Məhkəmə qərarları › İş №2-1(107)-628/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-628/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-628/2024 28.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və XN ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 sentyabr N0N4-cü il tarixli, N-1(116)-1463/N0N4 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 1989-cu il təvəllüdlüdür, N007 – N009-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N. N0N0-ci ilin sentyabr ayında yenidən hərbi xidmətə çağırılmış və N sentyabr N0N0-ci il tarixdən N dekabr N0N0-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibindəki N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Hərbi hissəyə daxil olması və döyüşlərdə iştirak etməsi ona məxsus olan hərbi biletdəki qeydlərdə əks olunmuşdur. 10 dekabr N0N0-ci il tarixdə ailəsinə (Qədirovlar ailəsinə) hərbi hissə komandiri təşəkkür məktubu ünvanlamışdır.

3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh 1N dekabr N0N3-cü il tarixli məktubla məsələnin həllindən imtina etmişdir.

4. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır.

5. İddiaçı tələbini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), cavabdehin imtinası qanunsuzdur. Belə ki, o, X3 zamanı döyüşlərdə iştirak etmək üçün döyüş zonasına ezam edilmişdir. Bu barədə hərbi biletində müvafiq qeydlər var və döyüşlərdə iştirakı ilə bağlı hərbi hissədən təşəkkür məktubu almışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında onun barəsində cinayət işi və təqsirləndirici material olmayıb, məhkumluğu yoxdur. İmtina məktubunun əsli ona təqdim edilməmişdir. Göstərilənlərə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinə əsaslanaraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

6. Cavabdeh inzibati orqan iddiaya iddiaya etiraz edir. Cavabdeh tərəf hesab edir ki (iddiaya qarşı yazılı etiraza əsasən), iddia mümkün sayılmamalıdır. Belə ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin “Qeyd”ə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Müdafiə Nazirliyinin Veteran adının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının 1N dekabr N0N3-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan dövrdə (xx.xx.N0N0 – xx.xx.N0N0) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Göstərilənlərə və «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin doqquzuncu yarımbəndinə və İPM-in 35-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, müvafiq dövrdə Goranboy rayonunun Talış kəndi ərazisində olmuşdur, onunla birlikdə iştirak edən yoldaşlarına veteran adı və vəsiqəsi verilmişdir. Orada vəzifəsi təxliyyə işinə, yaralılara kömək etmək olmuşdur. N0N0-ci ilin dekabr ayının N6-da xidmətdən buraxılmışdır. Xidmətə daxil olma və çıxma barədə əmlər var. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 11 sentyabr N0N4-cü il tarixli, N-1(116)-1463/N0N4 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 sentyabr N0N4-cü il tarixli, N-1(116)-1463/N0N4 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 11 sentyabr N0N4-cü il tarixli, N- 1(116)-1463/N0N4 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 1N. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi iştirak etməmiş, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər.

13. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 6N.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənəddə İddiaçı barəsində aşağıdakı qeydlər aparılmışdır: 1) N sentyabr N0N0-ci il tarixdə SHXÇDX Ağdaş Rayon Şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış və N dekabr N0N0-ci il tarixdən Silahlı Qüvvələrdən tərxis olunmuşdur. N sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. N) Hərbi biletin “İV. Ehtiyatda olarkən xidmət. N3. Vəzifəsinin və hərbi-uçot ixtisasının adı (vəzifə ixtisası)” qrafası – kiçik tibb işçilərinin sanitarı. - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin Qədirovlar ailəsinə ünvanlanmış 10 dekabr N0N0-ci il tarixli məktubunda bildirilir ki, N sentyabr N0N0-ci il tarixdə səfərbərliklə hərbi xidmətə çağırılmış İddiaçı N sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Vətən Müharibəsində hərbi hissəmizin tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı fəal iştirak etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, təşəbbüskar, hərbi nizamnamənin və qanunların tələblərini layiqincə dərk edən, komandir və rəislərin əmr və göstərişlərini vaxtında, düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaş münasibəti göstərən hərbi qulluqçu kimi tanıtmışdır. Silah və hərbi texnikanın sirlərinə həvəslə yiyələnmişdir. Döyüş əməliyyatları rayonunda hərbi hissənin tərkibində yaralılara ilk tibbi yardımın göstərilməsi və təxliyyəsi zamanı yüksək peşəkarlıq nümayiş etdirmişdir. - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin rəisinin (vəzifəni icra edən şəxsin) və tibb hissə rəisinin idioloji iş və mənəvi-psixoloji təminat üzrə köməkçisi tərəfindən İddiaçı ilə bağlı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayış – məlumat tərtib edilmişdir. Arayış – məlumatda qeyd olunur ki, Əsgər İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmət keçmişdir, N sentyabr N0N0-ci il tarixli N70 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, N dekabr N0N0-ci il tarixli N nömrəli əmrlə hərbi hissədən çıxmışdır, N sentyabr N0N0-ci il tarixli 034 nömrəli əmrlə tibbi təminat üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunmuşdur, cərrahiyyə bölməsinin baş əməliyyat bacısı vəzifəsində xidmət etmişdir, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazilərində gedən döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etmiş, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. - Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N avqust N0N4-cü il tarixli arayışında qeyd olunur ki, əsgər İddiaçı həqiqətən N sentyabr N0N0-ci il tarixdən N dekabr N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə cərrahiyyə bölməsinin baş əməliyyat bacısı vəzifəsində xidmət etmişdir. Həmin tarixlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin cərrahiyyə bölməsinin tərkibində xidmət edərkən Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazilərində gedən döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində fəal iştirak etmiş, döyüş təminatı üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N70 nömrəli əmri ilə AR Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 10 sentyabr N0N0-ci il tarixli 0N6 nömrəli sərəncamına əsasən hərbi təlim toplanışına çağırılmış aşağıda adları çəkilən hərbi vəzifəlilər AR SHXÇDX yerli idarə, şöbə və bölmələrindən gəldiklərinə görə N sentyabr N0N0-ci il tarixdən hərbi hissənin döyüşən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişlər, döyüş hazırlığı məşğələlərinin keçirilməsi üçün N nömrəli hərbi hissəyə ezam olunmuşlar: - 33. 1989-cu il təvəllüdlü, orta təhsilli, hərbi təlim toplantısına N sentyabr N0N0-ci il tarixdə SHXÇDX Ağdaş Rayon Şöbəsindən çağırılmış, əsgər İddiaçı. - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N76 nömrəli əmri ilə cari çatışmazlıqların bərpa edilməsi məqsədilə dəyişən heyətin siyahısına daxil edilmiş aşağıda adları çəkilən hərbi qulluqçular N sentyabr N0N0-ci il tarixdən müvafiq qaydada bölmələrdə vəzifələrə təyin edilmişlər: - 3N. Əsgər İddiaçı – cərrahiyyə bölməsinin baş əməliyyat bacısı vəzifəsinə. - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli N nömrəli əmri ilə AR SHXÇDX yerli idarələrindən (şöbə və bölmələrindən) çağırılmış aşağıda adları çəkilən hərbi vəzifəlilər AR Müdafiə nazirinin N5 dekabr N0N0-ci il tarixli N74 nömrəli əmrinə əsasən xidmətini başa vurduqları üçün, N dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılmışlar, tərxis olunmuşlar və hərbi qeydiyyata durmaq üçün SHXÇDX yerli qurumlarına göndərilmişlər: - 1N. Əsgər İddiaçı, cərrahiyyə bölməsinin baş əməliyyat bacısı – Xidmətin Ağdaş Rayon Şöbəsinə. - Müdafiə Nazirliyinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 18 iyul N0N4-cü il tarixli məktubunda qeyd olunur ki, . . . N nömrəli hərbi hissə N sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyəti orqanları tərəfindən verilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin: - 1-ci hissəsinin 1- ci bəndinin 9, 10-cu yarımbəndlərinə görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

18. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının N sentyabr N006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul N007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

19. “İnzibati icraat haqqında” Qanun: Maddə N4.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.N. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 6N.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

N0. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.N və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır. N1. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. NN. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, N.1, N.N.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. N3. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

N4. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. N5. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçularla yanaşı, hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri, yəni döyüş təminatı, mənəvipsixoloji təminat və tibbi təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxsləri də müharibə veteranı sayır və onlara müharibə veteranı adı və vəsiqəsinin verilməsini nəzərdə tutur. N6. Hazırkı işin hallarına görə, iddiaçının N0N0-ci ilin sentyabr ayından döyüş bölgəsinə ezam olunması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilmişdir və o, döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara ilkin tibbi yardım göstərilməsində, həmçinin ağır yaralıların digər xəstəxanalara və hospitallara təxliyyə olunmasının həyata keçirilməsində iştirak etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, onun müvafiq dövrdə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə ezam olunmasının əsası məhz ilk tibbi yardım və yaralıların təxliyyəsinin həyata keçirilməsi işinə cəlbdir. N7. Bununla da, xüsusilə də xidmət etdiyi N nömrəli hərbi hissənin tərtib etdiyi anketməlumatdan və məktubdan müəyyən edilir ki, İddiaçı N0N0-ci ilin N sentyabr tarixindən 10 noyabr N0N0-ci il tarixinədək döyüş bölgəsinə (Goranboy rayonuna ezam olunması halı işin mübahisəli halı deyil) ezam olunaraq, döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. N8. Cavabdehin dəlilinə, yəni iddiaçının ezam olunduğu hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğunsuzluğuna gəldikdə isə, məhkəmə vurğulayır ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən, ona ezam olunmuş mülki şəxslərin döyüş təminatı ilə bağlı vəzifələrini yerinə yetirmə yerinin döyüş bölgəsinin yaxın ərazində olması məntiqli və ağlabatandır və işin bu xüsusiyyəti “ərazi meyarlarına zidd” dəyərləndirilə bilməz. N9. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə ünvanlanmış sorğuya (tələbnaməyə) həmin qurumdan alınmış cavabdan 1 iyul 1989-cu il tarixdə Ağdaş rayonunun Yenicə kəndində doğulmuş İddiaçı məhkumluğuna, eləcə də barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Bu isə, belə nəticə yaradır ki, İddiaçı «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində göstərilən şəxslərin dairəsinə aid edilmir.

30. Odur ki, məhkəmə kollegiyası tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək cavabdehin dəlilləri ilə razılaşmır və iddiaçının dəlillərini əsaslı sayır.

31. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. 3N. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 sentyabr N0N4-cü il tarixli, N-1(116)-1463/N0N4 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar