Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-6/2025 20.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X13 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “44 kv.m zəbt torpağının aralarında olan sərhəddə qeyd edilərək, 1962-ci il tarixli texniki pasportun göstəriciləri nəzərə alınmaqla X25 və X14 məxsus xx.xx.2023-cü il tarixli Texniki Pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-1525/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X25 və X14 məxsus xx.xx.2023-cü il tarixli Texniki Pasportda ilkin sənədlərə uyğun düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il, 2-1(116)-1525/2023 nömrəli qərardadı ilə X25 və X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. İddiaçı, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “X25 və X14 məxsus xx.xx.2023-cü il tarixli Texniki Pasportda ilkin sənədlərə (1962-ci il tarixli texniki pasport, xx.xx.1970-ci il tarixli torpaq qeydi, xx.xx.1974-cü il tarixli torpaq qeydi, xx.xx.1983-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.1983-cü il tarixli qeydəalma vəsiqəsi, xx.xx.1983-cü il tarixli müqavilənamə) uyğun düzəliş edilərək 44 kv.m zəbt torpağın aralarında olan sərhəddə qeyd edilməklə ona məxsus texniki pasportda əskik 22 kv.m torpağın da qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il, 2-1(116)-1525/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi icraata qəbul edilmişdir.
5. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı, növbəti dəfə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X25 və X14 məxsus 16.01 2023-cü il tarixli Texniki Pasporta 44 kv.m zəbt torpağının aralarında olan sərhəddə qeyd edilərək 1962-ci il tarixli texniki pasportun göstəricələri nəzərə alınmaqla düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
7. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - üçüncü şəxslə arasında olan məhkəmə mübahisələri xeyli müddətdir davam edir. Həmin mübahisə üçüncü şəxslə aralarında olan dar dalanın 86 sm olduğu halda iddiaçıya məxsus xx.xx.2019-cu il tarixli Texniki Pasportda 2.0 metr kimi göstərilməsi barədədir.
8. İddiaçıya məxsus xx.xx.2019-cu il tarixli Texniki Pasportda torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0196 ha, faktiki 0,0235 ha göstərilmişdir.
9. Üçüncü şəxsin atasına məxsus xx.xx.2019-cu il tarixli Texniki Pasportda isə torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0163 ha, faktiki 0,0207 ha qeyd edilmişdir.
10. İddiaçının adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportda torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0196 ha, faktiki 0,0235 ha kimi göstərilmişdir.
11. İddiaçının adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli Texniki Pasportda torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0257 ha, faktiki 0,0235 ha kimi göstərilmişdir.
12. Üçüncü şəxsə məxsus yeni Texniki Pasportda torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0163 ha, faktiki 0,0207 ha qeyd edilmişdir.
13. İddiaçının tərtib olunmuş xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli Texniki Pasportlarda torpaq sahəsinin ölçüsünün 0,0196 ha qeyd edilməsinin səbəbi məlum deyil. Nəhayət onun cavabdeh orqandan tələbi nəticəsində sənəd üzrə torpaq sahəsi xx.xx.2022-ci il tarixli Texniki Pasportda 0,0257 ha qeyd edilmişdir.
14. Hansı sənədə əsasən üçüncü şəxs onun mülkiyyətimdə olan evin ikinci pəncərəsinin qarşısından sərhəd qoyaraq divar hörmək istəyir. Heç bir məhkəmə qərarı ilə üçüncü şəxslə aralarında sərhəd müəyyən olunmamış, ekspertiza keçirilməmiş, mütəxəssis rəyi alınmamışdır.
15. Torpaq sahəsinin ümumi ölçüsü və tərəflərin sənəd üzrə və faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları müəyyən olunmamışdır.
16. Üçüncü şəxsə məxsus Texniki Pasportdan da göründüyü kimi onun zəbtində 44 kv.metr torpaq sahəsi var. Cavabdeh inzibati orqanın əməkdaşları hansı səbəbdənsə həmin zəbt torpağını onun evinin arxasında göstərirlər. Bu da üçüncü şəxsin yenidən onun mülkiyyətində olan torpağı zəbt etməsi ilə nəticələnir. Üçüncü şəxsə məxsus torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,0163 ha, faktiki 0.0207 ha qeyd edilmişdir.
17. Göstərilənlər nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir.
18. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: xx.xx.1932-ci il tarixdə hazırda İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsinə Sayat Nəbi qızı, Məmməd, Əhməd, İsrafil və Gülbahar İsmayıl uşaqlarının adına cəmi 415.0 kv.m torpaq sahəsinə Nuxa Mahal təsərrüfat şöbəsi tərəfindən torpaq qeydi tərtib edilmişdir. Sayat Nəbi qızı 1956-cı ildə vəfat etdikdən sonra sözügedən fərdi yaşayış evinə vərəsələri Həşimov İsrafil, Məmməd, Əhməd, Gülşən və Gülbahar İsmayıl uşaqlarının adına xx.xx.1966-cı il tarixdə Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin Kommunal təsərrüfat şöbəsi tərəfindən vəsiqə verilərək mülkiyyət hüquqları 2 saylı kitabın 55-ci vərəqəsində qeydiyata alınmışdır.
19. Həmin ilin iyul ayında 66.25 kv.m yaşyış sahəsi olan fərdi yaşayış evi və onun 415.2 kv.m həyətyanı torpaq sahəsinə Həşimov İsrafil, Məmməd, Əhməd, Gülşən və Gülbahar İsmayıl uşaqlarının adına Kommunal təsərrüfat şöbəsi tərəfindən torpaq qeydi verilmişdir.
20. xx.xx.1983-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Həşimov İsrafil, Məmməd, Əhməd və Gülşən İsmayıl uşaqlarının payları 4/5 hissədən ibarət olmaqla X11 adına miras payı qəbul edilmişdir.
21. xx.xx.1983-cü il tarixdə X21 4/5 hissə, Gülbahar İsmayıl qızı 1/5 hissə yazılmaqla ZDS İcraiyyə Komitəsinin texniki inventarizasiya bürosu tərəfindən 1854/55 saylı qeydəalma vəsiqəsi verilmişdir
22. X8 ona məxsus 1/5 hissədən ibarət olan payını xx.xx.1983-cü il tarixdə notariat qaydasında alqı-satqı yolu ilə X1, may 1983-cü il tarixdə X11 payı tam olmaqla qeydəalma vəsiqəsi ilə rəsmiləşdirilmişdir.
23. xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.
24. X21 xx.xx.2018-ci il tarixdə öldükdən sonra miras əmlakın xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəsi (arvadı) İddiaçı miras payı qəbul etmiş və xx.xx.2019-cu il tarixdə ********** qeydiyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
25. İddiaçı mübahisələndirdiyi ərazi və ya ərazilər Sayat Nəbi qızının (Həşimov Aydının nənəsi) adına Kommunal təsərrüfat şöbəsinin sentyabr 1962-ci il tarixdə tərtib etdiyi texniki pasportda öz əksini tapmışdır.
26. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi ilə X16 mülkiyyətində olan fərdi yaşayış evlərinin arasındakı 0.9 metr mübahisəli ərazidə 1962-ci ildə tərtib edilmiş texniki pasportda İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin çıxış pilləkəni olduğu göstərilmişdir. Hazırda həmin pilləkən sökülmüşdür. İddiaçı adına xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilmiş 3 saylı otağa giriş mübahisələndirilən X16 mülkiyyətinə verilmiş ərazidə yerləşir.
27. X16 mülkiyyətində olan fərdi yaşayış evinə 1974-cü ildə X3nun adına cəmi 163.1 kv.m torpaq sahəsi göstərilməklə Kommunal təsərrüfat şöbəsi tərəfindən torpaq qeydi verilmişdir.
28. X9 məxsus fərdi yaşayış evinə Texniki inventarizasiya bürosu tərəfindən iyun 1987-ci il tarixdə texniki pasport tərtib edilmiş və mübahisələndirilən ərazi həmin texniki pasportda öz əksini tapmışdır. X17 xx.xx.2017-ci ildə vəfat etdikdən sonra xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsələri X20 və X25 1/2 hissədə bərabər irs almışdırlar.
29. X16 və X12 mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
30. İddiaçı X16 paylı mülkiyyətində olan fərdi yaşayış evi ilə onun mülkiyyətində olan fərdi yaşayış evinin arasındakı ərazini və onun mülkiyyətində olan fərdi yaşayış evinə tərtib edilmiş texniki pasportun torpaq sahəsi haqqında məlumat hissəsində yazılmış 0,0257 ha sənəd üzrə torpaq sahəsini X16 paylı mülkiyytində olan torpaq sahəsindən azaldılaraq onun mülkiyyətinə verilməsini tələb edir. Buna səbəb isə onun mülkiyyətində olan fərdi yaşayış evinin pəncərəsinin qarşısının kəsildiyi və 3 saylı otağa girişin olmadığı ilə əsaslandırır. Bu mübahisələrlə bağlı müxtəlif vaxtlarda müxtəlif məhkəmə instansiyalarının qərarları vardır.
