Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-61/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “1,1 ha torpaq sahəsinə “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsinin və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2278/2024 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ Rayon Ərazi idarəsi tərəfindən ona verilmiş xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışın (seriya MH, N 0001590) məlumatları 1.1 ha ölçülü torpaq sahəsinin “Yaşayış məntəqələrinin torpaqları” təyinatı, kateqoriyası, “Tikinti” məqsədli istifadə növü məlumatları əsas tutulmaqla, İsmayıllı rayonu, Buynuz kəndində yerləşən 1.1 ha torpaq sahəsi ilə bağlı ona “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə tələbini dəqiqləşdirərək “Qəbələ Rayon Ərazi idarəsi tərəfindən ona verilmiş xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışda qeyd olunan 1,1 ha torpaq sahəsinə “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsinin və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdeh orqana müraciət edərək İsmayıllı rayon Buynuz kəndində yerləşən, xüsusi mülkiyyətində olan 1,1 ha torpaq sahəsinə texniki sənəd (yəni, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin) verilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-21-00xxxx/2024 nömrəli cavab məktubu ilə ərizənin təmin olunmasından və texniki sənəd verilməsindən imtina etmişdir. İmtina bununla əsaslandırılmışdır ki, "Sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir. Belə ki, TEKUİS (X6 uçotu informasiya sistemi) baza xəritəsinə əsasən faktiki torpaq sahəsinin bir hissəsi (0,8250 ha) kollu-örüş, bir hissəsi isə (0,2750) əkin sahəsi kimi qeyd edilmişdir. Həmçinin, faktiki torpaq sahəsi magistral yoldan 10,5-11,0 metr məsafədə yerləşir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən texniki pasportun verilməsi mümkün deyildir." 2024-cü ilin mart ayında təkrar olaraq cavabeh orqana müraciət edib məsələyə yenidən baxılmasını, ona "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Qəbələ Rayon Ərazi idarəsi tərəfindən ona verilmiş xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışdan (Seriya MH №0001590) görünür ki, həmin hüquqi sənəddə mülkiyyətində olan sözügedən 1,1 ha ölçülü torpaq sahəsinin təyinatı/kateqoriyası "Yaşayış məntəqələrinin torpaqları", məqsədli istifadə növü isə “Tikinti" növü olaraq ifadə və əks etdirilmişdir. Qanunvericiliyə görə çıxarış hüquqların dövlət qeydiyyatı aktıdır, hüquqi sənəddir. Yəni əsas sənəddir. Çıxarış daşınmaz əmlakın dövlət reyestri məlumatını özündə əks etdirir. Həmin çıxarışı 2006-cı ildə əldə etmişdir. İndiyə kimi həmin torpaq sahəsi heç bir dövlət orqanı, hər hansı hüquqi və fiziki şəxs tərəfindən mübahisələndirilməmiş, torpaq sahəsinin təyinatının, kateqoriyasının istifadə növünün dəyişdirilməsi ilə bağlı ona qarşı hər hansı tələb, iddia etiraz irəli sürülməmişdir. Çıxarış torpaq sahəsi ilə bağlı hüququn, hüquq sahibinin, təyinatın və istifadə növünün tanınması və təsdiq olunması faktıdır, aktıdır. Həmin çıxarışı 2006-cı ildə əldə etmişdir. İndiyə kimi həmin torpaq sahəsi heç bir dövlət orqanı, hər hansı hüquqi və fiziki şəxs tərəfindən mubahisələndirilməmiş, torpaq sahəsinin təyinatının, kateqoriyasının, istifadə növünün dəyişdirilməsi ilə bağlı ona qarşı hər hansı tələb, iddia, etiraz irəli sürülməmişdir. İddiaçı, Mülki Məcəllənin 140-cı, Torpaq Məcəlləsinin 84-cü maddələrinə, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının müvafiq bəndlərinə istinad edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Məmmədov X4 rayonu, Buynuz kəndində yerləşən alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin (**********82) nömrəli çıxarışa əsasən plan-ölçülərin verilməsi ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti ilə əlaqədar olaraq aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 1,1 ha torpaq sahəsini İsmayıllı rayonu, Buynuz Bələdiyyəsindən alqı-satqı qaydasında əldə etmişdir. X2 İsmayıllı rayonu, Buynuz Bələdiyyəsinin 06 iyul 2005-ci il tarixli 05 saylı qərarı əsasında 1.1 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında 1.1 ha torpaq sahələrinə xx.xx.2006-cı il tarixli, **********82 nömrəli reyestrdən çıxarış verilmiş, plan və ölçü sənədi verilməmişdir. X2 alqı-satqıdan əvvəl həmin torpaq sahələrinin plan-ölçü sənədlərinin olmadığı bildirilmişdir. Torpaq sahələri Ərazi İdarəsinin mütəxəssisi tərəfindən İddiaçı iştirakı ilə müayinə olunanda mütəxəssis qeyd olunan torpaq sahələrinin kənd təsərrüfatı ərazisinə düşdüyünü onun nəzərinə çatdırmışdır. İddiaçı isə yalnız reyestrdən Çıxarış verilməsi onları qane etdiyini bildirmişdir. Daha sonra İddiaçı qeyd olunan torpaq sahələrini alqısatqı yolu ilə əldə etdikdən sonra reyestrdən Çıxarış sənədlərini əldə etmək üçün müraciət etmişdir. İddiaçı müraciətinə əsasən müvafiq olaraq ona "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 9 saylı Qəbələ Ərazi idarəsi də xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəli reyestrdən Çıxarış işlənərək vermişdir. Belə ki, İddiaçı müraciəti ilə əlaqədar olaraq İsmayıllı rayonu, Buynuz kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X6 X7 (TEKUİS) iddia edilən faktiki torpaq sahəsi ilə bağlı araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, İddiaçı iddia etdiyi İsmayıllı rayonu, Buynuz kəndində yerləşən faktiki torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində, X6 X8 (TEKUİS) baza məlumatlarında kənd təsərrüfatı təyinatlı sahəsində yerləşir. Qeyd olunan səbəbə görə də, müraciətinin icrası mümkün olmamışdır.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli tarixli imtina məktubları, - MH seriyalı ******* nömrəli (xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli) çıxarış, - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 09 avqust 2024-cü il tarixli 2- 1(116)-2278/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə İddiaçı xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışda qeyd olunan 1,1 ha torpaq sahəsinə “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, hazırkı məhkəmə icraatı zamanı cavabdeh orqan plan-ölçü sənədinin verilməsi tələb edilən torpaq sahələrinin sonradan təyinatının dəyişdirilməsi ilə bağlı, o cümlədən ilkin sənədlər tərtib edilənədək təyinatının kənd təsərrüfatı təyinatlı olması ilə bağlı hər hansı sübut təqdim etməmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə tərtib edilmiş çıxarışda torpaq sahəsinin təyinatının “yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü – “tikinti” qeyd edilməsi ilə bağlı aparılmış qeydiyyatı əsaslandıra bilməmişdir. Odur ki, cavabdeh orqanın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması əsası ilə müraciətin təmin edilməsindən imtinası əsaslı hesab edilə bilməz. İddiaçının mülkiyyətində olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmadığından, hüquqların qeydiyyatı zamanı yuxarıda sadalanan Əsasnamənin tələbinə görə plan-ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində birmənalı olaraq qeyd edilmişdir ki, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifəsidir. - İşin hallarından göründüyü kimi xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışın məzmununun qeyri-dəqiqliyi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı icraat aparılmamış və həmin çıxarışda qeyd edilmiş məlumatların mötəbərliyi mübahisələndirilməmişdir. - Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir və onun məsuliyyət sferasına aiddir. Həm də, tərtib ediləcək planölçü sənədinin məzmunu dövlət qeydiyyatına alınmış hüququn məzmununa (xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışa) uyğun olmaqla onu tamamlamalıdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2278/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı İsmayıllı rayonu, Buynuz bələdiyyəsinin 06 iyul 2005-ci il tarixli 05 saylı qərarı əsasında 1.1 ha torpaq sahəsi ayrılmışdır. Həmin bələdiyyə qərarı əsasında 1.1 ha torpaq sahəsinə xx.xx.2006-cı il tarixli, **********82 reyestr nömrəli çıxarış verilmişdir. (Torpaq sahələrinə plan və ölçü sənədi verilməmişdir.) Daha sonra İddiaçı sözügedən torpaq sahəsinə plan ölçü sənədi almaq üçün 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti ilə əlaqədar olaraq İsmayıllı rayonu, Buynuz kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X5 X10 (TEKUİS) və iddia edilən faktiki torpaq sahələri ilə bağlı araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, İddiaçı iddia etdiyi İsmayıllı rayonu, Buynuz kəndində yerləşən faktiki torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X6 X8 (TEKUİS) baza məlumatlarında kənd təsərrüfatı təyinatlı sahəsində yerləşir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus hüquqi sənəddə - Çıxarışda qeyd edilən təyinat - “Yaşayış məntəqələrinin torpaqları” qeydi indiyə kimi 20 