Məhkəmə qərarları › İş №2-1(107)-630/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-630/2025

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-630/2025 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən, məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən verilən Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən verilən Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya ## ####### 2024-cü il tarixli, *********** saylı bildiriş göndərmişdir. Həmin bildirişdə onun ********** saylı VÖEN ilə vergi uçotuna alınmağı qeyd olunmuşdur. - Həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən ona göndərilmiş ## ####### 2024-cü il tarixli, *********** saylı «vergi borcunun ödənilməsi barədə» bildirişdə vergilər üzrə 18208,54 manat, maliyyə sanksiyası üzrə 0,00 manat, hesablanmış faizlər üzrə 3842 manat vergi borcunun olduğu qeyd olunmuşdur. - Bununla bağlı qeyd edir ki, bu günədək heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaqla, vergi ödəyicisi olmamışdır. Buna baxmayaraq tərəfindən heç bir sahibkarlıq fəaliyyəti göstərilmədiyi halda qanunsuz və əsassız olaraq vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmaqla yanaşı, ona yuxarıda qeyd olunan məbləğdə vergilər hesablanmışdır. - Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar əsaslı hesab edilə bilməz, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh iddiaya münasibət bildirməmişdir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərar; - ## ####### 2024-cü il tarixli, *********** saylı vergi bildirişi; - Vergi ödəyiciləriinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi haqqında məlumat.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına” dair ##.##.2024cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarını mübahisələndirmişdir. İddia ərizəsi ##.##.2024cü il tarixində verildiyindən və Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmamışdır. Məhkəmə iddia müddətinin ötürülməsinə dair cavabdehin vəsatəini əsassız hesab edərək qeyd etmişdir ki, iddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia mahiyyət etibarı ilə əsaslıdır. - Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli 3-21-2- 3/2- ******/**** nömrəli qərarı prosessual və maddi baxımdan qanunvericiliyin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. - Belə ki, mübahisələndirilən qərardan görünür ki, bəyannamə və hesabat dövrü 2023cü ili əhatə edir. Vergi ödəyicisi 2023-cü il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində kameral vergi yoxlaması keçirilməmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Mübahisələndirilən qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. - Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına” dair ##.##.2024-cü il tarixli 3- **-*-*/*-******/**** nömrəli qərarı qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. - Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. - Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv ilə bağlı iddia ərizəsi ##.##.2024-cü il tarixdə verildiyindən İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmışdır. Bununla bağlı məhkəməyə ##.##.2024-cü il tarixli **************** saylı vəsatət təqdim edilmişdir. - Lakin, məhkəmə iddianı mümkün hesab etmiş və 30 gün müddətin ötürülmədiyini qeyd edərək cavabdehin mümkünlük ilə bağlı vəsatətini əsassız hesab etmişdir. ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı qərarın iddiaçıya göndərilməsi təmin edilmiş və həmin qərar ##.##.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Beləliklə, iddiaçının hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən qərar ##.##.2024-cü il tarixdə oxunmuş, lakin həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. - İddiaçı tərəfindən təqdim edilməmiş 2023-cü ilin gəlir vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. - Belə ki, iddiaçı tərəfindən aparılmış bank əməliyyatlarının təhlili zamanı müəyyən edilmiş fərqlərlə əlaqədar müvafiq təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmçinin, araşdırma zamanı iddiaçının bank əməliyyatlarının göstəricilərinə əsasən 546297,0 manat vəsaitin qeyri sahibkarlıq fəaliyyəti ilə əldə olunan gəlir olması müəyyən edilməmişdir. - Qeyd edilənlərə əsasən iddiaçıya vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli 241912********** saylı məktub göndərilərək bank hesablarına mədaxil nəticəsində daxil olmuş vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti, borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi, eyni zamanda müvafiq bank hesablarından çıxarışı araşdırmaya təqdim etməkdən ötrü şəxsiyyəti təsdiq edən sənədlə ##.##.2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. - Həmçinin, araşdırmanın başa çatdırılması üçün vergi orqanına gəlmədikdə və ya zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, vergi orqanının Vergi Məcəlləsinin 33.3cü və 33.5-ci maddələrinə uyğun olaraq məcburi qaydada vergi uçotuna almaq, Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin müddəalarına əsasən vergi, məcburi dövlət sosial sığorta icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi hesablamaq hüququ olduğu bildirilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmus sənədləri və məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. - Lakin, iddiaçı cavabdehin məktublarına əsaslandırılmış cavab vermədiyi, məlumatlar təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) bank əməliyyatlarının göstəriciləri üzrə 546297,0 manat gəlir məbləğinə 18209,90 manat (Nazirlər Kabinetinin ** saylı qərarına əsasən) gəlir vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*- */*-******/**** saylı qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. - Kameral vergi yoxlama müddətinə dair. - Məhkəmə belə hesab etmişdir ki, iddiaçı bəyannamə təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində kameral vergi yoxlaması keçirilməmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. - Lakin, məlum olduğu kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinin ilk tələbi vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin təqdim edilməsini nəzərdə tutur. - Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmus vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayıs ın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 is günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayıs lara münasibətdə isə 30 is günü müddətində keçirilir. - Odur ki, iddiaçı tərəfindən bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. - Məlumat üçün qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. - Həmçinin, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - Bundan başqa, Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - Bundan başqa, iddiaçı bu günədək heç bir sahibkarlıq fəaliyyəti göstərilmədiyi halda qanunsuz və əsassız olaraq vergi orqanında vergi ödəyicisi kimi uçota alınmaqla yanaşı, vergilər hesablandığını bildirmişdir. - Lakin, iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi iddiaçı tərəfindən müntəzəm olaraq vergi orqanına hesabatlar (bəyannamə) təqdim edilmiş və müvafiq ödənişlər edilmişdir. - Hesab edirlər ki, məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdehin etirazından da göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kamaral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Vergi orqanı vergiləri qanunvericiliyin tələblərinə uyğun hesabladığı halda, məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış və qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, nəticədə iddiaçının gəlir üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına şərait yaradılmışdır. - Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. - Məhkəmə qərarda cavabdehin iddiaya münasibət bildirmədiyini qeyd etmişdir. Lakin iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ##.##.2025-ci il tarixli vəsatət, həmçinin etiraz təqdim edilmiş, lakin heç bir əsaslandırma aparılmadan tək bir cümlə ilə iddianın mümkün iddia olduğu qeyd olunmuşdur. - Hesab edirlər ki, inzibati akt kifayət qədər aydın və anlaşılan olmasına baxmayaraq məhkəmə Vergi Məcəlləsinin 3.8-ci maddəsini tətbiq etmiş, sübutların qiymətləndirilməsi üzrə qanunvericiliyin tələbləri pozulmuş, məhkəməyə təqdim edilmiş hər bir sübut üzrə araşdırma öhdəliyi olduğu halda belə araşdırma aparmadan vahid qənaətə gəlmişdir. Göründüyü kimi, məhkəmə qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə qanunsuz qərar qəbul etmişdir

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; Maddə 24. Vergi orqanlarının vəzifələri Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: ... Maddə 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

16. Vergi Məcəlləsinin ## ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası: Maddə 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

17. ## #### 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalar: Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

23. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ədalətli və obyektiv araşdırılmanın təmin edilməsi məqsədi ilə hərtərəfli araşdırma aparılmış, bununla əlaqədar müvafiq inzibati orqanlara və digər aidiyyəti qurumlara sorğular ünvanlanmışdır.

24. Belə ki, Kollegiya tərəfindən iddiaçı İddiaçı aid vergiyə cəlb edilən vəsaitin köçürüldüyü bank kartının (hesabının) debet və ya kredit kartı (hesabı) olub-olmaması, iddiaçının kartının debet kartı olduğu müəyyən edildiyi təqdirdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barədə kart məlumatlarını hansı qaydada əldə etməsi, iddiaçının bank (kart) hesabına daxil olan vəsaitləri əks etdirən bank əməliyyatları barədə məlumatlar”ın təqdim edilməsi məqsədilə “xxxx” ASC-yə sorğu ünvanlanmışdır.

25. Həmin sorğuya cavab olaraq “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli ****/***/***** saylı məktubunda bildirilmişdir ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən bank sirri hesab olunur. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Məlumat üçün bildirirlər ki, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsindən sorğu olunan şəxslə əlaqədar daxil olmuş müraciəti aşkar etmək mümkün olmamışdır. Banka ünvanlanmış müraciət nömrəsi təqdim olunduğu təqdirdə yenidən araşdırma aparıla bilər. Həmçinin, vergi orqanı tərəfindən vergi ödəyicisinin istənilən məqsəd üçün açılmış hesabları barədə məlumatların sorğu əsasında bank orqanlarından əldə edə bilməsi mümkündür.

26. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı aid vergiyə cəlb edilən vəsaitin köçürüldüyü bank kartının (hesabının) debet və ya kredit kartı (hesabı) olub-olmaması, iddiaçının kartının debet kartı olduğu müəyyən edildiyi təqdirdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barədə kart məlumatlarını hansı qaydada əldə etməsi, iddiaçının bank (kart) hesabına daxil olan vəsaitləri əks etdirən bank əməliyyatları barədə məlumatların Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi, tələb edilən sənədlərin təsdiq edilmiş surətlərinin “xxxx” ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi və qərardadın icrasının “xxxx” ASC-yə həvalə edilməsi qərara alınmışdır.

27. Həmin sorğuya cavab olaraq “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli ****/***/**** saylı məktubunda bildirilmişdir ki, qərarda təqdim olunan məlumatlar əsasında bank əməliyyat sistemində araşdırma aparılmış, araşdırma nəticəsində İddiaçı adına bank əməliyyat sistemində aşkar olunmuş plastik kart hesablarından həyata keçirilən əməliyyatlara dair çıxarışlar diskə yazılmış şəkildə təqdim olunmuşdur. Vergi orqanı tərəfindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmamış bank hesabları barədə məlumatlar vergi orqanının Vergi Məcəlləsində nəzərdə tutulmuş müraciəti əsasında təqdim edilə bilər. İddiaçı barəsində vergi orqanından müraciətin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Vergi orqanının müvafiq müraciətinə dair məlumatlar (müraciətin tarix və nömrəsi) təqdim edilərsə yenidən araşdırma aparıla bilər.

28. Bundan başqa, iddiaçı İddiaçı barədə onun vergi ödəyicisi kimi qeydiyyata alınıbalınmamasına dair məlumatların, qeydiyyata alındığı təqdirdə bunu təsdiq edən sənədlərin surətlərinin, habelə onun adına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə birbaşa bağlı olan bank hesablarının mövcud olub-olmamasına dair məlumatların və mövcud olduğu halda həmin hesabları təsdiq edən sənədlərin surətlərinin, iddiaçı İddiaçı Əhməd oğlunun bank hesabına 546 297,00 manat məbləğində vəsaitin köçürüldüyü ərizəçinin bank kartının (hesabının) debet və ya kredit kartı (hesabı) olub-olmamasına dair məlumatların və bunu təsdiq edən sənədlərin surətlərinin, eləcə də həmin kartın debet kartı olduğu təqdirdə iddiaçı barədə müvafiq məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir.

29. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-*****/**** saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) təqdim etdiyi ərizə əsasında ##.##.2014-cü il tarixində vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. İddiaçı (VÖEN: **********) "xxxx" QSC-nin "ZAQATALA" filialında AZ**ACAB******************** nömrəli, “xxxx” ASC-nin "Zaqatala" Filialında Az**bres*****az************* nömrəli aktiv bank hesabları mövcuddur.

30. Qeyd olunan sorğu natamam cavablandırıldığından “iddiaçı İddiaçı Əhməd oğlunun bank hesabına 546 297,00 manat məbləğində vəsaitin köçürüldüyü ərizəçinin bank kartının (hesabının) debet və ya kredit kartı (hesabı) olub-olmamasına dair məlumatların və bunu təsdiq edən sənədlərin surətlərinin, eləcə də həmin kartın debet kartı olduğu təqdirdə iddiaçı barədə müvafiq məlumatlar”ın əldə edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təkrar sorğu göndərilmişdir.

31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*-*/*-*******/**** saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, iddiaçı İddiaçı ##.##.2014-cü il tarixli “Fiziki şəxsin vergi uçotu haqqında ərizəsinə” əsasən ##.##.2014-cü il tarixində vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Bundan başqa vergi orqanın baza məlumatlarına əsasən iddiaçının fəaliyyət növünün “rəngləmə və şüşə salma işləri”ndən ibarət olduğu və aktiv obyektinin olmadığı müəyyən edilmişdir. Həmçinin, iddiaçının bank hesabları barədə məlumat və bank hesablarına daxil olan vəsaitləri əks etdirən bank əməliyyatları barədə məlumatlar cədvəl (excel) şəklində təqdim edilmişdir.

32. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli *- **-*-*/*-******/**** nömrəli qərarın qəbul edilməsinə əsas olan sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir.

33. Cavabdeh orqan tərəfindən qeyd edilən sorğuya cavab verilməmiş, hərəkətsiz saxlanılmışdır.

34. Cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğvi ilə bağlı iddia ərizəsi ##.##.2024-cü il tarixdə verildiyindən İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmışdır. ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı qərarın iddiaçıya göndərilməsi təmin edilmiş və həmin qərar ##.##.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Beləliklə, iddiaçının hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən qərar ##.##.2024-cü il tarixdə oxunmuş, lakin həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddəti ötürülmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir.

