Məhkəmə qərarları › İş №2-1(107)-630/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-630/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-630/2023 18.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “1,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1532/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 1,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli qərarına əsasən Zaqatala rayonu, Kəpənəkçi kəndində yerləşən 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yengiyan bələdiyyəsi tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsinə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır.

3. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinin əməkdaşları, iddiaçı iddia ərizəsinə qeyd olunan torpaq sahəsinə dair hər hansı sənəd əlavə edilmədiyi və 18 saylı Zaqatala Ərazi İdarəsinin arxiv fondunda, xidmətin istifadədə olan elektron xəritələrdə Zaqatala rayonu Kəpənəkçi kəndində aparılan torpaq islahatı nəticəsində torpaq sahəsi verilməsinə dair siyahılarda iddiaçıya qeyd olunan 1.42 ha torpaq sahəsinin verilməsi barədə hər hansı bir məlumat aşkar olunmadığı üçün onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1532/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində qeyd edilən 1,42 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyildir. Belə ki, iddiaçı iddia ərizəsinə sözügedən torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair hüquqmüəyənedici sənədləri əlavə etməmiş, məhkəmə araşdırması ilə həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Həmçinin, iddia olunan torpaq sahəsinə dair təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 1.42 ha torpaq sahəsi Zaqatala rayonu Kəpənəkçi kəndinin hüdudları daxilində kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla X5 və ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Faktiki istifadə olunan torpaq sahəsi 1.42 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Faktiki istifadə olunan 1.42 ha torpaq sahəsi X5 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşir. Göründüyü kimi iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə aqrar islahat zamanı verilmədiyi, həmçinin, həmin topraq sahəsinin digər şəxslərin mülkiyyətinə verildiyi müəyyən edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli qərarına əsasən Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yengiyan bələdiyyəsi tərəfindən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı Novruzov X1 Rayon Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli qərarına əsasən mülkiyyətinə verilmiş yuxarıda qeyd olunan 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu 17 fevral 2023-cü il tarixli məktubları ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində qeyd edilən 1,42 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyildir. Belə ki, iddiaçı iddia ərizəsinə sözügedən torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair hüquqmüəyənedici sənədləri əlavə etməmiş, məhkəmə araşdırması ilə həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Həmçinin, iddia olunan torpaq sahəsinə dair təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 1.42 ha torpaq sahəsi Zaqatala rayonu Kəpənəkçi kəndinin hüdudları daxilində kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla X5 və ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Faktiki istifadə olunan torpaq sahəsi 1.42 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Faktiki istifadə olunan 1.42 ha torpaq sahəsi X5 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşir. Göründüyü kimi iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə aqrar islahat zamanı verilmədiyi, həmçinin həmin topraq sahəsinin digər şəxslərin mülkiyyətinə verildiyi müəyyən edilmişdir. Belə ki, Zaqatala rayon Yengiyan bələdiyyəsinin 2023-cü il tarixli 10 nömrəli arayışından görünür ki, Kəpənəkçi kənd sakini İddiaçı və onun ailə üzvlərinə 1.42 ha torpaq sahəsi verilmişdir. Hal-hazırda həmin 1.42 ha əkin torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Lakin 2011-ci ildə torpaq sahəsinin planı və ölçüsü çap olunarkən pay torpaq almış vətəndaşların siyahısında adının olmasına baxmayaraq adına sənəd texniki səbəbdən çap olunmamışdır. Birinci instansiya məhkəməsi isə bütün bunları nəzərə almamışdır. Bundan başqa məhkəmə X3 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 3.25 ha torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsini təmin etməmiş, yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü tarixli 3-21-3-47/2-2764/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi əsas götürərək qərar qəbul etmişdir. Lakin bununla razı deyildir. Belə ki, işin obyektiv həll edilməsi üçün verdiyi rəyə görə heç bir məsuliyyət daşımayan mütəxəssis rəyi əsas sayıla bilməz. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq ekspertizanın təyin edilməsini təmin etməmiş bununla da İddiaçı hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə Zaqatala Rayon Dövlət Arxivindən Zaqatala Rayon İslahat Komissiyasının müvafiq qərarını tələb etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2- 1(116)-1532/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1532/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023cü il tarixli 2-1(116)-1532/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası vəkilin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 768/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Zaqatala rayon keçmiş Əzizbəyov adına kolxozu Kəpənəkçi kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra tərtib olunmuş yekun cədvəlində iddiaçının adı qeyd olunmuşdur.

2. X7 rayon filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayon Kəpənəkçi kəndi üzrə 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan İddiaçı təsərrüfatından çıxarışın təsdiq edilmiş surəti təqdim edilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2764/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 1.42 ha torpaq sahəsi Zaqatala rayonu Kəpənəçki kəndinin hüdudları daxilində kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla X6 və ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Naturada istifadə olunan 1.42 ha torpaq sahəsinin yerləşmə vəziyyəti, döngə nöqtələri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi 1.42 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Faktiki istifadə olunan 1.42 ha torpaq sahəısi X5 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşir. İddia olunan 1.42 ha torpaq sahəsinin X5 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

16. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X11 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.

17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X11 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X11 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1532/2023 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır.

22. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

24. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərə

25. Belə ki, kollegiyanın iclasında cavabdeh inzibati orqan tərəfindən təqdim edilən AN seriyalı 376174 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 32500 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir.

26. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2- 2764/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 1.42 ha torpaq sahəsi Zaqatala rayonu Kəpənəçki kəndinin hüdudları daxilində kənd təsərrüfatı təyinatlı əkin sahəsi olmaqla X5 və ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Naturada istifadə olunan 1.42 ha torpaq sahəsinin yerləşmə vəziyyəti, döngə nöqtələri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi 1.42 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Faktiki istifadə olunan 1.42 ha torpaq sahəısi X5 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşir. İddia olunan 1.42 ha torpaq sahəsinin X5 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmiş 3.25 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

27. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarına əsasən, X3 adına 32500 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı AN seriyalı 376174 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, 32500 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 verilməsinə əsas olmuş Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı və onun əsasında tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi qüvvədədir.

29. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarının və onun əsasında verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırda qüvvədə olmasını nəzərə almadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmışdır.

30. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1532/2023 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “1,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1532/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “1,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar