Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-638/2025 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili nümayəndə2, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı, ##.##.2013-cü il tarixdə “xxxx” ASC-nin Balakən filialı vasitəsilə DSMFnin Balakən şöbəsinin hesabına məcburi dövlət sosial sığorta haqqı ödəməsini bildirmiş və bu əsasla ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-B-******/**** saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
2. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən pensiya yaşına çatmışdır. Lakin, onun qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən sosial sığorta stajı olmadığından habelə, sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona ##.##.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Iddiaçı İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olduqda təyin edilə bilər. Lakin, iddiaçı B.Qurbanın ##.##.2006-cı il tarixdən ##.##.2018ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Iddiaçı Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq xidməti məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə *********** saylı SUN-la “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi ## ##### 2016-cı il tarixdə uçota alınıb (fəaliyyət statusu-ləğv olunmuş). Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedən (mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs) kimi “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” (Forma B2) və ona uyğun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma ВЗ) aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, 2006-2016-cı illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma ВЗ məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövr üzrə müvafiq hesabata məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı cavabdehə qarşı “iddiaçıya ümumi iş stajını nəzərə alaraq, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsinə əsasən, iddiaçı İddiaçı ## #### 1959-cu ildə Balakən rayonu Ititala kəndində anadan olmuşdur. 1977-1980-cı ildə hərbi xidmətdə olmuşdur. 1980-ci ildən başlayaraq keçmiş M.F.Axundov adına kolxozda işləmişdir. Kolxoz dağılana qədər kolxozda müxtəlif işlərdə traktorçu, tütünçü və s. peşələrdə çalışmışdır. ##.##.2024-cü ildə 65 yaşı tamam olduğuna görə ona yaşa görə pensiya təyin edilməli idi. Lakin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ona ##.##.2024-cü il tarixli 3-17- */*-B-******/**** nömrəli məktub ünvanlayaraq 2013-cü il üzrə təqdim etdiyi ödəniş qəbzində qeyd olunan 70,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı müraciətinə imtina cavabı vermişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtinanın dəlilləri ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Sosial sığorta haqqında" Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1.9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sıqortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: - müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; - sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. Göründüyü kimi iddiaçı B.Qurban tərəfindən 2006-2016-cı illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma ВЗ məlumatları təqdim edilmədiyindən həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır.
6. Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu ## #### 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeydə alınmasına və bununla da yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən ##.##.2013-cü il tarixdə 70,50 manat pul məbləğini “xxxx” ASC-nin Balakən filialında DSMF-nin Balakən şöbəsinin hesabına ödənilmişdir. Cavabdeh orqan, iddiaçı tərəfindən 2006-2016-cı illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma ВЗ məlumatlarının təqdim edilmədiyini bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən DSMF-nin Balakən şəhər şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən DSMFnin Balakən şəhər şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməmiş və ödənilən vəsaiti müvafiq bank hesabı vasitəsilə qəbul etmişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir. Ödənişlərin qəbul edilməsi faktı və uçot prosedurunun dövlət orqanı tərəfindən həyata keçirilməli olması onu deməyə əsas veri ki, faktiki olaraq cavabdeh orqanın düzgün uçot aparmamış və öz öhdəliklərini pozmuşdur. Təqdim edilən qəbzin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda müvafiq hallar məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Işdə olan Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan iddiaçının mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının 2013-cü ildə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin, onun fərdi şəxsi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır.
8. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 22-1.1-ci maddəsinə əsasən 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.
14. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; Maddə 2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparma məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: ... müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək.
15. “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
21. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.
22. Iddiaçı tərəfindən sübut qismində ##.##.2013-cü ilə aid, DSMF-yə 70 manat pul məbləğinin ödənilməsi barədə qəbz təqdim edilmişdir. Həmin qəbzdə ödəyən şəxs – “İddiaçı”, ödənişin təyinatı - “Torpağın MDSSH”, qəbz rekvizitləri - AZ83A11B seriyalı, №***, hesab nömrəsi - 32051019446900201169 qeyd edilmişdir. Sözügedən qəbzdə “xxxx” ASC-nin Balakən filialının ştampı əks olunmuşdur.
23. Cavabdeh orqan isə iddiaçı tərəfindən 2006-2016-cı illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma ВЗ məlumatları təqdim edilmədiyindən həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabda əks olunmadığını bildirir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə həlledici məsələ iddiaçının təqdim etdiyi qəbzin formal olaraq mövcudluğu deyil, həmin qəbzdə göstərilən ödənişin həqiqətən iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi həyata keçirilib-keçirilməməsi və bu ödənişin onun fərdi şəxsi hesabında pensiya kapitalı kimi əks etdirilməsinə əsas yaradıb-yaratmamasıdır.
25. Tədqiq edilən qəbzdə “xxxx” ASC-nin Balakən filialına aid olduğu bildirilən ştamp əksi çətinliklə oxunduğundan, həmin qəbzin mötəbərliyinin və qəbzdə göstərilən ödənişin hesab məlumatları ilə uyğunluğunun yoxlanılması xüsusi əhəmiyyət kəsb etmişdir.
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən sözügedən qəbzi mötəbər sübut kimi qəbul etmiş və belə nəticəyə gəlmişdir ki, iddiaçı ##.##.2013-cü il tarixdə “xxxx” ASC-nin Balakən filialı vasitəsilə DSMF-nin Balakən şöbəsinin hesabına məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ödənişin fərdi şəxsi hesabda əks olunmaması iddiaçının deyil, ödənişi qəbul edən dövlət orqanının vəzifəsini lazımi qaydada icra etməməsinin nəticəsidir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, bu qəbildən olan bir çox oxşar mübahisələrdə təqdim edilən ödəniş qəbzlərinin mötəbərliyi ödənişi qəbul etmiş aiddiyyəti bankın təsdiqedici məktubu və ya hesabdan çıxarışı ilə birlikdə mötəbər sübut kimi qiymətləndirilmişdir.
28. Hazırkı işdə iddiaçı, 70 manat pul məbləğini torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı kimi ödədiyini bildirsə də, qəbzdə göstərilən məlumatların həqiqiliyinin yoxlanılması məqsədilə aparılmış araşdırma nəticəsində həmin ödənişin iddiaçı tərəfindən və ya onun xeyrinə məcburi dövlət sosial sığorta haqqı kimi həyata keçirilməsi müəyyən edilməmişdir.
29. Belə ki, məhkəmə kollegiyası tərəfindən “xxxx” ASC-yə ünvanlanmış sorğuda 2013-cü ilin mart ayında AZ83A11B seriyalı və *** nömrəli qəbz blankının istifadə olunubolunmaması, bu seriyalı qəbzlərin xxxxa məxsus rəsmi qəbz blankları sırasına daxil olubolmaması, qəbzdə göstərilən ******************** nömrəli hesabın 2013-cü ildə xxxxda mövcud olub-olmaması və iddiaçı tərəfindən həmin hesaba ödəniş edilməsinə dair məlumatın mövcud olub-olmaması barədə məlumatların təqdim edilməsi tələb edilmişdir.
30. “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, iddiaçının adından 2013-cü ilin mart ayında ******************** nömrəli hesaba ödəniş edilməmişdir. Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat-ının 122-ci bəndində qeyd edilir ki, müştərilərin hesabları üzrə bank çıxarışlarının saxlanılma müddəti 5 (beş) ildir. Müraciətdə qeyd edilən dövrdən 5 (beş) ildən artıq müddət keçdiyi üçün, sorğu edilən məlumatların təqdim edilməsi mümkün deyil.
31. Bundan başqa, 2013-cü ilin mart ayında iddiaçı tərəfindən xxxx vasitəsilə ödənilmiş pul məbləğinin maliyyə uçotunda əks olunub-olunmamasının müəyyən edilməsi məqsədilə müvafiq Maliyyə Idarəsinə sorğu göndərilmişdir.
32. X7 Idarəsi ##.##.2025-ci il tarixli cavab məktubunda tələb olunan sənədlərin saxlama müddəti başa çatdığı üçün təqdim edilməsinin mümkün olmamasını bildirmişdir.
33. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı əsasında 2013-cü ilin mart ayının 25-dən 30-dək olan dövr üzrə ******************** nömrəli hesaba dair aparılmış bütün mədaxil əməliyyatlarının siyahısı “xxxx” ASC-nin Balakən filialından əldə edilərək tədqiq etmişdir.
34. Müəyyən edilmişdir ki, ##.##.2013-cü il tarixdə sözügedən hesaba 70 manat məbləğində bir ödəniş Z.A.Piriyeva tərəfindən edilmişdir və həmin ödənişin iddiaçıya aidiyyəti yoxdur. Eyni tarixdə aparılmış digər 70 manatlıq ödəniş isə 10010 kassa vasitəsilə 143100 təsnifat kodu üzrə həyata keçirilmişdir. Həmin təsnifat kodu üzrə ödənişin məcburi dövlət sosial sığorta haqqına aid olub-olmaması və iddiaçı tərəfindən ödənilib-ödənilməməsi əlavə araşdırılmışdır.
35. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2026 və ##.##.2026-cı il tarixli cavab məktublarında bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında və Fonddaxili aparılmış araşdırma zamanı İddiaçı sığortaedən kimi öz xeyrinə ödədiyi məcburi dövlət sosial sığorta haqları və hesabat məlumatları aşkar edilməmişdir. Eyni zamanda, büdcə gəlirlərinin təsnifatında 143100 təsnifat kodu üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərdə tutulmamışdır.
36. Beləliklə, iş üzrə aparılmış araşdırma nəticəsində iddiaçının təqdim etdiyi qəbzdə göstərilən məlumatlar ##.##.2013-cü il tarixdə aparılmış mədaxil əməliyyatları ilə öz təsdiqini tapmamış, əksinə, həmin tarixdə sözügedən hesaba edilmiş 70 manatlıq ödənişin başqa şəxs tərəfindən edilməsi, digər 70 manatlıq ödənişin isə məcburi dövlət sosial sığorta haqqı ilə bağlı olmayan 143100 təsnifat kodu üzrə aparılması müəyyən edilmişdir.
37. Qəbzdə göstərilən vəsaitin DSMF-nin müvafiq hesabına məcburi dövlət sosial sığorta haqqı kimi ödənilməsi sübut olunmadığından, birinci instansiya məhkəməsinin DSMF-nin Balakən şöbəsinin iddiaçı tərəfindən ödənilmiş vəsaiti qəbul etməsi və həmin vəsaitin sonradan iddiaçının fərdi şəxsi hesabında əks etdirilməməsini dövlət orqanının uçot aparma vəzifəsinin pozulması kimi qiymətləndirməsi işin faktiki hallarına uyğun olmamışdır.
38. Odur ki, iddiaçının təqdim etdiyi qəbz əsasında onun fərdi şəxsi hesabına pensiya kapitalının əlavə edilməsi və bu əsasla yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.
39. Beləliklə, iddiaçı 65 yaşına çatsa da, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı və ya fərdi şəxsi hesabın sığorta hissəsində müvafiq pensiya kapitalı, o cümlədən fərdi şəxsi hesabında ##.##.2018-ci ilədək pensiya kapitalı olmadığından cavabdeh orqan iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur.
40. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.