35. Məhkəmə kollegiyası qeyd olunan dəlilə münasibətdə qeyd edir ki, cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı qərarının iddiaçıya göndərilməsi təmin edilmiş və həmin qərar ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən oxunmuş, iddia ərizəsi ##.##.2024cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Qeyd olunan hallar mübahisələndirilmir.

36. Kollegiya qeyd edir ki, iddiaçının həmin qərarı mübahisələndirməsi üçün İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin qurtardığı gün ## ###### 2024-cü il hesab edilir. Lakin, 2024-cü il üzrə istehsalat təqviminə nəzər yetirildikdə görünür ki, ## ###### 2024-cü il şənbə gününə, ## ###### 2024-cü il isə bazar gününə təsadüf edir.

37. Qanunvericiliyin tələbinə əsasən də müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Belə olduğu təqdirdə müddətin qurtardığı gün ## ###### 2024-cü il hesab olunur, hansı ki, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğvi ilə bağlı iddia ərizəsi də ##.##.2024-cü il tarixdə verilmişdir.

38. Odur ki, cavabdeh orqanın qeyd etdiyi dəlil əsassızdır, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmamışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı mümkün iddia hesab etməklə işə mahiyyəti üzrə baxmışdır.

39. Cavabdeh orqanın digər dəlili ondan ibarətdir ki, Kameral vergi yoxlama müddətinə dair məhkəmə hesab etmişdir ki, iddiaçı bəyannamə təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində kameral vergi yoxlaması keçirilməmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. - Lakin, məlum olduğu kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinin ilk tələbi vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin təqdim edilməsini nəzərdə tutur. - Odur ki, iddiaçı tərəfindən bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

40. Məhkəmə kollegiyası cavabdeh orqanın qeyd etdiyi dəlilllə razılaşır və qeyd edir ki, kameral vergi yoxlamaları üzrə hesablamaların spesifik tərəfi ondan ibarədir ki, vergi ödəyicisi 3 il ərzində hesablama aparılan dövrə münasibətdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə, əvvəlki inzibati aktın ləğvinə və yeni inzibati aktın qəbul edilməsinə nail ola bilər. Belə vəziyyətlərdə iddiaçının dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması imkanından yararlandığı təqdirdə, cavabdehin həmin bəyannaməyə 30 iş günü (mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü) ərzində münasibət bildirmək öhdəliyi yaranır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə, ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunur və mübahisə aradan qalxır, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilir. Nəzərə alınmalıdır ki, 30 iş günü müddəti vergi ödəyicisi bəyannamə təqdim etdiyi halda keçərlidir. Yoxlanılan dövr üzrə bəyannamə təqdim edilməyibsə, vergi orqanı əlavə izahat, məlumat tələb etməklə analoji qaydada hesablama aparmaq hüququna malikdir.

41. Vergi Məcələsinin 37.4-cü maddəsində göstərilir ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmçinin “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 1.3.5-ci bəndində qeyd olunur ki, vergi orqanı vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilmədikdə nəinki vergiləri, hətta məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını belə hesablamaq hüququ vardır.

42. Lakin bu hal cavabdeh orqanın ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı qərarının əsaslı olduğuna dəlalət etmir.

43. Belə ki, cavabdeh şikayətin dəlil kimi onu da qeyd edir ki, iddiaçı tərəfindən aparılmış bank əməliyyatlarının təhlili zamanı müəyyən edilmiş fərqlərlə əlaqədar müvafiq təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmçinin, araşdırma zamanı iddiaçının bank əməliyyatlarının göstəricilərinə əsasən 546297,0 manat vəsaitin qeyri sahibkarlıq fəaliyyəti ilə əldə olunan gəlir olması müəyyən edilməmişdir. - İddiaçı cavabdehin məktublarına əsaslandırılmış cavab vermədiyi, məlumatlar təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) bank əməliyyatlarının göstəriciləri üzrə 546297,0 manat gəlir məbləğinə 18209,90 manat (Nazirlər Kabinetinin ** saylı qərarına əsasən) gəlir vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edilən dəlillərlə bağlı qeyd edir ki, cavabdeh orqan 2023cü il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) bank əməliyyatlarının göstəriciləri üzrə 546297,0 manat gəlir məbləğinə 18209,90 manat gəlir vergisi hesablayaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı qərar qəbul etdiyi zaman Nazirlər Kabinetinin ** saylı qərarına istinad etmişdir. Halbuki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il # ###### tarixli ****-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli Qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2024-cü il tarixli *** nömrəli qərarı qəbul edilərək qüvvəyə minmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının lehinə olan yeni normanın əvvəlki münasibətlərə şamil edilib-edilməməsi hər bir konkret halda həm də iddianın növünə bağlıdır. Hazırkı işdə söhbət mübahisələndirmə haqqında iddiadan gedir. Mübahisələndirmə haqqında iddialar üzrə icraatda isə mübahisələndirilən inzibati aktın onun qəbulu zamanı qüvvədə olan hüquq normalarına uyğun qəbul olunub-olunmadığı yoxlanılır. Belə yanaşma ondan irəli gəlir ki, məhkəmə mübahisə edilən formada inzibati aktın qanunauyğunluğuna baxır və bu mənada hüquqi və faktiki vəziyyətin dəyişməsi artıq qəbul edilmiş inzibati aktın qanunauyğunluğuna maddi-hüquqi qiymətin verilməsi baxımından hər hansı əhəmiyyət kəsb etmir. Əlbəttə, maddi hüquq normalarında bu qaydadan istisnaların nəzərdə tutulması mümkündür. Lakin hazırkı mübahisəyə münasibətdə belə istisnanın nəzərdə tutulduğu müəyyən edilmir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır ki, cavabdehin mübahisələndirilən qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində mübahisələndirilən qərarın qəbul edilməsi zamanı istinad olunan maddi hüquq norması qüvvədən düşmüşdür ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanının qəbul etdiyi hazırda mübahisələndirilən qərarın qanunsuz və əsassız olmasına dəlalət edir.

48. Bununla belə kollegiya əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

49. Belə ki, cavabdehin təqdim etdiyi və məhkəmə araşdırması zamanı sorğular nəticəsində əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı İddiaçı tərəfindən təqdim edilməmiş 2023-cü ilin gəlir vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən aparılmış bank əməliyyatlarının təhlili zamanı müəyyən edilmiş fərqlərlə əlaqədar müvafiq təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

50. Qeyd edilənlərə əsasən iddiaçıya vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli 241912********** saylı məktub göndərilərək bank hesablarına mədaxil nəticəsində daxil olmuş vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti, borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi, eyni zamanda müvafiq bank hesablarından çıxarışı araşdırmaya təqdim etməkdən ötrü şəxsiyyəti təsdiq edən sənədlə ##.##.2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir.

51. Həmçinin, araşdırmanın başa çatdırılması üçün vergi orqanına gəlmədikdə və ya zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, vergi orqanının Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələrinə uyğun olaraq məcburi qaydada vergi uçotuna almaq, Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin müddəalarına əsasən vergi, məcburi dövlət sosial sığorta icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini hesablamaq hüququ olduğu bildirilmişdir.

52. Lakin, iddiaçı cavabdehin məktublarına əsaslandırılmış cavab vermədiyi, məlumatlar təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) bank əməliyyatlarının göstəriciləri üzrə 546297,0 manat gəlir məbləğinə 18209,90 manat (Nazirlər Kabinetinin ** saylı qərarına əsasən) gəlir vergisi hesablanaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.

53. Göründüyü kimi, iddiaçı cavabdehin məktublarına əsaslandırılmış cavab verməməsi, məlumatlar təqdim etməməsi səbəbindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2023-cü il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) bank əməliyyatlarının göstəriciləri üzrə 546297,0 manat gəlir məbləğinə 18209,90 manat şərti rentabellik norması tətbiq edilməklə (Nazirlər Kabinetinin ** saylı qərarına əsasən) gəlir vergisi hesablanmışdır.

54. Vergi Məcəlləsinin 37.4 və 67-ci maddəsi vergi orqanına kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ verir ki, həmin müddəada bu qaydada hesablamanın bir neçə üsulu təsbit edilmişdir (müxtəlif əlaqəli məlumatlardan istifadə (VM-nin 67.1.1-67.1.9-cü maddələri; analoji vergi ödəyicisinin məlumatlarından istifadə). Eyni zamanda, Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

55. Hazırkı iş üzrə vergi orqanı tərəfindən iddiaçıya Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda vergi məbləğləri hesablanmışdır. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdu ki, cavabdeh tərəfindən iddiaçıya vergilər hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi orqanına verdiyi imkanlardan istifadə edilməsinə dair hər hansı sübut təqdim edilməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verilməmişdir. Məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.

56. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi orqanı tərəfindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmamış bank hesabları barədə məlumatlar vergi orqanının Vergi Məcəlləsində nəzərdə tutulmuş müraciəti əsasında təqdim edilə bilər. “xxxx” ASC-nin də təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı barəsində vergi orqanından müraciətin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Şikayətin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir. Buna görə də, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.

59. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

60. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar