Məhkəmə qərarları › İş №2-1(107)-611/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-611/2024

28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-611/2024 28.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X10 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “A seriyalı 081571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən koordinatlarda yol verilmiş texniki səhvin aradan qaldırılaraq, Zaqatala rayonu Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən X3, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi üzərində sonuncunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-359/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, A seriyalı 081571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən koordinatlarda yol verilmiş texniki səhvin aradan qaldırılaraq, Zaqatala rayonu Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən X3, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi üzərində sonuncunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-359/2024 nömrəli qərardadı ilə Zaqatala rayonu Muxax Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, İddiaçı mərhum atası X11 iş üzrə üçüncü şəxs Zaqatala rayonu, Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən, ünvan 1ində 0,20 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş üzrə üçüncü şəxs Zaqatala rayonu, Muxax bələdiyyəsinin, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin və X9 iştirakı ilə 17 sentyabr 2008-ci il tarixdə tərəflər arasında “Torpaqların alqı-satqısına dair” Akt tərtib olunmuş və həmin akt 25 sentyabr 200-ci il tarixdə, 94 nömrə ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsində qeydiyyataalınmışdır. Qeyd olunan torpaq sahəsi X1 sonra iş üzrə üçüncü şəxs Zaqatala rayonu Muxax bələdiyyəsinin, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi 25 sentyabr 2008-ci il tarixdə, X9 adınaA seriyalı 081571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini tərtib etmişdir. İddiaçı oğlunun mərhum atası X7 miras qalmış iş üzrə üçüncü şəxs Zaqatala rayonu, Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən sonuncuya satılmış ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu 13 dekabr 2018-ci il tarixli **********80 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

4. Cavabdeh Məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi dair təqdim olunmuş sənədlər qanunvericiliyinin tələblərinə uyğun deyildir. Belə ki, bələdiyyə ilə alıcı arasında bağlanmış alqı-satqı aktı 17 sentyabr 2008-ci il tarixdə təsdiq edilmişdir. Buna görə də iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə 13 dekabr 2018-ci il tarixli, **********80 nömrəli məktub ünvanlanmışdır. Daha sonra, iddiaçı İddiaçı cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə (3- cü şəxs Zaqatala rayonu Muxax bələdiyyəsi) qarşı “Zaqatala rayonu, Muxax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən iddiaçıya satılmış Zaqatal rayonu, Muxax kəndində yerləşən A seriyalı 081571 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət qeydiyyatından çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116J277/2023 nömrəli qərardadı ilə iddia tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, İddiaçı etibarnamə üzrə nümayəndəsi Şərifov X15 rayonu, Muxax kəndində yerləşən 0,20 ha torpaq sahəsinə keçmiş DT və XK və Zaqatala rayonu Muxax bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxemlərdə qeyd edilən yerləşmə vəziyyətinə uyğun (sənəd üzrə) yeni “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan ünvan 1i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi dair təqdim olunmuş sənədlər qanunvericiliyinin tələblərinə uyğun deyildir. Belə ki, bələdiyyə ilə alıcı arasında bağlanmış alqı-satqı aktı 17 sentyabr 2008-ci il tarixdə təsdiq edilmişdir. Bu səbəbbdən iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə 06 mart 2023-cü il tarixli, 3-21-3-47/2-H-0017-8/2023 (**********33) nömrəli məktub ünvanlanmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 4 sentyabr 2024-cü il tarixli, 2- 1(116)-359/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-359/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-359/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-359/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı üçüncü şəxs iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - A seriyalı 081571 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, iddiaçıya X11 Zaqatala rayonu, Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarı ilə 2000 kv.m torpaq sahəsi ayrılmış, X17 kitabında xx.xx.2008-ci il tarixli 253 nömrə ilə uçota alınmışdır. - Zaqatala rayonu, Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışların surəti. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-587/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

17. Hazırkı iş üzrə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə:

9. Komitənin əsas vəzifələri aşağıdakılardır: 9.1. X17, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək; 9.2. Öz səlahiyyətləri hüdudlarında torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; 9.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq; [5] 9.4. Dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək; 9.5. Dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasının təmin etmək; ...

10. Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 10.1. Torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir; ... 10.15. Torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparır, o cümlədən şəhər və qəsəbələrin baş planlarının, rayonların perspektiv planlaşdırılması sxemlərinin və digər layihələrin torpaqla əlaqədar hissələrini araşdırır və müvafiq rəylər verir;

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı A seriyalı 081571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən koordinatlarda yol verilmiş texniki səhvin aradan qaldırılaraq, Zaqatala rayonu Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən X3, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi üzərində sonuncunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılması bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin 0.0942 ha hissəsi kənd təsərrüfatı təyinatlı daşlı örüş, 0.12 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı biçənək ərazisidir (kənd təsərrüfatına yararlı). Həmin kateqoriya torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur. İddia olunan torpaq sahəsinə bitişik torpaq sahələrinə dair tərtib olunmuş hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir.İddia olunan torpaq sahəsi Ə.Söyünovun adına xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış verilmiş 0,53 ha kənd təsərrüfatı təyinatlı və 0,21 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələri ilə həmsərhəddir. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, Zaqatala rayonu Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarı qanunsuz inzibati akt olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur. İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olan örüş olması müəyyən olunmuşdur ki, bu da yuxarıda qeyd olunan normalara əsasən də onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan DTXK-nın Zaqatala rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 255 nömrəli rəyindən görünür ki, X2 nəzərdə tutulan torpaq sahəsi 0,20 ha olmaqla Muxax bələdiyyəsinin mülkiyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla sahibkarlıq məqsədi üçün qanunamüvafiqdir.

28. Zaqatala RİHB Aparatı Memarlıq-tikinti şöbəsinin rəyində qeyd edilmişdir ki, bələdiyyə tərəfindən kənd sakini Ş.Hudulova alqı-satqı qaydasında verilməsi nəzərdə tutulan torpaq sahəsi Muxax kəndi ərazisindən keçən Zaqatala-Qax avtomobil yolunun cənub hissəsində yerləşir və bələdiyyə mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi trapesiya formasında olmaqla ümumi sahəsi 2056 kv.m-dir. Həmin ərazidə perspektiv dəyişiklik edilməsi nəzərdə tutulmadığını, yolun oxundan 30 metr məsafənin olduğunu nəzərə alaraq Memarlıq-tikinti şöbəsi nəzərdə tutulan bələdiyyə torpağını Ş.Hudulovun mülkiyyətinə alqısatqı qaydasında verilməsinə etiraz etmir.

29. Zaqatala rayonu Muxax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 3 saylı protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Muxax kənd sakini X9 Muxax bələdiyyəsinə vermiş olduğu sahibkarlıq və uzunmüddətli icarə torpağının alqı-satqısı uzunmüddətli icarəyə verilməsi barədə ərizəsi nəzərə alınaraq, müvafiq sənədlərin hazırlanmasının təmin edilməsi qərara alınmışdır.

30. İş üzrə üçüncü şəxs Zaqatala rayonu, Muxax bələdiyyəsinin, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin və X9 iştirakı ilə 17 sentyabr 2008ci il tarixdə tərəflər arasında "Torpaqların alqı-satqısma dair" Akt tərtib olunmuş və həmin akt 25 sentyabr 2008-ci il tarixdə, 94 nömrə ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsində qeydiyyata alınmışdır.

31. 25 sentyabr 2008-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair X9 adına A seriyalı 081571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

32. Göründüyü kimi, X11 Zaqatala rayonu Muxax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 3 saylı qərarına əsasən 0,20 ha torpaq sahəsi satılmışdır. Həmin dövrdə dövlət mülkiyyətində olan torpaqlardan düzgün istifadə və topaqların qorunmasına dövlət nəzarətini həyata keçirən orqan olan DTXK Zaqatala rayon şöbəsi rəy verərək, sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu bildirmişdir. Hazırkı iş üzrə cavabdeh orqan verdiyi mütəxəssis rəyində isə torpaq sahəsinin 0,0942 ha hissəsinin kənd təsərrüfatı təyinatlı daşlı örüş, 0,12 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı biçənək ərazisi (kənd təsərrüfatına yararlı) olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər hesab etmir. Belə ki, X4 zaman yararsız olan torpaq sahəsinin sonradan yararlı hala salınması mümkündür.

33. Habelə iş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, X14 tərəfindən Zaqatala rayonu Muxax bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 3 saylı qərarı əsasında ona satılması nəzərəd tutulmuş 0,20 ha torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına 516,33 (beş yüz on altı manat,33 qəpik) manat haqq ödəmişdir. İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 516,33 (beş yüz on altı manat,33 qəpik) manat məbləğin ödənilməsi işdə olan TexnikaBank Zaqatala filialının 48 saylı qəbzi ilə də öz sübutunu tapır.

34. Göründüyü kimi iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar verilmiş, alqı-satqı aktı tərtib edilmiş və DTXK-nin Zaqatala şöbəsi tərəfindən rəy verilmişdir.

35. Cavabdeh orqan verdiyi mütəxəssis rəyində mübahisələndirilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması qeyd edilmişdir. İş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Zaqatala rayonu Muxax bələdiyyəsi tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməmişdir.

36. İş materiallarında olan cavabdeh orqan tərəfindən Zaqatala rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 1860 nömrəli məktubdan müəyyən olunur ki, Zaqatala rayonu Muxax bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 05 saylı qərarı ilə ünvan 1i ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə sahibkarlıq fəaliyyəti üçün tərtib edilmiş DTXK-nın A 260553 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə, RİHBA-nın xx.xx.2010-cu il tarixli və DTXK-nın Zaqatala rayon şöbəsinin rəylərinə, Muxax bələdiyyəsinin 2010-cu il tarixli 5 nömrəli qərarına və yerquruluşu xəritəsindən çıxarışlara əsasən xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Zaqatala rayon Muxax bələdiyyəsinin adına, Zaqatala rayonu, 1 saylı Notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-141 reyestr nömrəli alqı-satqı müqaviləsinə və DTXK-nın “Hərrac Şəhadətnaməsinə” əsasən xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X5 adına, Zaqatala rayonu, 1 saylı Notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-461 reyestr nömrəli "Torpaq bəxşişi” müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X6 adına, Zaqatala rayonu, 2 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-126 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X8 adına və həmin torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, S-0097 saylı məktubuna, Ekspertiza İdarəsinin rəyinə, FHN X19 Xidmətinin rəyinə və "Azkommunlayihə” KLİ-nin texniki rəyinə, “A Memarlıq Dizayn" MMC-nin layihə sənədinə əsasən xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır

37. Həmçinin cavabdeh orqanın verdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, həmin ərazidə və həmin torpaq sahəsinə qonşu olan torpaq sahələrindən üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin təyinatı kənd təsərrüfatı təyinatlı əkin və yaşayış məntəqələri torpaqlarına aid sahibkarlıq məqsədilə ayrılmış torpaq sahəsidir.

38. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

40. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A seriyalı 081571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən koordinatlarda yol verilmiş texniki səhvin aradan qaldırılaraq, Zaqatala rayonu Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən X3, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-1(116)-359/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A seriyalı 081571 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən koordinatlarda yol verilmiş texniki səhvin aradan qaldırılaraq, Zaqatala rayonu Muxax bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən X3, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar