Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-60/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və üçuncü şəxs X5 və nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsiiləüstüstə düşən 0,71 ha hissədə ləğv edilməsi, JN00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 1,1162 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair, İddiaçı2 eyni cavabdehə qarşı "JN-0048 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşən 3,16 ha hissədə ləğv edilməsi, JN00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 4,06 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair, İddiaçı3 eyni cavabdehə qarşı "JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsiilə üst-üstə düşən 3,36 ha hissədə ləğv edilməsi, JN00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 4,3972 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-66/2020 nömrəli qərarından üçuncü şəxs X1 nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarına əsasən, torpaq fondunun 1091,5 ha torpaq alacaq hər bir subyektə adambaşına düşən norma daxilində özəlləşərək xüsusi mülkiyyətinə verilməsi və s. qərara alınmışdır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998ci il tarixli 17 nömrəli yığıncaq qərarlarının təsdiq edilməsi və s. qərara alınmışdır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının həmin xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı1 adına 1,12 ha torpaq sahəsi ilə bağlı JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının həmin xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı2 və ailə üzvlərinin adına 4,06 ha torpaq sahəsi ilə bağlı JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının həmin xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı3 və ailə üzvlərinin adına 4,40 ha torpaq sahəsi ilə bağlı JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının həmin xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, X6, X3, X1, X10, X4, X2, X17, X20, X18 adına 1,11 ha torpaq sahəsi ilə bağlı JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın mülkiyyətçilərə imza etdirilərək təqdim olunması barədəqeydiyyat jurnalında da torpağın sahəsi 1,11 ha göstərilmişdir. Oğuz rayon Baş Daşağıl kənd yerli aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarına əsasən, bölgü xəritəsində X6 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. Bundan sonra X6, X3, X1, X10, X4, X2, X17, X20, X18 adına eyni nömrəli (JN-0048), eyni tarixli, eyni qeydiyyat nömrəli və eyni qeydiyyat tarixli başqa bir "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, həmin sənəddə yenə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir. Yuxarıda sadalanan bütün "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larında Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarının tarixi səhvən xx.xx.1998-ci il kimi göstərilmişdir. JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 11 ha torpaq sahəsinə X3, X1, X10, X4, X2, X17, X20, X18 mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 11 ha torpaq sahəsinə "xxxx" ASC-nin ipoteka hüququ xx.xx.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 1,1162 ha torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 4,40 ha torpaq sahəsinin 4,3972 ha hissəsinə İddiaçı3 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı1 cavabdehə ərizə ilə müraciət edərək, 1,1162 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 1,12 ha torpaq sahəsinin 0,71 ha hissəsi xx.xx.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı1 iddia tələbin belə əsaslandırmışdır ki, cavabdeh orqan Oğuz Rayon AİK-in ona və ailə üzvlərinin mülkiyyətinə verdiyi torpaq sahəsinin 1,1162 ha hissəsini başqa vətəndaşın adına işləmişdir. Bu səbəbdən də hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alaraq, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edə bilmir. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2019-cu il tarixli **********85 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmışdır. İddiaçı2 cavabdehə ərizə ilə müraciət edərək, 4,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və torpaq sahəsinə plan və ölçü sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 4,06 ha torpaq sahəsinin 3,16 ha hissəsi xx.xx.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı2 iddia tələbin belə əsaslandırmışdır ki, cavabdeh orqan Oğuz Rayon AİK-in ona və ailə üzvlərinin mülkiyyətinə verdiyi torpaq sahəsinin 3,16 ha hissəsini başqa vətəndaşın adına işləmişdir. Bu səbəbdən də hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alaraq, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edə bilmir. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2019-cu il tarixli **********27 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmışdır. İddiaçı3 cavabdehə ərizə ilə müraciət edərək, 4,3972 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçü" sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 4,3972 ha torpaq sahəsinin 3,36 ha hissəsi xx.xx.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı3 iddia tələbin belə əsaslandırmışdır ki, cavabdeh orqan Oğuz Rayon AİK-in ona və ailə üzvlərinin mülkiyyətinə verdiyi torpaq sahəsinin 3,36 ha hissəsini başqa vətəndaşın adına işləmişdir. Bu səbəbdən də hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alaraq, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edə bilmir. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2019-cu il tarixli **********97 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə əsaslanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X8, X5, X14, X9, X7, X22, X24, X23 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən, həmin işlər üzrə icraat bir icraatda birləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998ci il tarixli 17 nömrəli qərarından görünür ki, torpaq fondunun 1091,5 ha torpaq alacaq hər bir subyektə adambaşına düşən norma daxilində özəlləşərək xüsusi mülkiyyətinə verilməsi və s. qərara alınmışdır. İşdə olan, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarından görünür ki, Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli yığıncaq qərarlarının təsdiq edilməsi və s. qərara alınmışdır. İşdə olan, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı1 adına 1,12 ha torpaq sahəsi ilə bağlı verilmişdir. İşdə olan, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı2 və ailə üzvlərinin adına 4,06 ha torpaq sahəsi ilə bağlı verilmişdir. İşdə olan, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı3 və ailə üzvlərinin adına 4,40 ha torpaq sahəsi ilə bağlı verilmişdir. İşdə olan, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, X6, X3, X1, X10, X4, X2, X17, X20, X18 adına 1,11 ha torpaq sahəsi ilə bağlı verilmişdir. İşdə olan, qeydiyyat jurnalından çıxarışdan görünür ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" mülkiyyətçilərə imza etdirilərək təqdim olunarkən jurnalda torpağın sahəsi 1,11 ha göstərilmişdir. İşdə olan, Oğuz rayon Baş Daşağıl kənd yerli aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarından görünür ki, bölgü xəritəsində X6 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. İşdə olan, eyni nömrəli (JN-0048), eyni tarixli, eyni qeydiyyat nömrəli və eyni qeydiyyat tarixli başqa bir "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, həmin sənəd X6, X3, X1, X10, X4, X2, X17, X20, X18 adına verilmiş, sənəddə yenə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, arxivdə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı mövcuddur, xx.xx.1998-ci il tarixli 65 nömrəli qərar isə texniki səhvdir. İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 11 ha torpaq sahəsinə X3, X1, X10, X4, X2, X17, X20, X18 mülkiyyət hüququ xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 11 ha torpaq sahəsinə "xxxx" ASC-nin ipoteka hüququ xx.xx.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 1,1162 ha torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 4,40 ha torpaq sahəsinin 4,3972 ha hissəsinə İddiaçı3 və ailə üzvlərinin mülkiyyət hüququ xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-66/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxs X1 və qeyrilərinin adına olan JN00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 11 ha göstərilmiş nüsxəsinin və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın İddiaçı1 adına olan JN00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 1,12 ha torpaq sahəsi, İddiaçı2 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,06 ha torpaq sahəsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, İddiaçı1 adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, İddiaçı2 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, həmin torpaq sahəsinə onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçuncü şəxs X1 nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-66/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçuncü şəxs X1 nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-66/2020 saylı qərarı ilə iddiaçılar İddiaçı1, X19 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-00xx xxx 40500018 №-li torpağın mülkiyyət hüququna dair Dövlət aktı onun əsasında verilmiş çıxarışın onların və ailə üzvülərinin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən sahələrdə ləğv edilməsi və həmin hissələrdə adlarına ‘'Torpaq sahəsinin Planı və ölçüsü” sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilərək, onun və ailə üzvülərimizin adına olan JN- 00xx xxx 40500018 №-li “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” 11 ha göstərilmiş hissəsinin və onun əsasında xx.xx.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, İddiaçı1 adına olan JN00xx xxx 40500018 №-li “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 4,06 ha torpaq sahəsi, İddiaçı3 və qeyrilərinin adına olan JN00xx xxx 40500018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 4,40 ha torpaq sahəsiylə üst üstə düşən hissələrdə ləğv edilməsi , İddiaçı1 adına olan JN0082 kod 4-500018 №-li “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, İddiaçı2 və qeyrilərinin adına olan JN00xx xxx 40500018 №-li “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin Planı və ölçüsünün hazırlanması, həmin torpaq sahəsinə onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi, İddiaçı3 və qeyrilərinin adına olan JN0085 kod 4Q500Uİ8 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü” hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməfnin DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmənin qeyd olunan qərarı maddi və prossesual hüquq normaların pozulması və düzgün tədbiq edilməməsi, eləcədə məhkəmənin gəldiyi nəticə və mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən hesab edirik ki, qanunsuz və əsassızdır və aşağıda şərh olunanlara görə ləğv edilməlidir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğunun müəyyənləşdirilməsi üçün işin onun və ailə üzvülərinin hazırki mübahisə üzrə hüquqi vəziyyəti barədə faktiki və məhkəmə tərəfindən müəyyən edilmiş hallarının nəzərdən keçilməsini zəruri hesab edirik. Belə ki, işin faktiki hallarından görünür ki, Oğuz rayon AİK-in xx xxx 1998-ci il tarixli 65 №-li qərarı ilə adam başına düşən norma daxilində 9 nəfərdən ibarət ailə üzvülərimizin mülkiyyətinə 11,00 ha K/T təyinatlı torpaq sahəsi verilmiş və bu sahə “Torpağa mülkityyət hüququna dair” JN-00xx xxx 40500018 olan dövlət aktı ilə rəsmiləşdirmişdir. Lakin dövlət aktları mülkiyyətçilərə təqdim edilərkən məlum olmuşdur ki, ailəmizin adına hazırlanmış AKT-da texniki səhvə yol verilərək 9 nəfər ailə üzvünə düşəcək 10 paydan ibarət 11,00 ha torpaq sahəsi 1,11 ha torpaq sahəsi kimi göstərilmişdir. Qeyd olunanları Oğuz rayon torpaq şöbəsinin iş materiallarında olan xx.xx.2007-ci il tarixli 345 saylı arayışı da təsdiq edir. Məhkəmənin diqqətinə onuda çatdırırıq ki, iş materiallarında olan qeydiyyat jurnalından çıxarışdan 1,11 ha göstərilmiş dövlət aktının mülkiyyətçilərə imza edilərək təqdim olunduğu görünsə də, nə mən, nədə digər ailə üzvülərimiz həmin jurnala imza etməmiş, eləcədə sözü gedən Dövlət aktını da götürməmişik. Yenidən müraciətimiz əsasında Oğuz rayon Baş Daşağıl kənd YAİK-i məsələyə yenidən baxaraq ailəmizə 10 pay əvəzinə səhvən 1 pay verildiyinə görə ailəmizə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar “Məyəl yeri” adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişdiriləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi və bu qərarın təsdiqinin Oğuz RAİK-dən xahiş edilməsi barədə xx.xx.2002-ci il tarixli 27 №-li qərar qəbul etmiş və bu qərara Oğuz RAİK-in xx.xx.2002-ci il tarixli iclasında baxılmışdır. Bundan sonra səlahiyyətli dövlət orqanı tərəfindən ailəmizin mülkiyyətinə 11,00 ha torpaq sahəsi verilməsi barədə bizə JN-00xx xxx 40500018 “Torpağa mülkityyət hüququna dair” düzəliş olunmuş yeni Dövlət aktı verilmiş, bu düzəlişlərin kompleks yerquruluşu layihələrində aparılıb-aparılmaması və kadastr məlumatlarında öz əksini tapıb-tapmaması barədə hər hansı məlumatımız olmamış, qeyd edilən dövlət aktı əsasında bizə xx.xx.2007-ci il tarixli **********61 reystr qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilmişdir. Bununla da, mübahisələndirilən torpaq sahəsinin hələ torpaq islahatından qabaq ailəmizə məxsus fermer təsərrüfatında istifadəmizdə olduğunu da nəzərə alsaq etirazsız və fasiləsiz olaraq 25 il ərzində, əvvəlcə sahiblik və istifadə hüququ ilə, həmin torpaq sahəsi dövlət reyetrində qeydə alındıqdan sonra isə, bu qeydə alınmanın əsassızlığını bilmədən xx.xx.2007-ci ildən hal-hazıra kimi isə həmin sahəyə mülkiyyət hüququ ilə sahiblik etmişik. Bu səbəbdən biz qanunda nəzərdə