmiş və Cavabdeh1 inzibati iş üzrə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.
48. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizаları təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
49. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası” Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 tərəfindən qanunsuz söküldüyündən, həmin cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100000 manat və həmin tikilinin dəyərinin əvəzi olaraq 105000 manat pulun tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
50. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
51. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən "yeməkxana binası" onun mülkiyyətində olmuşdur. Qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən tikintinin ümumi sahəsi 90,9 kv.m təşkil edir. 29 aprel 2020-ci il tarixdə Cavabdeh1 əməkdaşları həmin qeyri-yaşayış sahəsini heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan qanunsuz olaraq sökmüşlər. Söküntüyə etiraz bildirilsə də buna əhəmiyyət verilməmişdir. Həmin anda o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş, lakin buna əhəmiyyət verilməmişdir. O, bu qanunsuzluqlarla bağlı cavabdehlərdən ilk olaraq Cavabdeh1nə, sonradan digər qurumlara müraciət etmişdir. Cavabdeh1nə müraciətində qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması və vurulmuş zərərin ödənilməsini xahiş etmişdir. Ünvanlanan cavabda qeyd edilmişdir ki, "X57 X20 meşəbəyliyi 8 saylı meşə dolayının 32-ci kvartalının 28-ci bölməsində yerləşməklə meşə fonduna aiddir. Müqavilə şərtlərinə əsasən Sizə istifadə üçün verilən ərazidə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fond torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli olduğunuz halda buna əməl edilməmiş və orada əsaslı tikinti aparılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 rayon icra hakimiyyətinə təqdim etdiyi 3 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubdan aydın olur ki, tərəfinizdən müqavilə şərtlərinin kobud şəkildə pozulduğuna görə inşa olunan qanunsuz əsaslı tikili qardaşınız X7 iştirakı ilə Şamaxı Regional X21 əməkdaşları tərəfindən sökülmüş və sökülən tikinti materialları ünvanınıza aparılmışdır." Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 21 iyul 2020-ci il tarixi, 524 saylı məktubundan görünür ki, göstərdiyiniz obyektin ərazisi Şamaxı RMTM-nin sərhədləri daxilindədir və həmin obyekt Ağsu şəhər sakini X34 ilə keçmiş X58 və Bərpası Müəssisəsi arasında istirahət rekrasiya məqsədi ilə 0,20 ha sahədə 05 aprel 2004-cü il tarixli 283 saylı müqavilə bir il müddətinə bağlanılmış 05 aprel 2005-ci il tarixdə müqavilənin müddəti bitmişdir. Bildiririk ki, qardaşınız Lətif Cəfərov ərazidə inşa olunmuş tikililərin sökülməsi üçün mərkəzin əməkdaşlarına ona köməklik göstərilməsini xahiş etmiş, qardaşınız X34 ilə birlikdə Şamaxı RMTM-nin əmədaşları və Ağsu rayonunda sosial işçilərinin köməkliyi ilə tikililər sökülərək ərazidə olan inşaat materialları L.Cəfərov tərəfindən ərazidən daşınmışdır. Tərəfindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı iddia qaldırılmış və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş "yeməkxana binası" Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 tərəfindən əvvəlki vəziyyətə qaytarılması, bununla bağlı cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100.000 manat pulun tutulması, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə məhkəmə qərarı çıxarılması mümkün olmadığı təqdirdə həmin tikilinin dəyəri 80.000 manatın və mənəvi zərər 100.000 manatın cavabdehlərdən tutulmasını xahiş etmişdir. Sonradan iddia tələbini dəyişərək cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33ndən tutulmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)-18/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Aşağıdakı əsaslara görə məhkəmənin qərarı ləğv edilməlidir. Birinci əsas ondan ibarətdir ki, onun ümumiyyətlə mülkiyyət hüququ guya yoxdur. Bu əsas gülünc olmaqla tamamilə qanunsuzdur. Həmin xüsusi mülkiyyət qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin əmlak notariat qaydada alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. O, Şamaxı Regional X21 cavabdeh İddiaçı, müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə və X9 qarşı İddiaçı Şamaxı rayon Dövlət Notariat Kontorunda 2002-ci il 14 avqust tarixdə bağlamış olduğu alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına rəsmiləşdirilmiş Ağsu meşəbəyliyinin 08 saylı dolayının, 32-ci kvartalında yerləşən 90.9 kv.m olan "yeməkxana binası”na dair Ağsu rayonlararası X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsinin 2002-ci il 04 sentyabr tarixli, 38 nömrəli qeydiyyat vərəqəsinin etibarsız hesab edilməsinə dair Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. X33 bu iddia ilə bir daha onun mülkiyyətində olan əmlakı sökdüyünü etiraf etmişdir. X51 X33 Şəki İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək icraatınızda olan 2-1(116)-193/2021 saylı (əvvəlki nömrəsi 2-1(116)-1355/2020 olan) inzibati işin icraatının Ağsu Rayon Məhkəməsində iş həll edilməyincə dayandırılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə Şamaxı Regional X21 iddiası əsassız hesab edilərək rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə Şəki İnzibati Məhkəməsinə təqdim edilmişdir, lakin onun preyudisiya qüvvəsi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin ikinci əsası onun guya həmin əmlakın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 sökülməsinin sübuta yetirməməsidir. Bu dəlil də əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 21 iyul 2020-ci il tarixi, 524 saylı məktubunda həmin qurum tərəfindən əmlakın sökülməsini təsdiq edir. Bundan əlavə Cavabdeh1 də həmin əmlakın məhz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 tərəfindən sökülməsini təsdiq etmişdir. Həmçinin, həmin məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 iddiası rədd edilmişdir və bu iddianı qaldırmaqla bu qurum obyektin sökülməsini faktiki olaraq öz üzərinə götürmüşdür. Yəni heç bir halda cavabdehlərin tikilini məhkəmə qərarı olmadan özbaşına sökmək hüququ olmamışdır. Mülkiyyətçi kimi onun bu qanunsuzluğa razılığı ola bilməz. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, ona mənəvi zərər vurulduğu sübuta yetirilməmişdir. Kiminsə xüsusi mülkiyyətinin qanunsuz olaraq sökülməsi zamanı həmin şəxsin sarsıntı keçirməsi mübahisəsizdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)-18/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
52. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və əvvəlki iclasda iştirak edən nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)-18/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdilər.
53. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 nümayəndəsi X35 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)-18/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
54. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümayəndələri X25 və X26 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)-18/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
55. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyinin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)-18/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
56. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Ağsu RİH başçısının xx.xx.1998-ci il tarixli 33 nömrəli Sərəncamından görünür ki, Ağsu rayonu İİ Aratkənd kənd sakini X8 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı-Qazax şosse yolunun 150.1 km-də, yol oxundan 40 metr aralı, yolun sağında 39.0 kv.m (3x13m) torpaq sahəsi ayrılmışdır. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən sözügedən yeməkxana köşkünə 5 mart 1998-ci il tarixli, 03 nömrəli Reyestr kitabında 03 səhifədə 04 nömrəsi ilə qeydə alınmış, 09 nömrəli qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 39.0 kv.m, tikintialtı sahənin 12 kv.m olduğu qeyd edilmişdir. xx.xx.2002-ci il tarixli qeyri-yaşayış binasının alqı-satqısına dair müqavilədə qeyd edilir ki, X11 xx.xx.2001-ci il tarixli 04 nömrəli qeydəalma vəsiqəsinə və Ağsu rayonlararası texniki inventarlaşdırma bürosunun xx.xx.2001-ci il tarixli 57 nömrəli arayışına əsasən özünə məxsus olan, Bakı-Qazax yolunun 150.1-ci km-də, 39.0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10.4 kv.m olan yeməkxana binasını İddiaçı satmışdır. 2002-ci ilin avqust ayında tərtib edilmiş, inventar nömrəsi 85 olan “Texniki pasport”un təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4ə-2-254 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı-Qazax yolunun 150.1-ci km-də yolun sağ tərəfindən yerləşən qeyri-yaşayış obyekti İddiaçı istifadəsinə verilmişdir. Texniki pasportda qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin 90.9 kv.m, tikintialtı sahənin 90.9 kv.m olduğu qeyd edilmişdir. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4ə-2-254 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş və xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 10-cu səhifədə 38 reyestr nömrəsi ilə qeydiyyata alınmış “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Bakı-Qazax yolunun 150.1-ci km-də yolun sağ tərəfindən yerləşən qeyri-yaşayış obyekti İddiaçı mülkiyyətinə verilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmədən görünür ki, əmlakın real bazar dəyəri 105.000 manat, likvid dəyəri isə 80.000 manat olaraq qiymətləndirilmişdir. Qiymətləndirmə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 2 iş günü müddətində aparılmışdır. Qiymətləndirmə zamanı xərc və əvəzetmə metodundan istifadə olunmuş, əmlaka aid olan bütün zəruri xüsusiyyətlər təhlil edilmiş və yekunda mövcud vəziyyətə əmlakın baza və cari satış (likvid) dəyəri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 xx.xx.2020-ci il tarixli 388 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvan sakini X29 əvvəlki illərdən istifadəsində olan iaşə obyekti Şamaxı RMTM-nin Ağsu meşəbəyliyi 8 saylı meşə dolayının 32-ci kvartalının 28-ci bölməsində yerləşir. Ərazidə inşa edilmiş tikili Muğanlı-Ağsu avtomobil yolunun mühafizə zolağında inşa edildiyi və müqavilənin şərtlərinə uyğun yüngül konstruksiyalı tikililərin inşa edilməsi halda, L.Cəfərov müqavilənin şərtlərini kobud şəkildə pozaraq əsaslı tikinti quraşdırma işləri aparmışdır. Mərkəzin əməkdaşları tərəfindən L.Cəfərovla birgə inşa edilmiş tikililər sökülmüş və sökülən tikinti materialları obyekt sahibi L.Cəfərov tərəfindən aparılmışdır. Söküntü işlərində ona edilən müraciətlər əsasında Ağsu rayonunda sosial işçilərin imkanlarından istifadə olunmuşdur. Cavabdeh1 başçısı aparatının xx.xx.2020-ci il tarixli 745-yvm nömrəli məktubuna əsasən, iddiaçı tərəfindən müqavilə şərtlərinin kobud şəkildə pozulduğuna görə inşa olunan qanunsuz əsaslı tikili iddiaçının qardaşı X7 iştirakı ilə Şamaxı Regional X21 əməkdaşları tərəfindən sökülmüş və sökülən tikinti materialları iddiaçının ünvanına aparılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 xx.xx.2020-ci il tarixli məktubuna əsasən, iddiaçının qardaşı Lətif Cəfərov ərazidə inşa olunmuş tikililərin sökülməsi üçün MƏrkəzin əməkdaşlarına ona köməklik göstərilməsini xahiş etmiş, qardaşı Lətif Cəfərov ilə birgə Şamaxı RMTM-nin əməkdaşları və Cavabdeh1 sosial işçilərin köməkliyi ilə tikililər sökülərək ərazidə olan inşaat materialları L.Cəfərov tərəfindən ərazidən daşınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının qardaşı Lətif Cəfərov ərazidə inşa olunmuş tikililərin sökülməsi üçün Mərkəzin əməkdaşlarına ona köməklik göstərilməsini xahiş etmiş, iddiaçının qardaşı Lətif Cəfərov ilə birgə Şamaxı RMTM-nin əməkdaşları və Cavabdeh1 sosial işçilərin köməkliyi ilə tikililər sökülərək ərazidə olan inşaat materialları Lətif Cəfərov tərəfindən ərazidən daşınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8339-9/9138 nömrəli ekspert rəyi ilə Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90.9 kv.m təşkil edən ictimai iaşə obyektinin (restoran) bərpası üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 23630,0 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90.9 kv.m təşkil edən ictimai iaşə obyektinin (restoran) bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
57. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
58. Azərbaycan Respublikası Konstitusiyası: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
60. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
61. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
62. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
63. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
64. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
65. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
66. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
67. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı ona mənəvi ziyan dəyməsi halını da sübut edə bilməmişdir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar müəlliflik, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iş üzrə iddiaçıya münasibətdə cavabdeh tərəfindən onun maraqlarının pozulmasına səbəb olan mübahisəli əmlakın söküntüsünün həyata keçirilməsi sübut olunmadığı kimi, mənəvi zərərin vurulması da sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, aparılmış soküntünün məhz cavabdeh tərəfindən aparılması və iddiaçının mənəvi zərər çəkməsinin sübut olunmaması səbəbindən, belə bir mənəvi zərərlə hərəkət və ya hərəkətsizlik arasındakı səbəbli əlaqənin araşdırılması zərurəti də aradan qalxmışdır.
68. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, Ağsu RİH başçısının xx.xx.1998-ci il tarixli 33 nömrəli Sərəncamı ilə, Ağsu rayonu İİ Aratkənd kənd sakini X8 fərdi əməklə məşğul olmaq üçün yeməkxana tikintisi altına Bakı- Qazax şosse yolunun 150.1 km-də, yol oxundan 40 metr aralı, yolun sağında 39.0 kv.m (3x13m) torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən sözügedən yeməkxana köşkünə 5 mart 1998-ci il tarixli, 03 nömrəli Reyestr kitabında 03 səhifədə 04 nömrəsi ilə qeydə alınmış, 09 nömrəli qeydiyyat vəsiqəsi və fevral 1998-ci il tarixli texniki pasportu verilmişdir. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 39.0 kv.m, tikintialtı sahənin 12 kv.m olduğu qeyd edilmişdir. xx.xx.2002-ci il tarixli qeyri-yaşayış binasının alqı-satqısına dair müqaviləyə əsasən, X11 xx.xx.2001-ci il tarixli 04 nömrəli qeydəalma vəsiqəsinə və Ağsu rayonlararası texniki inventarlaşdırma bürosunun xx.xx.2001-ci il tarixli 57 nömrəli arayışına əsasən özünə məxsus olan, Bakı-Qazax yolunun 150.1-ci km-də, 39.0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10.4 kv.m olan yeməkxana binasını İddiaçı satmışdır. Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4ə-2-254 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı-Qazax yolunun 150.1-ci km-də yolun sağ tərəfindən yerləşən qeyri-yaşayış obyekti İddiaçı istifadəsinə verilmişdir. Texniki pasportda qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin 90.9 kv.m, tikintialtı sahənin 90.9 kv.m olduğu qeyd edilmişdir.Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Şamaxı rayon Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli 4ə-2- 254 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş və xx.xx.2002-ci il tarixdə 01 nömrəli reyestr kitabında 10-cu səhifədə 38 reyestr nömrəsi ilə qeydiyyata alınmış “Qeydiyyat vəsiqəsi”nə əsasən, Bakı-Qazax yolunun 150.1-ci km-də yolun sağ tərəfindən yerləşən qeyri-yaşayış obyekti İddiaçı mülkiyyətinə verilmişdir.
69. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 xx.xx.2020-ci il tarixli 388 nömrəli məktubuna əsasən, ünvan 3 ünvan sakini X29 əvvəlki illərdən istifadəsində olan iaşə obyekti Şamaxı RMTM-nin Ağsu meşəbəyliyi 8 saylı meşə dolayının 32-ci kvartalının 28-ci bölməsində yerləşir. Ərazidə inşa edilmiş tikili Muğanlı-Ağsu avtomobil yolunun mühafizə zolağında inşa edildiyi və müqavilənin şərtlərinə uyğun yüngül konstruksiyalı tikililərin inşa edilməsi halda, L.Cəfərov müqavilənin şərtlərini kobud şəkildə pozaraq əsaslı tikinti quraşdırma işləri aparmışdır. Mərkəzin əməkdaşları tərəfindən Lətif Cəfərovla birgə inşa edilmiş tikililər sökülmüş və sökülən tikinti materialları obyekt sahibi Lətif Cəfərov tərəfindən aparılmışdır. Söküntü işlərində ona edilən müraciətlər əsasında Ağsu rayonunda sosial işçilərin imkanlarından istifadə olunmuşdur.
70. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış binası (yeməkxana) iddiaçının mülkiyyətindədir. Bununla yanaşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 mübahisə predmeti olan qeyri-yaşayış obyektinin həmin idarə tərəfindən söküldüyünü qeyd etmişdir.
71. Bununla bağlı, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qardaşı şahid X22 ifadəsində bildirdi ki, fevral ayından binanın sökülməsi ilə bağlı Cavabdeh1 tərəfindən təzyiqlər edilirdi. Pandemiya dövründə də Cavabdeh1 tərəfindən binanı sökmək üçün çağırılmışdır. Söküntüdə Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri, Meşə İdarəsinin işçiləri, Mənzil-İstismar İdarəsinin işçiləri iştirak etmişlər. Söküntü başlayanda orada olmamışdır, söküntü qurtardıqdan sonra getmişlər, bina söküldükdən sonra oradan heç nə götürməmişlər.
72. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X14 ifadəsində bildirdi ki, Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin rəisi vəzifəsində işləyir. Həmin idarə Cavabdeh1 tabeliyindədir. Cavabdeh1 başçısının tapşırığı ilə sökülmüş obyektin materiallarının yığışdırılması məqsədilə o və 3 nəfər işçisi orada iştirak etmişlər. Sökülmüş materiallar qazelə, lapedə yüklənirdi. Onlar gedəndə söküntü davam edirdi. Söküntünün kim tərəfindən hansı məqsədlə edildiyini bilməmişdir. X54 X21 işçiləri də olmuşdur. Söküntüdə onlar iştirak etməmişlər.
73. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş “CD disk”də olan video görüntülərdən də aydın olur ki, mübahisə predmeti olan qeyri-yaşayış obyekti Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri tərəfindən sökülür və obyektin söküntüsünə Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin rəisi vəzifəsində işləyən Namiq Mürsəlov rəhbərlik edir. Namiq Mürsəlov bildirir ki, obyektin sökülməsi ilə bağlı göstəriş Cavabdeh1 tərəfindən verilmişdir.
74. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X15 ifadəsində bildirdi ki, DOST İş Mərkəzi MMC-nin işçisidir. Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin müdiri Namiq Mürsəlovun göstərişi ilə bina söküləndən sonra söküntünün daşınmasında iştirak etmişdir. Digər obyektlərin də söküntülərinin daşınmasında iştirak etmişdir. Söküntülərin hara daşındığını, kimin həyətinə aparıldığını bilməmişdir.
75. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X23 ifadəsində bildirdi ki, Yaşıllaşdırma və Abadlaşdırma İdarəsində işləyir. Söküntünün olduğu yerə Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin müdiri Namiq Mürsəlovun göstərişi ilə obyekt söküldükdən sonra söküntünün qalanmasında iştirak etmək üçün getmişdir. Sökülən materialların kimin həyətinə aparıldığını bilməmişdir.
76. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid Şamaxı Regional X33ndə meşə gözətçisi işləyən X27 ifadəsində bildirdi ki, Cavabdeh1 müavini Mirqubad müəllim dedi ki, sözügedən obyekt söküləcək. Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin müdiri Namiq müəllim, Mənzil-İstismar İdarəsinin müdiri Hicab müəllim söküntüdə iştirak etmişlər. O, obyektin söküntüsünə başlayanda xahiş etmişdir ki, obyektin sahibi gəlsin sonra sökülsün. Obyekt sökülə-sökülə iddiaçının qardaşları və qardaşı uşaqları gəlib obyektdəki əşyaları daşıyıb evlərinə aparmışlar. Maşını da özləri tutmuşdular. Söküntü 2-3 gün davam etmişdir. Əşyaların daşınmasına onun işçiləri kömək etmişlər.
77. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid Şamaxı Regional X33ndə meşə gözətçisi işləyən X16 ifadəsində bildirdi ki, obyektin sökülməsində Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri, obyektin sahibləri iştirak etmişlər. Onlar isə söküntüdən sonra sökülən materialların yığışdırılması məqsədilə həmin yerə getmişlər. İddiaçının qardaşları isə sökülən materialları qazelə yığırdılar.
78. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid Şamaxı Regional X33ndə meşə gözətçisi işləyən X17, X30, X18 şahid X16 ilə eyni məzmunlu ifadə verdilər.
79. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X28 ifadəsində bildirdi ki, X57 X20 Meşəbəyliyində işləyir, sökülənləri yığışdırmaq üçün idarədən göstəriş verilmişdir. Obyekt sökülən vaxt orada bir traktor və bir qazel olmuşdur. Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçilərinin, sahiblərinin də iştirakı ilə sökülənlərin yığışdırıldığını görmüşdür, ancaq onların kim olduqları barədə məlumatı yoxdur. Obyektin sökülməsində iştirak etməmişdir.
80. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid Şamaxı Regional X33ndə meşə gözətçisi işləyən X31, X19 və X32 ifadələrində də bildirdilər ki, obyekti Şamaxı Regional X21 işçiləri sökməmişlər və obyektin kim tərəfindən söküldüyünü bilməmişlər.
81. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 nümayəndəsi X35 izahatında bildirdi ki, həqiqətən də obyekt Cavabdeh1 göstərişi ilə onun tabeliyində olan Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 xx.xx.2020ci il tarixli 388 nömrəli məktubu isə formal xarakterli olaraq tərtib edilmişdir.
82. Bundan əlavə “YouTube” internet saytında olan “Hurriyet TV” kanalı tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış binasında çəkiliş aparılmış və İddiaçı bununla bağlı həmin kanala müsahibə vermişdir. Həmin müsahibə zamanı iddiaçı onun mülkiyyətində olan “yeməkxana”nın Cavabdeh1 başçısının göstərişi əsasında İcra Hakimiyyətinin işçiləri tərəfindən turizmin inkişafı ilə bağlı söküldüyünü bildirmişdir.
83. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 xx.xx.2020-ci il tarixli 388 nömrəli məktubunda mərkəzin əməkdaşları tərəfindən Lətif Cəfərovla birgə inşa edilmiş tikililərin sökülməsi və sökülən tikinti materiallarının obyekt sahibi Lətif Cəfərov tərəfindən aparıldığı, Cavabdeh1 başçısı aparatının xx.xx.2020-ci il tarixli 745-yvm nömrəli məktubunda isə söküntü işlərinin Ağsu İcra Hakimiyyəti tərəfindən aparılmadığı qeyd edilsə də məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma və məhkəmə kollegiyasının iclasında iştirak edən şahid ifadələri ilə də müəyyən edildi ki, iddiaçıya məxsus qeyriyaşayış obyekti (yeməkxana) Cavabdeh1 göstərişi ilə İcra Hakimiyyətinin, eyni zamanda Cavabdeh1 tabeliyində olan Mənzil-İstismar İdarəsinin və Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X21 xx.xx.2020ci il tarixli 388 nömrəli məktubu göründüyü kimi formal xarakterli tərtib edilmişdir.
84. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını, şahidlərin kollegiyanın iclasında verdikləri izahatları, ekspert rəyini nəzərə alaraq qeyd edir ki, iddiaçıya məxsus olan qeyriyaşayış binası (yeməkxana) Cavabdeh1 və onun tabeliyində olan Mənzil-İstismar İdarəsinin və Yaşıllaşdırma və Abadlaşdırma İdarəsinin işçiləri tərəfindən sökülmüş, bununla iddiaçıya maddi ziyan dəymişdir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan məktublar və şahidlərin kollegiyanın iclasında verdikləri izahatlardan da görünür ki, obyekt söküldükdən sonra iddiaçının qardaşı tərəfindən sökülən materiallar və qalan əşyalar aparılmışdır.
85. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13- cü maddəsində öz əksini tapmışdır: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin layaqəti əleyhinə istifadə edilə bilməz.
86. Göründüyü kimi, iddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və məhkəmə kollegiyası tərəfindən Cavabdeh1 hərəkətlərinin qanunsuzluğu öz təsdiqini tapdığından, məhkəmə kollegiyası tərəfindən iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəmə tikintitexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizаları təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmişdir.
87. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8339-9/9138 nömrəli ekspert rəyi ilə Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90.9 kv.m təşkil edən ictimai iaşə obyektinin (restoran) bərpası üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 23630,0 manat məbləğində müəyyən olunmuş, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90.9 kv.m təşkil edən ictimai iaşə obyektinin (restoran) bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
88. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası” Cavabdeh1 tərəfindən qanunsuz söküldüyündən, həmin tikilinin dəyərinin əvəzi olaraq 105000 manat pulun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulması ilə bağlı tələbi qismən əsaslıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8339-9/9138 nömrəli ekspert rəyi ilə Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 kmdə, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90.9 kv.m təşkil edən ictimai iaşə obyektinin (restoran) bərpası üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 23630,0 manat məbləğində müəyyən olunmuşdur. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilərək, Cavabdeh1ndən iddiaçının xeyrinə 23630,0 manat tutulmalıdır.
89. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası” Cavabdeh1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional X33 tərəfindən qanunsuz söküldüyündən, həmin cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 100000 manat pulun tutulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
90. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur.
91. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə iddiaçıya hər hansı qaydada mənəvi zərər vurulması sübut olunmadığından, iddiaçıya mənəvi zərərin ödənilməsi tələbi barədə iddiası əsassız olmuşdur.
92. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş və nəticədə məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri baxımından mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmişdir.
93. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh1ndən İddiaçı xeyrinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı-Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası”nın dəyərinin əvəzi olaraq 23630,0 manat pul tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizаlarının xərci olan 100 (bir yüz) manat Cavabdeh1ndən tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülməlidir.
94. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2-1(116)-18/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh1ndən İddiaçı xeyrinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 38 saylı 04 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı- Qazax yolunun (Ağsu dolaylarının) 150 km-də, yolun sağ tərəfində yerləşən ümumi sahəsi 90,9 kv.m təşkil edən və sökülmüş “yeməkxana binası”nın dəyərinin əvəzi olaraq 23630,0 manat pul tutulsun. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizаlarının xərci olan 100 (bir yüz) manat Cavabdeh1ndən tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.