Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-62/2025 26.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.06 ha və 80.0 kv.m torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-891/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 568 saylı “Torpağın satılması barədə" qərarı ilə alqı-satqı aktı əsasında aldığı 0.06 hektar həyətyanı torpaq sahəsi, həmçinin Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 595 saylı "Torpağın satılması barədə" qərarı ilə alqı-satqı aktı əsasında sahibkarlıq məqsədi ilə aldığı 80.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-891/2024 nömrəli inzibati iş üzrə qərardadı ilə Yevlax rayon Havarlı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddia ərizəsinin əsaslarına görə, Yevlax rayon Havarlı bələdiyyəsinin 29 noyabr 2007-ci il tarixli 568 saylı "Torpaq sahəsinin satılması barədə" qərarı İlə Havarlı bələdiyyəsinin mülkiyyətində olan 0.06 hektar torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi iddiaçıya satılmış və həmin qərarın 4-cü və 5-ci bəndlərində göstərilmişdir ki, "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi "Torpaqların alqı-satqısı qaydaları"na əlavədə göstərilən nümunə əsasında "Torpaqların alqı-satqısına dair" üç nüsxədən ibarət Akt tərtib edilərək qeydiyyata alsın və ilkin torpaqayırma sənədlərinin surəti DTXK-nin Yevlax rayon şöbəsinə və digər aidiyyəti orqanlara göndərilsin". Həmin alqı-satqı barədə qərar əsasında 0.06 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısı üçün iddiaçı tərəfindən Havarlı bələdiyyəsinin hesabına xx.xx.2007-ci il tarixdə 96 manat ödəniş edilmiş və ödəniş qəbzi bələdiyyənin rəhbəri, baş mühasib və kassiri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir.
4. Bundan sonra, həyətyanı torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixli Akt tərtib edilmiş və bu X9 və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsində xx.xx.2007-ci il tarixdə 1740 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsinin rəyində göstərilir ki, İddiaçı həyətyanı sahə kimi satılması nəzərdə tutulan torpaq sahəsi 0,06 ha olmaqla Havarlı bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı-satqı predmetidir və həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün satılması qanuna müvafiqdir. Eyni zamanda Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi ilə razılaşdırılmaqla xx.xx.2007-ci il tarixli torpaq sahəsinin Yerquruluşu Planı tərtib edilərək təsdiq edilmiş və həyətyanı torpaq sahəsinin koordinatları (sərhədi, yerləşmə vəziyyəti və döngə nöqtələri) yerquruluşu planında göstərilmişdir.
5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun Tikinti Norma və Qaydalarına uyğun təhlükəsiz tikintisinə dair xx.xx.2017-ci il tarixdə 459/İ nömrəli texniki şərt verilmişdir.
6. Bundan başqa Yevlax rayon Havarlı bələdiyyəsinin 30 noyabr 2007-cı ıl tarixli 595 saylı "Torpaq sahəsinin satılması barədə" qərar ilə Havarlı bələdiyyəsinin mülkiyyətində olan 80.0 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçıya satılmış və həmin qərarın 4-cü və 5-ci bəndlərində göstərilmişdir ki, "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəsi "Torpaqların alış-satış qaydalarına əlavədə göstərilən nümunə əsasında "Torpaqların alqı-satqısına dair" üç nüsxədən ibarət Akt tərtib edilərək qeydiyyata alsın və ilkin torpaqayırma sənədlərinin surəti DTXK-nin Yevlax rayon şöbəsinə və digər aidiyyəti orqanlara göndərilsin". Həmin alqı-satqı barədə qərar əsasında 80.0 kv.m torpaq sahəsinin alqı-satqısı üçün iddiaçı tərəfindən Havarlı bələdiyyəsinin hesabına xx.xx.2007-ci il tarixdə 240 manat ödəniş edilmiş və ödəniş qəbzi bələdiyyənin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Bundan sonra həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib edilmiş və bu X9 və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 1742 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin rəyində göstərilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 80.0 kv.m olmaqla Havarlı bələdiyyəsinin mülkiyyətinə aiddir, alqı-satqı predmetidir və həmin torpaq sahəsinin satılması qanunamüvafiqdir.
7. Eyni zamanda Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi ilə razılaşdırılmaqla xx.xx.2007-ci il tarixli torpaq sahəsinin Yerquruluşu Planı tərtib edilərək təsdiq edilmiş və torpaq sahəsinin koordinatları (sərhədi, yerləşmə vəziyyəti və döngə nöqtələri) yerquruluşu planında göstərilmişdir.
8. "xxxx" MMC-nin X1 Qovşağı ilə 80 kv.m sahədə obyektin tikintisi ilə əlaqədar olaraq KMTQ-yə məxsus rabitə kabelləri ilə kəsişmələrə dair Texniki şərt hazırlanması və təhvil verilməsi üçün iddiaçı xx.xx.2018-ci il tarixli 08/08 №li müqavilə bağlamış və texniki şərt verilmişdir. Buna görə iddiaçı tərəfindən 1252,50 manat pul ödənişi edilmişdir.
9. Odur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək alqı-satqı yolu ilə aldığı 0.06 hektar həyətyanı, 80,0 kv.m sahibkarlıq üçün torpaq sahəsinə dövlət reyestrindən Çıxarış və Texniki pasport verilməsi ilə bağlı müraciət etmişdir. Lakin, 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3 21-3-35/2-A0107-8/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-21- 3-35/2-A0108-8/2023 saylı məktubla imtina edərək göstərmişdir ki, ərizəyə "Torpaq sahəsinin planı və ölçüsü" əlavə edilməmiş, həmçinin ayrılmış torpaq sahəsinin X2 X3 kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir.
10. Cavabdehin etiraz məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər toplusu (surətləri) ekspertiza edilmiş və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli, 568 nömrəli qərarı əsasında iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə dair digər əsas sənəd olan müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənədi - "Torpaq sahəsinin planı və ölçüsü” sənədi - iddiaçı tərəfindən ərizəyə əlavə olunmamışdır. Həmçinin, aparılan araşdırma nəticəsində, sənədləşdirilməsi nəzərdə tutulan həyətyanı məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin X2 X3 kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 iyul 2024-cü il tarixli 2- 1(116)-891/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır. Yəni faktiki vəziyyətdə vətəndaşın naturada tanıtdığı yer ilə bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin eyni yer olduğu hansı əsaslarla sübuta yetirildiyi məlum deyildir. Nəticə etibarı ilə həmin ərazinin şərti göstəricilərini və koordinatlarını özündə əks etdirən DTXK tərəfindən hazırlanmalı torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud deyildir. Digər bir tərəfdən nəzərə alınmalıdır ki, iş üzrə tərtib olunmuş mütəxəssis rəyinə istinadən bildiririk ki, Elektron məlumat bazasında mövcud olan “X2 X5”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - təmiz örüşdür. Torpaq Məcəlləsinin 16.2-ci maddəsinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Həmçinin, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Göründüyü kimi qanunvericilikdə birbaşa nəzərdə tutulmuş qaydada bələldiyyənin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)- 891/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-891/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)- 891/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-ci il tarixli imtina məktubu, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 595 saylı qərarı, torpaq sahələrinin alqı-satqısına dair kassa mədaxil qəbzləri, torpaq sahəsinin yerquruluşu planı, torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin rəyi, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 568 saylı qərarı, cavabdehin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəyləri.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
23. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçıya Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 568 saylı qərarı ilə 0,06 ha həyətyanı, xx.xx.2007-ci il tarixli 595 saylı qərarı ilə 80 kv.m torpaq sahəsi satılmışdır. Müvafiq torpaq sahələrinin iddiaçıya satılması - bələdiyyə qərarı, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz və alqı-satqı aktı, yerquruluşu planı, DT və XK-nin Yevlax rayon şöbəsinin rəyi ilə sübut edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır.
32. Cavabdehin apellyasiya şikayətinin dəlilləri "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilməməsi, həyətyanı məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsinin X2 X3 kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması ilə bağlıdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
34. Belə ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Göyçay rayonu Çərəkə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15 nömrəli iclas protokolunun qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
35. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd etmişdir ki, iddia olunan 80 kv.m torpaq sahəsi Yevlax rayonu Havarlı bələdiyyəsinin TEKUİS xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, Havarlı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir.
36. 0,06 ha torpaq sahəsinə münasibətdə isə qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir.
37. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məlumatında qeyd etmişdir ki, həmin ərazi dövrünə görə (satıldığı dövrü) Tərəvəzçilik-Südçülük sovxozunun ərazi hüdudlarında olmuşdur. Faktiki vəziyyətdə “TEKUİS" elektron bazaya əsasən Mingəçevir bələdiyyəsinin ərazi hüdudlarında yerləşir. Torpaq sahəsi satılarkən Yevlax rayon Havarlı bələdiyyəsinin hüdudları daxilində olmuşdur. Belə ki, bələdiyyələrin ərazi hüdudları dəyişdirilmişdir. Dəyişikliyin əsasını “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2010-cu il tarixli 218 nömrəli Fərmanı təşkil edir.
38. Göründüyü kimi iddia olunan torpaq sahələri iddiaçıya satılarkən Yevlax rayon Havarlı bələdiyyəsinin hüdudları daxilində olmuş, cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Yevlax rayon şöbəsi hər iki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti olması ilə bağlı rəylər vermişdir.
39. Cavabdeh orqan ilkin imtina cavabında da, torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı olmasına istinad etməmişdir. Odur ki, hazırda yeni elektron uçot məlumatlarında torpaq sahələrinin təyinatının kənd təsərrüfatı göstərilməsi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilməz.
40. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahələri səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahələrinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
41. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
42. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
43. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
44. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında hazırkı hüquqi mövqeyi ifadə etmişdir.
45. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 0.06 ha və 80.0 kv.m torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və planölçü sənədinin verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-891/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.