Məhkəmə qərarları › İş №2-1(107)-60/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-60/2020

23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-60/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı “JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə (torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin verilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2-1(84)-1440/2019nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN- 1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə (torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə müraciət etmiş, lakin, xx xxxxx 2018-ci il tarixli, **********76 nömrəli məktubla həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Hüquqların dövlət qeydiyyatından imtina olunması üçün əsas isə fərdi yaşayış evinin Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda, Balakən rayon X1 qərarına əsasən mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyantlı torpaq sahəsinin (pay torpağının) üzərində yerləşməsi olmuşdur. Qeyd olunan fərdi yaşayış evi 1988-ci ildə inşa olunmuşdur. Lakin islahat zamanı texniki səhv nəticəsində həyətyanı torpaq sahəsinin ölçülərində müəyyən qədər dəyişikliklər edilmiş, nəticədə mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrinin cizgiləri düzgün işlənilməmişdir. Hesab edir ki, həmin uyğunsuzluq texniki səhv nəticəsində yarandığından və burada heç bir üçüncü şəxsin hüquqları pozulmadığından həmin texniki səhvin aradan qaldırılması mümkündür. Cavabdeh iddiaya qarşı etiraz göndərməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Birinci instansiya məhkəməsi iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, onun təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-1440 nömrəli dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Balakən rayon X1 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0.16 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-128F nömrəli şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Balakən rayon X1 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, qeydiyyata alınması nəzərdə tutulmuş fərdi yaşayış evi Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda, Balakən rayon X1 qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyantlı torpaq sahəsinin (pay torpağının) üzərində yerləşir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Balakən rayon məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (iş 2(019)-1852/2016) iddiаçı Həsənоvа Mətаnət Heydər qızının cаvаbdehlər Həsənоv Kərim Heydər оğlunа və Qаyışоvа Tükəzbаn Nəcməddin qızınа qarşı fərdi yаşаyış evindən cаvаbdehin çıxаrılmаsı və оnun yаşаyış sаhəsinə köçürülməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Həsənоvа Mətаnət Heydər qızının özünün mülkiyyətində olan, Balakən rayonu, Qullar kəndində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, 10 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş 2(107)-80/2017) Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(019)-1852/2016 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan xx xxxxxx 2017-ci il tarixli, 2(107)-80/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmişdır. Həmçinin qərardan görünür ki, Bаlаkən Rаyоn Məhkəməsinin xx xxxx 2016-cı il tаrixli, 2(019)-165/2016 sаylı qətnаməsinin surətindən görünür ki, həmin qətnаmə ilə Həsənоv Kərim Heydər оğlunun Həsənоvа Mətаnət Heydər qızınа məxsus Bаlаkən rаyоnu Qullаr kəndində yerləşən kənd təsərrüfаtı məhsullаrı istehsаlı məqsədi ilə verilmiş 562,64 kv/m tоrpаq sаhəsindən çıxаrılmаsı, iddiаçı Həsənоvа Mətаnət Heydər qızının həmin tоrpаq sаhəsinə mülkiyyət hüququnun bərpа edilməsi qərаrа аlınmışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı “JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə (torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin verilməsi”tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı аpelyаsiyа şikаyəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı X2rşı "cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanmda Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı X3 üzərinə "JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə "torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1440/2019 iş nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1440/2019 iş nömrəli qərardadını onunla əsaslandırmışdır ki, mən Balakən Rayon Aqrar İslahat Komissiyasmm xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarından şikayət müddətini ötürdüyüm üçün iddiam mümkün sayılmamalıdır. Halbu ki, onun iddiası Balakən Rayon X1 xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarından yox, JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ölçülərinin və yerləşmə vəziyyətinin düzgün olmaması səbəbindən ləğv edilməsini və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə "torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin verilməsini istəməyimdən ibarət olmuşdur. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarımın daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmişdim, lakin, xx xxxxx 2018-ci il tarixli, **********76 nömrəli məktubla həmin əmlak üzərində hüquqlarımın dövlət qeydiyyatından imtina olunmuşdur. Hüquqlarımın dövlət qeydiyyatından imtina olunması üçün əsas isə fərdi yaşayış evimin Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda, Balakən rayon X1 qərarma əsasən mülkiyyətimə verilmiş kənd təsərrüfatı təyantlı torpaq sahəsinin (pay torpağının) üzərində yerləşməsi olmuşdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd olunan fərdi yaşayış evi 1988-ci ildə inşa olunmuşdur. Lakin, islahat zamanı texniki səhv nəticəsində həyətyanı torpaq sahəmin ölçülərində müəyyən qədər təhriflərə yol verilmiş, nəticədə mülkiyyətimdə olan həyətyanı və pay torpaq sahələrinin cizgiləri düzgün işlənilməmişdir. Hesab edirəm ki, həmin uyğunsuzluq texniki səhvə nəticəsində yarandığından və burada heç bir üçüncü şəxsin hüquqları pozulmadığmdan həmin texniki səhvin aradan qaldırılması mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin cizgilərində olan texniki səhvi aradan qaldıraraq, fərdi yaşayış evi üzərində hüquqlarımm daşmmaz əmlakm dövlət reyestrində qeydiyyata alınması tələbi ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı X4 müraciət etdim, lakin, iş üzrə cavabdeh inzibati orqan xx xxx 2018-ci il tarixli, **********93 nömrəli məktubla torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin cizgilərində olan texniki səhvi aradan qaldıraraq, fərdi yaşayış evi üzərində hüquqlarımın daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınmasından növbəti dəfə imtina etdi. Apelyasiya instansiyasının diqqətinə çatdırmaq istəyirəm ki, əvvəllərdə analoji işlərlə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında işlər olmuş və həmin iddialar mümkün sayılaraq mahiyyət üzrə baxıb qərar qəbul olunmuşdur.(Misal: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(84)-60/2017 nömrəli qərarı; Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasmm xx xxx 2018-ci il tarixli, 2-1(107)-18/2018 nömrəli qərarı; Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-1708/2019 nömrəli qərarı). Odur ki, Azərbaycan Respublikası Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(84)-1440/2019 qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün işin Şəki İnzibati- iqtisadi Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. «İnzibati məhkəmə icraatında iddianınm mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Hazırkı işdə mübahisə olunan JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı Balakən rayon X1 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı torpaq sahəsinin mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrinin cizgilərinin düzgün işlənilməməsini ən azından 1998-ci ildən bilməli olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa hələ 2016-cı il tarixində Bаlаkən Rаyоn Məhkəməsinin 08 iyun2016-cı il tаrixli, 2(019)-165/2016 sаylı qətnаməsi ilə Həsənоv Kərim Heydər оğlunun Həsənоvа Mətаnət Heydər qızınа məxsus Bаlаkən rаyоnu Qullаr kəndində yerləşən kənd təsərrüfаtı məhsullаrı istehsаlı məqsədi ilə verilmiş 562,64 kv/m tоrpаq sаhəsindən çıxаrılmаsı, iddiаçı Həsənоvа Mətаnət Heydər qızının həmin tоrpаq sаhəsinə mülkiyyət hüququnun bərpа edilməsi qərаrа аlınmışdır. İddiaçı hələ 2016-cı ildə tələbində qeyd etdiyi hallardan xəbərdar olmuş, bu halda da xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə İPMin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Həmçinin iddiaçının “naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə (torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin verilməsinin cavabdehə həvalə edilməsi” barədə tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın ikinci hissəsi iddianın birinci hissəsinin nəticəsindən asılı olduğundan bu hissədə də iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar