Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-603/2023 29.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4rşı “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-ü il tarixli 2-1(116)-750/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 Şəki X1rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi və arı ailələri ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X13 göstərmiş, cavabdeh orqanın üzərinə “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-750/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, Qax rayon Məşğulluq Mərkəzinə müraciət edərək ailə vəziyyətinin ağır olmasını, işsiz olmasını bildirərək ona arı ailələrinin verilməsi barədə köməklik edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı ferma binasının həyətinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ferma binasının həyətində 55 ədəd arı yeşiyi vardır. Həmin vaxtı iddiaçı arı ailələrinin ona məxsus olmamasını, arı ailələrinin DAİM-tərəfindən nömrəli brikalarla qeydiyyata alındığını (15 arı ailəsinin X7, 40 arı isə X11 məxsus olmasını) yaşadığı həyətin tək özünə məxsus olmamasını, başqa şəxslərin də yaşadığını bildirmişdir. Həmçinin bu faktın araşdırılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəf heç bir araşdırma aparmadan onun proqram üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsindən imtina etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsi əsasında fəaliyyət göstərən aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmçinin, agentlik Qanuna uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil edir. Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili Agentlik tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir.
6. 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özünüməşğulluğun təşkili Qaydası’nın 3.3-cü bəndinə uyğun olaraq Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Həmçinin, Qaydanın 5.3-cü bəndinə əsasən işsiz və işaxtaran şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Habelə, Qaydanın 6.1-ci bəndinə əsasən Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir.
8. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Qanun və Qaydada özünüməşğulluğa cəlb olunacaq şəxslərin seçilməsi və seçilmiş şəxslərin daha sonrakı mərhələlərdə iştirakı Agentlik tərəfindən müəyyən edilir. Bununla bağlı X17 Qərarı ilə 30 dekabr 2020-cil tarixli **********8 nömrəli “Özünüməşğulluğun təşkili ilə bağlı Təlimat - Prosedur" (bundan sonra - Təlimat) (əlavə olunur) və 18 avqust 2022-ci il tarixli **********1 nömrəli "Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən Meyarlar" (bundan sonra - Meyar) təsdiq edilmişdir (əlavə olunur).
9. İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi "Arıçılıq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün X10 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur (əlavə olunur). Bu aktda iddiaçının faktiki yaşadığı ünvanda 55 (əlli beş) arı ailəsinin olduğu qeyd edilmiş və iddiaçı öz imzası ilə bu faktı təsdiq etmişdir.
10. Göründüyü kimi iddiaçının faktiki yaşadığı ünvanda 55 (əlli beş) arı ailəsinin olması Meyarın 2-ci hissəsi ilə ziddiyət təşkil edir. Belə olan halda İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Arıçılıq təsərrüfatı" biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir.
11. Beləliklə, Qayda və Meyar tətbiq olunmaqla Agentlik tərəfindən İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi "Arıçılıq təsərrüfatı’’ biznes ideyası üzrə keçirilən biznes təlimlərə cəlb olunmaması barədə verilmiş qərar tam əsaslıdır.
12. Cavabdeh etiraz məktubunda yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 iyul 2023-ü il tarixli 2- 1(116)-750/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-ü il tarixli 2-1(116)-750/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-ü il tarixli 2-1(116)-750/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. 19 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 X2 Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) 18 iyul 2021-ci il tarixdə “Arıçılıq təsərrüfatı” biznes ideyası (zərfi) üzrə Filial tərəfindən özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciəti qeydə alınmışdır. Vətəndaşın biznes ideyası üzrə X3 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən 29 sentyabr 2022-ci il tarixdə ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur. “Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən Meyarlar"ın təsdiq edilməsi barədə Qərara uyğun olaraq monitorinq zamanı çəkilmiş fotolara (55 arı ailəsi aşkar olunduğu üçün) əsasən Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən İddiaçı proqram üzrə keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. - xx.xx.2022-ci il tarixli şəxsin özünəməşğulluğun təşkili üçün şəraitin olubolmamasını müəyyən etmək üçün ilkin monitorinq aktından görünür ki, Qax rayonu Əmbərçay kəndində şəxsin yardımçı təsərrüfatında 55 arı ailəsi vardır. - Qax rayonu İcra Hakimiyyəti Əmircan kənd inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli 223 nömrəli arayışından görünür ki, X8 2022-ci ildə Əmbərçay ərazisində özünəməxsus 40 arı ailəsi olmuşdur. - Qax rayonu İcra Hakimiyyəti Əmircan kənd inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli 221 nömrəli arayışından görünür ki, X6 2022-ci ildə Əmbərçay ərazisində özünəməxsus 27 arı ailəsi olmuşdur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3- 22/2-1685/2023 nömrəli məktubundan görünür ki, İ.N.Cəbrayılovun adına 2019-cu il 09 dekabr tarixində 27, R.Ə.Cəbrayılovun adına isə 2022-ci il 12 aprel tarixində 40 arı ailəsi “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyata alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Cavabdeh orqan iddiaçının “Arıçılıq təsərrüfatı" biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunmasının məqsədə uyğun olmamasını X10 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2022-cı il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilərkən həmin ünvanda 55 (əlli beş) arı ailəsinin aşkar edilməsi, qeyd edilən halın Meyarın 2-ci hissəsi ilə ziddiyət təşkil etməsi ilə əsaslandırır.
30. İstinad olunan “özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti uyğunluğunu müəyyən edən” Meyarların 2-ci bəndində şəxsə təqdim ediləcək əmlakın 1\3 hissəsindən artıq mövcud olması müraciətin təmin edilməsindən imtina əsası kimi müəyyən edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıya məxsus olduğu bildirilən 55 arı ailəsi iddiaçıya yox, X11 və X7 məxsus olmuşdur. Belə ki, Qax rayonu İcra Hakimiyyəti Əmircan kənd inzibati ərazi dairəsinin məlumatları əsasında müəyyən edilmişdir ki, həmin təsərrüfatda mövcud olmuş arı ailələrindən 40 arı ailəsi Ramil Cəbrayılova, 27 arı ailəsi X15muşdur. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-22/2- 1685/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, İ.N.Cəbrayılovun adına 2019-cu il 09 dekabr tarixində 27, R.Ə.Cəbrayılovun adına isə 2022-ci il 12 aprel tarixində 40 arı ailəsi “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyata alınmışdır.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2022-ci il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 55 (əlli beş) arı ailəsi iddiaçıya məxsus olmadığından, cavabdeh orqan “Meyar”ların 2-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır.
32. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, yəni faktiki olaraq iddiaçıya məxsus olduğu bildirilən 55 arı ailəsinin iddiaçıya yox, X11 və X7 məxsus olması halı araşdırılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 iyul 2023-ü il tarixli 2-1(116)-750/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.