Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-605/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X18 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, yəni Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli protokolunun qərarına əsasən X6 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin hissədə 0.10 ha torpaq sahəsinə X3 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəyə inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)- 2120/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X18 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, yəni Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli protokolunun qərarına əsasən X6 verilmiş 0.10 ha həyətyanı torpaq sahəsilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin hissədə 0.10 ha torpaq sahəsinə X3 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2120/2023 nömrəli qərardadı ilə iş üzrə X26, X7, X19 və X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli iclas protokolundan çıxarışa əsasən M.Füzuli adına kolxozun ərazisində yaşayan Yuxarı Ağcayazı kənd sakini X6 müəyyən olunmuş sahədən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi xx.xx.1989-cu il tarixli Aktla torpaq sahəsinin ayrılması işləri üzrə Təftiş Komissiyasının vəzifəli şəxslərinin iştirakı ilə X6 Yuxarı Ağcayazı kəndində məktəb aralığı adlanan sahədən eni 24 metr uzunu 35 metr olmaqla yerində tanıdılaraq verilmişdir. Ayrılan torpaq sahəsi komissiya üzvlərinin iştirakı ilə yeri və ölçüləri göstərilməklə verilmişdir. Bundan başqa Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2021-ci il tarixli 241 saylı Arxiv Arayışında da qeyd edilir ki, Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1996-1997- 1998-1999-2000-ci illərin 08 №li təsərrüfatbaşına kitabının 562/439 №li təsərrüfatı X3 adına olmaqla təsərrüfatında X13 (ailə başçısı), İddiaçı2 (h.yoldaşı), İddiaçı1 və adına 0.10 ha torpaq sahəsi vardır. X13 xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçılar onun vərəsələridirlər və uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar, hər dəfə onlar verilən torpaq barəsində mərhum X2 xəbər aldıqda o, torpaq sahəsinə qardaşı X15 ailəsi ilə birlikdə sənəd verildiyini demiş və həmin torpaq sahəsinin Elxanın həyətyanı torpaq sahəsinə bitişik olduğunu bildirirmişdir.
4. X26 mərhum Məhyəddin Abdullayevin qardaşı olmaqla istifadəsində və mülkiyyətində 0.6765 ha torpaq sahəsi vardır – hansıki həmin vaxt torpaqlar paylanan zaman heç kimin ailəsinə bu qədər həyətyanı torpaq verilməmişdir, qeyd edilən 0.6765 ha torpaq sahəsi adambaşına verilən torpaq normasından artıqdır. Mübahisə predmeti olan həmin torpaq sahəsinə X15 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin çıxarış Elxan Abdullayevə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir. İddiaçılar daha əvvəl xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə əlaqdar Şəki İnzibati Məhkəməsinə müraciət etsələr də, xx.xx.2023-cü il tarixli 2- 1(116)- 188/2023 Qərardadla iddia mümkün sayılmamış və onlara həmin qərardadla izah edilmişdir ki, “mübahisələndirilən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli həmin çıxarışın ləğvi ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üst-üstə düşən 0,10 ha hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir”. Ona görə də təkrarən məhkəməyə müraciət etmişlər.
5. Şəki İnzibati Məhkəməsində işə baxılarkən ekspertiza aparılmış və müəyyən edilmişdir ki, Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X6 verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsi X23 verilən JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılar cavabdeh orqana 2 dəfə müraciət etmiş, ilk dəfə müraciəti itirilmiş, daha sonra təkrar müraciət etmiş və onların ikinci müraciətlərinə cavab olaraq cavabdeh orqan özünün xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1320/2023 saylı məktubu ilə bildirmişdir ki, onlar bu məsələdə səlahiyətli deyildir. Bundan başqa mütəxəssis rəyində üst-üstə düşən hissənin X15 mülkiyyətində olan torpaq olduğu anlamına gəlmir. Halbuki daha əvvəlki tələbimizlə əlaqədar alınmış mütəxəssis rəyində açıq şəkildə qeyd edilmiş və göstərilmişdir ki, “Ağdaş rayonu M.Füzuli adına kolxozun 10 sentyabr 1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X6 verilmiş 0.10 hektar həyətyanı torpaq sahəsi X23 verilən JN151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür”. Cavabdeh orqan onların ikinci müraciətinə də laqeyid yanaşaraq daha əvvəl iddianın təmin edilmədiyini qeyd etməklə torpaq sahələrinin həmin torpaq sahəsi olmadığını bildirmişdir. Halbuki cavabdeh anlamır ki, daha əvvəl iddia tələbi mümkün sayılmamış və Şəki İnziabti məhkəməsi tərəfindən bildirilmişdir ki, “mübahisələndirilən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli həmin çıxarışın ləğvi ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üst-üstə düşən 0,10 ha hissədə ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir”. Cavabdeh rəydə tam ətraflı və dəqiq olaraq torpağın yerinin göstərilməsinə və ölçüsünün qeyd edilməsinə məhəl qoymadan əsassız və həqiqətə uyğun olmayan məktubla tələbin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının X15 adına tərtib edilmiş, JN-151F KOD 90306038 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin qismən ləğvinə dair ərizə ilə müraciətinə 17 saylı Yevlax Ərazi idarəsində baxılmışdır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Nəticə etibarı ilə Ağdaş rayonu. Məhəmməd Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X10 ayrılmış həyətyanı torpaq sahəsinin vətəndaş X15 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin ləğvi Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. İddiaçı bundan əvvəldə oxşar tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibatı Məhkəməsinin 2- 1(116J-188/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar X4 və İddiaçı1 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı "********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokoluna qərarına əsasən verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissə də ləğv edilməsi və həmin 0,10 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.
7. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.1989-cu il tarixli 05 saylı ümumi iclas protokolundan Çıxarışda mərhum Məhyəddin Abdullayevə 0.10 hektar torpaq sahəsinin verilməsi aydın oxunmur. İddia ərizəsinə əlavə olunmuş 18 oktyabr 1989-cu il tarixli akından aydın görünür ki, Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində yaşayan X6 Yuxarı Ağcayazı kəndində “Məktəb aralığı” adlanan sahədən eni 24 metr, uzunu 35 metr 010 hektar torpaq sahəsi verilib. Həmin akt Məhyəddin Abdullayev tərəfindən də imzalanıb. Aktdan görünür ki. ayrılmış torpaq sahəsinin eni 29 metr, uzunluğu 35 metr olmaqla ümumi sahəsi 1000 kv.metr yox, cəmi 840 kv.metr, yəni 0.084 hektar təşkil edir. İddiaçılar tərəfindən qərar və aktdan əlavə həmin torpaq sahəsinin torpaq islahatına qədər mərhum X3 qanuni istifadəsində olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçılar tərəfindən mübahisələndirilən 0.10 hektar (əslində akta əsasən ona 0.0840 hektar ayrılaraq verilib) torpaq sahəsinin islahat zamanı Aqrar İslahat Komissiyasının qərarı ilə əvəzsiz olaraq mərhum X3 mülkiyyətinə verilməsinə dair yerli və rayon Aqrar İslahat Komissiyasının Yuxarı Ağcayazı kəndi üzrə qərarlarını (kolxoz üzvü olan və pay almaq hüququ olan subyeltlərin siyahısı) və 0.10 hektar həyətyanı torpaq sahəsinə görə mərhumun adına dövlət kadast kitabında qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iddia ərizəsinə əlavə edilməmişdir. Əgər belə bir qərarlar və ya şəhadətnamə mövcud olmamışdırsa, 13 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X1 adının Yerli və rayon X12 pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısına salınmasını nə üçün mübahisələndirməmişdir və bu hüquqdan istifadə etməmişdir. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə Ağdaş rayonunun Ağcayazı kəndində “məktəb aralığı” adlanan ərazidən onunla birlikdə bir neçə nəfər kənd sakininə qanuni istifadələrində olan həyətyanı torpaq sahələri mülkiyyətilərinə verilmişdir. Həmin ərazinin çox hissəsi isə islahata qədər həyətyanı torpaq sahəsi kimi vətəndaşlara verilmədiyindən İslahat Komissiyasının qərarı ilə bələdiyyənin balansına verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən və yuxarıda göstərdiklərindən məlum olur ki, iddiaçı tərəfin məhkəməyə təqdim edilən Ağdaş rayonu Fizuli adına kolxozun həmin qərarı qəbul edilməsinə, torpağın ayrılmasına dair akt tərtib edilməsinı baxmayaraq, həmin 0.10 hektar torpaq sahəsinin koordinatları (döngə nöqtələri) müəyyən edilməmiş, həmin qərar o vaxt qüvvədə olmuş torpaq qanunvericiliyinin tələblərinə uyğun müvafiq icra orqanında qeydiyyata alınmamışdır. Məhz ona görə də həmin torpaq sahəsi islahat zamanı kolxozun yaşayış məntələqələri torpaqları koteqoriyasına daxil edilmiş və hazırda bələdiyyənin balansındadır. Əgər həmin 0.10 ha torpaq sahəsi qanuni yolla əldə olunmuş və istifadədə olan torpaqlar siyahısında olsaydı Yerli və Rayon Aqrar İslahat Komussiyalarının müvafiq qərarları ilə iddiaçıların mülkiyyətinə verilərdi və bu barədə mərhumun adına dövlət kadastrı kitabında mübafiq nömrə ilə qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərdi. Belə ki, iddiaçılar iddia ərizəsində torpaq sahəsinin onlara kolxozun qərarı ilə verildiyini, bundan sonra Yuxarı Ağcayazı kəndinə aid 08 nömrəli təsərrüfatbaşına kitabının 562/439 nömrəli təsərrüfatının məhz X13 və ailəsinin adının olması və adına 0.10 ha torpaq sahəsinin olmasını etiraf edirlər. Həmin kitab üzrə onun və ailə üzvlərinin təsərrüfatı ayrı göstərilmişdir və həmin təsərrüfatda ancaq onun və ailəsinin adları, ailəsinin istifadəsində 0.68 hektar həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Məhz ona görə də rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 0.68 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir və bu barədə adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamənin “Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündə xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik ərazilər koordinat nöqtələri üzrə aydın qeyd edilmişdir. Orada mərhum X15 adına rast gəlinmir. Onun və ailə üzvlərinin adına verilmiş JN-151F kod 90306038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü”də onun torpaq sahəsinə bitişik torpaq sahələrinin gediş gəliş yolu üçün ayrılmış bələdiyyə, X24, X33 və X28 mülkiyyətlərinə verilmiş torpaq sahələrindən ibarət olması tam aydın görünür.
8. Əgər iddiaçıların mübahisələndirdikləri 0.10 hektar torpaq sahəsi həqiqətən də onun xüsusi mülkiyyətimdə olan 0.68 hektar torpaq sahəsinin daxilində olsaydı, həmin torpaq sahəsinin ümumi sahəsi 0.68 hektar yox, 0.78 hektar olmalı idi və yaxud iddiaçıların iddia etdikləri 0.10 hektar torpaq sahəsi onun mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin daxilində yerləşsəydi rayon Aqrar İslahat Komissiyasının qeyd edilən qərarı ilə ona və ailə üzvlərinə 0.68 hektar yox, 0.58 hektar torpaq sahəsi verilərdi və ya onun və ailə üzvlərinin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mülkiyyətçilərinin adlılar siyahısında iddiaçıların və mərhum qardaşının da adları yazılardı. Lakin onların təsərrüfatı ayrı olduğuna görə İslahat Komissiyası haqlı və qanuni olaraq 0.68 hektar torpaq sahəsini onun qanuni istifadəsində olduğundan həmin torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə qərar qəbul etmişdir. . İddiaçılara verilmiş torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə bitişik olması ilə bağlı bildirdikləri tamamilə yalandır. İddia olunan 0.10 hektar həyətyanı torpaq sahəsi kolxozun qərarı ilə mərhum X6 verilsə də, həmin ayrılmış torpaq sahəsinin sxematik planı və digər zəruri sənədlər hazılanmadığından və torpaq islahatı zamanı islahat Komissiyalarına təqdim olunmadığı üçün həmin torpaq sahəsi islahata salınmamışdır. Yəni həmin torpaq sahəsi mərhum X3 qanuni istifadəsində olan torpaq sahəsi hesab olunmadığından yerli və rayon X12 müvafiq qərarına əsasən adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənməmişdir. Bunu əksi olaraq onun və digər ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0.68 hektar həyətyanı torpaq sahəsin qanuni istifadələrində olduğundan Ağdaş rayon Aqrar islahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə onun və digər 3 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Göründüyü kimi adına işlənmiş JN - 151F kod 90306038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona Ağdaş rayon Aqrar İslahat Komissiyasının qeyd edilən qərarı əsasında verilmişdir. Həmin qərar mərhum X13 tərəfindən qanunla ona verilmiş müddətdə mübahisələndirilməmişdir. Aqrar İslahat Komissiyasının ona münasibətdə həmin qərarı qüvvədə olduğu təqdirdə adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi üçün iddiaçıların heç bir subyektiv hüquqları olmamışdır və yoxdur. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
9. İddiaçılar, birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
10. Üçüncü şəxs, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2120/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2120/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişlər. TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2120/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişlər
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 241 nömrəli məktubundan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 08 nömrəli təsərrüfatbaşına kitabının 562/439 nömrəli təsərrüfatı X9 adına olmaqla təsərrüfatında X16 (ailə başçısı), İddiaçı2 Əbdürəm qızı (həyat yoldaşı), İddiaçı1 Məhyədin oğlunun (oğlu) olması və adına 0.10 ha torpaq sahəsinin olması göstərilmişdir. - JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə X18 3 nəfər ailə üzvü ilə birlikdə 0.68 ha torpaq sahəsi verilmişdir. - AZ-İİ 217593 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. - Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 90 nömrəli məktubundan görünür ki, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolunun qərarına əsasən X6 verilmiş 0,10 ha torpaq sahəsi barədə Ağdaş rayon Dəhnəxəlil bələdiyyəsində rəsmi olaraq heç bir məlumat yoxdur. Ərazi üzrə Torpaq İslahat Komissiyasının 1998-ci ilə aid qərarı ilə Ağdaş rayonu Yuxarı Ağcayazı kəndində vətəndaşlara verilmiş həyətyanı və pay torpaq sahəsinin siyahısında X3 adı qeydiyyata alınmamışdır. X15 və ailə üzvlərinin adına olan JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,68 ha torpaq sahəsi yalnız vətəndaşın özünə və ailə üzvlərinə məxsusdur. Bələdiyyənin arxivində olan baş plana əsasən sözü gedən 0,10 ha torpaq sahəsi vətəndaşın 0,68 ha torpaq sahəsi ilə üstüstə düşmür. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubundan görünür ki, Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyeklərin siyahısında X4, İddiaçı1 və X3 adları aşkar edilməmişdir. - Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 nömrəli qərarından görünür ki,
1. A.Heydərov adına Bircə Kəndli təsərrüfatının yerli aqrar islahat komissiyasının kənddə torpaq islahatı və püşkatma nəticələrinin təsdiq edilməsi barədə xx.xx.1998-ci il tarixli 02 saylı iclas protokolu nəzərə alınmış,
2. A.Heydərov adına Bircə Kəndli təsərrüfatında xx.xx.1998-ci il tarixdə Yuxarı Ağcayazı kəndində yeni yaradılmış 52, Aşağı Ağcayazı kəndində 35 təsərrüfat qrumu arasında aparılan püşkatmanın nəticələri, torpaq islahatı barədə hazırlanmış kompleks yerquruluşu layihələri və torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilmiş,
3. A.Heydərov adına Bircə Kəndli təsərrüfatında hazırlanmış kompleks yerquruluşu sənədlərinin müəyyən olunmuş qaydada torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilməsi üçün Respublika Dövlət Torpaq Komitəsinə göndərilməsini təmin etmək rayon Torpaq şöbəsinə tapşırılmış,
4. Qərarın icrasına nəzarət Aqrar İslahat Komissiyasının sədr müavini, rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi A.Səlimova tapşırılmışdır. - xx.xx.2001-ci il tarixli Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X15 adının qarşısında (4 nəfər ailə üzvü ilə birlikdə) 0,10 ha qeyd edilmişdir. - Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 138 nömrəli məktubundan görünür ki, nümayəndəlikdə olan təsərrüfatbaşına kitablarda X13 və onun ailəsinə aid heç bir məlumat yoxdur. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 127 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Dəhnəxəlil kənd nümayəndəliyinin Yuxarı Ağcayazı kəndinə aid olan 1991-1992-1993-1995-ci illərin 02 nömrəli təsərrüfatbaşına kitabının 119 nömrəli təsərrüfatı X9 adına olmaqla təsərrüfatında X16 (ailə başçısı), İddiaçı2 Əbdürəm qızı (həyat yoldaşı), X11 (qızı), İddiaçı1 Məhyədin oğlunun (oğlu) olması və adına 0.10 ha torpaq sahəsinin olması göstərilmişdir. - Bakı şəhəri 26 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 243 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş xx.xx.1964-cü il təvəllüdlü X3 əmlakına dair Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmış və onun vərəsəsi, İddiaçı2 müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2 və o miras əmlakdan tam hissədə pay almalıdır. - xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışdan görünür ki, Ağdaş rayonu Yuxarı Ağcayazı kəndində yerləşən 0,6765 ha torpaq sahəsində yerləşən 278,4 kv.m fərdi yaşayış evi X15 tam , torpaq sahəsi isə X26, X7, X19 və X14 ümumibirgə mülkiyyətindədir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı2 və İddiaçı1 iddia etdikləri 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin 0,10 ha torpaq sahəsi **********27-10301 reyestr nömrəli çıxarış əsasında X15 mülkiyyətinə verilmiş 0,6765 ha torpaq sahəsi ilə tam hissədə üst-üstə düşür.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: Maddə 38.3.1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); Maddə 38.3.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X12 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
22. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
23. Kollegiya hesab edir ki, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi iki hissədən ibarətdir: 1) X18 verilən JN-151F kod 90306038 nömrəli “Torpağa mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin qismən, 0.10 ha torpaq sahəsinə aid hissədə ləğvi, 2) həmin hisədə 0.10 ha torpaq sahəsinə X3 adına reyestrdən çıxarışın verilməsi.
25. İş materialları ilə müəyyən olunur ki, iddiaçılar, Ağdaş rayonu M.Füzuli adına kolxozun xx.xx.1989-cu il tarixli 5 nömrəli iclas protokolu qərarına əsasən verildiyini iddia etdikləri 0,10 ha torpaq sahəsinin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş 0.6765 ha torpaq sahəsinin hüdudları daxilində olduğunu bildirir və buna görə də sözügedən çıxarışın verilməsinə əsas olmuş JN-151F kod 90306038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni üst-üstə düşən 0,10 ha hissədə mübahisələndirirlər.
26. Sözügedən şəhadətnaməyə əsasən X18 3 nəfər ailə üzvü ilə birlikdə 0.68 ha torpaq sahəsi Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verilmişdir..
27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X12 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X37 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X12 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
29. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar hazırda mübahisələndirilən şəhadətnamənin məzmunundan 2010-cu ildən məlumatlı olmalarını və ötən müddət ərzində mərhum Məhyəddin Abdullayev və üçüncü şəxs Elxan Abdullayevin anasının xətrinə (İddiaçı1 nənəsi) sözügedən Şəhadətnaməni mübahisələndirmədiklərini bildirmişlər. Belə olan halda iddiaçılar mərhum Məhyəddin Abdullayevə ayrıldığını iddia etdikləri torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilməməsi ilə bağlı hüquqlarının pozulduğunu bildikləri zaman mübahisə açmalı idilər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, 13 il keçdikdən sonra hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmişlər.
30. Nəzərə alınmalıdır ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, X12 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Mübahisələndirilən Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298- ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
32. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.
33. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən iddiaçıya bildirilmişdir ki, ləğv edilməsini tələb etdiyi Şəhadətnamə Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı əsasında verildiyindən və müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş sənədlər ləğv edilə bilməz.
35. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
36. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.
37. İddia tələbinin “0.10 ha torpaq sahəsinə X3 adına reyestrdən çıxarışın verilməsi” hissəsinə münasibətdə izah edilmişdir ki, iddiaçılar sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Məhyəddin Abdullayevə məxsus olmasını iddia etsələr də, tələbin həmin hissəsi ilkin tələblərdən asılı tələbdir. Yəni, ilk növbədə iddiaçılar inzibati məhkəmə icraatı qaydasında “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğvinə nail olmalı, həmin məsələ müsbət həllini tapdıqdan sonra isə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Məhyəddin Abdullayevə məxsus olması ilə bağlı cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda isə) anoloji iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidirlər. Yəni, iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən digər şəxsə məxsus mülkiyyət hüququnun qeydiyyatı aparıla bilməz.
38. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçıların dinlənilmə hüququ təmin edilmişdir.
39. İddiaçılar birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər.
40. Məhkəmə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
41. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2- 1(116)-2120/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2120/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.