Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-639/2025 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili İbrahimov Xəyal Rahim oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İbrahimova Rəna Məstan qızının cavabdeh cavabdeh1 PHŞ-yə qarşı “Qəbələ rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə ona ayrılan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 30 kv.m torpaq sahəsi və mağaza binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən uşaq xəstəxanasının giriş qapısının şimal hissəsindəki ticarət cərgəsindəki boş sahədə mağaza binasının tikintisi üçün 30 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Qəbələ rayon baş memarı (R.İbrahimov) tərəfindən təsdiq edilmiş sxematik plandan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə yeri İ.B.Qutqaşınlı küçəsində, Uşaq Xəstəxanasının yerləşdiyi ərazinin şimal hissəsindəki ticarət cərgəsi kimi qeyd olunmuşdur. “Torpaq sahəsinin ayrılması barədə” ##.##.1999-cu il tarixli Aktdan görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 30 kv.m torpaq sahəsi şimaldan mağaza binası, cənub və şərqdən boş sahə, qərbdən İ.B.Qutqaşınlı küçəsi ilə həmsərhəddir.
3. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh ##.##.2024cü il tarixli, 3-21-3-42/2-İ-0046-8/2024 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
4. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətindən torpaq sahəsinin Qəbələ rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli *** nömrəli Sərəncamı əsasında ayrıldığı məlum olur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # ##### tarixli **** nömrəli Fərmanının 3.1-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər. Qeyd edilənləri nəzərə alaraq Qəbələ rayon İcra Hakimiyyəti yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə ona ayrılan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 30 kv.m torpaq sahəsinə və onun üzərində inşa etdiyi mağaza binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamına əsasən ona Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi uşaq xəstəxanasının giriş qapısının şimal hissəsindəki ticarət cərgəsindən boş sahədə mağaza binası tikintisi üçün 30 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ayrılmış torpaq sahəsində təyinatı üzrə tikintinin aparılmasına icazə verilmişdir. Sərəncamın icrasının təmin edilməsi məqsədilə ##.##.1999-cu il tarixli aktla torpaq sahəsi səlahiyyətli nümayəndələrin iştirakı ilə ayrılaraq yerində təhkim edilmişdir. Sözügedən sahədə tərəfindən sərəncamın tələblərinə əməl edilməklə müvafiq tikinti işləri aparılmışdır. Sözügedən həmin torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə olan hüquqlarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1 * saylı Qəbələ Ərazi İdarəsində qeydiyyata aldırmaq üçün sözügedən quruma müraciət etmişdir. Lakin həmin qurum ##.##.2024-cu il tarixli məktubla sözügedən əmlakın qeydə alınmasından imtina etmişdir. Vətəndaş olaraq üzərinə vəzifə düşən öhdəlikləri icra etdiyi halda, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən icra olunmalı proseslərə görə onun üçün nə məcburiyyət nə də sanksiya müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının etimadı Qəbələ rayon İcra Hakimiyyəti Başısının yuxarıda qeyd olunan sərəncama əsaslanır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, vətəndaş ona torpaq sahəsinin ayrılması üçün yalnız səlahiyyətli quruma müraciət etməlidir. Qanunverici torpaq sahəsinin ayrılması barədə vətəndaşın üzərinə müraciət etmək öhdəliyini qoyduğu halda, digər öhdəlikləri inzibati orqanların üzərinə qoymuşdur. İşin faktiki hallarını nəzərə alaraq maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, torpaq sahəsinin ayrılması üçün Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etdiyindən, həmin müraciət əsasında Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə 30 kv.m torpaq sahəsi satıldığından, habelə icra hakimiyyətinin qərarının qəbul edilməsinə və ondan sonrakı olan proseslər qanunla vətəndaşın vəzifələrinə aid edilmədiyindən sözügedən torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, texniki pasport və reyestr çıxarışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
7. Cavabdeh iddiaya qarşı münasibətini ilkin müraciətə imtinanın dəlilləri ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının iddia olunan torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri" X2 * saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
8. Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh1 X2 * saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə ayrılan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 30 kv.m torpaq sahəsinə dair İbrahimova Rəna Məstan qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmamaqla yanaşı, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Qeyd olan fakt Qəbələ Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlanmış 5- 59/2- **/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubu ilə də öz təsdiqini tapır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Yəni, iddiaçının məhz 30 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair hüquqi gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur. Hazırkı mübahisəyə münasibətdə torpaq sahəsinə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia torpaq sahəsinə münasibətdə əsaslı olduğundan, Qəbələ rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə ona ayrılan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 30 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları qeydə alınmalıdır. Tələbin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı hissəsini məhkəmə əsaslı saymır. Belə ki, iş üzrə əldə edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-**/**** nömrəli mütəxəssis rəyindən və yerquruluşu planlından belə müəyyən olunur ki, 30.kv.m. torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi inşa edilsə də, onun faktiki olaraq ölçüləri 30.kv.m. sahədən artıq- 33 kv.m. təşkil edir. Buna dair isə iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə qeyri-yaşayış tikilisinə münasibətdə iddiaçının tələbinin faktiki halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu və 8.0.9.2-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından iddia həmin hissədə əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən, Qəbələ rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə ayrılan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində 30 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması hissəsində təmin edilməli, qalan hissədə iddia rədd olunmalıdır.
10. İddiaçı, həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh, həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri:
12. İddiaçı apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır.
13. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddia olunan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 30 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan həmin torpaq sahəsinə dair (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hər hansı sənəd təqim etməmişdir. İddiaçı İbrahimova X3 şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 30 kv.m torpaq sahəsinin hüquqi statusunu müəyyən edən müvafiq icarə müqaviləsi təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
15. Cavabdeh orqan ##.##.2025-ci il tarixdə məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq, Qəbələ rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh orqanın vəsatəti təmin edilməmişdir.
16. Cavabdeh orqan ##.##.2025-ci il tarixdə məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh orqanın vəsatəti təmin edilməmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir.
17. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə hazırkı iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin * saylı Qəbələ Ərazi İdarəsi – prossesual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir.
19. Əmlak Məsələləri Dövlət Xidməti ##.##.2026-cı il tarixdə məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə vəsatət təmin edilməmişdir.
20. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili İbrahimov Xəyal Rahim oğlu tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamı ilə İbrahimova Rəna Məstan qızına ayrılan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 30 kv.metr torpaq sahəsinə və üzərində inşa etdiyi mağaza binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasının protokol qəraradı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
21. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh orqanın apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini, eyni zamanda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməsini, cavabdeh orqanın apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. ... 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan;
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
30. Apellyasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
31. Tərəflər məhkəmə aktından onlar üçün əlverişsiz olan hissələrdə apellyasiya şikayətləri verdiyindən verilmiş apellyasiya şikayətləri üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına apellyasiya şikayətləri həddində hüquqi qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddia olunan qeyri-yaşayış binasına münasibətdə iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlinsə də, torpaq sahəsinə münasibətdə iddianın təmin edilməsi ilə bağlı səhvə yol verilmişdir.
33. Kollegiya tərəfindən ilk növbədə iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, sənəd üzrə ayrılmış torpaq sahəsinə uyğunluğu, o cümlədən tikilinin naturada mövcud olub-olmaması yoxlanılmışdır. DƏDKR PHŞ-nin * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Qəbələ rayon baş memarı tərəfindən təsdiq edilmiş “Qəbələ şəhəri Heydər Əliyev prospektində İbrahimova Rəna Məstan qızına məxsus qeyri-yaşayış (ticarət) obyektinin eskiz layihəsi”nə əlavə edilmiş mövqe planında göstərilən torpaq sahəsi üzərində qeyri-yaşayış tikilisi (ticarət obyekti) mövcuddur və hazırda onun bir hissəsi bərbərxana, digər hissəsi mağaza kimi istifadə olunur. Həmçinin rəydə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin ayrıldığı vaxt dövlət mülkiyyətinə aid ərazidən ayrılması, şimal və cənub tərəfdən isə tikiliyə bitişik ticarət obyektlərinin yerləşməsi göstərilmişdir.
34. İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənəd qismində Qəbələ rayonu İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli, *** saylı sərəncamına istinad edir. Həmin sərəncamdan görünür ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, uşaq xəstəxanasının giriş qapısının şimal hissəsindəki ticarət cərgəsindəki boş sahədə 30 kv.m torpaq sahəsi mağaza tikintisi üçün iddiaçıya ayrılmışdır.
