Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-601/2025 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 qarşı “Ismayıllı rayon, Basqal kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair JN-571A seriyalı kod******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş “X5” və “X2”nun adları nəzərə alınmadan dövlət reyestrindən çıxarışın verilməsi və faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Ismayıllı rayon, Basqal kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair JN-571A seriyalı kod-******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş “X5” və “X2”nun adları nəzərə alınmadan dövlət reyestrindən çıxarışın verilməsi və faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə X5 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Işin qısa məzmunu ondan ibarətdir ki, Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə ailə üzvlərinə, torpağın mülkiyyətə verilməsinə dair JN-571 A seriyalı kod-******** nömrəli şahadətnaməsinə əsasən ümumilikdə 0.05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Verilmiş JN-571 A kod-******** nömrəli şahadətnamədə "X5" və "X2"nun adları mülkiyyətçi kimi qeyd olunmuşdur. Halbuki, həmin şəxslər ailə üzvləri deyillər. Mövcud olan "Torpağa mülkiyyət hüququna dair" JN-571 A seriyalı kod-******** nömrəli şəhadətnamədə qeyd edilmiş "X5" və "X2"nun adları həmin şahadətnəmədən mülkiyyətçilər siyahısından çıxarılmasını cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsindən xahiş edilmişdir. Lakin etdiyi müraciətinə cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*- Ə-****-**/**** nömrəli məktubu ilə "Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamədə "X5" və "X2"nun mülkiyyətçi siyahısından çıxarılması üçün cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsinin səlahiyyətinə aid olmadığını bildirməklə, bundan imtina edilmiş və bu faktın təsdiqi üçün adiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişlər.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, JN-***A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mülkiyyətçilər siyahısında adları qeyd olunan X6 və X3 adlarının mülkiyyətçilər sırasından çıxarılması “xxxx” publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan səbəblərə görə müraciətinin icrası mümkün olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 həmin qərardan apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsi prossesual hüquq varisi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 ilə əvəz edilmişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq Ərazi Idarəsinin əməkdaşları ərazidə olmuşdur. Iddiaçıın JN-***A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iddia etdiyi torpaq sahəsi JN-***A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edildiyi kimi faktiki olaraq 0.05 ha təşkil edir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsinə dair qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə tərəfindən torpağın kategoriyası, təyinatı, yerləşmə vəziyyəti, ölçüsü barədə dəqiq araşdırma aparılmamış və müvafiq rəy alınmamışdır. Məhkəmə qərarının icrası faktiki olaraq mümkün deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, "Torpağa mülkiyyət hüququna dair" JN-571 A nömrəli şəhadətnamə üzrə torpaq sahəsi 0.05 ha-dır. Sonradan torpaq sahəsinin artırılması ilə bağlı müraciət etmişdir. Hazırda faktiki istifadə etdiyi torpaq sahəsi 0.08 ha-dır. Ona görə də faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi).
14. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. • Maraqlı şəxs başçısının Basqal Qəsəbə IƏD nümayəndəliyinin ##.##.2024-cü il tarixli arayışı. • JN-571A seriyalı kod ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ismayıllı rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci tarixli ** saylı qərarı ilə İddiaçı, X5 və X2 adına 0.05 ha torpaq sahəsi verilmişdir. • Ismayıllı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin surəti. Ismayıllı rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubu. cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş Ismayıllı rayonu Basqal qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə torpaq sahəsi verilən şəxslər siyahısında X4, X8 və X9 adları qeyd edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsi 0,0497 ha-dır (497 kv.m). Iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0497 ha torpaq sahəsi ilə iddiaçı İddiaçı adına verilmiş JN-***A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq (coğrafi yerləşmə fərqi, konfiqurasiya fərqi) olduğuna görə torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün deyildir. X19 X15 (TEKUIS) əsasən iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0497 ha torpaq sahəsi Ismayıllı rayonu Basqal qəsəbə inzibati ərazi sərhəddi daxilində kateqoriyası yaşayış məntəqələrinin torpaqları, bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-**/**** nömrəli məktubundan görünür ki, X9 və X10 eyni şəxslər deyildir. Vətəndaş İddiaçı ailə üzvləri arasında X9 adlı şəxs yoxddur.
TƏTBIQ EDILƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. Işin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. Inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
18. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
19. “Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
21. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “Ismayıllı rayon Basqal kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair JN-571A seriyalı kod-******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə İddiaçı, X5 və X2 adına tərtib edilmişdir. Həmin sənəddə torpağın sahəsi 0,05 ha göstərilsə də onun verilməsinə əsas olmuş iddiaçıya aid "Təsərrüfatbaşına kitablarında” sahənin 0.08 ha olması qeyd olunmuşdur. Həmin Şəhadətnamənin verilməsinə əsas Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı olmuşdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Ismayıllı rayon Basqal kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair JN- 571A seriyalı kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilmiş “X5” və “X2”nun adları nəzərə alınmadan dövlət reyestrindən çıxarışın verilməsi və faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
27. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. Iş materialları ilə müəyyən edilir ki, Ismayıllı rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X4, X5 və X2 Ismayıllı rayonu Basqal kəndi ərazisindən 0.05 ha torpaq sahəsi verilmiş və bunun əsasında JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Iş üzrə müəyyən edilir ki, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə onun adına verilmiş JN-571A KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunmuş “X4” adı, soyadı və atasının adının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, soyadı və atasının adı ilə düzəlişin aparılması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ismayıllı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə, Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə JN- 571A Kod ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş Ismayıllı rayonu Basqal kəndində yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinin X4 (ərizəçi), X5 və X2 mülkiyyətlərinə verilməsinə dair JN-571A Kod ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə İddiaçı soyadının “Ələsgərov”, adının “Mais” və ata adının “Qürbət” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin İddiaçı (Ismayıllı RPŞ tərəfindən verilmiş, ##.##.2002-ci il tarixli, AZE N ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilmişdir.