ilə yaxın bir müddətdə heç bir hüquqi və fiziki şəxs, eləcə də cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh orqan nə imtina bildirişində, nə iddia ərizəsinə yazılı etirazında, nə də ki, apellyasiya şikayətində sənədlərdəki ziddiyyəti izah edə bilməmişdir. Qanunvericilik də bu cür ziddiyyətlərin və uyğunsuzluqların olmasını inkar etmir. Əksinə, qanunvericilik bunların mümkünlüyünü nəzərə alaraq, həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda (13.11-ci maddə), həm də xüsusi olaraq tənzimləyici qanunvericilik aktı kimi qəbul edilmiş “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" 07 mart 2016-cı il tarixli Fərmanda bu ziddiyyətlərin və uyğunsuzluqların aradan qaldırılmasının hüquqi imkanlarını və yollarını müəyyən etmiş, hüquq sahiblərinin hüquqlarının təmin və qorunması ilə bağlı prinsiplər müəyyən etmişdir. Bu hüquqi sənədin tələb olunması və əsas tutulması, faktiki istifadəçiliyə toxunulmaması (3-cü şəxslərin hüquqlarına müdaxilə etmirsə) və faktiki istifadə vəziyyətinin əsas tutulması hüquqi sənədlərin məlumatlarının toxunulmazlığı, sahə sənəddəkindən az olduqda vətəndaşın qeydiyyat üçün razılığının alınması, sahə sənəddəkindən çox olduqda vətəndaşın artıq sənəddən imtinasının alınması, düzəlişlərin edilməsi ilə bağlı vətəndaşlara bildirişlərin göndərilməsi və s. kimi qayda və prinsiplərin müəyyən edilməsidir. - Mülki Qanunvericilikdə müəyyən edilmiş reyestr məlumatının prezumpsiyası cavabdeh tərəfindən nəzərə alınmamışdır. Daşınmaz əmlakın dövlət reyestri qeydiyyatında, bazasında və buna müvafiq olaraq iddiçıya verilmiş xx.xx.2006 qeydiyyat tarixli Çıxarışda əks olunmuş həmin məlumat - “Yaşayış məntəqələrinin torpaqları” qeydi toxunulmazdır və texniki sənəd, plan-ölçü sənədi də bu məlumatlara əsaslanmaqla verilməlidir. Cavabdeh orqan hüquqi qüvvəsi saxlanan və qüvvədə olan Çıxarışın məlumatlarının mötəbərliliyindən imtina edə bilməz, qanunvericiliyə ziddir. - Uyğunsuzluğun aradan qaldırılması ilə bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında " Qanunun 13.11-ci maddəsi tətbiq olunmamışdır. Həmin maddəyə əsasən, dövlət reyestrinin kağız üzərində elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Göründüyü kimi, əgər cavabdeh 2016-cı ildən sonra formalaşdırılmış elektron baza məlumatının iddiaçıya 2006-cı il tarixində verilmiş kağız sənəd/çıxarış üzərindəki məlumata uyğunsuzluğunu qeyd edirsə, vəzifəsidir ki, qanunun həmin normasını tətbiq etməklə və çıxarışın məlumatları saxlanmaqla uyğunsuzluğu aradan qaldırsın. Cavabdeh bu uyğunsuzluğa görə hüquqların qeydiyyatından imtina edə bilməz. Onun vəzifəsi budur ki, qanunvericiliyin müvafiq normasını tətbiq etməklə yanlışlıqları aradan qaldırsın, məlumatları dürüstləşdirsin və bu zaman reyestr məlumatının prezumpsiyasını əsas tutsun. Lakin, çox təəssüf ki, cavabdeh orqan inzibati praktikasında uyğunsuzluğun aradan qaldırılması tətbiq olunmur, yaxud az-az hallarda tətbiq olunur, vətəndaş və hüquq sahibləri bir qayda olaraq, məhkəmələrə yönləndilir ki, bu da nəticədə məhkəmələrdə iş yükünün artmasına və vətəndaşların, hüquqlarının bərpasına aylarla vaxt sərf etməsinə gətirib çıxarır. Əlavə olaraq, onu da qeyd etmək istəyir ki, onunla bağlı cavabdehin imtinasının, etirazının və şikayətinin dəlilləri vahid məhkəmə təcrübəsi ilə müəyyən edilmiş məhkəmə praktikası dəlillərinə də ziddir. Beləliklə, yuxarıda göstərilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və dəlilləri qanunvericiliyə ziddir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2278/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2278/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. ...
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.
21. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr X7n yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;
22. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Maddə 5. dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır
23. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
Apellyasiya şikayətinin mümkünlüyü
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
32. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili kimi cavabdeh qeyd etmişdir ki, İddiaçı iddia etdiyi İsmayıllı rayonu, Buynuz kəndində yerləşən faktiki torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X5 X8 (TEKUİS) baza məlumatlarında kənd təsərrüfatı təyinatlı sahəsində yerləşir.
33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Kollegiyanın “iddia olunan xx.xx.2006 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********82 reyestr nömrəli çıxarışda qeyd olunan 1.1 hektar torpaq sahəsinə baxış keçirilməklə döngə nöqtələrinin koordinatlarını, yerləşmə vəziyyətini plan-sxem tərtib edilməklə cavablandırılması” barədə sorğusu əsasında cavabdeh orqan tərəfindən 06 mart 2025-ci il tarixli 3-21-3- 42/2-1129/2025 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı hazırlanaraq təqdim edilmişdir.
34. Həmin rəydə göstərilmişdir ki, kameral qaydada mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 1.1 hektar torpaq sahəsi, İsmayıllı rayonu Buynuz kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X6 X10 (TEKUİS) əsasən İsmayıllı rayonu Buynuz kənd inzibati ərazi sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası kollu-örüş (islahat uqodiyası örüş) olan ərazidə yerləşir.
35. Apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Buynuz kəndində yerləşən 1,1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydə alınsa da, torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır. İddiaçıya qüvvədə olan çıxarış əsasında verilmiş torpaq sahəsinə plan ölçü sənədinin hazırlanıb verilməsinə və mülkiyyət hüquqlarının bərpa edilməsinə cavabdehin etirazında və şikayətində göstərdiyi hallar maneə ola bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş ********* qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, İsmayıllı rayonu Buynuz kəndində yerləşən 1,1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından, həmçinin aparılmış qeydiyyatın qanuni olmadığı müəyyən edilmədiyindən, həmin torpaq sahəsinə dair çıxarışda qeyd edilmiş torpaq sahəsinin planının və ölçüsünün çıxarışa uyğun tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir.
36. Həmçinin Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı məhkəmə icraatı zamanı cavabdeh orqan plan-ölçü sənədinin verilməsi tələb edilən torpaq sahəsinin sonradan təyinatının dəyişdirilməsi ilə bağlı, o cümlədən ilkin sənədlər tərtib edilənədək təyinatının kənd təsərrüfatı təyinatlı olması ilə bağlı hər hansı sübut təqdim etməmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə tərtib edilmiş çıxarışda torpaq sahəsinin təyinatının “yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü – “tikinti” qeyd edilməsi ilə bağlı aparılmış qeydiyyatı əsaslandıra bilməmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərini əsassız hesab edərək onu da qeyd edir ki, torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alındığı halda, məhz mülkiyyət hüququ qeydə alınmış həmin torpaq sahəsinin plan və ölçüsü sənədi də hazırlanmalıdır. Belə ki, torpaq sahəsinin plan və ölçüsü həmin torpaq sahəsini xarakterizə edən əsas göstəricilərindən biri olmaqla, torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir, Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir, habelə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38. Göründüyü kimi, cavabdeh inzibati orqan 1.1 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə almış, lakin vəzifə öhdəliklərini tam yerinə yetirməyərək torpaq sahəsinin texniki göstəriciləri ilə bağlı hər hansı araşdırma aparmamış, müvafiq ölçmə işləri ilə bağlı heç bir tədbir görməmişdir.
39. Beləliklə, torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin də mövcud olmadığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur.
40. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq cavabdeh orqanın vəzifələrindən biridir.
41. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
42. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hazırda iddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş çıxarış qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan əlavə, torpaq sahəsi ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, cavabdeh orqan çıxarışa dair torpaq sahəsinə plan-ölçü sənədinin verilməsini də mübahisələndirə bilməz. İşdən də görünür ki, iddiaçı, həmin çıxarışı 2006-cı ildə əldə etmişdir. İndiyə kimi həmin torpaq sahəsi heç bir dövlət orqanı, hər hansı hüquqi və fiziki şəxs tərəfindən mübahisələndirilməmiş, torpaq sahəsinin təyinatının, kateqoriyasının istifadə növünün dəyişdirilməsi ilə bağlı ona qarşı hər hansı tələb, iddia, etiraz irəli sürülməmişdir. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.
44. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
45. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
46. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
47. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-420/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.
48. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı, mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndi ərazisində yerləşən **********82 reyestr nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli çıxarışa əsasən qeydə alınmış 1.1 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq təmin etmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
50. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, "İddiaçı mülkiyyətində olan İsmayılı rayonu Buynuz kəndi ərazisində yerləşən **********82 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışa əsasən qeydə alınmış 1.1 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə və veriləcək plan-ölçü sənədində torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2-1(116)-2278/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.