35. Kollegiya qeyd edir ki, ##.##.1999-cu il tarixli *** saylı sərəncamın məzmunundan torpaq sahəsinin mağaza tikintisi məqsədilə iddiaçının istifadəsinə verildiyi anlaşılır. Bu hal Qəbələ Rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı məktubla da təsdiqlənir. Həmin məktubda *** saylı sərəncamla dövlət fondu kateqoriyasına aid torpaq sahəsinin vətəndaşın istifadəsinə verildiyi bildirilmişdir.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi baxımından sözügedən sərəncam torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına yalnız qanunla müəyyən edilmiş qaydada dövlətə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt olduğu halda əsas yarada bilər. Buna görə də sərəncamın qeydiyyat üçün hüquqi əsas olub-olmaması onun qəbul edildiyi vaxt Qəbələ Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsi ilə bağlı səlahiyyətlərinin hüdudları nəzərə alınmaqla qiymətləndirilməlidir.
37. Tədqiq edilən sərəncamın “qanunla müəyyən edilmiş qaydada” qəbul edilibedilməməsi baxımından isə sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.
38. İş materiallarında olan mütəxəssis rəyində göstərilmişdir ki, torpaq sahəsi ayrılan zaman torpaq islahatı başa çatmadığına görə torpaq islahatına dair yerquruluşu xəritəsi (DWG) formalaşmamış, torpaq sahələri üzərində bələdiyyə və xüsusi mülkiyyət növləri mövcud olmamışdır.
39. Mütəxəssis rəyində göstərilən məlumatlar, Qəbələ Rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubu və *** saylı sərəncamın məzmunu birlikdə qiymətləndirildikdə, torpaq sahəsinin ayrıldığı vaxt dövlət fondu kateqoriyasına aid olması və iddiaçıya mağaza tikintisi məqsədilə istifadəyə verilməsi müəyyən olunur.
40. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli *** saylı sərəncamının qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il ## #### tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş, “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 28-ci maddəsinin 1-ci bəndində - müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyəti kimi qeyd edilmişdir.
41. “Torpaq bazarı haqqında” Qanunun mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyasının 4-cü maddəsində Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqlarının torpaq bazarının obyekti ola bilməsi qeyd edilmişdir.
42. Torpaq Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyasının 86-cı maddəsində (Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları alqı-satqı obyekti ola bilər.
43. Yuxarıda sadalanan normalardan göründüyü kimi, qanunverici dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqlarını alqı-satqı obyekti kimi tanımış və yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsini istifadəyə vermək səlahiyyətini birmənalı olaraq təsbit etmişdir.
44. İş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, hazırda iddia olunan qeyri yaşayış tikilisi yerləşən 0,0033 hektar torpaq sahəsi, Qəbələ rayonu Qəbələ şəhər ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ şəhər inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqları (ictimai tikililər) olmaqla, Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. X5 Uçotu İnformasiya Sisteminə (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikintialtı, bələdiyyə mülkiyyətində olan ərazi kimi göstərilmişdir.
45. Torpaq islahatı başa çatdıqdan və yerquruluşu xəritələri formalaşdırıldıqdan sonra sözügedən ərazinin bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilməsi ##.##.1999cu il tarixli *** saylı sərəncamla iddiaçıya verilmiş hüququn məzmununu dəyişmir. Torpaq sahəsinin sonradan bələdiyyə mülkiyyətinə aid edilməsi nəzərə alındıqda həmin sərəncamın iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olubolmaması “Torpaq islahatı haqqında” Qanunun keçid müddəaları baxımından qiymətləndirilməlidir.
46. Sözügedən Qanunun 25-ci maddəsinin 3-cü abzasında qeyd edilmişdir ki, 2001-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir.
47. İşin faktiki hallarından görünür ki, Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən 30 kv.m torpaq sahəsi iddiaçıya yaşayış evi, həyətyanı və bağ sahələri üçün yox, mağaza tikintisi üçün ayrılmışdır. Odur ki, torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasından asılı olmayaraq istinad olunan sərəncam sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas yaratmır.
48. Digər tərəfdən, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli, *** saylı sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8ci maddəsi baxımından da torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaratmır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda yerli icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş sərəncam daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır.
49. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı, torpaq sahəsi ayrıldıqdan sonra həmin ərazidə sərəncamın tələblərinə uyğun tikili inşa etdiyini bildirsə də, torpaq sahəsinin ayrılması ilə bağlı sənəddən başqa qeyri-yaşayış binasının inşasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Sözügedən sənədlərin mövcud olması məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.
50. Odur ki, iddia oluna qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan Qanunun 8.0.9.2-ci maddəsinin dispozisiya şərtləri ödənilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
51. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunan hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı “30 kv.m torpaq sahəsinə” aid hissədə ləğv edilir. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddiaçı İbrahimova Rəna Məstan qızının cavabdeh cavabdeh1 PHŞ-yə qarşı Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmir. İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı mübahisələndirilən hissədə (mağaza binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.