tutulmuş əsaslarla artıq bir mənalı olaraq bu torpağın mülkiyyətçisi sayılırıq. AR Mülki Məcəlləsinin 178.5 maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən işin bu halını nəzərə almamışdır. Digər tərəfdən hesab edirik ki, birinci instansiya məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində iddianın mümkün hesab etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2019-cu il tarixli **********73 saylı cavab məktubunun məzmunundan aydın görünür ki, cavabdeh iddiaçılara müvafiq plan öçü sənədinin verilməsindən imtina etməmiş, onun hazırda verilməsinin mümkün olmadığını Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə təsdiq edilmiş “Qaydalarda” nəzərdə tutulmuş tədbirlərin başa çatmaması ilə izah etmiş, aparılacaq ölçü işləri başa çatdıqdan sonra bu barədə məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra müraciətlərinə təkrar baxılacağı barədə bildirilmişdir. Belə ki, Respublika ərazisində torpaqların faktiki istifadə vəziyyəti və torpaq sahələrinə dair hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərnbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 07 mart tarixli 818 №-li fərman imzalanmışdır. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydalarına əsasən və Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 28 aprel tarixli 250s №-li Sərəncamı ilə “Dövlət və Bələdiyyə mülkiyyətində, habelə xsusi mülkiyyəti olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər planına uyğun olaraq hal-hazırda Respublikanın rayonlarında mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadəsində olan torpaq sahələri müasir ölçü alatləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilir. Aparılan yer quruluşu işləri başa çatdıqdan və əldə edilmiş məlumatlar sistemləşdirldikdən sonra vahid elektron kadastr məlumat bazasına daxil edilir. Beləliklə, birinci intansiya məhkəməsi yuxarıda qeyd edilən normativ aktların tələblərinə uyğun olaraq tənzinlənməsi nəzərdə tutulan məsələni, iddiaçılara cavabdeh tərəfindən bu məsəslənin həllindən imtina olunmadığını da nəzərə almadan hazırki iddia tələbini mümkün saymışdır. AR İPM-nm 12.1 maddəsində məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-66/2020 saylı qərarının ləğv edərək iddianın tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edəsiniz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçuncü şəxs X5 və onun nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-66/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-66/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab etmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə deyilir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 20-ci maddəsinə görə, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin xx.xx.2006-cı ilədək qüvvədə olmuş redaksiyasında deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə"nin 1-ci bəndində deyilir ki, sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci və 19cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun bu Əsasnamənin 2-ci bəndinə uyğun olaraq 3 ay müddətində tərtib etdiyi kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırılmaqla 10 gün müddətində rayon torpaq şöbəsi təsdiq edir. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən, təsdiq olunmuş kompleks yerquruluşu layihəsi əsasında püşkatma yolu ilə torpaq paylarının mülkiyyətçiləri müəyyən olunur və onlara düşən torpaq payları qanunvericiliklə müəyyən edilmiş qaydada yer üzərində (naturada) mərzlərlə ayrılır, eləcə də həmin torpaq sahəsi üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə verilir. Həmin Əsasnamənin 5-ci bəndinə görə, müəyyən olunmuş qaydada torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq mülkiyyətçilərinə 10 gün müddətində verilir. Azərbaycan Respublikası Prezidentinin eyni Fərmanı ilə təsdiq edilmiş "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə"nin 4-cü bəndində deyilir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və torpağın müvəqqəti mülkiyyətə verilməsinə dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Torpağa mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərin nömrələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda qəbul edilmiş kodunu və əlavə olaraq hər bir mülkiyyətçinin püşk nömrəsini özündə əks etdirir. Həmin Əsasnamənin 6-cı bəndinə görə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı, torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqqında səlahiyyətli dövlət orqanı və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:500, 1:2000, 1:5000 