Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-61/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1684/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “iddiaçıya 32 il 4 ay 3 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2020-ci ildə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10 oktyabr 2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir.
3. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilədək X1 toxuculuq istehsalatında işləmiş (iş stajı 6 ay 27 gün), xx.xx.1981 - xx.xx.1983-cü illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmiş (iş stajı 2 il), xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Azərenerji təmir istehsalat müəssisəsində qazanxana sexlərin avadanlıqlarının təmiri üzrə çilingər işləmişdir (iş stajı 7 ay 10 gün). xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Mingəçevir Quraşdırma İdarəsində çilingər santexnik işləmişdir (iş stajı 06 ay 18 gün). xx.xx.1985-xx.xx.1988-ci illərdə Mingəçevir çınqıl beton zavodunda işləmişdir (iş stajı 03 il 2 ay 28 gün). xx.xx.1988 – xx.xx.1991-ci illlərdə “Azqlavenerqo” DBQ-nın istehsalı zavodunda teplovoz tərtibatçısı vəzifəsində işləmişdir (4 il 3 ay 01 gün). xx.xx.1991-ci il tarixdə 5-ci dərəcəli teplovoz maşinist köməkçisi vəzifəsinə qəbul edilmiş və xx.xx.1996-cı il tarixdə AZDRES-ə köçürmə yolu ilə işdən azad edilmişdir (güzəştli şərtlərlə iş stajı 5 il 8 ay 8 gün). Daha sonra xx.xx.1996-cı il tarixdə AZDRES-ə köçürmə yolu ilə X4n teplovoz maşinist köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir (güzəştli şərtlərlə iş stajı 26 il 7 ay 26 gün). Beləliklə, ümumi iş stajı 43 il 5 ay 8 gün, güzəştli şərtlərlə iş stajı isə 32 il 4 ay 3 gün təşkil edir. Onun ümumi iş stajı eləcə də güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etdiyində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3-1 7-1 \2-H-45546\2023 saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir.
4. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazında bildirmişdir ki, İddiaçı tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilən zaman "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışı təqdim edilmişdir. Həmin arayışa əsasən İddiaçı 25 il 6 ay 26 gün güzəştli iş stajı (xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) mövcuddur.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur.
6. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC "xxxx" MMC-nin ona dair 7 fevral 2023-cü il tarixli 07-12 nömrəli arayışda xx.xx.1996-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin X4nin “lokomativ briqadasında” teplovoz maşinisti köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “Azərenerji" ASC "xxxx" MMC-nin fəaliyyət sahəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
7. İddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1684/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC "Azərbaycan istilik Elektrik Stansiyası” MMC-nin ona dair 7 fevral 2023-cü ıl tarixi 07-12 nömrəli arayışında xx.xx.1996-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin X4nin "lokomativ briqadasında” teplovoz maşinisti: köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi "xxxx" ASC "xxxx" MMC-nin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci İİ tarixli 12 nömrəli Qərarında qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1684/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1684/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1684/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 07-64 nömrəli Arayışı; Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-12 nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışı; НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti; ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, İddiaçı xx.xx.1996-cı il tarixdə "xxxx"-nin X4nə “Lokomotiv briqadası”na teplovoz maşınisti köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. X4 (YNS) stansiyanın dəmiryol nəqliyyatı təsərrüfatına xidmət edir və "xxxx"-nin mülkiyyətində olan dəmir yollarının istismarını, təmirini və xidmətini həyata keçirir. Həmin dəmir yollarının istismarı və xidmətində çalışan teplovoz maşınistlərinin və köməkçilərinin, qatar tərtibatçıları, dispetçerlərin, çilingərlərin və s. əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında məşğul olan eyni peşələrdə çalışan işçilərin əmək funksiyaları və iş şəraiti ilə eynilik təşkil edir. Ona görə də iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək tutduğu teplovoz maşınisti köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4-cü “Dəmiryol nəqliyyatı, dəmiryol Lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində teplovozlarda maşınist köməkçiləri vəzifəsinin xüsusiyyətlərinə uyğun olduğu hesab edilə bilər. Teplovoz maşınisti köməkçisi "xxxx" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması, çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirir. Teplovoz maşınisti və teplovoz maşınisti köməkçisi növbətçilik cədvəli üzrə 12 saatlıq normalaşdırılmış iş gününə malikdir. İddiaçı işlədiyi müddət ərzində xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək zərərli sahədə 08 saatlıq iş günü ərzində təhlükəlilik sinfi 3-4, nəmlik, iş yerində otaqlarda havanın temperaturu, havanın temperaturunun normadan yuxarı olması, CO-2 karbon qazı, səs-küy, titrəmə, lokal, ümumi, əməyin ağırlığı, yeknəsəkliyi, (monotonluğu) əsəb, Emosional və intellektual gərginlik, infraqırmızı şüalanma (280-400 Hm dalğa həddi daxilində) faktorları mövcud olmuşdur. “İş şəraitinin” ağır və zərərli olduğuna görə ona xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 8% və 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək şəraiti zərərli olduğu üçün İddiaçı əmək məzuniyyətinə xx.xx.1996-cı il rarixdən xx.xx.2022-ci il tarixədək 06 təqvim gün əlavə gün verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ-091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ-002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC-nin "xxxx" MMC adlandırılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 İİ çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1684/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
26. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çox, güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 12 il 06 aydan artıq olmaqla aşağıdakı kimi hesablanmalıdır: xx.xx.1980-xx.xx.1981-ci ilədək X1 toxuculuq istehsalatında; (6 ay 27 gün) xx.xx.1981 - xx.xx.1983-cü illədək Sovet Ordu sıralarında hərbi xidmət keçmiş; (2 il 5 gün) xx.xx.1983 - xx.xx.1984-cü ilədək, Azərenerji təmir istehsalat müəssisəsində qazanxana sexlərin avadanlıqlarının təmiri üzrə çilingər işləmiş; (7 ay 10 gün ) xx.xx.1984 - xx.xx.1984-cü ilədək Mingəçevir Quraşdırma İdarəsində çilingər santexnik işləmiş; (06 ay 18 gün) xx.xx.1985 - xx.xx.1988-cü illərdə Mingəçevir çınqıl beton zavodunda işləmiş; (03 il 2 ay 28 gün) xx.xx.1988 – xx.xx.1991-ci illlərdə “Azqlavenerqo” DBQ-nın istehsalı zavodunda teplovoz tərtibatçısı vəzifəsində işləmiş; (4 il 3 ay 01 gün) xx.xx.1991-ci il tarixdə 5-ci dərəcəli teplovoz maşinist köməkçisi vəzifəsinə qəbul edilmiş və xx.xx.1996-cı il tarixdə AZDRES-ə köçürmə yolu ilə işdən azd edilmişdir. (güzəştli şərtlərlə iş stajı 5 il 8 ay 8 gün) xx.xx.1996 - xx.xx.2022-ci il illərdə AZDRES-ə köçürmə yolu ilə X4n teplovoz maşinist köməkçisi vəzifəsinə təyin edilmişdir. (güzəştli şərtlərlə iş stajı 26 il 7 ay 26 gün)
27. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC "Azərbaycan istilik Elektrik Stansiyası” MMC-nin ona dair 7 fevral 2023-cü ıl tarixi 07-12 nömrəli arayışında xx.xx.1996xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin X4nin "lokomativ briqadasında” teplovoz maşinisti: köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi "xxxx" ASC "xxxx" MMC-nin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci İİ tarixli 12 nömrəli Qərarında qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
28. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.
29. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız https://corp.ady.az/"xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiyolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız https://corp.ady.az/"xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrıayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-578/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
31. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu edilmiş, "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, X4 (YNS) stansiyanın dəmiryol nəqliyyatı təsərrüfatına xidmət edir və "xxxx"-nin mülkiyyətində olan dəmir yollarının istismarını, təmirini və xidmətini həyata keçirir. Həmin dəmir yollarının istismarı və xidmətində çalışan teplovoz maşınistlərinin və köməkçilərinin, qatar tərtibatçıları, dispetçerlərin, çilingərlərin və s. əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında məşğul olan eyni peşələrdə çalışan işçilərin əmək funksiyaları və iş şəraiti ilə eynilik təşkil edir. Ona görə də iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək tutduğu teplovoz maşınisti köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4-cü “Dəmiryol nəqliyyatı, dəmiryol Lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində teplovozlarda maşınist köməkçiləri vəzifəsinin xüsusiyyətlərinə uyğun olduğu hesab edilə bilər. Teplovoz maşınisti köməkçisi "xxxx" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması, çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirir. Teplovoz maşınisti və teplovoz maşınisti köməkçisi növbətçilik cədvəli üzrə 12 saatlıq normalaşdırılmış iş gününə malikdir. İddiaçı işlədiyi müddət ərzində xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək zərərli sahədə 08 saatlıq iş günü ərzində təhlükəlilik sinfi 3-4, nəmlik, iş yerində otaqlarda havanın temperaturu, havanın temperaturunun normadan yuxarı olması, CO-2 karbon qazı, səs-küy, titrəmə, lokal, ümumi, əməyin ağırlığı, yeknəsəkliyi, (monotonluğu) əsəb, Emosional və intellektual gərginlik, infraqırmızı şüalanma (280-400 Hm dalğa həddi daxilində) faktorları mövcud olmuşdur. “İş şəraitinin” ağır və zərərli olduğuna görə ona xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 8% və 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək şəraiti zərərli olduğu üçün İddiaçı əmək məzuniyyətinə xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 06 təqvim gün əlavə gün verilmişdir.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək tutduğu teplovoz maşınisti köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4-cü “Dəmiryol nəqliyyatı, dəmiryol Lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində teplovozlarda maşınist köməkçiləri bəndinə uyğun olaraq dəmir yollarının istismarı və xidmətində çalışan teplovoz maşınistlərinin və köməkçilərinin, qatar tərtibatçıları, dispetçerlərin, çilingərlərin və s. əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında məşğul olan eyni peşələrdə çalışan işçilərin əmək funksiyaları və iş şəraiti ilə eynilik təşkil edir. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır.
33. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir.
34. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.
35. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır.
36. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
37. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1684/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.