Məhkəmə qərarları › İş №2-1(107)-626/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-626/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-626/2024 31.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri H.Əliyev prospekti 54 nömrəli binanın 16 saylı (keçmiş S.Əliyev küçəsi 52 nömrəli binanın 16 nömrəli mənzili) mənzilinə dair verilmiş texniki pasportda olan ümumi sahənin mənzilin köhnə texniki pasportuna uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 may 2024-ci il tarixli, 2-1(116)-424/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bахаrаq Müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 may 2024-ci il tarixli, 2- 1(116)-424/2024 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri H.Əliyev prospekti 54 nömrəli binanın 16 saylı (keçmiş S.Əliyev küçəsi 52 nömrəli binanın 16 nömrəli mənzili) mənzilinə dair verilmiş texniki pasportda olan ümumi sahənin mənzilin köhnə texniki pasportuna uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 29 may 2024-ci il tarixli, 2-1(116)-424/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şəki İnzibati Məhkəməsinin 29 may 2024-ci il tarixli, 2-1(116)-424/2024 nömrəli qərarı 9 iyul 2024-cü il tarixdə İddiaçı tərəfindən xəbərnaməyə şəxsən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan apellyasiya şikayətinin göndərildiyi zərfdən müəyyən olunur ki, İddiaçı tərəfindən apellyasiya şikayəti 10 oktyabr 2024-cü il tarixdə poçta verilmişdir. İddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması 31 oktyabr 2024-cü il tarixə təyin edilmiş, o cümlədən iddiaçıya аpellyаsiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddətdə verilməsini təsdiq edən sübutlаr mövcuddursа, оnlаrı məhkəməyə təqdim etməsi təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də İddiaçı iştirakı etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətini inzibati iş materialları ilə birlikdə araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilən səbəblərdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Göründüyü kimi, İddiaçı Şəki İnzibati Məhkəməsinin 29 may 2024-ci il tarixli, 2- 1(116)-424/2024 nömrəli qərarı ona təqdim olunduğu 09 iyul 2024-cü il tarixdən 30 gün müddətində, yəni 9 avqsut 2024-cü ilə qədər apellyasiya şikayəti verə bilərdi, lakin o, bu müddəti ötürərək apellyasiya şikayətini qərarın ona verildiyi gündən 3 ay bir gün sonra vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikəyəti verilərkən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən apellyasiya mümkün hesab edilməməlidir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını nəzərə alaraq, Azərbaycan Respublikası İPM-in 83-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar