Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-609/2025 22.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “İddiaçının adına verilmiş Reyestr nömrəsi **********54 qediyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli çıxarışında torpağın kateqoriyasını dəyişdirərək düzgün yazılmasını və “Sənaye, nəqliyyat, müdafiə və digər təyinatlı torpaqlar” kimi göstərməklə yeni çıxarışın verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 2-1(116)-3211/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçının adına verilmiş Reyestr nömrəsi **********54 qediyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli çıxarışında torpağın kateqoriyasını dəyişdirərək düzgün yazılmasını və “Sənaye, nəqliyyat,müdafiə və digər təyinatlı torpaqlar” kimi göstərməklə yeni çıxarışın verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, Qax rayon İlisu Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı qərarı ilə ona sahibkarlıq fəaliyyəti üçün 1000 kv.m torpaq torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üçün iddiaçı tərəfindən xx.xx.2008-ci il tarixli ödəniş qəbzinə əsasən Qax rayon İlisu Bələdiyyəsinin hesabına 700 AZN ödəniş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsi torpaq sahəsinin ona satılmasına etiraz etməmişdir. Torpaqların alqı-satqısına dair Aktı ilə Qax rayon İlisu Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli 09 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi ona satılmışdir. Bundan sonra onun adına xx.xx.2009-cu il tarixili A № 148512 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Torpaq sahəsi ayrıldığı gündən iddiaçının istifadəsində olmuşdur. Hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 Saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə baxılaraq cavabdeh tərəfindən xx.xx.2024-cü tarixdə imtina məktubu verilmişdir. İmtina səbəbi kimi qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər toplusuna Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş torpağın alqı-satqısına dair akt əlavə edilsə də, alqı-satqı aktının qeydiyyat tarixi xx.xx.2009-cu il tarixə olduğundan, alqı-satqı aktının arxiv nüsxəsi təqdim edilmədiyindən, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən müraciətin icrası mümkün olmamışdır. Buna görə də iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 Saylı Şəki Ərazi İdarəsinə qarşı ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilərək “Qax rayonu İlisu Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı qərarına əsasən ona satılmış 0.10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinə Şəki İnzibati Məhkəməsində baxılaraq xx.xx.2024-cü il tarixli 2-1(116)-1659/2024 saylı qərarı ilə təmin edilməmişdir. Lakin verdiyi apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-621/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 Saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu İlisu Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya satılmış 0.10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Qərarın icrası cavabdehə göndərilmişdir və nəticədə onun hüquqları xx.xx.2025-ci ildə qeydə alınaraq ona çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları kimi göstərilmişdir. Lakin iş materillarından göründüyü kimi. Qax rayonu İlisu Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı qərarına əsasən ona satılmış 0.10 ha torpaq sahəsi iaşə obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsidir. Məhkəmə qərarıda həmin protokoldan çıxarışa əsaslanaraq qərar vermiş və həmin protokol üzrə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh tərəf məhkəmə qərarını düzgün icra etmədən torpaq sahəsinin kateqoriyasını dəyişmişdir. Belə olan halda cavabdeh məhkəmə qərarını icra etməmişdir. Qeyd edilən xüsusatla bağlı Şəki İnzibati Məhkəməsinədə müraciət edilmişdir. Müraciətləri cavabsız qaldığı üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 Saylı Şəki Ərazi İdarəsinə müraciət edərək iddiaçının adına verilmiş Reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan xx.xx.2025-ci tarixli çıxarışda torpağın kateqoriyasını dəyişdirərək düzgün yazılmasını və yeni çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəf iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.
3. Bildirirmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1659/2024 nömrəli inzibati iş materiallarına əlavə edilmiş Qax rayon İlisu Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı iclas protokolundan çıxarışdan göründüyü kimi, ona iaşə obyekti tikmək üçün 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Aramızda "Torpaqların Alqı- Satqısına Dair" Akt imzalanmış və təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixili A № 148512 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmişdir. Həmin sənəddə satılmış torpaq sahəsinin 1000 kv.m sahibkarlıq məqsədi üçün olması öz əksini tapmışdır.
4. Bu sənədlər əsasında cavabdeh tərəf iddiaçıya çıxarış verməkdən imtina etsədə, yekunda həmin sənədlər əsasında çıxarışın verilməsi öhdəliyi məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə qərarını icra edən cavabdeh tərəf məhz həmin sənədlər əsasında iddiaçının hüquqlarını qeydə alaraq ona çıxarış verməlidir. Lakin onlar mövcud olan baza məlumatlarına əsasən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları kimi göstərməklə yanışlığa yol vermişdirlər. Hal-hazırda cavabdeh tərəf bu yanlışlığı aradan qaldırmır və düzgün çıxarışı ona təqdim etmir.
5. İddiaçı hesab edir ki, cavabdeh orqan qanunla üzərlərinə vəzifə qoyulan öhdəlikləri yerinə yetirməməklə qanunvericiliyin bir çox tələblərini pozmuşdur.
6. Belə ki, hal-hazırda ona satılmış torpaq sahəsinin bütün ətrafı fərdi yaşayış evləri və iaşə obyektləridir. Bir çoxu həmin evlər üçün, iaşə obyektləri üçün artıq hüquqlarını qeydə aldırmışdır. İlk əvvəllər həmin torpaq sahələri satılarkən X1 uçotu İnformasiya Sistemində bu sahələr Bələdiyyə! torpaqları olmaqla perspektivə düşən sahələr olmuşdur. Həmin ərazilər ümumiyyətlə əvvəllərdə, indidə kənd təsərrüfatı təyinatlı torpaqları kimi olmamışdır. Lakin sonradan 2017-ci ildə TEKUİS məlumat bazası istifadəyə verilərkən həmin əraziləri heç bir əsas olmadan kadeqoriyasını dəyişmişdirlər. Mənə satılan torpaq sahəsinin düz yanında təxminən 5 il əvvəl satılmış və iaşə obyekti tikilərək fəaliyyət göstərən obyek mövcuddur. Digər qonşu ərazi isə fərdi yaşayış evidir. Sənəd mövcuddur. Necə olur ki, həmin ərazidə bir boş torpaq sahəsi mənə məxsusdur. Onunda kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları kimi göstərilir. Buda mümkün olan bir şey deyil.
7. Tərəflər birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi imtina məktubu ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 21 avqust 2025-ci il tarixli 2-1(116)-3211/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi qərardadında torpağın kateqoriyasının digərinə keçirilməsi cavabdehin səlahiyyətində olmadığını və ona görə onun üzərinə bu vəzifənin qoyula biməyəcəyini qeyd etmişdir. İddiaçı qeyd edir ki, onun məhkəmə qarşısında qaldırdığım məsələ torpağın kateqoriyasının dəyişdirilməsi deyildir. Cavabdeh orqan vətəndaşların daşınmaz əmlak üzərində hüquqlarım qeydə alan orqandır. İddiaçının müraciəti sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması olub. Bələdiyyədə ehtiyyat fondundan həmin kateqoriyada olan torpaq sahəsini ayırıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsi tərəfindən xx.xx.2009-cu i! tarixili A № 148512 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Onun torpaq sahəsinin ətrafı iaşə obyektləri və fərdi yaşayış evləridir. Sonradan elektron baza yaradılarkən hansı əsasla ona məxsus ərazinin kateqoriyası bazada dəyişdirilib məlum deyil. Eyni zamanda cavabdeh iddiaçıya hansı kateqoriyalı torpaq sahəsi ayırılıbsa, onu düzgün qeydə almağa borcludur. Çünki məhkəmə qərarı onun üzərinə birbaşa öhdəlik qoyub. Beləliklə iddiaçının tələbi torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi deyil, onun düzgün qeydə alınmasıdır. Məzh buna görə də hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Odur ki, Şəki İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 3211/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam olaraq hərtərəfli araşdırılmadığını bildirmişdir. İddiaçı bundan əlavə bələdiyyə tərəfindən torpaq sahəsinin ona iaşə obyekti tikmək məqsədilə verildiyini bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 2-1(116)-3211/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X3 izahatında birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam olaraq hərtərəfli şəkildə araşdırıldığını və əsaslı qərardad qəbul edildiyini bildirdi. Əlavə olaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
14. Aşağıdakı sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir.
1. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir.
3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(107)-621/2024 nömrəli qərarının surəti.
4. A 148512 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2-ci inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə görə, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
19. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
20. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. Belə ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən onun adına verilmiş reyestr nömrəsi **********54, qediyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli çıxarışda torpağın kateqoriyasını dəyişdirərək düzgün yazılmasını və “Sənaye, nəqliyyat, müdafiə və digər təyinatlı torpaqlar” kimi göstərməklə yeni çıxarışın verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
23. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayaraq mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) qərarı ilə həyata keçirilir. Göründüyü kimi qanunvericilkdə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsində cavabdeh inzibati orqanın səlahiyyətləri mövcud deyil. Səlahiyyət olmayan halda inzibati orqanın üzərinə bununla bağlı vəzifə də qoyula bilməz.
24. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
25. Belə ki, iş materiallarında olan sənədlərdən belə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu İlisu kənd Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya satılmış 0.10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli 2-1(116)-1659/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1 (107)-621/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli 2-1 (116)-1659/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu İlisu Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
26. Həmin qərarda Qax rayonu İlisu kənd Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya satılmış 0.10 ha torpaq sahəsinin kateqoriyasının hansına aid olması göstərilməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
28. Kollegiya onu da qeyd edir ki, İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında və apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddia etdiyi 0,10 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsini tələb etmədiyini, torpaq sahəsi bələdiyyə tərəfindən ona satılan zaman torpağın qeyd edilmiş təyinatına uyğun, yəni “Sənaye, nəqliyyat, müdafiə və digər təyinatlı torpaqlar” kimi göstərməklə yeni çıxarışın və plan ölcüsünü verilməsini tələb etdiyini bildirmişdir.
29. Belə ki, Qax rayonu İlisu kənd Bələdiyyəsinin 04 avqust 2006-cı il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya satılmış 0.10 ha torpaq sahəsi iaşə obyektlərinin tikilməsi məqsədilə satılmış, eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədində də qeyd edilən torpaq sahəsinin təyinatı “sahibkarlıq məqsədi üçün” kimi göstərilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş reyestr nömrəsi **********54, qediyyat nömrəsi ********** olan xx.xx.2025-ci il tarixli çıxarışda 0,10 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən qeyd edilən məlumatlara əsasən yəni, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı vəziyyətdə olan hüquqi statusunu, kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə almışdır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisə predmeti olan torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı olmuşdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanununun 6-cı maddəsinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
31. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçının hüquqi marağının nədən ibarət olması barədə tam araşdırma aparmamış, yalnız formal mülahizələrə əsaslanaraq hazırkı qərardadı qəbul etmiş və bununla da İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələblərini pozmuşdur.
32. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarının araşdırılması prinsipinin tələblərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar, həmçinin iddiaçının tələbinin nədən ibarət olması müəyyən olunmalıdır.
33. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək ərizənin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 2-1(116)-3211/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş ərizəyə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.