Məhkəmə qərarları › İş №2-1(107)-61/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-61/2020

13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-61/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1976-1997-ci illərdə Ağsu rayonunun sabiq “Özbəkistan” adına kolxozda işləməyinə dair Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 362 saylı arxiv arayışında göstərilən iş illərinin, 20 il 02 ayın sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixindən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1173/2019nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iş stajını nəzərə alınmaqla 3-cü qrup əlil olmağı ilə əlaqədar pensiya hesablanıb təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx xxxx 2019-ci il tarixli **********7 nömrəli məktubla göstərilən əmək kitabçasının olmaması səbəbi ilə pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin iş stajına dair əlilliyə görə pensiya təyin edilməsindən rəsmi məktubla imtina etməsi əsassızdır və onun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş sosial təminat hüququnu pozur. Belə ki, Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş iş stajına dair xx xxxxxx 2018ci il tarixli 362 saylı arayış kolxoz üzvlərinin əməyinin ödənilməsinə dair uçot kitabları əsasında tərtib edilib verilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, "1976-1997-ci illərdə Ağsu rayonunun sabiq “Özbəkistan” adına kolxozda işləməyinə dair Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 362 saylı arxiv arayışında göstərilən iş illərinin staj kimi müəyyən edilərək əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməninin xx.xx.2019-cu il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1976-1997-ci illərdə Ağsu rayonunun sabiq “Özbəkistan” adına kolxozda işləməyinə dair Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 362 saylı arxiv arayışında göstərilən iş illərinin, 20 il 02 ayın sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixindən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinə həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı Zəkəra oğlu əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə müraciət etmiş lakin, vətəndaşın əmək kitabçası olmadığı üçün pensiya təminatından imtina edilmişdir. xx.xx.2018-ci il tarixli 362 nömrəli arxiv arayışına əsasən vətəndaşın 20 il 2 ay əmək stajı var ki, bu stajın pensiya kapitalına çevrilməsi zamanı xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 14146,46 manat pensiya kapitalı yaranır. xx.xx.2018-ci il tarixli 362 nömrəli arxiv arayışında göstərilən əmək stajı sosial sığorta stajına daxil edilərsə o zaman vətəndaşın əlilliyə görə əmək pensiyası hüququ yaranacaqdır. Vətəndaşa əlilliyə görə pensiya təyin edilməsi üçün minimum 14 il 4 ay sosial sığorta stajı və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 14998.83 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu, Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 362 saylı arxiv arayışı, xx.xx.2019-cu il tarixli **********4 nömrəli məlumatı, TSEK-in əlilliyə dair arayışı, iddiaçının H3 seriyalı ******* nömrəli hərbi biletinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1173/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdehnə üzərinə İddiaçı 1976-1997-ci illərdə Ağsu rayonunun sabiq “Özbəkistan” adına kolxozda işləməyinə dair Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 362 saylı arxiv arayışında göstərilən iş illərinin, yəni 20 il 02 ayın sosial sığorta stajına daxil edilməsinin və xx.xx.2018-ci il tarixindən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1173/2019 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1173/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1173/2019nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 362 saylı arxiv arayışına əsasən iddiaçı 19761997-ci illərdə Ağsu rayonunun sabiq “Özbəkistan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. x xxxxxx 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının Ağsu rayonunun sabiq “Özbəkistan” adına kolxozdaişləməsi Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 362 saylı arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Bundan başqa, iddiaçı iddia tələbində əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx.xx.2018-ci il tarixdən üçüncü qrup əlillik təyin edilmişdir. Ona İİİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubuda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Zəkəra oğluna 3-cü dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün minimum 14 il 4 ay sosial sığorta stajı və 14998 manat 83 qəpik pensiya kapitalı tələb olunur. Həmin məktubdan müəyyən olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının 20 il 2 ay əmək stajı və həmin staja uyğun 14146,46 manat pensiya kapitalı var. İddiaçının xx.xx.1979-xx.xx.1981-ci illər üzrə hərbi xidmət dövrü olmaqla 2 il 28 gün stajı və 1457,51 manat pensiya kapitalı var. İddiaçının arxiv arayışında qeyd olunan və hərbi xidmətdə olduğu müddət nəzərə alındıqda onun 22 il 2 ay 28 gün stajı və müvafiq olaraq 15603,97 manat kapitalı yaranır ki, bu da ona əlilliyə görə əmək pensiyası təyin olunmasına imkan verir. (iddiaçının əlillik təyin olunan zaman 58 yaşı olmuşdur. Əmək qabilliyyətli yaş dövrü 43 il təşkil edir. 43*4/12=14 il 4 ay) Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgünnəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1173/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar