Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-603/2025 29.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3-21-2-17/2-18710/2024 qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)-1273/2025 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək,cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3-21-2-17/2-18710/2024 qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: "xxxx" MMC ("xxxx" MMC) ilə "xxxx" MMC arasında 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən müxtəlif vaxtlarda olmaqla ümumilkdə ƏDV-də daxil olmaqla 223 728,54 manat dəyərində mal-material alınmış və malın dəyəri köçürmə yolu ilə "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 346244 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 444431 nömrəli elektron qaimələr verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-nə göndərilmiş xəbərdarlıqda göstərilmişdir ki, "xxxx" MMC xx.xx.2024-cü İl tarixli **********039900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə eldiyiniz xx.xx.2023-cü il tarixli EBDA seriyalı 346244 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 444431 nömrəli elektron qaimə-fakturalar əmtəəsiz və riskli əməliyyatların rəsmişləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 75.1 1-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan sonra 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş 3-21-2-17/2- 187/2024 nömrəli qərar əsasən kameral yoxlama nəticəsində 34 128 manat əlavə vergilər hesablanmışdır. Həmin qərarda hesablamaya əsas kimi "tərəfinizdən ƏDV bəyannaməsində (02.23) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 444431 nömrəli elektron qaimə- faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 16218 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 16218,01 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində(02.23) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 346244 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 17910,07 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV’ məbləğinin o,o manat olması nəticəsində 17910,07 manat kənarlaşma yaranmışdır." Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 1 saylı Ərazi Vergilər Baş İdarəsinin 26 sentyabr 2024-cü il tarixli. 3-21-2-17/2-187/2024 nömrəli qərarı əsassız olmaqla, həmin qərar əsasında kameral yoxlama nəticəsində hesablanmış 34 128 manat ƏDV-də qanunsuzdur. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında münasibətlər 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmış, əvəzləşdirmə aparılmasına əsas olmuş elektron qaimə-fakturlarda həmin ayda təqdim edilmişdir."xxxx" MMC ilə əməliyyatlar aparılarkən internet vergi idarəsində həmin şirkətin riskli vergi ödəyicisi olması ilə bağlı heç bir məlumatlar əks olunmamış, həmçin gələcəkdə həmin şirkətin riskli vergi ödəyicisi hesab edilə biləcəyi ilə bağlı bizdə heç bir məlumat olmamışdır.Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********039900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilməsi, həmin şirkətdən elektron qaimə- fakturaların əldə edilməsi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsinin vergidən yayınma halı kimi (kənarlaşma) qiymətləndirilməsi olmuşdur. İddiaçı tərəfindən 2023-ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. Vergi orqanı həmin şirkətlə bağlı qərarı xx.xx.2024-cü il tarixdə qəbul elmiş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatın adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X4 müvafiq məlumatlar daxil edildiyi andan görmüşdür. İşin mübahisəsiz, halı ondan ibarətdir ki, "xxxx" MMC 21 fevral 2023-cü il tarixdə Qarabağ Təminat Tikinti” MMC-dən 223 728,54 manat dəyərində mal almışdır. Həmin məbləği iddiaçı 2023-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi göstərsə də, cavabdeh 1 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" MMC-ni riskli vergi ödəyicİsi qrupuna daxil eldiyi üçün həmin məbləği xərclərdən çıxanmış və əlavə vergi hesablamışdır. İş üzrə qəbul edilmiş qərardan görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar elmədiyi halda, iddiaçının mal aldığı əməliyyatı əmləəsiz əməliyyat kimi qiymətləndirmişdir. Halbuki, iddiaçının mal alarkən ona mal satan şəxsin həmin mah hansı qaydada aldığına dair hər hansı bir məlumat almaq imkanına malik olmadığı nəzərə alınmalıdır. Həmçinin, belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Vergi orqanının əməliyyatın əmtəəsiz olduğuna istinad etməsi üçün əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməsi tələb olunur. Həmin malın yalnız satıcıda olmaması halı əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz”.
3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “aparılmış araşdırma zamanı İddiaçı MMC-nin "xxxx" MMC-dən ("xxxx" MMC-nin adı xx.xx.2023-cü il tarixdən dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır, VÖEN: **********) 117410,48 manat (malın dəyəri 99500,40 manat, ƏDV 17910,08 manat) dəyərində 44,82 ton 12-lik armatur, 44,82 ton 14-lük armatur məhsulu alınması barədə xx.xx.2023-cü il tarixli EBDA 346244 nömrəli və 106318,07 manat (malın dəyəri 90100,06 manat, ƏDV 16218,01manat) dəyərində 24 ton katenka, 54,14 ton 12-lik armatur məhsulu alınması barədə xx.xx.2023-cü il tarixli EBDA 444431 nömrəli qaimələr əldə etdiyi müəyyən edilmişdir. Həmin qaimələrdə göstərilən malların mənşəyi araşdırılan zaman müəyyən edilmişdir ki, xx.xx.2023 tarixli EBDA 346244 nömrəli qaimədə göstərilən 44,82 ton 12-lik armatur, 44,82 ton 14-lük armatur məhsulunun guya elə həmin tarixdə "xxxx" MMC tərəfindən "xxxx" (VÖEN: **********) MMC-dən alınması barədə EBDA 344349 nömrəli qaimə tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli EBDA 444431 nömrəli qaimədə göstərilən 24 ton katenka 54,14 ton 12-lik armatur məhsulunun xx.xx.2023-cü il tarixdə "xxxx" MMCdən alınması barədə EBDA 446747 nömrəli, 54,14 ton 12-lik armatur məhsulunun isə "xxxx" MMC-dən alınması barədə EBDA 446570 nömrəli qaimələrin tərtib olunduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən isə sözügedən malların "xxxx" MMC-dən (VÖEN: **********), sonuncu tərəfindən isə "xxxx" MMC-dən (VÖEN: **********) alınması barədə qaimələrin tərtib olunduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin alışında isə sözügedən mallar aşkar edilməmişdir.Burada məhkəmənin diqqətini cəlb etmək istədiyimiz məsələ ondan ibarətdir ki, yuxarıda göstərilən əmtəəsiz əməliyyat sxemində iştirak edən 3 müəssisə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə eyni şəxs- X5 tərəfindən təsis edilmişdir. Yuxarıda göstərilən əmtəəsiz əməliyyat sxemində iştirak edən 3 müəssisə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin heç birinin real alqı-satqı əməliyyatı aparmaq üçün təsərrüfat subyekti və bank hesabı mövcud olmamışdır.Sözügedən müəssisələr tərəfindən vergi öhdəlikləri üzrə heç bir ödəniş edilməmiş və vergi borcları xx.xx.2025-ci il tarixə aşağıdakı kimi olmuşdur: "xxxx" MMC - 232151,81 manat; "xxxx" MMC - 1916482,36 manat; "xxxx" MMC - 428191,97 manat.
4. İşin yuxarıda göstərilən faktiki hallarından göründüyü kimi İddiaçı MMC-nin "xxxx" MMC-dən əldə etdiyi qaimələrlə əslində əmtəəsiz əməliyyatın aparıldığı müəyyən olunmuş və bu səbəbdən də "xxxx" MMC-nin əmtəəsiz əməliyyatlar aparması meyarı üzrə barəsində riskli vergi ödəyicisi hesab edilmələri barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 57393/2024 nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə yuxarıda göstərilən alqı-satqı sxemlərinin heç birində malların daşınmasını təsdiq edən sənədlər aşkar edilməmişdir. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin bağlanması bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun olaraq üç nüsxədə tərtib edilmiş əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yüklər daşınma üçün qəbul edilə bilməz. Əmtəə-nəqliyyat qaiməsinin düzgün tərtib olunmaması və ya itirilməsi bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərlə EBDA seriyalı 346244 nömrəli və 444431 nömrəli qaimələrlə rəsmiləşdirilmiş alqı-satqı əməliyyatlarının əmtəəsiz olduğu və bunun aşkar edilməsinin mümkün qədər çətinləşdirilməsi üçün müvafiq vergidən yayınma sxeminin qurulduğu sübuta yetirilmiş, vergi ödəyicisi bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Göründüyü kimi yuxarıda göstərdiyimiz müəssisələr əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmiş müəssisələrdir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDA 346244 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA 444431 nömrəli qaimələrlə əmtəəsiz əməliyyatların rəsmiləşdirildiyi öz təsdiqini tapmışdır. Analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1212/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir. Göründüyü kimi İddiaçı MMC "xxxx" MMC ilə əmtəəsiz əməliyyat rəsmiləşdirmiş və bu səbəbdən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 sentyabr 2024-cü il tarixli 3-21-2-17/2-18710/2024 nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1-ci, 163.2.2-ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2024-cü ilin iyul ayının ƏDV bəyannaməsi kameral qaydada yoxlanan zaman həmin maddənin tələbləri nəzərə alınaraq vergi ödəyicisinin əmtəəsiz əməliyyat rəsmiləşdirdiyi xx.xx.2023-cü il tarixli EBDA seriyalı 346244 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 444431 nömrəli elektron qaimələrə əsasən əvəzləşdirdiyi 34128,08 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq həmin məbləğə uyğun ƏDV-nin dəqiqləşdirilməklə hesablanması təmin edilmişdir”.
5. Cavabdeh inzibati orqan etiraza əlavədə qeyd etmişdir ki, “11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçının malların daşınması ilə əlaqədar təqdim etdiyi sənədlərə münasibətdə aşağıdakıları qeyd edir. Göründüyü kimi həmin sənədlər nəqliyyat vasitəsinin sürücü ilə birlikdə icarəyə verilməsi müqaviləsindən, malların təhvil-qəbul aktından və əmtəə-nəqliyyat qaiməsindən ibarətdir. İlk növbədə icarə müqaviləsinə münasibətdə bildiririk ki, müqavilənin 1-ci və 3-cü bəndələrindən göründüyü kimi avto-nəqliyyat vasitəsinin icarəyə verənin özünün idarə etməsi nəzərdə tutulmuş və həm avtomobilin idarə olunması haqqının həm də avtomobilin özünün aylıq icarə haqqının cəminin 500 manat olması da reallığa uyğun qiymət deyil. Bundan başqa, müqavilədə göstərilən 45BF319 nömrəli Kamaz markalı yük maşınının sahibi icarə müqaviləsində icarəyə verən kimi göstərilən X6 deyil, X3r. Bundan başqa icarə müqaviləsində göstərilən icarə haqqı icarəyə verənin bank hesabına ödənilməmişdir. İcarəyə götürən və icarəyə verən tərəfin hər ikisinin vergi ödəyicisi olduğunu nəzərə alsaq “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.
6. Mövcud sənədlərin faktiki olaraq icarə münasibətlərinin olmadan tərtib edilmiş sənədlər olmasını təsdiq edən növbəti fakt isə İddiaçı MMC tərəfindən vergi orqanına təqdim edilmiş 2023-cü ilin l-İV rübləri üzrə ödəmə mənbəyində vergi (ÖMV) bəyannamələrində yük avtonəqliyyat vasitəsinin icarəsi üzrə icarəyə verən şəxsə ödənilən aylıq 500 manat icarə haqqından ödəmə mənbəyində verginin tutulmamasıdır. Halbuki İddiaçı MMC təqdim etdiyi ÖMV bəyannamələrində aylıq 300 manat müqabilində icarəyə götürdüyü daşınmaz əmlaka görə fiziki şəxs X2 ödənilmiş icarə haqqlarından 14% dərəcə ilə hər ay üçün 42 manat ÖMV tutulduğunu bəyan etmişdir”.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 27 avqust 2025-ci il tarixli 2-1(116)-1273/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, Şəki İnzibati Məhkəməsi qərarının əsaslandırma hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2208/2023 nömrəli qərarının 43-51-ci bəndlərinə istinad edərək qeyd etmidir ki, Məhkəmə yuxarıda adları qeyd olanan hüquqi şəxslər arasında bağlanan əqdlərin etibarsız və ya əhəmiyyətsiz olması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edərək, qeyd edir ki, bu cür hüquqi qiymətləndirmə aparılması üçün cavabdeh tərəfindən zəruri hərəkətlər aparılmamış, yalnzı mülahizələrə əsaslanmışdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.” Qeyd olunan Qərardan belə nəticə hasil olur ki, əqdin yalan olub-olmaması məsələsi müvafiq məhkəmə araşdırılması nəticəsində təsbit edilən bir haldır və bu anlamda inzibati orqanın belə bir məhkəmə aktı mövcud olmadan əqdin hüquqi qüvvəsinin mövcud olmamasına istinad edə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və bu hallara tətbiq olunacaq vergi qanunvericiliyinin normaları düzgün müəyyən ediməmiş, iddiaçı ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əmtəəsiz olmasına dair cavabdehin təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Belə ki, əqdin yalan əqd hesab edilməsi üçün məhkəmənin qeyd etdiyi kimi bununla bağlı məhkəmə araşdırmasının və məhkəmə aktının olması tələb edilmir. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qanunvericiliyin tələbindən göründüyü kimi yalan və uydurma əqdlər əhəmiyyətsiz olduğundan məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. İddiaçı MMC ilə "xxxx" arasında rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əmtəəsiz və beləliklə də yalan və uydurma olmasına dair sübutlar isə birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, həmin sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bu isə yalan və uydurma əqdlərin yalnız məhkəmə araşdırması və qərarı ilə müəyyən edilməli olması barədə Şəki İnzibati Məhkəməsinin yanlış mövqeyindən irəli gəlmişdir. Mövcud inzibati mübahisə üzrə işin faktiki halları birinci instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmə qərarlarında göstərilən işlərin faktiki hallarına uyğun olmamışdır. Belə ki, mübahisələndirilən qərarın qəbul edilməsinin əsasını "xxxx" MMC-nin barəsində riskli vergi ödəyicisi olması barədə qərarın qəbul edilməsi deyil, İddiaçı MMC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əslində əmtəəsiz əməliyyat olmasını təsdiq edən kifayət qədər sübutların olması nəticəsində Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiq edilməsi təşkil etmişdir. Sözügedən əməliyyatın əmtəəsiz olmasını təqdim edən sübutlar məhkəmə çəkişməsi zamanı da məhkəmənin diqqətinə çatdırılmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iş üzrə mübahisələndirilən qərarınn qəbul edilməsinin əsasını İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDA 346244 nömrəli və xx.xx.2023-cü il tarixli EBDA 444431 nömrəli qaimələrlə əmtəəsiz əməliyyatın rəsmiləşdirilməsi təşkil etmişdir. Odur ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilmə tarixinin və onun riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinin mübahisələndirilən qərarın qanuniliyinə aidiyyəti yoxdur. Məhkəmənin vəzifəsi inzibati mübahisə üzrə mütləq həqiqətin müəyyən edilməsi olduğu halda, nəinki öz təşəbbüsü ilə həmin istiqamətdə heç bir araşdırma aparmamış, hətta cavabdehin məhkəməyə təqdim etdiyi, xx.xx.2023-cü il tarixli EBDA 346244 nömrəli və xx.xx.2023-cü il tarixli EBDA 444431 nömrəli qaimələrdə rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əmtəəsiz olduğunu sübut edən faktları görməzdən gələrək heç bir hüquqi qiymət verməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan alqısatqı əməliyyatının əmtəəsiz olmasını sübut edən kifayət qədər sübut təqdim etdiyi halda, iddiaçının həmin əməliyyatın əmtəəli olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməməsinə baxmayaraq, kağız üzərində mövcud olan alq-satqı müqaviləsini yetərli hesab edərək iddiaçının mövqeyi ilə razılaşmış, cavabdehin təqdim etdiyi sübutları qiymətləndirməmiş və beləlilklə də birtərəfli qərar qəbul etmişdir. Beləliklə nəticə etibarı ilə bildiririk ki, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 58.7 maddəsinin tələblərini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli araşdırmaqla qiymətləndiməmiş, qərarını əsaslandırmamışdır. İnzibati mübahisə üzrə məhkəmə tərəfindən cavabdehin iddia ərizəsinə etirazında göstərilən və iddianın əsassız olmasını sübut edən kifayət qədər dəlillər olmasına baxmayaraq birtərəfli qərar qəbul edilmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1273/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının vəkili apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə sonradan riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC ilə münasibətlər 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmış, əvəzləşdirmə aparılmasına əsas olmuş elektron qaimə-fakturlarda həmin ayda təqdim edilmişdir. Həmin zaman "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması ilə bağlı hər hansı məlumatın mövcudluğu müəyyən edilmir. Vergi orqanı həmin şirkətlə bağlı qərarı xx.xx.2024- cü il tarixdə qəbul etmiş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2208/2023 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq vurğulanmalıdır ki, “43. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. 44. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.
45. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. 46. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. 47. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. 48. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. 49. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. 50. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. 51. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.” Digər baxımdan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanmışdır ki, “.....Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.” Qeyd olunan Qərardan belə nəticə hasil olur ki, əqdin yalan olub-olmaması məsələsi müvafiq məhkəmə araşdırılması nəticəsində təsbit edilən bir haldır və bu anlamda inzibati orqanın belə bir məhkəmə aktı mövcud olmadan əqdin hüquqi qüvvəsinin mövcud olmamasına istinad edə bilməz. İcraatınızda olan işin mübahisəsiz halıdır ki, "xxxx" MMC-i cavabdehin xx.xx.2024cü il tarixli **********039900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Əlavə olaraq qeyd edilməsini zəruri hesab edirik ki, Vergi orqanı tərəfindən iddiaya verilmiş şikayətdə aylıq icarə haqqının 500 manat müəyyən edilməsi bazar münasibətlərindən formalaşan bir haldır, vergi orqanı belə bir tənqidə heç bir məna kəsb etməyən əsaslar gətirməklə öz qeyri qanuni qərarını əsaslandırmağa çalışır. Hesab edirik ki, bu xüsusat vergi orqaİnı tərəfindən qəbul edilmiş qanunsuz qərarın hüquqi olmasına don geyindirə bilməz. Eyni zamanda bildiririk ki, vergi orqanının daha bir cılız və qeyri qanuni hərəkətlərinin davamı qanunsuz qəbul edilmiş qərarına don geyindirmək üçün icarə müqaviləsində texniki səhvə (hərf səhvinə) istinad etməklə qanunsuz qərarını qanuni və əsaslı göstərməyə cəhd edir. Nağdsız hesablaşma qaydalarının pozulmasına münasibət bildirirərək qeyd edirik ki, müqavilədə göstərilən pul məbləğinin köçürülməsi və ya köçürülməməsi vergi orqanının qərarının qanuniliyinə təsir göstərmir. Vergi orqanı qərar qəbul edərkən vergi ödəyicisi tərəfindən hal hazırda istinad olunan pozuntulara istinad etməmişdir. Əlavə olaraq bildiririk ki, müqavilə münasibətləri üzrə istər icarə müqaviləsi, istərsə də mübahisələndirilən müqavilələr tərəflərin həqiqi niyyətini ehtiva etmiş, görüntü yaratmaq üçün imzalanmamışdır. Ona görə də həmin müqavilələrin etibarsızlığından söhbət gedə bilməz. Yekun olaraq vurğulanmalıdır ki, vergi orqanı tərəfindən sərgilənən mövqe orqan tərəfindən qanunsuz və qərəzli qəbul edilmiş qərarı qanuni və əsaslı etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)-1273/2025 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)- 1273/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının "xxxx" MMC-nin vəkili Vəkil izahatında birinci instansiya məhkəməsində işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılaraq qanunamüvafiq qərar qəbul edilmiş və əsaslı olaraq iddia tələbləri təmin edilmişdir. Apellyasiya şikayətinə etirazında dəlillərini ətraflı şəkildə qeyd etdiklərini və ona görə apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2- 1(116)-1273/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
14. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-16916/2024 nömrəli qərar.
2. 06/23 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surəti.
3. Cavabdehin etiraz məktubları və ona əlavə edilmiş sənədlərin surəti.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. Azərbaycan Respublikası Vegi Məcəlləsi: Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 24.1.1. və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş və 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)-1273/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
22. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
23. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
24. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC və "xxxx" MMC arasında bağlanan əqdlərin etibarsız və ya əhəmiyyətsiz olması ilə bağlı cavabdehin mövqeyini əsassızdır və bu cür hüquqi qiymətləndirmə aparılması üçün cavabdeh tərəfindən zəruri hərəkətlər aparılmamış, yalnız mülahizələrə əsaslanmışdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3- 21-2-17/2-187/2024 qərarının ləğvinə nail olmaqdır.
28. İş üzrə müəyyən edilir ki, iddiaçı ilə sonradan riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC ilə münasibətlər 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmış, əvəzləşdirmə aparılmasına əsas olmuş elektron qaimə-fakturlarda həmin ayda təqdim edilmişdir. Həmin zaman "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması ilə bağlı hər hansı məlumatın mövcudluğu müəyyən edilmir. Vergi orqanı həmin şirkətlə bağlı qərarı xx.xx.2024-cü il tarixdə qəbul etmiş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır.
29. "xxxx" MMC 21 fevral 2023-cü il tarixdə "xxxx" MMC-dən 223 728,54 manat dəyərində mal almış, həmin məbləği 2023-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi göstərsə də, cavabdeh "xxxx" MMC-ni riskli vergi ödəyicİsi qrupuna daxil eldiyi üçün həmin məbləği xərclərdən çıxanmış və əlavə vergi hesablamışdır. Halbu ki yuxarıda da qeyd olunduğu kimi həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır.
30. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli **********039900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilməsi, həmin şirkətdən elektron qaimə- fakturaların əldə edilməsi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsinin vergidən yayınma halı kimi (kənarlaşma) qiymətləndirilməsi olmuşdur.
31. Həmçinin cavabdeh inzibati orqan etirazın əsası kimi ona istinad edir ki, İddiaçı ilə "xxxx" MMC arasında aparılmış alqı-satqı üzrə qaimələrdə göstərilən malların mənşəyi araşdırılan zaman müəyyən edilmişdir ki, əmtəəsiz əməliyyat sxemində iştirak edən 3 müəssisə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə eyni şəxs- X5 tərəfindən təsis edilmiş, əmtəəsiz əməliyyat sxemində iştirak edən 3 müəssisə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin heç birinin real alqı-satqı əməliyyatı aparmaq üçün təsərrüfat subyekti və bank hesabı mövcud olmamış, alqı-satqı sxemlərinin heç birində malların daşınmasını təsdiq edən sənədlər aşkar edilməmiş, qeyd olunan müəssisələr əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmişlər.
32. İlk növbədə mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2208/2023 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edir.
33. Həmin qərarda qeyd olunmuşdur ki, “43. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. 44. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. 45. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. 46. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. 47. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilibedilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. 48. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. 49. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. 50. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. 51. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər”.
34. Məhkəmə kollegiyası yuxarıda adları qeyd olanan hüquqi şəxslər arasında bağlanan əqdlərin etibarsız və ya əhəmiyyətsiz olması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edərək, qeyd edir ki, bu cür hüquqi qiymətləndirmə aparılması üçün cavabdeh tərəfindən zəruri hərəkətlər aparılmamış, yalnzı mülahizələrə əsaslanmışdır.
35. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanmışdır ki, “ .....Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olubolmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir”.
36. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı 2023-ci il ərzində əməliyyatlar apardığı halda "xxxx" MMC cavabdehin xx.xx.2024-cü il tarixli **********039900 nömrəli Qərarına əsasən riskli vergi ödəyicisi hesab edilsədə belə olan halda əqdin yalan olub-olmaması məsələsi müvafiq məhkəmə araşdırılması nəticəsin də təsbit edilən bir haldır və bu anlamda inzibati orqanın belə bir məhkəmə aktı mövcud olmadan əqdin hüquqi qüvvəsinin mövcud olmamasına istinad edə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyasi hesab edir ki, iddiaçının hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmamış, cavabdeh tərəfindən “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3-21-2- 17/2-18710/2024 qərar buna qanunla müəyyən edilmiş zəruri şərtlər mövcud olmadan qəbul edildiyindən həmin qərar qanuni və əsaslı hesab edilə bilməz.
38. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, bunu etməmiş və bununla da qanunsuz inzibati akt qəbul etmişdir.
39. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli 2-1(116)-1273/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.