Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-612/2024 21.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinin nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Püştətala Bələdiyyəsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə ayrılıb verilmiş 0.10 ha torpaq sahəsinin DƏDR-də qeydiyyata alınaraq Reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2-1(116)-547/2024 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Şem Oil” Məhdud Məsulliyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu Puştətala Bələdiyyəsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə ayrılıb verilmiş 0.10 ha torpaq sahəsinin DƏDR-də qeydiyyata alınaraq Reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2834/2023 nömrəli qərardadı ilə Balakən rayonu Püştətala Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia ərizəsinə əsasən Balakən Rayonn Püştatala Bələdiyyəsinin 31 yanvar 02 saylı Pıotokoldan Çıxarışa əsasən "xxxx" MMC-nin İcracı direktoru X4 müraciəti əsasında "xxxx" MMC-nin yerləşdiyi ərazinin yanında 0,10 ha torpaq sahəsi İstirahət zonasının yaradılması məqsədilə "xxxx" -ə verilmişdir. Bələdiyyənin 31 yanvar 2007 ci ıl tarixli 02 nömrəli sərəncamı ilə “ŞEM OİL" MMC-yə 0,10 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. 31 yanvar 2007-ci il tarixli qərara əsaən 20 aprel 2007-ci il tarixli torpaq alqısatqı aktı tərtib edilmişdir. Fevral 2007 ci il tarixdə satılacaq sahə seçilmişdir.Torpaq Alqı satqı Aktı əsasında 251 manat Bələdiyyənin hesabına ödənilmişdir. Balakən Rayon İH-nın 03 may 2007 ci il tarixli 106 saylı sərəncamı ilə Mədəniyyət və istirahət zonasının yaradılması üçün ayrılmış 0,10 ha torpaq sahəsində tikinti işlərin aparılmasına razılıq verilmişdir. Bu torpaq sahəsinə 30 aprel 2007-ci il tarixdə A N ******* saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədi işlənib hazırlanaraq 30 aprel 2007 ci il tarixdə X9 014 nömrə ilə qeydiyyata alınıb . "xxxx" MMC 07 saylı ödəniş tapşırığı ilə 250 manat pulu fevral 2007 ci il tarixdə Bələdiyyənin hesabına ödəniş tapşırığı ilə ödəmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmiş,cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu təqdim etmişdir.
4. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizəyə əlavə olunan xx.xx.2007ci il tarixli, A N°000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin arxiv nüsxəsi ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş arxiv fondunda aşkar edilməmişdir. Bundan əlavə qeyd olunan torpaq sahəsində texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi elektron baza xəritələrində və TEKUİS-də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla örüş ərazisidir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 sentyabr 2024-cü il tarixli, 2- 1(116)-547/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2-1(116)-547/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2-1(116)-547/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 sentyabr 2024cü il tarixli, 2-1(116)-547/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi iştirak etməmiş, bununla bağlı hər hansı səbəb bildirməmişlər.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı sərəncamından görünür ki, Balakən rayonu Püştətala Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. - Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 106 saylı sərəncamından görünür ki, Balakən rayonu Püştətala Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsində tikinti işlərinin aparılması barədə qərar qəbul edilmişdir. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə iddiaçıya Balakən rayonu Püştətala Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2007-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Balakən rayonu Püştətala Bələdiyyəsinin hesabına 251 AZN ödəniş edilmişdir. - Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı protokolundan çıxarış. - A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, Balakən rayonu Püştətala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı qərarı ilə 1000 kv.m torpaq sahəsi iddiaçıya məddəniyyət və istirahət zonası yaratmaq məqsədilə verilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir. - Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-cu il tarixli 05 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinə verilmiş torpaq sahəsində tikinti işlərinə başlamasına icazə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyi. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavə.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə. 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya verilməsi barədə protokol, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir.
26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, "xxxx" Məhdud Məsulliyətli Cəmiyyətinə Balakən rayon Püştətala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 saylı sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsi iddiaçının özünün naturada göstərdiyi torpaq sahəsi Balakən rayonu. Püştətala kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində Püştətala bələdiyyəsinin mülkiyyətinə aid kənd təssərüfatı təyinatlı təmiz örüş sahəsidir və kənd təsərrüfatına yararlı ərazidir. Mübahisəli torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı Məhdud Məsulliyətli Cəmiyyəti olmaqla həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən verilmiş 0.10 ha torpaq sahəsinin bir hissəsi Katex kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, bır hissə X7 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, bır hissəsi Püştətala kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X1 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə və Püştətala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluq ərazisi ilə üstüstə düşür. X16" Məhdud Məsulliyətlı Cəmiyyətinin naturada istifadəsində olan 0.10 torpaq sahəsi isə digər vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür Faktiki istifadə olunan torpaq sahəsi A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü’ sənədində göstərilən koordinatlara əsasən verilmiş 0.10 ha torpaq sahəsi ilə üst- üstə düşmür.
27. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
29. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. Cavabdehin apellyasiya şikayətinin dəlili - xx.xx.2007-ci il tarixli, A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin arxiv nüsxəsinin olmaması və torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması ilə bağlı olmuşdur.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
32. Təqdim edilən mütəxəssis rəyindən görünür ki, xx.xx.2007-ci il tarixli, A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi iddia olunan torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etməyə imkan vermir.Belə ki,sənədin tərtibi zamanı təhriflərə yol verilmiş,iddiaçıya ayrılan və tanıdılan torpaq sahəsinin dəqiq ünvanını müəyyən etməyə imkna verməyən sənəd tərtib edilmişdr.
33. Sözügedən "Torpaq sahəsinin planı və ölçüsü” sənədi Balakən rayon Katex kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, X7 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, bir hissəsiisə Püştətala kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X1 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.Həmin torpaq sahələri aqrar islhata zamanı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarına əsasən mülkiyyətə verilmiş olduğundan həmin ərazinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması mümkün deyildir. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsi tiropaq sahəsinijn situasiya planı və sxematik planında qeyd olunanəraziya uyğundur.Qeyd olunanlar xx.xx.2007-ci il tarixli, A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin torpaq sahəsinin ayrıldığı zamankı real vəziyyəti əks etdirmədiyi qənaətinə gəlməyə əsasə verir.
34. Cavabdehin digər dəlili torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması ilə bağlıdır. Həmin dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan sənədlərə əsasən iddia olunan torpaq sahəsi yanacaqdoldurma məntəqəsi və kənd yolunun kənarında yerləşməklə yaşayış mənətəqəsi ərazisinə aiddir.
35. Balakən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-cu il tarixli 05 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinə verilmiş torpaq sahəsində tikinti işlərinə başlamasına icazə verilmişdir.
36. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Balakən rayonu Püştətala Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli 2 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin üzərində İddiaçı Məhdud Məsulliyətli Cəmiyyətinin mülkiyyət hüququnu qeydiyyata alaraq (xx.xx.2007-ci il tarixli, A seriyalı 000439 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədini faktiki istifadə vəziyyətini uyğunlaşdırmaqla) çıxarışın verilməsindən imtinasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 sentyabr 2024-cü il tarixli, 2-1(116)-547/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.