Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-623/2024 21.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 avqust 2024-cü il tarixli, 2-1(116)- 1250/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1250/2024 saylı qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-1(116)-1250/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli 2- 1(107)-410/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnibati Məhkəməsinin xx.xx.2024- ci il tarixli 2-1(116)- 1250/2024 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayəti “iddianın mümkün sayılması” hissəsində təmin edilməmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, 29 noyabr 1990-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X1 vərəsəsi X6 mülkiyyətinə keçmişdir. 03 noyabr 1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 fərdi yaşayış evini X2. Vəfa Əliyeva isə 07 may 1997-ci il tarixdə Göyçay rayon 1 saylı DNK-da təsdiq edilmiş 3m/25 saylı alqı-satqı müqaviləsi əsasında sözügedən fərdi yaşayış evini iddiaçıya satmışdır. Həmin fərdi yaşayış evini aldıqdan sora təmir-bərpa işləri aparılmış və yeni görkəm verilmişdir.
6. Bundan sonra Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999- cu il tarixli 50 saylı qərarı ilə mülkiyyətinə verilmiş 543,22 kv.metr torpaq sahəsinin plan və ölçüsünü əks etdirən kadastr planı, fərdi yaşayış evində aparılmış dəyişikliklərin rayon İcra Hakimiyyəti başçısının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış layihəsi, Göyçay rayon icra Başçısının Göyçay şəhəri üzrə inzibati ərazi nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 157 saylı arayışı əsasında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilərək, çıxarış verilməsi xahiş edilmişdir. Müraciəti əsasında yeni çıxarış və plan ölçü sənədi verilmişdir.
7. Sözügedən fərdi yaşayış evini 1997-ci ildə aldıqdan sonra, ailə üzvləri ilə (övladlarıyla) birlikdə həmin evə köçərək, hal-hazıradək yaşayır. X3 3-cü şəxs X9 ilə ailə qurmuşdur. Onlar bir müddət onun mülkiyyətində olan evdə birgə yaşamışlar. 3-cü şəxsi evinə qeydiyyata saldırmışdır. Oğlu Fərhadla 3-cü şəxs Gülşən Məmmədovanın birgə nikahından 1 övladı doğulmuşdur. 3-cü şəxslə oğlunun xasiyyətləri uyğun gəlmədiyindən, nikahları məhkəmənin xx.xx.2011 -ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
8. Bundan sonra 3-cü şəxs Gülşən Məmmədova şəxsi və cehiz əmlaklarını götürərək, yaşamaq üçün valideynlərinə məxsus evə getmişdir. Bir müddət valideynləri ilə yaşayan Gülşən, sonradan başqa şəxslə ailə həyatı quraraq, ərinin yaşadığı ünvana köçmüşdür. Lakin bu günədək evimdən qeydiyyatdan çıxmamışdır və qeydiyyatı formal olaraq qalmışdır. 3-cü şəxs ona məxsus yaşayış sahəsində qeydiyyatda olsa da, onun həmin daşınmaz əmlaka istifadə hüququ yaranmamışdır, qeydiyyatı formal xarakter daşıyır və onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur. Mülkiyyətində olan mənzildən üçüncü şəxs X5 pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh inzibati orqan üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmiş, bu barədə xx.xx.2023-cü il tarixli imtina xarakterli məlumat məktubu göndərmişdir.
9. Üçüncü şəxs iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tələbini onu evinə qeydiyyata saldırması, ona məxsus yaşayış sahəsində qeydiyyatda olsa da, daşınmaz əmlaka istifadə hüququnun yaranmaması, qeydiyyatının formal xarakter daşıması və onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozması ilə əsaslandırmış, tələbinin hüquqi əsası kimi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə İnzibati icraat haqqında' Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə istinad etmişdir.
10. Halbuki o, oğlu Aqşinlə birlikdə iddiaçının mülkiyyətində olan evə məhkəmə qətnaməsi əsasında yaşayış sahəsindən istifadə huququ verilməklə köçürüldükdən sonra qeydiyyata alınmışdır. Belə ki, o 12 iyun 2001-ci il tarixdə iddiaçının X3 ilə Göyçay rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmiş və həmin vaxt iddiaçının istifadəsində olan ünvan 3 ünvanda yerləşən evə köçmüşdür. Uzun illər həmin evdə yaşasa da, qeydiyyatda valideynlərinin Göyçay şəhəri Z.Tağıyev küçəsi 72 saylı binada yerləşən 30 saylı mənzilində olmuşdur. İddiaçı 2008-ci ildə onu və oğlunu yaşadığı evdən çıxarmış və o, oğlu X15 ilə birlikdə X4 mülkiyyəti kimi 02 dekabr 2011-ci il tarixdə qeydə alınmış ünvan 4 ünvanda yerləşən evə köçürülməyinə və həmin evin yaşayış sahəsindən onlara istifadə hüququnun verilməsinə dair iddia ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsi 03 may 2012-ci il tarixli qətnaməsi ilə iddianı rədd etsə də, Şəki Apellyasiya Məhkəməsi 30 avqust 2012-ci il tarixli qətnamə ilə iddianı təmin etmiş, ona və oğluna İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280.8 kv.metr, yaşayış sahəsi 70,5 kv.metr olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ vermiş və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamə icra olunmuş və onlar 08 fevral 2013-cü il tarixdə İddiaçı mülkiyyətində olan evə köçmüşlər.
11. Şəki Apellyasiya Məhkəməsinin 30 avqust 2012-ci il tarixli 2(107)-534/2012 saylı qətnaməsinin təsdiq olunmuş surətini Cavabdehnə göndərərək oğlu ilə özünün onlara yaşayış sahəsindən istifadə hüququ verilmiş evə qeydiyyata alınmasını xahiş etmiş və bundan sonra iddiaçının mülkiyyətində olan evə qeydiyyata alınmışlar. Lakın, iddiaçı onlara mübahisəli evdə yaşamağa imkan verməmişdir və o, həmin vaxt azyaşlı oğlu ilə birlikdə kirayə yaşamağa məcbur olmuşdur. Göründüyü kimi iddiaçı ilə onların arasında mənzil münasibətləri mövcud olmuşdur və onunla oğlunun iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ var.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 9 avqust 2024-cü il tarixli, 2- 1(116)-1250/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
14. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 9 avqust 2024-cü il tarixli, 2-1(116)-1250/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 avqust 2024-cü il tarixli, 2-1(116)-1250/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.
17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 2711005001 qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(107)- 534/2012 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X12 və nümayəndəsi X7 apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçı X12 və uşağı X13 Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280,8 kv.metr, yaşayış sahəsi 70,5 kv.metr olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ verilmiş və onlar həmin evə köçürülməsi barədə yeni qətnamə çıxarılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
21. Azərbaycan Respublikasının Mülki Məcəllə: Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
29. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan qərarında yaşayış sahəsində faktiki yaşama və ya istifadə hüququ olmanı zəruri şərtlər olaraq müəyyən etmişdir ki, hazırkı tələbə münasibətdə üçüncü şəxslərin yaşayış sahəsində istifadə hüquqlarının mövcudluğu ilə bağlı şərt yerinə yetirilir.
30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - keçmiş gəlini X5 həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçı, üçüncü şəxsin həmin yaşayış sahəsində qeydiyyatının formal olduğunu bildirir.
31. Lakin, iş materiallarından görünür ki, üçüncü şəxsin sözügedən yaşayış sahəsində əmlak hüququ mövcuddur. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(107)-534/2012 nömrəli qətnaməsi ilə sözügedən fərdi yaşayış evində üçüncü şəxsə istifadə hüququ verilmişdir.
32. Qanunvericiliyin tələbinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
33. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 avqust 2024-cü il tarixli, 2-1(116)-1250/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.