1:10000 və ya 1:25000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini müvafiq olaraq bu Əsasnamənin 1, 2, 3, 4 nömrəli əlavələrində verilən formalarda əks etdirir. Bu sənədlər qeydiyyatdan keçirilərək torpaq mülkiyyətçisinə və istifadəçisinə verilmək üçün müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinə təqdim olunur. Həmin Əsasnamənin 8-ci bəndinə görə, verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. Həmin Əsasnamənin 11-ci bəndinə görə, torpağa mülkiyyət və istifadə hüququna dair dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında (5 nömrəli əlavə) əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. Sadalanan normaların birgə təhlilindən görünür ki, torpaq islahatı hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair sənədlər hazırlanır və dövlət orqanlarında qeydiyyatdan keçirilir. Verilmiş dövlət aktına özbaşına hər hansı düzəliş edilməsi qadağandır. Dövlət aktına düzəliş edilməsi zərurəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlamalıdır. İşdən görünür ki, X6, X3, X1, X10, X4, X2, X17, X20, X18 adına ilk dəfə verilmiş JN- 00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda onların mülkiyyətinə verilən torpağın sahəsi 1,11 ha göstərilmiş və həmin sənədin "Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)" səhifəsində məhz 1,11 ha torpaq sahəsinin sxemi çəkilmişdir. Bu sxem kompleks yerquruluşu layihələrinə uyğun olmuşdur. Lakin Oğuz rayon Baş Daşağıl kənd yerli aqrar islahat komissiyası xx.xx.2002-ci ildə qəbul etdiyi 27 nömrəli qərarında həmin ailəyə 10 pay əvəzinə səhvən 1 pay verildiyinə görə bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsini qərara aldıqdan sonra göstərilən JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" nömrəsi, tarixi, qeydiyyat nömrəsi, qeydiyyat tarixi dəyişdirilmədən yeni məzmunda tərtib edilmiş və artıq həmin sənəddə ailəyə verilən torpağın sahəsi 11 ha göstərilmişdir. Həmin yeni sənədin "Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)" səhifəsində 11 ha torpaq sahəsinin sxemi tərtib edilmişdir. Belə olduqda, sxemdə çatışmayan sahə qonşu torpaq mülkiyyətçilərinin, o cümlədən iddiaçıların torpaq sahələrinin hesabına artırılmışdır. Halbuki, bu düzəlişin aparılması üçün əvvəlcə kompleks yerquruluşu layihələrində müvafiq düzəlişlər aparılmalı, qonşu mülkiyyətçilərə öz paylarına uyğun yeni torpaq sahələri nəzərdə tutulmalı idi. Hazırkı işdə isə bunlar baş verməmişdir. JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda düzəliş edən dövlət orqanı nə kompleks yerquruluşu layihələrində müvafiq düzəlişlər aparmamış, nə də qonşu mülkiyyətçilərin torpaq paylarının hara köçürülməsini müəyyən etməmişdir. Bundan başqa, Oğuz rayon Baş Daşağıl kənd yerli aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarında həmin qərarın Oğuz Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilməli olması göstərilsə də, bu da baş verməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edildi ki, İddiaçı1 Ağaşırin oğlunun adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 1,12 ha torpaq sahəsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,40 ha torpaq sahəsi və İddiaçı2 və qeyrilərinin adına olan JN- 0083 kod ******* nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,06 ha torpaq sahəsi X6 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1,11 ha göstərilən nüsxəsi ilə üst-üstə düşmur, JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 11 ha göstərilən nüsxəsi ilə isə üst-üstə düşür. Bundan başqa, daşınmaz əmlakın dövlət reyestrində X3 və qeyrilərinin adına olan xx.xx.2007-ci il tarixli **********61 reyestr nömrəli, ********* nömrəli qeydiyyat X6 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 11 ha göstərilmiş nüsxəsinə uyğun aparılmışdır. Elektron kadastr məlumat bazasında X6 və qeyrilərinin adına olan JN-0048 kod ******* nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1,11 ha göstərilən nüsxəsi əks olunmuşdur. Eyni zamanda, İddiaçı1 adına olan JN-00xx xxx 40500018 nömrəli, İddiaçı3 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli, İddiaçı2 və qeyrilərinin adına olan JN-00xx xxx 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ları elektron kadastr məlumat bazasında əks olunmuşdur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçuncü şəxs X1 nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-66/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-60/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-60/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver