Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-618/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)-813/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 173A KOD 40100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı şəhadətnamə əsasında 0.22 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan-ölçü sənədi verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir.
3. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunu onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN- 173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üstüstə düşdüyü məlum olmuşdur. Qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən X10 və ailə üzvlərinə məxsus JN-173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üst-üstə düşdüyündən xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizənin icrasından imtina olunmuş və İddiaçı xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-792/2023 nömrəli bildirşlə məlumat verilmişdir. Əlavə olaraq məlumat veririk ki, qeyd olunan 0,22 ha həyətyanı torpaq sahəsinin 0,0708 ha hissəsi DWG xəritələrinə əsasən İddiaçı və ailə üzvlərinə məxsus JN- 173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin cizgiləri ilə üstüstə düşür. Buna görə də onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1-0027-8/2023 (**********83) nömrəli məktub ünvanlanmışdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN 173A KOD 40100038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X4 Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. - 173Q nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədindən görünür ki, X4 Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 2.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. - Balakən rayon İtitala İcra Nümayəndəliyinin 1991-2005-ci illərə aid təsərrüfatbaşına kitablarından görünür ki, X2 təsərrüfatı barədə məlumat qeyd edilmişdir. - Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarının surəti. - Balakən rayon İtitala kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, iddiaçının adı qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-42/2-2270/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-813/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İddiaçı və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.03 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin JN-119 nömrəli Dövlət Aktının 119 W planşeti ilə üstüstə düşən 0,03 ha hissəsində mümkün sayılmamışdır.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)-813/2024 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin təmin olunmayan hissəsində baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadını qanunsuz hesab edir. Belə ki, cavabdeh orqanın imtinası iddiaçıya məxsus həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsi ilə bağlı olmuşdur. Buradan məlum olur ki, iddiaçının iddia tələbinin mümkün sayılmaması səbəblərindən biri cavabdeh inzibati orqanın natamam inzibati araşdırma aparmasından ibarətdir. Lakin, digər bir səbəb isə DWG xəritələrinə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.22 ha torpaq sahəsinin cizgisi ilə X5 adına tərtib edilmiş JN-119 nömrəli Dövlət Aktının 119W cizgisində göstərilən 0.03 ha torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlıdır. İddia tələbindən də göründüyü kimi, iddiaçının hüquqi marağı faktiki istifadə vəziyyətinə uyğun iddiaçının 0.22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsindən ibarətdir. İşin hallarından da görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha torpaq sahəsi iddiaçının atası X2 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi hal-hazıradək iddiaçının faktiki istifadəsində olmuşdur. Məhkəmənin hazırki mövqeyi yanlış olmuşdur. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, inzibati orqan tərəfindən natamam inzibati araşdırma aparılmış, məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda, İddiaçı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə Balakən regional “ASAN xidmət mərkəzinə müraciət etməsi və bu istiqamətdə məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Eyni zamanda, cavabdehin imtinası mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
11. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
16. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
17. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
20. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır.
21. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
23. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir.
25. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərdən göründüyü kimi məhkəmədə iddia qaldıran şəxsin, iddianı irəli sürmək üçün subyektiv hüququnun olması mütləq şərtdir.
26. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona və onun ailə üzvlərinə JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
27. Birinci instansiya məhkəməsi iddiaçının ümumi iddia tələbi üzrə 13 avqust 2024cü il tarixli qərarı ilə 0.19 ha həyətyanı torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı, X6, X7, X1 və X9 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzbati orqanın üzərinə qoyulması qənaətinə gəlmiş, hazırkı apellyasiya məhkəmə baxışı predmeti üzrə olan həmin torpaq sahəsinin 0.03 ha hissəsi ilə bağlı iddia tələbini mümkün hesab etməmişdir. Hazırkı məhkəmə araşdırması predmeti də məhz həmin hissə ilə bağlı birinci instansiya məhkəməsinin eyni tarixli qərardadının qanuni və əsaslılığının apellyasiya qaydasında yoxlanılmasından ibarətdir.
28. Belə ki, İşin hallarından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.22 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi vəfat edənədək sonuncunun faktiki istifadəsində olmuşdur.
29. Faktiki istifadə olunan torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala İdarəsinin mütəxəssis rəyindən görünür ki, iddiaçıya verilmiş JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-173 nömrəli Dövlət Aktının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir. İddiaçı JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Dövlət Aktına əsasən verilmiş torpaq sahələrinin TEKUİS əsasında xüsusiyyətləri ilə bağlı müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin naturada ölçüləri 0.21 ha olmaqla bütövlüklə Balakən rayonu İtitala bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqları daxilində tikinti altında olan torpaqlar kimi işlənilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur və torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən yerləşmə vəziyyəti, naturada istifadə vəziyyəti, döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi JN173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə qismən üst-üstə düşür.
30. JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.22 ha torpaq sahəsinin cizgisi ilə 173 nömrəli Dövlət Aktına əsasən verilmiş 173Q cizgisində göstərilən 0.07 ha torpaq sahəsi və digər mülkiyyətçi X5 adına tərtib edilmiş 119 nömrəli Dövlət Aktında göstərilən 119W cizgisində göstərilən 0.03 ha torpaq sahələri üst-üstə düşür.
31. İş materiallarına əlavə edilmiş JN-119 KOD 40100038 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktından da görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 4.16 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ilə bağlı X5 və ailə üzvlərinin adına 19 aprel 1999-cu il tarixdə dövlət aktı tərtib edilmişdir.
32. Apellyasiya məhkəməsi qeyd edir ki, iddia tələbinin 0.03 ha hissəsi ilə bağlı qeyd edilməlidir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə X5 və ailə üzvlərinin adına tərtib edilmiş JN-119 KOD 40100038 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırda qüvvədədir. Odur ki, iddiaçı, JN-173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun mülkiyyətinə verilmiş torpaq sahəsi (0.03 ha hissəsi) üzrə müvafiq reyestrdən çıxarışın əldə edilməsinə nail olmaq üçün ilk növbədə üst-üstə düşən torpaq sahəsinə münasibətdə onun subyektiv hüquqlarına müdaxilə edən hissə mübahisələndirilməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının tələb etdiyi 0.22 ha torpaq sahəsindən yalnız 0.03 ha hissəsi mübahisəlidir, yəni həmin torpaq sahəsinin iddiaçı tərəfindən istifadə və sahiblik edilməsi hələ iddiaçının hazırki tələblə məhz çıxış edərək mübahisələndirilən 0.03 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına əsas vermir.
34. Hazırda sözügedən 0,03 ha torpaq sahəsi dövlət aktına əsasən X5 və ailə üzvlərinin tam mülkiyyətindədir, işin qeyd edilən halları bir daha iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun olmamasını təsdiq edir.
35. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin “JN- 173A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin JN-119 nömrəli Dövlət Aktının 119 W planşeti ilə üst-üstə düşən 0,03 ha hissəsində” mümkün sayılmaması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
36. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı (0.03 ha hissəsini) mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)- 813/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2-1(116)-813/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.