29. Bundan başqa Maraqlı şəxs başçısının Basqal Qəsəbə IƏD üzrə Nümayəndəliyinin ##.##.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, Ismayıllı rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə İddiaçı ailə üzvlərinə, torpağın mülkiyyətə verilməsinə dair JN-571A seriyalı, kod-******** nömrəli şəhadətnaməyə əsasən ümumilikdə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ona verilmiş JN-571A seriyalı, kod- ******** nömrəli şəhadətnamədə "X5" və "X2"nun adları qeyd olunmuşdur ki, həmin şəxslər heç biri ailə üzvləri deyil, bu şəxslərin qəsəbədə onun qonşuları olması müəyyən olunmuşdur.
30. Həmçinin, Maraqlı şəxs Ismayıllı rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “1986-1991-ci illərdə həyətyanı torpaq sahəsi 0.02 ha, 1992ci ildə düzəliş (qaralama) olunaraq 0.08 ha qeyd olunub. Torpağın hansı səbəbdən 0.08 ha olması qeyd olunmayıb. Basqal qəsəbə IƏD üzrə 1986-1995-ci illərin Təsərrüfatbaşına kitablarında X5 və X2 adı aşkar edilmədi.”
31. Bununla yanaşı Ismayıllı rayonu Basqal qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə torpaq sahəsi verilən şəxslər siyahısında X4, X8 və X9 adları qeyd edilsə də X5 və X2 adları qeyd edilməmişdir.
32. Göründyü kimi X5 və X2 adları JN-571A seriyalı kod-******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd olunsa da onların adları Ismayıllı rayonu Basqal qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə torpaq sahəsi verilən şəxslər siyahısında qeyd olunmamış və iddiaçı ilə heç bir qohumluq əlaqəsinin olmadığı iş üzrə müəyyən edilmişdir.
33. Eyni zamanda, X5 və X2 iş üzrə məhkəmə icraatına cəlb edilsələr də onlar iddiaya heç bir münasibət bildirməmiş və məhkəmə iclaslarında iştirak etməmişlər.
34. Bununla yanaşı, cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş Ismayıllı rayonu Basqal qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə torpaq sahəsi verilən şəxslər siyahısında X4, X8 və X9 adları qeyd edilmişdir.
35. Ona görə Şəki Apellyasiya Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə X8 və X9 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
36. X11 şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən, adı X10 olaraq qeyd edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tərəfindən Basqal Qəsəbə IƏD üzrə nümayəndəliyinə X9 və X10 eyni şəxs olub-olmaması və həmin ailə üzvləri arasında X9 adlı şəxsin olması barədə məlumatın təqdim edilməsinə dair sorğu edilmişdir.
37. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-**/**** nömrəli məktubundan görünür ki, X9 və X10 eyni şəxslər deyildir. Vətəndaş İddiaçı ailə üzvləri arasında X9 adlı şəxs yoxdur.
38. Şəki Apellyasiya Məhkəməsinin # ### 2026-cı il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin X8 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ##.##.2026-cı il tarixli qərardadı qismən, X9 aid hissədə ləğv edilmiş, X9 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmiş, X10 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
39. Bununla belə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsi 0,0497 ha-dır (497 kv.m). Iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0497 ha torpaq sahəsi ilə iddiaçı İddiaçı adına verilmiş JN-***A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq (coğrafi yerləşmə fərqi, konfiqurasiya fərqi) olduğuna görə torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün deyildir. X19 X15 (TEKUIS) əsasən iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0497 ha torpaq sahəsi Ismayıllı rayonu Basqal qəsəbə inzibati ərazi sərhəddi daxilində kateqoriyası yaşayış məntəqələrinin torpaqları, bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir.
40. Yuxarıda qeyd edilən mütəxəssis rəyini nəzərdən keçirərək məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qərar qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
41. Belə ki, Ismayıllı rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə İddiaçı Ismayıllı rayonu Basqal kəndi ərazisindən 0.05 ha torpaq sahəsi verilmiş, JN- ***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə də torpaq sahəsinin ölçüsü 0.05 ha olaraq göstərilmiş, eyni zamanda təqdim edilmiş mütəxəssis rəyi ilə də iddiaçı İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsinin ölçüsünün 0,0497 ha (497 kv.m) olduğu müəyyən edilmişdir.
42. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
43. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
44. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh1 Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş Ismayıllı rayonu Basqal qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə torpaq sahəsi verilən şəxslər siyahısında iddiaçının ailə üzvləri X8 və X10 da adlarının qeyd olunmasını nəzərə almadan, eyni zamanda hazırda iddiaçının və ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsünün dəqiq müəyyən edilməsi üçün araşdırma aparmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlməmişdir.
45. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, JN-571A seriyalı KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilmiş “X5” və “X2”nun adları nəzərə alınmadan 0.0497 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı, X8 və X10 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI: Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 üzərinə JN-571A seriyalı KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd edilmiş “X5” və “X2”nun adları nəzərə alınmadan 0.0497 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı, X8 və X10 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 üzərinə qoyulsun. Iddia tələbi qalan hissədə təmin edilməsin. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.