31. İddiaçı tərəfindən X6 adma verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli, **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi, həmçinin mərhum ərindən miras qalmış 415.2 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyat alınması məqsədi ilə xx.xx.2021-ci il tarixdə 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmişdir.
32. Vətəndaş İddiaçı müraciəti araşdırılaraq icrasından imtina edilmişdir. İmtina məktubu ilə razılaşmayan vətəndaş İddiaçı “cavabdehin 02 avqust 2021-ci il tarixli, **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X6 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli, **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415.2 kv.m torpaq sahəsinə özünün mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (116)-387/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
33. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-387/2022 saylı qərarı ilə razılaşmayan İddiaçı qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (107)- 152/2022 saylı qərarı ilə İddiaçı iddiası təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 387/2022 saylı qərarı qüvvədə saxlanılmışdır.
34. Bundan sonra İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (107)-152/2022 saylı qərarından kassasiya şikayəti verilmişdir.
35. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1823/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (107)- 152/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
36. X27 Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-127/2021 saylı qərarı icra olunaraq, İddiaçı adına xx.xx.2022- ci il tarixli, **********14-10301 reyestr nömrəli, 3230 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
37. X16 müraciəti əsasında Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 2V-1001 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X25 və X12 adlarına hər biri 1/2 hissə olmaqla **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 8465 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
38. Üçüncü şəxslər iddia tələbinə etirazlarını aşağıdakı kimi əsaslandırmışlar: tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı bir necə məhkəmə çəkişmələri olmuşdur ki, həmin məhkəmə çəkişmələrində də İddiaçı tələbləri uğursuz olmuşdur. İlkin olaraq iddiaçılar X25 və X22 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********14-10301 reyestr römrəli, ünvan 1 ünvanına aid, İddiaçı adına fərdi yaşayış evinə dair Texniki Pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
40. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərarından üçüncü şəxs İddiaçı tərəfindən apellvasiya şikayəti verilmişdir.
41. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2- 1(107)- 286/2021 saylı qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)- 127/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
42. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2- 1(107)- 286/2021 saylı qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır.
43. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1 (116)- 127/2021 saylı qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə göndərilmişdir.
44. Bundan sonra üçüncü şəxs İddiaçı qərəzli olaraq icra hərəkətinə süni manelər yaratmış, Azərbaycan Respublikası adından çıxarılmış qərarın icrasına imkan verməmiş və nəticədə qərar icrasız qalmışdır. Sonra iddiaçı X37 İnzibati Məhkəməsinə 21 oktyabr 2021-ci il tarixdə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarının icrasız qaldığını bildirərək, həmin qərarın icrasının təmin edilməsini xahiş etmişdir.
45. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarının icrası icra sənədi verilməklə Şəki rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır.
46. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(116)-127/2021 saylı qərardadından üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
47. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2- 1 (107)-467/2021 saylı qərardadı ilə üçüncü şəxs İddiaçı tərəfındən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)- 127/2021 saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.Həmin qərardaddan üçüncü şəxs İddiaçı tərəfındən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Resspublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2-1(102)- 291/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.
48. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 02 avqust 221-ci il tarixi **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi. X7 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlə qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixi **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415.2 kv.metr torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzrəinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
49. Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 saylı qərarı ilk iddia tələbi təmin edilməmişdir.
50. Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 saylı qərarından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
51. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2- 1(107)-152/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(116)-387/2022 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1 (107)- 152/2022 saylı qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2-1(102)-1823/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli 2-l( 107)-152/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
53. Belə ki, cavabdeh tərəfindən İddiaçı adına tərtib edilmiş reyestr nömrəsi ******* 15614-10301, inventar nömrəsi 3230 və tərtib edilmə tarixi xx.xx.2022-ci il tarixli olan fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. X36 Məhkəməsinin xx.xx.2021 - ei il tarixli 2- 1(116)-127/2021 nömrəli qərarından çıxarış olmuşdur.
54. Bundan əlavə cavabdeh tərəfindən X23 və X12 adına tərtib edilmiş reyestr nömrəsi **********64-10301, inventar nömrəsi 8465 və tərtib edilmə tarixi 16.01,2023-cü il tarixli olan fərdi yaşayış evinə dair texniki pasport, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-ci il tarixi olan hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir.
55. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 3230 olan fərdi yaşayış evinə dair reyestr nömrəsi **********14-10301 olan texniki pasport hazırlanıb verilmişdir. Texniki sənədlər əsasında İddiaçı ilə aralarında olan sərhədlərin müəyyən edilməsi və müayinə ölçü işləri aparılması məqsədi ilə ərizə ilə cavabdehə müraciət edilmiş, 12 saylı Şəki ərazi idarəsinin mütəxəssisləri tərəfindən yerində ölçü müayinə işləri aparılmış və GPS vasitəsi ilə hər iki tərəfin sərhəd koordinatları müəyyən edilmişdir. Bununla bağlı 12 saylı Şəki ərazi idarəsinin mühəndisləri tərəfindən ölçü işlərinin aparılmasına dair sənəd verilmişdir.
56. İddiaçı X25 iddia ərizəsi ilə Şəki rayon məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən X23 və X10 (hər birinin 1/2 payı olmaqla) xüsusi mülkiyyətində olan Şəki şəhəri Nizami Gəncəvi küçəsi ev 3A (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikinti işlərinin (qonşu ilə aralarında hasar çəkilməsinə) aparılmasına cavabdeh İddiaçı tərəfindən yaradılmış manelərin aradan qaldırılması, cavabdehin bununla bağlı qanunsuz hərəkətlərinə son qoyulması və dəymiş maddi ziyanın cavabehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Hazırda e- 2(075)- 213/2023 mülki iş Şəki rayon məhkəməsinin icraatındadır.
57. Odur ki. yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməməsi xahiş edimişdir.
58. İddiaçı və onun nümayəndəsi, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər.
59. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
60. Üçüncü şəxs və onun vəkili məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
61. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-1525/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
62. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
63. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə dövlət tərəfindən iddiaçıya verilmiş Çıxarışı və Texniki Pasportu görməzdən gələrək, sanki belə bir sənədin ümumiyyətlə mövcud olmadığı barədə səhv qənaətə gəlmiş, üçüncü şəxslərin sənədlərində olan saxtalıqlar barədə münasibət bildirmədən yanlış qərar vermişdir. Lakin bu zaman məhkəmə çıxarışda və texniki pasportda torpağın sxeminin yanlış olduğunu nəzərə almamışdır. Cavabdeh inzibati orqan bütün imtina və etirazlarında 12 saylı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apardıq ını qeyd etsə də, hazırki halda üçüncü şəxslərin mülkiyyətinə aid sənəd üzrə torpağın 163 kv.metr, faktiki 207 kv.metr, mənim isə sənəd üzrə 257 kv.metr, faktiki isə 235 kv.metr torpağımın olduğuna hüquqi qiymət verməmişdir. Məhkəmə bu halı nəzərə almamışdır. Belə ki, məhkəmə yalnız cavabdehin imtinasına, üçüncü şəxsin mülahizələrinə və etirazına əsaslanaraq sözügedən qanunsuz və əsassız qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı və qanuni hesab etsə də bunun sübuta yetirilməsi üçün heç bir əsas göstərməmiş, yalnız ümumi sözlərlə cavabdehin imtinasını və etirazını əsaslandırmağa çalışmışdır. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi etirazın dəlilləri ilə kifayətlənmiş, işin tam araşdırılması üçün şərait yaratmamışdır. Texniki Pasportun koordinatları və sxemi dəqiqləşdirilməmiş, ərizədə qeyd edilənlər nəzərə alınmamış, ekspertiza təyin olunmamışdır. Odur ki, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(116)-1525/2023 nömrəli qərarının tam ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
64. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şiakyətinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətilə bağlı onu qeyd etmişdir ki, tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı bir neçə məhkəmə çəkişmələri olmuşdur ki, həmin çəkişmələrdə də İddiaçı tələbləri uğursuz olmuşdur. İlkin olaraq iddiaçılar X34 və X22 cavabdeh AR ƏMDX yanında DƏDKR-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********14-10301 reyestr nömrəli, ünvan 1 ünvanına aid, İddiaçı adına fərdfi yaşayış evinə dair Texniki Paportun və Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh AR ƏMDX yanında DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli **********14- 10301 reyestr nömrəli, ünvan 1 ünvanına aid, İddiaçı adına fərdfi yaşayış evinə dair Texniki Paporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Qeyd edilən qərardan apellyasiya və kassasiya şikayətləri verilmiş və hər iki instansiya məhkəməsində qərar dəyişdirilmədən qüvvədə saxlıanılmışdır. Bununla da qərar qanuni qüvvəsini almışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1525/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
65. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmadığını və bu səbəbdən də iş üzrə qeyri-obyektiv qərar qəbul edilərək iddia tələbinin təmin edilmədiyini bildirdi. Əlavə olaraq iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir.
66. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxin nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmış və iş üzrə əsaslı olaraq qanunamüvafiq qərar qəbul edilmişdir. Sədirlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin, mülkiyyətində olan torpaq sahəsinin sahəsi çixarışla 163 kv.metr, faktiki istifadəsində olan torpaq sahəsinin sahəsi isə 207 kv. metrdir və 207 kv. metr torpaq sahəsi köhnə texniki pasporta əsasən onun istifadəsinə verilmişdir. Bundan əlavə üçüncü şəxin nümayəndəsi və vəkili iş üzrə ekspertiza keçirilməsinə etiraz etmədiyini bildirdi.
67. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X25 vəkili Vəkil2 izahatı ilə razı olduğunu və iş üzrə ekspertiza keçirilməsinə etiraz etmədiyini bildirdi.
68. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı X4 vəkili Vəkil1 izahatı ilə razı olduğunu bildirdi, əlavə olaraq onu da qeyd etmişdir ki, birinci instansiya məhkəmsinə iş üzrə ekspertiza keçirilməsi ilə bağlı bir neçə dəfə müraciət etsədə əsassız olaraq müraciətləri təmin olunmamışdır.
69. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs X20 məhkəmə iclasına gəlməmiş, iştiraklarını təmin etməmişlər..
70. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
71. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 8465 inventar nömrəli Texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Texniki pasportda qeyd edilmişdir ki, evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 300,0 kv.m, faktiki 161,10 kv.m-dir. - **********64-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında (yeni qaydalarla Nizami küçəsi ev 15) yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 0,0163 ha, faktiki 0,0207 ha olması qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında (yeni qaydalarla ünvan 6 sahəsi X6 mülkiyyətində olmuşdur. - 002486 nömrəli “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, X17 ilə Həşimova (Hüseynova) Ulduz Cabbar qızı arasında xx.xx.1963-cü il tarixdə nikah bağlanmışdır. - 275955 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1965-ci ildə Şəki şəhərində anadan olmuşdur. X3, anası X18r. - 863908 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - 094985 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Qərar apellyasiya qaydasında baxıldıqdan sonra qüvvədə saxlanılmış, icraya yönəldilmişdir. - Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin 02 avqust 2021-ci il tarixli **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X6 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli **********64-10301 reyestr nömrəli Texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415,2 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-152/2022 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)- 387/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1823/2022 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-152/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
72. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
73. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
74. Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
75. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları:
4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
76. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
77. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
78. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
79. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
80. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
81. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
82. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
83. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi X25 və X14 məxsus, ünvan 7 ünvanına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 8465 inventar nömrəli Texniki Pasport əvvəllər X6 adına verilmiş xx.xx.2019-cu il tarixli, **********64- 10301 reyestr nömrəli texniki pasport əsasında tərtib edilmişdir.
84. 8465 inventar nömrəli xx.xx.2023 və xx.xx.2019-cu il tarixli Texniki Pasportlara baxış keçirildikdə müəyyən olunur ki, hər iki texniki pasportun texniki göstəriciləri eynidir. Mübahisələndirilən texniki pasportun ondan əvvəl tərtib edilmiş texniki pasportdan fərqi “hüquq subyekti” qrafasındadır.
85. Belə ki, Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 2V-1001 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X25 və X12 adlarına hər biri 1/2 hissə olmaqla **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 8465 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
86. İddiaçı isə xx.xx.2023-cü il tarixli texniki pasportun texniki göstəricilərinin 1962-ci il tarixli texniki pasportun göstəricələrinə uyğun olmamasını bildirir və düzəliş edilməsini tələb edir.
87. Nəzərə alınmalıdır ki, əvvəlki məhkəmə icraatında hazırkı iş üzrə iddiaçının xx.xx.2023-cü il tarixli texniki pasportun tərtib edilməsinə əsas olmuş, xx.xx.2019-cu il tarixli Texniki Pasportun ləğv edilməsi barədə iddia tələbi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-387/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmiş, qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
88. Sözügedən qərar əsasında xx.xx.2019-cu il tarixli Texniki Pasportun tərtibi ilə bağlı cavabdeh orqanın hərəkətlərində səhvə yol verilmədiyi artıq məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, cavabdeh orqanın həmin texniki pasport əsasında xx.xx.2023-cü il tarixli texniki pasportu tərtib edilməsi qanunauyğun olmuşdur.
89. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.
90. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi: Daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
91. Məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsinin barədə birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualların tam olmadığını bildirmişdir. Belə ki, iş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi baxmından kollegiyasnın xx.xx.2024-cü il tarixli 2-1(107)-125/2024 saylı qərardadı ilə inzibati iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Lakin ekspertiza idarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə tədqiqat obyektinə dair əlavə materialların Mərkəzə təqdim olunmaması səbəbindən iş üzrə materialları icrasız geri qaytarmışdır.
92. Bu səbəbdən də, Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.
93. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əhatə etdiyi ərazilər Zaqatala və Balakən rayonlarıdır.
94. Şəki Apellyasiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin mütəxəssislərinə həvalə edilmişdir.
95. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 17 aprel 2025-ci il tarixli məktubuna əsasən məhkəmə tikinti-texniki ekspertizasını aparmaq üçün tədqiqat obyektlərinə tərəflərin iştirakı ilə baxış keçirilməsi üçün mütəxəssisin iştirakının təmin edilməsi və mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi barədə müraciəti aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi İdarəsinə göndərilməsi qeyd edilmişdir.
96. Bunundan sonra məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-6/2025 saylı qərardadı ilə inzibati iş üzrə cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nəzdində fəaliyyət göstərdiyinə görə hazırkı mübahisənin obyektiv həll edilməsi məqsədilə iş üzrə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 09 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə həvalə edilmişdir.
97. AR ƏMDX yanında DƏDKR 09 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2-2759/2025 saylı mütəxəssis rəyi ilə iddiaçıya məxsus olan xx.xx.2022-ci il tarixli Texniki Pasportda göstərilən 0,0257 hektar torpaq sahəsi ilə üçüncü şəxslər X25 və X14 məxsus 16.01,2023-cü il tarixli Texniki Pasportda göstərilən 0,01653 hektar torpaq sahəsinin üst-üstə düşmədiyi, iddiaçıya məxsus olan xx.xx.2022-ci il tarixli Texniki Pasportda göstərilən 0,0257 hektar torpaq sahəsi ilə üçüncü şəxslər X25 və X14 məxsus 16.01,2023-cü il tarixli Texniki Pasportda göstərilən torpaq sahələrinin ölçüləri və koordinatlarının müəyyən edildiyi, üçüncü şəxslər X25 və X12 zəbtində olan 44.0 kv.m torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edildiyi, üçüncü şəxslər X25 və X14 məxsus xx.xx.2023-cü il tarixli Texniki Pasport xx.xx.2022-ci il tarixli, 2V-1001 saylı vərəsəlik haqqında şəhadətnamə əsasında tərtib edildiyi, üçüncü şəxslər X25 və X14 məxsus xx.xx.2023-cü il tarixli Texniki Pasport tərtib edilən zaman iddiaçının sənəd üzrə torpaq sahəsinin üzərinə işləndiyi, mübahisə predmeti olan 44.0 kv.m torpaq sahəsi iddiaçıya məxsus olan xx.xx.2022-ci il tarixli Texniki Pasportda göstərilən 0,0257 hektar torpaq sahəsi ilə üst-üstə düşmədiyi, mübahisə predmeti olan 44.0 kv.m torpaq sahəsinin üçüncü şəxslər X34 və X14 məxsus 0,0163 hektar torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
98. Göründüyü kimi, üçüncü şəxslər X25 və X14 məxsus xx.xx.2023-cü il tarixli Texniki Pasport tərtib edilən zaman iddiaçının sənəd üzrə torpaq sahəsinin üzərinə işləndiyi, mübahisə predmeti olan 44.0 kv.m torpaq sahəsi iddiaçıya məxsus olan xx.xx.2022-ci il tarixli Texniki Pasportda göstərilən 0,0257 hektar torpaq sahəsi ilə üst-üstə düşmədiyi, mübahisə predmeti olan torpaq sahəsinin üçüncü şəxslər X34 və X14 məxsus 0,0163 hektar torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
99. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
100. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
101. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
102. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-1525/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.